Ekskluziv
1525
14 Sep 2024 | 15:12

"Bu söhbəti bitirmək çox asandır": ABŞ Dövlət Departamenti Putinin son bəyanatları haqqında

 
"Putin öz qanunsuz müharibəsində inadkarlıq göstərməkdə davam edir, Ukrayna torpaqlarını ələ keçirməyə cəhd göstərir..."
 
"ABŞ Ukraynada müharibədə iştirak etməyəcək, amma ona yardımı davam etdirəcək".
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bəyan edib. Məlumatı "cenzor.net" nəşri yayıb.
 
O, bununla Rusiya diktatorunun Ukraynaya uzaqmənzilli Qərb silahı ilə Rusiyanın dərinliklərində olan hədəflərə zərbələr endirməsinə icazə verilməsinin NATO ölkələrinin Ukraynada müharibədə birbaşa iştirakı kimi dəyərləndiriləcəyi barədə bəyanatlarına münasibət bildirib.
 
Miller deyib ki, "bu, onun son iki il yarım ərzində dediklərinə çox bənzəyir". "Bu, yeni bəyanat deyil, lakin biz onun bütün dediklərini diqqətlə izləyirik. Mən belə deyərdim: Putin istəsə, bu müharibəyə bu gün son qoya bilər.
 
Bizim və NATO üzrə müttəfiqlərimizin və bütün dünya boyunca topladığımız 50 ölkədən ibarət koalisiyanın imkanlarından Ukraynaya verilməsini ümumiyyətlə müzakirə etməyimizin yeganə səbəbi odur ki, Putin öz qanunsuz müharibəsində inadkarlıq etməkdə davam edir, zor gücü ilə Ukrayna torpaqlarını ələ keçirməyə cəhd göstərir", - Miller şərh edib.
 
"Əgər Putin bizim Ukraynaya hansı imkanları təqdim edə biləcəyimizdən danışmaq istəmirsə, bu söhbəti çox asanlıqda bitirmək olar, bunun üçün o, bu qanunsuz müharibəyə son verməlidir", - Miller vurğulayıb.
 
Dövlət Delartamentinin nümayəndəsi əlavə edib ki, ABŞ Ukraynada müharibədə iştirak etməyəcək, lakin ona müdafiə olunmaq üçün müttəfiqlər koalisiyası ilə birgə yardımını davam etdirəcək.
Link kopyalandı!
Son xəbərlər