“Ukrayna-Rusiya müharibəsinin taleyi Qərbin hərbi-maliyyə dəstəyindən asılıdır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, əgər Qərb Ukraynaya silah və maliyyə dəstəyini yüksək səviyyədə davam etdirsə, Ukrayna bundan sonra da müqavimət göstərəcək:
“Məlumdur ki, Ukrayna Rusiya ilə müharibədə özünü nə hərbi, nə də maliyyə baxımından təmin edə bilmir. Ona hər iki məsələdə Qərb dəstək verir.
Əgər Qərb bundan sonra da Ukraynaya maliyyə və silah-sursat məsələlərində yardım göstərməkdə davam edəcəksə, o zaman müharibə də davam edəcək, Ukrayna müqavimət gücünü qoruyub saxlayacaq. Yox əgər bu dəstək azalsa və ya tamamilə dayansa, o zaman Ukrayna da Rusiya qarşısında davam gətirə bilməyəcək”.
Seymur ƏLİYEV