Bizi sosial şəbəkələrdən izləyin:
"Bu, İranın nüvə proqramı ilə bağlı raket proqramının bir hissəsidir..."
İran Yerətrafı orbitə özünün istehsalı olan "Çamran-1" tədqiqat peykinin buraxılışını uğurla həyata keçirib.
Moderator.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının IRNA xəbərlər agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, bu peyk şənbə günü, sentyabrın 14-də Yer orbitinin 550 km hündürlüyünə çıxarılıb. Bunun üçün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) işləyib hazırladığı "Kayem-100" raket daşıyıcısından istifadə edilib.
Buraxılışdan artıq bir neçə saatdan sonra peyk ilk siqnalları ötürməyə başlayıb. Onun çəkisi təxminən 60 kq-dır, İranın bir neçə şirkəti və sənaye qrupları tərəfindən işlənib hazırlanıb.
Məlumata görə, onun başlıca missiyası orbital manevretmə texnologiyasının praktikada yoxlanılması üçün avadanlığın və proqram təminatının sınaqdan çıxarılması olub.
"Çamran-1" peyki həmçinin kosmik sistemlərdə soyuq qazda hərəkət yarımsistemlərinin dəyərləndirilməsi və naviqasiya yarımsistemləri və vəziyyətin idarə edilməsinin dəyərləndirilməsi üçün orbitə çıxarılıb.
Peykin buraxılışı İranın nüvə proqramı ilə bağlı raket proqramının bir hissəsidir.