Usama ben Ladenin oğlu sağdır və
Dünya
1723
14 Sep 2024 | 23:42

Usama ben Ladenin oğlu sağdır və "Əl-Qaidə"ni dirçəltməyə hazırlaşır

"Həmzə atasının işini davam etdirməyə və Qərb ölkələrinə hücumlara hazırlaşır..."
 
ABŞ tərəfindən aradan götürülən məşhur terrorçu Usama bel Ladenin həlak olduğu hesab edilən oğlu sağdır və "Əl-Qaidə"ni dirçəltməyə hazırlaşır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat verib. Məlumatı "mk.ru" nəşri yayıb.
 
"Əl-Qaidə" beynəlxalq terror təşkilatı yenidən güc toplayır və Üsəma ben Ladenin oğlu Həmzə ben Ladenin rəhbərliyi ilə Qərbə hücum hazırlayır.
Bundan öncə Həmzənin qətlə yetirildiyi hesab edilib, bu barədə Donald Tramp bəyan edib və iddia edib ki, amerikalı hərbçilər onu aradan götürüb. Lakin kəşfiyyatın yeni məlumatı göstərir ki, Həmzə hələ də sağdır.
 
2019-cu ildə Donald Tramp bəyan edib ki, Əfqanıstan-Pakistan sərhəddində aparılan antiterror əməliyyatı nəticəsində Həmzə ben Laden qətlə yetirilib. O zaman o, 2001-ci il sentyabrın 11-də törədilən hücuma görə cavabdeh olan "Əl-Qaidə"nin lideri adlandırılıb.
 
Lakin yeni kəşfiyyat məlumatlarına görə, Həmzə nəinki sağdır, həm də "Əl-Qaidə"nin mövqelərini fəal şəkildə dəstəkləyir. Nəşrin məlumatına görə, Həmzə təşkilatın zirvəsinə yüksəlib və İraq müharibəsi dönəmində olduğu kimi onun güclü dirçəlişi vəzifəsini qarşısına qoyub. 
 
O, zamanının çox hissəsini Əfqanıstanın Cəlalabad şəhərində keçirir və qardaşı Abdulla ilə birlikdə "Əl-Qaidə" yaraqlıları üçün 10 döyüş düşərgəsi inşa etməyi planlaşdırıb.
 
Kəşfiyyat cari dəyişikliklərlə 11 sentyabr hücumundan əvvəlki hadisələr arasında oxşarlıqları qeyd edir. Həmzə öz atasının işini davam etdirməyə çalışır, bunun üçün "Əl-Qaidə"nin qüvvələrini gələcəkdə Qərb ölkələrinə hücumlar məqsədilə yenidən qruplaşdırır.
 
Həmçinin Həmzənin Əfqanıstanda hakimiyyətə gələndən sonra onunla müntəzəm görüşlər keçirən və bununla da onun və ailəsinin təhlükəsizliyinə təhlükələr yaradan taliblərlə sıx əlaqələri barədə məlumat verilir. 
 
Bu münasibətlər Qərb hökumətləri tərəfindən diqqətlə öyrənilməsini tələb edir. Hazıkı məqamda ABŞ bu məlumatlarla bağlı rəsmən şərhlər təqdim etməyib.
Link kopyalandı!
Son xəbərlər