Ekskluziv
1479
07 Sep 2024 | 14:58

"İsrail strateji təşəbbüsü əldən verib, İran isə hələ döyüşə başlamayıb" - İRNA agentliyi

 
"Sionistlər İran zərbəsi gözləntisini yaşayır, bu, İran siyasətinin ciddi uğurudur..."
 
İsrail öz tarixinin ən dağıdıcı müharibəsinə cəlb edilib, bu zaman İran hələ döyüşə başlamayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə İranın "İRNA" dövlət xəbərlər agentliyinin dərc etdiyi məqaləsində deyilir.
 
Məqalə müəllifləri iddia edir ki, oktyabrın 7-də başlanan "Əl-Əqsa axını" əməliyyatından keçən bir ildən də az müddətdən sonra İsrailə ən ağır zərbələr endirilib, bu da onun çəkindirici potensialına əvəzedilməz zərər vurub, bu dövlətin hərbi kabineti isə "hələ də Qəzza bölgəsini rüsvayçılıqla tərk etməmək üçün ölüvay nailiyyətlər axtarışındadır".
 
"Bunlar sionistlərin Qəzza bölgəsindəki cəbhədə yalnız çətin vəziyyətə düşdüyünü göstərir. İsrailin rəsmi şəxsləri etiraf edir ki, onlar yeddi cəbhədə döyüşür və müqavimət hərəkatının mühasirəsindədir. Şimal cəbhəsində İsrail bu yaxınınlarda "Ərbain" əməliyyatı zamanı Livanın "Hizbullah" qruplaşmasından zərər çəkib, Qərb sahilindəki cəbhə isə onun İsrail ordusu üçün böyük sürprizləri olduğunu göstərib", - İRNA yazıb.
 
Qeyd edilir ki, baş nazir Binyamin Netanyahunun özü etiraf edib ki, İsrailə yeddi cəbhədə, yəni bütün Müqavimət Qüvvələri koalisiyasına qarşı müharibə aparmaq lazım gəlir.
 
"Sionistlər İran zərbəsi gözləntisini yaşayır, bu, İran siyasətinin ciddi uğurudur", - məqalə müəllifləri qeyd edir.
 
İsrailin İran ərazisindəki obyektlərə hücum etməkdən imtina etməsi cavab zərbə qarşısında qorxu kimi dəyərləndirilir. İddia edilir ki, İsrail strateji təşəbbüsü əldən verib, diversiyalar isə birbaşa qarşıdurmadan yan keçmək üsulundan başqa bir şey deyil.
 
Beləliklə, Müqavimət Qüvvələri İsraili onun hərbi doktrinasına zidd olan uzunmüddətli müharibəyə cəlb edib. İsraili döyüşməyə məcbur edən cəbhələrdən biri kimi agentlik yəhudi dövlətini soyqırımda, onun liderlərini isə hərbi cinayətlərdə ittiham edən beynəlxalq hüquqi instsansiyaları qeyd edir.
Link kopyalandı!
Son xəbərlər