Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək
İdman
1627
08 Sep 2024 | 09:23

Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək

Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.
 
Moderator.az-ın məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.
 
Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.
 
UEFA Millətlər Liqası
C Liqası, I qrup
II tur
8 sentyabr
20:00. Slovakiya - Azərbaycan
Baş hakim: Damian Silvestrjak (Polşa).
Koşitse, “Koşitse Futbol Arenası”
 
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub. report.az
Link kopyalandı!
Son xəbərlər