Dünyanın hansı ölkəsində ən çox araq içilir?..
Maraqlı
2150
15 Sep 2024 | 23:29

Dünyanın hansı ölkəsində ən çox araq içilir?..

"Bu statistika müxtəlif ölkələrdə alkoqoldan istifadə mədəniyyətində fərqləri əyani şəkildə nümayiş etdirir..."
 
Arağın adambaşına düşən ən çox miqdarı Rusiyada qeydə alınıb, rusiyalılar ay ərzində 17 qədəh araq içir.
 
Moderator.az xəbər verir ki, bu barədə "World Population Review" təşkilatının məlumatında deyilir. Məlumatı "cursorinfo.co.il" nəşri yayıb.
 
Beləliklə, Rusiya bu tünd içkinin istifadə edilməsi səviyyəsinə görə dünya ölkələri arasında birinci yerdədir.
 
Rusiyanın ardınca 14 qədəh göstərici ilə Polşa gəlir. Üçüncü yerdə Ukraynadır, bu ölkə sakinləri ay ərzində 10 qədəh araq içir.
 
Daha sonra siyahıda Bolqarıstan (5 qədəh), Slovakiya və ABŞ (hər biri 4 qədəh), İrlandiya, Finlandiya, Böyük Britaniya, Kanada və Macarıstan yer alıb, bu ölkələrin sakinləri ayda 3 qədəh araq içir. 
 
Maraqlıdır ki, Almaniya və Çexiya kimi ənənəvi "pivə" ölkələrində ay ərzində 2 qədəh araq içilir.
 
Avstriya, İsrail, Norveç, İsveç və Avstraliyada araqdan nisbətən az istifadə edilir, ay ərzində adambaşına 1-2 qədəh içilir.
 
Cənub iqlimə malik Fransa, Türkiyə və İspaniyada araq o qədər də populyar deyil. Məsələn, Fransada ay ərzində 0, 7 qədəh, İspaniya və Türkiyədə isə yarım qədəhdən az araq içilir.
 
Meksika, İtaliya, Hindistan və Yaponiyada bu göstərici minimuma çatır, ay ərzində 0, 2 - 0, 15 qədəh içilir. Sonuncu yerlərdə İndoneziya və Banqladeşdir, ay ərzində bu ölkə sakinləri uyğun olaraq 0, 08 və 0, 05 qədəh araq içir.
Link kopyalandı!
Son xəbərlər