“Qərb Ukraynanı da, Rusiyanı da zəif və əldən düşmüş görmək istəyir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, güclü Rusiya kimi, güclü Ukrayna da Qərbə lazım deyil:
“Qərbin məqsədi yalnız Rusiyanı zəiflətmək deyil. Qərb həm də Ukraynanın zəifləməsini istəyir. Onlar ətraflarında zəif dövlətlərin olmasında maraqlıdırlar. Buna görə də Qərb istəyir ki, Ukrayna və Rusiya mümkün qədər bir-birlərini taqətdən salsınlar. Onların hər ikisi mümkün qədər itki versin, əldən düşsün”.
Ekspert qeyd edib ki, hazırda Qərb öz məqsədi yolunda uğurla irəliləməkdədir:
“Bu gün baş verənlər onu göstərir ki, hələ ki, hər şey Qərbin planı üzrə gedir. Rusiya və Ukrayna bir-birlərini qırır, Qərb isə baş verənləri seyr edir. Hazırda baş verənlər Qərbi qane edir. Bəs sabha nə olacaq? Bunu zaman göstərəcək”.
Seymur ƏLİYEV