Bizi sosial şəbəkələrdən izləyin:
Amerikalı sahibkar İlon Mask “Starship”in Marsa ilk pilotsuz uçuşlarının iki il sonraya planlaşdırıldığını bildirib.
Mask bu barədə “X” səhifəsində yazıb.
Eyni zamanda sahibkar dörd il sonra pilotlu uçuşların planlaşdırıldığını vurğulayıb.
“İlk “Starship”lər iki ildən sonra Marsa gedəcək. Onlar Marsa enişin təhlükəsizliyini yoxlamaq üçün pilotsuz olacaqlar. Eniş uğurlu olarsa, dörd ildən sonra Marsa ilk pilotlu uçuşları planlaşdırılır”, - Mask vurğulayıb.