Türkiyə kəşfiyyatının rəhbəri Ankarada HƏMAS rəhbərliyi ilə görüşdü
Ekskluziv
1539
14 Sep 2024 | 16:10

Türkiyə kəşfiyyatının rəhbəri Ankarada HƏMAS rəhbərliyi ilə görüşdü

 
"HƏMAS danışıqlar prosesində konstruktivlik nümayiş etdirir, İsrail isə yeni şərtlər irəli sürərək atəşkəsin əldə edilməsinə maneçilik törədir..."
 
Görüşdə Qəzza bölgəsində daimi atəşkəsin təmin edilməsi üçün atıla biləcək konkret addımlar müzakirə edilib
 
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Ankarada HƏMAS Siyasi Bürosu liderləri ilə atəşkəslə bağlı İsrail-Fələstin danışıqlarında son durumu müzakirə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "aa.com.tr" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, görüş zamanı İsrail ilə Fələstin arasında atəşkəs və əsirlər mübadiləsi barədə danışıqların gedişi müzakirə edilib.
 
Görüşdə humanitar fəlakət yaşanan Qəzza bölgəsində daimi atəşkəsin təmin edilməsi və regiona böyük həcmdə humanitar yardımın çatdırılması üçün atıla biləcək konkret addımlar müzakirə edilib. 
 
Görüş zamanı HƏMAS-ın danışıqlar prosesinə konstruktiv və pozitiv münasibəti vurğulanıb, qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində dəstək verilən razılaşdırılmış təklifin mətninə İsrail tərəfindən yeni şərtlərin daxil edilməsi atəşkəs prosesini çətinləşdirir.
 
Prosesin lap əvvəlindən Türkiyə Milli İstihbarat Təşkilatı bu prosesdə mühüm rol oynayır, atəşkəsin təmin edilməsi üçün bütün maraqlı tərəflərlə, o cümlədən HƏMAS, İsrail, Qətər və ABŞ-la təmaslar həyata keçirir, habelə "atəşkəslə bağlı sövdələşmənin əldə olunması üçün intensiv diplomatiya sərgiləyir".
 
İbrahim Kalın həmçinin İsrailin Qəzza bölgəsində kütləvi qətllərə gətirib çıxaran davam edən hücumları ilə bağlı narahatlığını ifadə edib.
Link kopyalandı!
Son xəbərlər