3 ay ərzində qonşu ölkədə
1496
07 Sep 2024 | 19:56

3 ay ərzində qonşu ölkədə "YouTube" fəaliyyətini tamamilə DAYANDIRACAQ

Yaxın 3-5 ay ərzində “YouTube” videoservisi Rusiya Federasiyasında tamamilə bloklanacaq.
 
Moderator.az xəbər verir ki, bu fikri Rusiya Federasiyasında Rəqəmsal İqtisadiyyatın İnkişafı Şurasının sədri vəzifəsini tutan German Klimenko deyib.
 
Klimenko aydınlıq gətirib ki, əvvəlcə səlahiyyətlilər rusların reaksiyasını yoxlamaq üçün xidməti ləngidiblər. Nəticədə bloklamaya qarşı aktiv etirazlar olmayıb, ona görə də tezliklə videoservis ölkədə fəaliyyətini tamamilə dayandıracaq.
 
Bundan əvvəl “News1Ivanovo ” məktəblilərə nəhayət ki, dərs zamanı smartfonlardan istifadənin qadağan edildiyi barədə məqalə dərc etmişdi .
Link kopyalandı!
Son xəbərlər