1857
13 Sep 2024 | 21:36

"Biz qəbiristanlıq olacağıq": rusiyalılar Ukraynaya uzaqvuran silahla zərbələrə icazə verilməsindən təlaş keçirir

"80 ildən sonra döyüş əməliyyatları Oryol şəhərinin sərhədlərinə yaxlnlaşa bilər; deyəsən, ölkədə vəziyyət nəzarətdən çıxır..."
 
Rusiyalılar anlayır ki, döyüş əməliyyatlarının Rusiyanın arxa cəbhədə yerləşən şəhərlərinə yaxınlaşması qaçılmazdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Sky News" nəşri yazıb.
 
Məlumatda deyilir ki, əgər Ukraynaya belə icazə verilərsə, 1941-ci ildən müharibə görməyən Oryol şəhəri təhlükə altına düşəcək. İndi isə, 80 ildən sonra, döyüş əməliyyatları yenidən şəhərin sərhədlərinə yaxınlaşa bilər. Nəşrin müxbirləri sakinlərlə söhbət edib.
 
Oryol şəhərinin heç də bütün sakinləri xarici jurnalistlərlə təmaslara həvəs göstərməyib. "Böyük Britaniya bizim düşmənimizdir", - bu barədə Mixail adlı yerli sakin bəyan edib. 
 
Digərləri öz həyəcanını daha emosional şəkildə ifadə edib: "'Əgər Qərb icazə verərsə, raket biz dayandığımız yerə düşə bilər. O zaman bizim başımıza nə iş gələcək? Biz qəbiristanlıq olacağıq", - bunu bir kişi deyib.
 
Bununla yanaşı, mənbələrin məlumatına görə, Ukrayna dinc sakinlərə zərbələr endirmək niyyətində deyil. Əsas hədəflər buraxılış qurğuları və uçuş zolaqları kimi hərbi obyektlər olacaq.
 
Oryol şəhərinin daha bir sakini, rusiyalı Leonid ABŞ Dövlət katibi Entoni Blinkenin mövqeyini tənqid edib, o, bəyan edib ki, Vaşinqton Ukraynanın Rusiyaya uzaq məsafələrə zərbələr endirməsini istisna etmir. 
 
"Raketlər buraya uçub gələ bilər, lakin bu, yalnız o zaman baş verə bilər ki, bizim silahlı qüvvələrimiz buna yol versin", - Leonid əlavə edib.
 
Oryol şəhərində bundan öncə müharibə, demək olar ki, hiss edilməyib, indi isə küçələrin hər yerində hərbi xidmətə çağırışlar olan plakatlar, habelə Kursk vilayətindən olan qaçqınlar üçün sığınacaqlar peyda olub. 
 
Bütün bunlar aydın şəkildə ölkədə vəziyyətin nəzarətdən çıxdığını göstərir. Bir çox rusiyalı açıq şəkildə etiraf edir ki, təlaş keçirir, bu zaman hər üç nəfərdən biri əmindir ki, "əgər xüsusi hərbi əməliyyat başlanmasaydı, Ukrayna ilk olaraq Rusiyaya hücum edəcəkdi".
 
Qərb Rusiyanın münaqişəni davam etdirmək niyyətində olduğunu görərək, Ukraynaya bundan sonra da yardım edilməsi imkanlarını nəzərdən  keçirir. ABŞ həmçinin Ukrayna üçün uzaqvuran silahların tədarükünə olan məhdudiyyətlərin götürülməsini fəal şəkildə müzakirə edir. 
 
"Reuters" məlumat verib ki, prezident Co Bayden administrasiyasının bu məsələ üzərində işlədiyini təsqiq edib. 
 
Vaşinqton əvvəllər münaqişənin eskalasiyasından ehtiyat edərək, Rusiya ərazisindəki hədəfləri məhv edə bilən silah tədarükündən yan keçib. Lakin indi vəziyyət dəyişir.
Link kopyalandı!
Son xəbərlər