Akademik Milli Dram Teatrının bu
Ekskluziv
3370
13 Sep 2024 | 11:25

Akademik Milli Dram Teatrının bu "tamaşa"larına BİLET ALMAYIN- DƏLƏDUZLAR SİZİ ALDADIR -FOTO

 Dünən yaxın bir dostum Akademik Milli Dram Teatrında  "Vasili Senin" (Komediya, 16+) tamaşasına bilet aldığını və bu bilet üçün 50 manat pul xərclədiyini bildirdi.
 
Açığı yerli teatrlarımızda hazırlanan tamaşaların qiymətinə aşağı- yuxarı bələd olduğum üçün  tamaşanın rejissorunu araşdırmağa çalışsam da heç bir nəticə əldə etmədim. Bunun üçün teatrın mətbuat xidməti ilə əlaqə saxladım. Öyrəndim ki, əslində teatrda belə bir tamaşa yox imiş. 
 
Teatrın mətbuat xidməti Cavid Zeynallı Moderator.az-a açıqlamasında bildirdi ki, naməlum ssytlardan bilet almayaq:
 
 "Bir neçə müddətdir ki, biz bu dələduzlarla mübarizə aparırıq. Bizim rəsmi saytımızdan kənar tamaşaların repertuarında başqa tamaşaların adlarına aldanmayın. Biz bunun üçün rəsmi qurumlara da müraciət etmişik". 
 
 O əlavə etdi ki, beynəlxalq kibercinayətkar qrupun dələduzluq əməlləri ilə bağlı ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd edilir ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı //theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir.
 
 
"Saytın domenində olan "azdram" sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. Təəssüf ki, aldanan vətəndaşlar var.
 
Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur.
 
 
Link kopyalandı!
Son xəbərlər