Bəzi dağlıq ərazilərdə yağış yağıb – FAKTİKİ HAVA
Hadisə
1690
08 Sep 2024 | 09:35

Bəzi dağlıq ərazilərdə yağış yağıb – FAKTİKİ HAVA

Saat 8:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağıb.
 
Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
 
Qrız, Lerikdə duman müşahidə olunub.
 
Sarı xəbərdarlığa uyğun olaraq, şimal-şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.
 
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, Aran rayonlarında 30, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb. report.az
Link kopyalandı!
Son xəbərlər