2024-cü ilin ən yaxşı ölkələrinin adları açıqlanıb - SİYAHI
Ekskluziv
2011
15 Sep 2024 | 22:02

2024-cü ilin ən yaxşı ölkələrinin adları açıqlanıb - SİYAHI

"Üçüncü ildir ki, İsveçrə bu reytinqdə birinci yeri tutur, daha sonra Yaponiya, ABŞ, Kanada və Avstraliya gəlir..."
 
Amerikanın "US News & World Report" jurnalı dünyanın ən yaxşı ölkələrini ənənəvi qlobal reytinqinin nəticələrini dərc edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "prian.ru" nəşri yazıb.
 
Siyahıda dünyanın 89 ölkəsi on müxtəlif kateqoriya üzrə dəyərləndirilir.
 
Bunlar arasında ÜDM səviyyəsi, həyat keyfiyyəti, sabibkarlıq azadlığı, hakimiyyətin səmərəliliyi və çevikliyi, sosial-iqtisadi təsir, dəyişikliklərə uyğunlaşma qabiliyyəti, habelə dövlətin qlobal nüfuzu daxildir.
 
Top-onluğa aşağıdakı olkələr daxil olub:
 
1. İsveçrə
2. Yaponiya
3. ABŞ
4. Kanada
5. Avstraliya
6. İsveç
7. Almaniya
8. Böyük Briraniya
9. Yeni Zelandiya
10. Danimarka
 
Üçüncü ildir ki, İsveçrə bu reytinqdə birinci yeri tutur. Daha sonra Yaponiya, ABŞ, Kanada və Avstraliya gəlir.
 
Jurnalın versiyasına görə, on ən yaxşı ölkələr sırasında həmçinin İsveç, Almaniya, Böyük Britaniya, Yeni Zelandiya və Danimarka yer alıb.
 
Keşmiş Sovet İttifaqı ölkələrindən reytinqə daxil olan ölkələr bunlardır:
 
Rusiya (36-cı yer), Litva (63), Latviya (67). Final onluqda Ukrayna, Azərbaycan və Qazaxıstan yer alıb. Sonuncu, 89-cu yeri Belarus tutub. Türkiyə bu siyahıda 31-ci yerdə qərarlaşıb.
 
İsrail HƏMAS-la davam edən müharibə səbəbindən builki reytinqdə 10 mövqe geriləyib, 36-cı yerdən 46-cı yerə düşüb. Bu, 2016-cı ildən bəri yəhudi dövlətinin ən aşağı reytinqidir.
 
Onun göstəriciləri eyni zamanda bir neçə kateqoriyalar, o cümlədən milli həmrəylik, siyasi sabitlik və insan haqlarına qayğı üzrə aşağı düşüb.
 
Yeri gəlmişkən, bu il ölüm səviyyəsinə görə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ölüm və doğumun qlobal statistikası üzrə şöbəsi tərəfindən tərtib edilən antireytinqinə Ukrayna başçılıq edib.
Link kopyalandı!
Son xəbərlər