Bakıdan Naxçıvana qatar və avtomobillər mütləq gedəcək, Nikol!
Siyasət
Oxunub: 1432
07 Sep 2024 | 14:27
Bakıdan Naxçıvana qatar və avtomobillər mütləq gedəcək, Nikol!
Nikol Paşinyan yenə də uşaqları yığıb başına, onlara nağıl danışıb. “Biri var idi, biri yox idi...” məzmunlu nağılın məğzində 9 noyabr razılaşması dayanır, amma Paşinyan bu məsələdə də təhriflərə yol verir, hay təbirincə çıxış edir. Ermənistanın hökumət başçısı bundan əvvəl də hansısa məktəbdə şagirdlərə şeir oxumuşdu, “Real Ermənistan – Ermənistan Respublikası” adında...Azı bir əsr ərzində uşaqların beynini “türk sənin düşmənindir” təbliğatı ilə zəhərləyənlərin xələfi indi azyaşlılara realist olmağı tövsiyə edirlər.
 
Bu dəfə də Nikol Paşinyan Milli Assambleyanın Yay Məktəbində şagirdin sualını cavablandırarkən Zəngəzur dəhlizindən, Rusiyanın bu layihə ilə  bağlı mövqeyindən danışıb. “Son zamanlar regional kommunikasiyalarla bağlı müzakirələr intensivləşib və bu müzakirələrdə bəzi oxunuşlar da var. Bu günlərdə Rusiya Federasiyasının yüksək rütbəli rəsmisi bəyan edib ki, noyabrın 9-da üçtərəfli bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinin Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin edildiyi bildirilir. Onu da deyim ki, 9 noyabr tarixli üçtərəfli bəyanatda bu yazılmayıb. O, açıq mətndir, ictimaiyyətə açıqdır və açılıb oxuna bilər. Əksinə, orada deyilir ki, Ermənistan Respublikası kommunikasiyaların təhlükəsizliyini təmin edir və zəmanət verir”, - Paşinyan bildirib.
 
Sözsüz, Nikol Paşinyan uşaq başı aldada bilər. Amma hər halda ağıllı adamlar anlayırlar ki, Ermənistanın baş naziri 3 il 10 aydır verdiyi vədi icra etmir, kapitulyasiya sənədinə imza atdığı halda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında quru əlaqənin təmin olunması istiqamətində yarım addım belə, atmayıb.
 
9-cu bəndi olduğu kimi bir daha xatırladaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.
 
Hər şey açıq-aydın yazılıb və Paşinyan da imza atıb. İlk olaraq Ermənistan Azərbaycanın yarım milyonadək əhalisinin blokadasına son verməlidir! Qalan məsələlər təfərrüatdır. Niyə Naxçıvan camaatı Ermənistanın cığallığı, onun hökumət başçısının özünə, sözünə, imzasına hörmət qoymamasına görə bundan sonra da əziyyət çəkməlidir?! Ermənistan cəzalıdır, suçludur, Azərbaycana qarşı törətdiyi cinayətlərə, vurduğu zərərə görə beynəlxalq səviyyədə cavab verməlidir! Belə olduğu halda, müharibənin əsas səbəbkarlarından biri – hər halda “Qarabağ Ermənistandır. Nöqtə”-ni unutmamışıq - Paşinyan məsuliyyət daşıyır, o da cavabdehlərdəndir. Bu mənada Azərbaycanın şərtləri sözsüz yerinə yetirilməlidir! Bunu həm beynəlxalq hüquq, həm Azərbaycan Konstitusiyası – vətəndaşların öz ölkəsində sərbəst hərəkətinin təmin olunması ilə bağlı müddəa yerinə yetirilməlidir – tələb edir. İndi erməni baş nazirin bu, nə “nala-mıxa vurma siyasəti”dir?!
 
Azərbaycan dövləti bir müddət sonra Zəngəzur dəhlizi istiqamətində işləri yekunlaşdıracaq. Ermənistan isə təqribən 43 km-lik dəhlizdə daşı daş üstə qoymayıb. O dəhlizdə ki, işğal illərində Azərbaycan dəmiryollarının balansında olan xətlər, stansiyalar darmadağın edilib. Nikol Paşinyan arxiv sənədlərinə baxsın, öyrənsin: sovetlər dövründə Mehri stansiyasında işləyən ermənilər belə, Azərbaycan SSR-dən əmək haqqı alıblar, çünki burada əmlak da, dəmir yolu da Azərbaycan Respublikasına məxsus olub. Odur ki, Azərbaycan dövləti Ermənistandan Zəngəzur dəhlizindəki dəmiryollarına vurduğu zərərə görə təzminat tələb etmək haqqına sahibdir və o gün gələcək!
 
Nağılbaz Paşinyan üçün zəruri xatırlatma: Fransa, Hindistan, ABŞ, İrandan silah-sursat, hərbi texnika alıb Zəngəzura dolduran Ermənistan hökuməti əvvəlcə Azərbaycana vurduğu ziyanı ödəsin, sonra milyonları Hərbi Qənimətlər Parkımızın potensial qənimətləri üçün xərcləsin!
 
Erməni baş nazir onu da deyib ki, 9 noyabr tarixli bəyanatın 9-cu bəndi bütün regional kommunikasiyaların açılmasına aiddir: “Burada kontekstdən kənar şərhlər nəinki faydalı deyil, həm də zərərlidir və Ermənistan hökuməti açıq və rəsmi şəkildə “İqtisadiyyatın kəsişməsi”ni təqdim edib. Əgər kimsə bu layihənin əleyhinədirsə, niyə buna qarşı olduqlarını izah etməlidir”.
 
Bundan əvvəl Bakıdan Paşinyana xəbərdarlıq edildi ki, söz oyunlarına son qoysun, əməli addımlar atsın, yoxsa axırı pis olar! Amma görünür nəticə çıxartmır və uşaq başı aldadan açıqlamalarla gündəmdə qalmağa çalışır. Hələ kadastr sənədi – “kupça”sı olmayan oyuncaq ölkə nə vaxtdan “dünyanın kəsişməsi” olub? Qonşuluqdakı 4 dövlətdən 3-ünün ərazisinə konstitusiya ilə iddia edən oyuncaq ölkənin başçısı əvvəlcə bu, biabırçı səhvi əsas qanundan çıxartmalıdır, sonra bəlkə danışmağa üzü oldu. Yox bir, “okean kəsişməsi”. On illərlə özlərini “dənizdən-dənizə Ermənistan”la aldatdılar, uşaq-muşağın beynini yedilər, indi də “kəsişmə...”
 
Əslində Nikol Paşinyanın son vaxtlar niyə Rusiyaya “asi” çıxdığı bəllidir. Bu, həm Qərbdəki sifarişçilərə xoş gəlməkdən, daha çox “şabaş” almaqdan ötrü quraşdırılmış oyundur. İkinci də İrandan verilən komanda sözünü deyir. Bundan əvvəl Tehrandan bir neçə dəfə Zəngəzur dəhlizinə qarşı bəyanatlar səsləndi.
 
Budur, daha biri: “Mehr” xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi İslam Respublikasının Zəngəzur dəhlizinə qırmızı xətt kimi baxdığını və bu dəhlizdə istənilən dəyişikliyə qəti cavab verəcəyini bildirib. Bununla bağlı o, Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşündə Rusiyanın qondarma “Zəngəzur dəhlizi” ilə bağlı son mövqeyini şərh edib. “Aydındır ki, Zəngəzur dəhlizində geosiyasi proseslərlə bağlı məsələlər region ölkələrinin maraqlarına cavab vermir və İran da bu məsələnin qəti əleyhinədir”, - Əzizi bildirib.  “Belə illüziyalara qapılanlara xəbərdarlıq edirik ki, bu cür qərarların nəticələri onlar üçün ağır və baha başa gələcək. İran İslam Respublikası sağlam düşüncəni rəhbər tutaraq heç vaxt bölgədə gərginlik yaratmağa çalışmır”, - deyən Əzizi, digər tərəfdən, ərazi bütövlüyünə təhlükə yaranarsa, ölkənin özünü müdafiə edəcəyini bildirib. İranın Cənubi Qafqaz regionunda baş verən prosesləri yaxından izlədiyini deyən Əzizi daha sonra bildirib: “Biz müxtəlif formalarda region ölkələrinə dəfələrlə bildirmişik ki, bu dəhliz İranın qırmızı xətti hesab olunur və orada hər hansı dəyişiklik və addım atılacaqsa, İrandan ciddi və qəti reaksiya veriləcək”.
 
Nikol Paşinyanı qırmızı yalanlar uydurmağa vadar edən məhz İranın “qırmızı xətti”dir. İranda hələ başa düşmək istəmirlər ki, ABŞ ordusu “qırmızı xəttin 10-15 km-liyindədir – Qafanda! Paşinyan uşaq nağılları ilə, əslində, İranın da başını qatır...Özləri bilərlər. Bizə Naxçıvana rahat getmək üçün yol-dəhliz lazımdır, nağıllar keçməz! Bu yol onsuz da açılacaq, daha yaxşı olar Paşinyan vədinə əməl etsin, bu layihədən Ermənistan da qazansın. Yoxsa qapını da, yolu da özümüz açmalı olacağıq! O halda haylar dalanda qalacaqlar, Zəngəzurdan keçən qatara uzaqdan baxacaqlar...Əminliklə deyirik: Bakıdan Naxçıvana qatar və avtomobillər mütləq gedəcək, Nikol! Hələ qarşıda Nüvədidə toylu-büsatlı günlərimiz var, 32 ildən sonra Şuşada qurulan toy kimi...
 
Elşad PAŞASOY, Musavat.com
 
Oxşar xəbərlər
07:55, Bu gün
Gecə güclənən sümük ağrısı hansı ciddi xəstəliyin əlaməti ola bilər?
07:42, Bu gün
Oktyabrın 1-də şanslı olacaq BÜRCLƏR
07:33, Bu gün
Hansı daha faydalıdır: Ağ yumurta, ya qəhvəyi yumurta?
07:21, Bu gün
İranın rəsmi "İRNA" agentliyi İsrail əsgərlərinin Livan sərhədlərini keçdiyini təkzib etdi... 
07:20, Bu gün
Sabah Ay Yerin səthinə eni 266 km-lik kölgə salacaq
01:03, Bu gün
"Navalnının ölümü gerçəkdən necə baş verib?" - KİV-lərdən yeni araşdırma
00:53, Bu gün
İsrail Livanın cənubunu fosfor bombaları ilə vurur - Video
00:50, Bu gün
Putin gecə ilə Kremlə gəldi: təcili iclas… - Video
30 Sep 2024 | 23:33
“Mən o vaxt televizorda sizi qucaqlamışdım” - Video
30 Sep 2024 | 23:29
Təcili: İsrail ordusu Livana girdi - Video
30 Sep 2024 | 23:18
"Əgər biz Londonun mərkəzinə bomba atsaydıq, hər şey bitəcəkdi..."
30 Sep 2024 | 23:15
ABŞ-ın Ukrayna münaqişəsinə təsir edəcək “sehrli güllə”si...
30 Sep 2024 | 23:04
17 növ xərçəngdən qoruyan möcüzə içki
30 Sep 2024 | 22:56
Üçüncü müharibə başlayır: əsas hücum haradan olacaq?
30 Sep 2024 | 22:48
Nizami Rəmzinin qızı müğənniliyə başladı: “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”-FOTO+VİDEO
30 Sep 2024 | 22:46
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA
30 Sep 2024 | 22:38
İmicini dəyişən Nadir Rüstəmli tanınmaz halda - FOTO
30 Sep 2024 | 22:30
Əfsanəvi basketbolçu öldü
30 Sep 2024 | 22:23
Bakının bu ərazisində 100 minə ev alanların PULLARI BATACAQ - XƏBƏRDARLIQ
30 Sep 2024 | 22:18
İnsanlar haqqında az bilinən qorxunc faktlar
30 Sep 2024 | 22:10
“Qırmızı Körpü”də 400 yük maşını gözləyir
30 Sep 2024 | 22:03
Həkim qəhvənin beyin üçün faydalarından danışıb
30 Sep 2024 | 22:00
"İsrail Livanda atəşkəsə razı olmayacaq" - İsrail XİN rəhbəri
30 Sep 2024 | 21:50
Dumanın fraksiya rəhbəri: Qarabağ Azərbaycandır!
30 Sep 2024 | 21:47
İsrail “Hizbullah”a qarşı əməliyyatın növbəti mərhələsinin başladığını elan edib
30 Sep 2024 | 21:44
YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar
30 Sep 2024 | 21:38
Sabah dörd rayonda qazın verilişində məhdudiyyətlər olacaq
30 Sep 2024 | 21:23
Paşinyandan gözlənilməz qərar: Ərdoğanla...
30 Sep 2024 | 21:15
Metroda qadına yer verməyən sərnişin bıçaqlandı
30 Sep 2024 | 21:15
"İçərişəhər" stansiyasının önündə dəhşətli SIXLIQ
30 Sep 2024 | 21:12
Saçınızın sağlamlığı üçün bunu edin
30 Sep 2024 | 21:09
Yolun ortasında məzar qazıb dəfn etdilər - Bakıda kuryoz hadisə+Video
30 Sep 2024 | 21:06
Xankəndidə yaradılan futbol klubunun loqosunun mənası AÇIQLANDI
30 Sep 2024 | 20:58
Heydər Əliyevin ən böyük vəsiyyəti həyata keçdi - Slutski
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
30 Sep 2024 | 20:52
"Rusiyalılar iri şəhərlərə yaxınlaşır, ukraynalıların "ayılması" zamanıdır..."
30 Sep 2024 | 20:50
Rəsədxana kosmik hava durumunu açıqladı
30 Sep 2024 | 20:43
Zəngəzurla bağlı çox müzakirə aparılmalıdır - İran
30 Sep 2024 | 20:40
Şorbaya əlavə etmək üçün bir nömrəli məhsul
30 Sep 2024 | 20:38
Rövşən Nəcəf "SOCAR Türkiyə"nin İdarə Heyətinin iclasında iştirak edib
30 Sep 2024 | 20:36
"İsrail qurudan hücum edərsə, döyüşməyə hazırıq"
30 Sep 2024 | 20:35
Arvadı ondan 20 milyon tələb edir: Boşanmamaq üçün
30 Sep 2024 | 20:33
Pezeşkiandan kritik Azərbaycan anonsu – “Öz hökumətləri olacaq...”
30 Sep 2024 | 20:26
Şəhid anası 30 il sonra doğulan qızı ilə birgə oğlunun məzarı başında
30 Sep 2024 | 20:15
Azərbaycanda 100 meqabitlik internet zəifdir? - Rəsmi cavab
30 Sep 2024 | 20:08
Rusiyada güzlü zəlzələ oldu
30 Sep 2024 | 20:00
Pezeşkian Rusiya baş naziri ilə görüşdü
30 Sep 2024 | 19:55
"Biz Qərbi azərbaycanlılar qayıdışımıza inanırıq!” - Bəyanat
30 Sep 2024 | 19:48
Prezident Leonid Slutskini qəbul etdi- YENİLƏNDİ
30 Sep 2024 | 19:40
Sağlamlıq üçün ən zərərli iki məhsulun adı açıqlanıb
30 Sep 2024 | 19:35
Bu marşrut xətti "BakuBus"a verildi
30 Sep 2024 | 19:30
"Dövlət quruluşu belə olsa, rüşvət almaq mümkün olmaz" – Elmi-lədun
30 Sep 2024 | 19:27
XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb
30 Sep 2024 | 19:25
Ruhi Əliyeva həyat yoldaşı ilə birlikdə - FOTO
30 Sep 2024 | 19:20
Bakıda mənzillər kəskin bahalaşdı
30 Sep 2024 | 19:12
Murovdağda düşməni lərzəyə salan gənc zabit...
30 Sep 2024 | 19:08
Borş və atlamadan bezən əcnəbilər rus restoranında TERROR TÖRƏTDİ
30 Sep 2024 | 19:00
Lənkəran şəhərinin baş planının hazırlığına başlanıldı
30 Sep 2024 | 18:52
Məşhur uşaq nağılı gerçək oldu: Tısbağa dovşana qalib gəldi - VİDEO
30 Sep 2024 | 18:47
"Instagram"da dələduzluq edən şəxs saxlanıldı - FOTO
30 Sep 2024 | 18:40
Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi
30 Sep 2024 | 18:33
İş müsahibəsində belə danışmalıyıq
30 Sep 2024 | 18:25
Əfsanəvi dizayner 90 yaşında dünyasını dəyişdi
30 Sep 2024 | 18:20
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
30 Sep 2024 | 18:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
30 Sep 2024 | 18:12
“Azərbaycanı Türkiyəyə birləşdirən” dekan müavini 15 dəqiqəlik məhkəmə ilə güllələndi...
30 Sep 2024 | 18:10
Azərbaycan XİN Nepala başsağlığı verib
30 Sep 2024 | 18:07
“Onlar bizi mühasirəyə salıb əzmək istəyirlər”
30 Sep 2024 | 18:05
Özünü yırtıcı kimi hiss etdim: 18 yaşlı turist
30 Sep 2024 | 18:04
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb - FOTO
30 Sep 2024 | 18:00
Mədəni həddindən artıq yükləmək bu orqana mənfi təsir edir
30 Sep 2024 | 17:59
Qubada ayılar kəndə hücum etdi - FOTO/VİDEO
30 Sep 2024 | 17:55
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA + FOTO
30 Sep 2024 | 17:51
Azərbaycanlı tanınmışın qızı kamera önündə görün nə etdi - VİDEO
30 Sep 2024 | 17:45
Azad edilmiş ərazilərdə 330 mina zərərsizləşdirilib
30 Sep 2024 | 17:39
Azərbaycanda 2025-ci ildə fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək
30 Sep 2024 | 17:33
Kamran Əliyev yəmənli həmkarı ilə görüşdü - FOTO
30 Sep 2024 | 17:27
Britaniyadan yüksək səviyyəli nümayəndə heyəti COP29-da Bakıya gələcək
30 Sep 2024 | 17:21
Avropada Vatikanın analoqu olan yeni, amma müsəlman dövləti yarana bilər - FOTO
30 Sep 2024 | 17:16
"Saz niyə havadadı, sağdadı, rəngi isə..." - Aşıq Ələsgər heykəlinin müəllifi cavabladı
30 Sep 2024 | 17:11
Putin Polad Bülbüloğlunu təltif etdi - FOTO
30 Sep 2024 | 17:07
Əli Əsədov qərar imzaladı
30 Sep 2024 | 17:03
Bu universitetə yeni rektor təyin olundu
30 Sep 2024 | 16:59
Sevda Yahyayevadan “Sevənlərin ulduzları”na yeni nəfəs - FOTO/VİDEO
30 Sep 2024 | 16:55
Zarina Qurbanova kimdir? - Zindulladan qorxub adını dəyişən, ata sevgisinə həsrət travmalı aktrisa
30 Sep 2024 | 16:50
Nazim Bəydəmirliyə 8 il həbs cəzası verildi
30 Sep 2024 | 16:45
“Təklif edirəm ki Zəfər Bayramına qədər amnistiya aktı qəbul olunsun” -Qüdrət Həsənquliyev
30 Sep 2024 | 16:40
Azərbaycanlı müğənninin toyu oldu - FOTO/VİDEO 
30 Sep 2024 | 16:35
Haqq sözə gərəkdir düz qiymət olsun - Musa Urudun yazısı
30 Sep 2024 | 16:30
“Survivor”da tanış olan cütlük evləndi - VİDEO
30 Sep 2024 | 16:25
Masazırda hərbi sursatlar aşkarlandı - VİDEO
30 Sep 2024 | 16:19
Dövlət Komitəsi tərəfindən musiqili fləşmob keçirilib - VİDEO
30 Sep 2024 | 16:13
Kamran Əliyev Türkiyənin Baş prokuroru ilə görüşdü - FOTO
30 Sep 2024 | 16:07
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
30 Sep 2024 | 16:01
“Bir yerdə xidmət etmişik, pulları da...” - Ordudakı yeyinti ilə bağlı yeni faktlar
30 Sep 2024 | 15:57
Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
30 Sep 2024 | 15:51
Xanımlarının telefonları və pultlar: İsrail kəşfiyyatının "Hizbullah"a necə sızdığı açıqlandı - FOTO
30 Sep 2024 | 15:45
DTX və DSX-dən birgə ƏMƏLİYYAT: İrandan ölkəmizə keçən naməlum uçuş aparatı endirildi - FOTO
30 Sep 2024 | 15:39
Lalə Azərtaşın Londonda yaşayan qızı - VİDEO
30 Sep 2024 | 15:34
Oktyabr ayının HAVA PROQNOZU
GÜNLÜK
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
30 Sep 2024 | 12:50
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
30 Sep 2024 | 10:21
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı suallardan yayındı...
30 Sep 2024 | 14:12
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
30 Sep 2024 | 10:09
Azərbaycanda pensiyaçılar üçün hansı GÜZƏŞTLƏR VAR?
30 Sep 2024 | 09:01
Tatar partizanlar rusların Kursk bölgəsindəki logistikasına güclü zərbə endirdi... 
30 Sep 2024 | 13:51
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
30 Sep 2024 | 09:52
“Bozbaş” Picturesin Şirini bacısından imtina edibmiş – BACISI GÖRÜN KİM İMİŞ
30 Sep 2024 | 09:10
Britaniya mətbuatı: Makronun adamları Bakıda istintaqa cəlb olunub - ŞOK FAKTLAR
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 14:09
Maaş və pensiyalar neçə manat artırılacaq? - Dəqiq rəqəm açıqlandı
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
AYLIQ
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
30 Sep 2024 | 12:50
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
30 Sep 2024 | 10:21
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı suallardan yayındı...
30 Sep 2024 | 14:12
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
30 Sep 2024 | 10:09
Azərbaycanda pensiyaçılar üçün hansı GÜZƏŞTLƏR VAR?
30 Sep 2024 | 09:01
Tatar partizanlar rusların Kursk bölgəsindəki logistikasına güclü zərbə endirdi... 
30 Sep 2024 | 13:51
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
30 Sep 2024 | 09:52
“Bozbaş” Picturesin Şirini bacısından imtina edibmiş – BACISI GÖRÜN KİM İMİŞ
30 Sep 2024 | 09:10
Britaniya mətbuatı: Makronun adamları Bakıda istintaqa cəlb olunub - ŞOK FAKTLAR