İranı Rusiya ilə üz-üzə qoyan dəhliz: Bakının mövqeyi necədir? - TƏHLİL + FOTO
Analitika
Oxunub: 1600
07 Sep 2024 | 12:09
İranı Rusiya ilə üz-üzə qoyan dəhliz: Bakının mövqeyi necədir? - TƏHLİL + FOTO
Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək 40 kilometrlik yol bu gün dünyanın aparıcı güc mərkəzlərinin əsl rəqabət və qarşıdurma meydanına çevrilib. Vətən müharibəsindəki qələbəmizdən dərhal sonra 10 noyabr üçtərəfli bəyanatına məlum maddənin salınması zamanı onun əhəmiyyətini bir çoxları o qədər də dərk etmirdi. “Zəngəzur dəhlizi” adını almış bu yol uğrunda indi dünyanın əsas güc mərkəzləri ciddi qarşıdurma yaşayırlar. Bəs nədir Zəngəzur dəhlizinin əhəmiyyəti? Bəs 40 kilometrlik yol uğrunda belə ciddi geosiyasi qarşıdurmanı alovlandıran nədir?
 
Azərbaycan üçün Zəngəzur dəhlizi ayrılmaz tərkib hissəsi olan Naxçıvana və strateji müttəfiqi Türkiyəyə birbaşa çıxış deməkdir. Geniş anlamda bu yol həm iqtisadi, həm də siyasi baxımdan Türk dövlətləri arasında birbaşa əlaqə, Şərq-Qərb dəhlizinin əsas arteriyalarından biri kimi dəyərləndirilir.
 
Ermənistan üçün isə Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və regional inteqrasiyanın bir parçasına çevrilmək, iqtisadi inkişaf deməkdir.
 
Göründüyü kimi, Prezident İlham Əliyevin dörd il öncə irəli sürdüyü təşəbbüs əslində Bakı və İrəvan üçün yeni imkanlar vəd edir. Ancaq təəssüf ki, Ermənistan rəhbərliyi bu dəfə də tarixi şansı qaçırmaq üzrədir.
 
 
Alternativ yol, zəngin resurslara çıxış
 
Ukraynada müharibə başlayandan sonra Qərblə münasibətləri kəskinləşən Rusiya üçün Zəngəzur dəhlizi, əslində üzləşdiyi sanksiyalardan yan keçməklə dünyaya çıxış üçün alternativ imkan anlamına gəlir. Bakı və Ankara ilə münasibətlərini qoruyub saxlamağı bacaran Moskva Zəngəzur dəhlizi vasitəsi ilə Yaxın Şərq və cənub ölkələrinə çıxışı hədəfləyir. Həm də Moskvada bu arteriya Şimal-Cənub dəhlizinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
 
Türkiyə üçün isə Zəngəzur dəhlizinin əhəmiyyəti Azərbaycanın maraqları və məqsədləri ilə eynilik təşkil edir.
 
Avropa İttifaqı və ABŞ dəhlizə Mərkəzi Asiyanın zəngin resurslarına çıxış və Rusiyanın istər Cənubi Qafqazda, istərsə də məlum regionda təsirinin zəiflədilməsi imkanı kimi yanaşır.
 
Zəngəzur dəhlizi Kremlin gündəmində
 
Bütün bunların fonunda Zəngəzur dəhlizi ilə bağlı yeni gəlişmələr yaşanmaqdadır. Bu dəfə 40 kilometrlik yolun qarşı-qarşıya gətirdiyi nə Bakı ilə İrəvandır, nə də Vaşinqtonla Moskva. Son illərdə münasibətlərini üst səviyyəyə çıxararaq strateji müttəfiqlik haqqında saziş imzalamağa hazırlaşan Rusiya və İrandır.
 
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərindən sonra Zəngəzur dəhlizi məsələsi Kremlin xüsusi gündəmindədir. Şimal qonşumuzun rəsmiləri, xüsusilə də xarici işlər naziri Sergey Lavrov və Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın dəhlizlə bağlı son açıqlamaları İranda ciddi narazılıq yaradıb. İş o yerə çatıb ki, rəsmi Tehran Rusiyanın bu ölkədəki səfirini XİN-ə çağıraraq etirazını nümayişkaranə surətdə ifadə edib. Qeyd edək ki, S.Lavrov dəhlizin açılmamasının əsas səbəbkarı kimi Ermənistan rəhbərliyini göstərib. M.Zaxarova isə bu məsələnin üçtərəfli bəyanata uyğun rus sərhədçilərinin birbaşa nəzarəti altında həll edilməsinin aktuallığını itirmədiyini deyib. İranın narahatlığı ilə bağlı sualı isə Tehrana ünvanlamağı məsləhət görüb. Görünən odur ki, Moskva kommunikasiyaların açılması məsələsində prosesi ölü nöqtədən tərpətmək üçün artıq düyməyə basıb.
 
 
İrana gəldikdə, Tehranın Zəngəzur dəhlizi ilə bağlı "narahatlıqlar"ını hakimiyyətə yaxın "Tasnim" agentliyi "Bu xəyali dəhliz yaradılmayacaq" sərlövhəli məqaləsində sadalayıb. Bildirilir ki, Zəngəzur dəhlizinin işə düşməsi İranın dünyaya çıxış qapısı olan sərhəd qonşularından birinin sayının azalması, Türkiyə-Azərbaycan tandeminin mövqelərinin güclənməsi, "İranın qırmızı xətt elan etdiyi bölgə dövlətlərinin sərhədlərinin və suverenliyinin pozulması" anlamına gəlir. Rusiya XİN-ni hədəfə alan məqalədə Moskvaya "strateji müttəfiqlik sənədi imzalamağa hazırlaşan dövlətin dəhlizlə bağlı bəyanatlarının müttəfiqlik ruhuna uyğun olmadığı" xatırladılır.
 
Əslində Tehranın müttəfiq adlandırdığı bir ölkənin sərhədçilərinin nəzarətində olacaq dəhlizin İranın maraqlarına zidd olması ilə bağlı iddiaları müəyyən suallar doğurur. Onsuz da İran-Ermənistan sərhədində rus hərbçiləri xidmət edir. Bu məsələdə Tehranın başlıca qorxusu 44 günlük müharibədən sonra Azərbaycana təsir imkanlarının minimuma düşməsi, əlində olanları da itirmək riskidir. Artıq Ermənistan rəhbərliyi də Tehranın məlum demarşından ürəklənərək Moskvanın dəhlizə nəzarətinin mümkünsüzlüyünü açıq şəkildə bəyan edir. Yəni Tehran bu məsələdə İrəvanı da özünün dili ilə danışmağa məcbur edir. Rusiyanın istər Tehrana, istərsə də vaxtilə forpostu elan etdiyi İrəvana hansı cavabı verəcəyi maraq doğurur. Əslində yeni gəlişmələrin istiqaməti də Kremlin mümkün reaksiyasından sonra müəyyənləşəcək.
 
Azərbaycanın mövqeyi dəqiq və aydındır
 
Azərbaycanın dəhlizlə bağlı mövqeyi dəqiq və aydındır. Hazırda Ermənistanın bu dəhlizlə bağlı təhlükəsizlik zəmanəti vermək imkanı yoxdur. Açılacaq yol beynəlxalq hüquqa uyğun şəkildə maneəsiz keçidi təmin etməlidir. Burada üçüncü tərəfin təhlükəsizlik zəmanəti mütləqdir. Digər tərəfdən, Azərbaycan üçün regional kommunikasiyaların işləməsi məsələsində hansısa çətinlik də yoxdur. Bakı İran üzərindən hər iki dövlətin maraqlarına uyğun olan alternativ marşrut reallaşdırır. Zəngəzur dəhlizi hazırda bir-biri ilə ciddi qarşıdurma aparanlara və onlara bu meydanı verən Ermənistana daha çox lazımdır. (Kaspi" qəzeti)
 
Oxşar xəbərlər
11:11, Bu gün
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir?-“Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”-ETİRAZ
11:08, Bu gün
İdmanBalotelli üçüncü liqa klubunda oynayacaq?
10:57, Bu gün
Siqaretdən daha təhlükəli QİDALAR: 32 xəstəlik yaradır
10:48, Bu gün
Günay Ağamalı şəhidin ildönümündə ailəsini ziyarət etdi - FOTO
10:46, Bu gün
“Yaxın Şərqdəki münaqişənin həllində Türkiyə-İran yaxınlaşması həlledici rol oynaya bilər...”
10:44, Bu gün
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” – ŞİKAYƏT
10:38, Bu gün
Dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı 5 500-ü ötüb
10:30, Bu gün
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?
10:21, Bu gün
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
10:15, Bu gün
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ - Gələn ildən bu qadağalar olacaq
10:09, Bu gün
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
09:56, Bu gün
İnformasiya Texnologiyaları İnstitutunun alimləri yenidən Stenford Universitetinin süni intellekt sahəsində beynəlxalq reytinq siyahılarında
09:50, Bu gün
Azərbaycanlı müğənni həbsxanada evlənməyindən danışdı (VİDEO)
09:43, Bu gün
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)
09:35, Bu gün
"Bir başıpozuq qadın "TikTok"a yekə sifətini oyurdub..." - Deputatdan sərt sözlər
09:26, Bu gün
Bakıda insanları canından bezdirən qurdlar peyda oldu - VİDEO
09:20, Bu gün
Binəqədidə vulkanik ərazidə məskunlaşanlarla bağlı - Rəsmi AÇIQLAMA
09:15, Bu gün
İran şokdadır: İsraillə bağlı müttəfiqlərinə görün hansı vədi veribmiş
09:09, Bu gün
WhatsApp-a yeni funksiya gəlir: “Mesajı unutdum” bəhanəsi bitəcək!
09:04, Bu gün
Baş prokuror: Separatçılara tarixi mədəniyyət abidələrinin məhvi ilə də bağlı ittiham verilib
08:52, Bu gün
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
08:51, Bu gün
Qərb gözlərini açıb Ermənistanın oynadığı oyunlara baxsın...
08:45, Bu gün
"Səfirliyimizə hücum edən şəxsin cəza alması..." - Kamran Əliyev
08:30, Bu gün
İran prezidenti Məsud Pezeşkian “Hizbullah”ın ofisini ziyarət etdi...-FOTO
08:21, Bu gün
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
08:09, Bu gün
Ayı polis mayorunu və atasını gəmirib öldürdü...-FOTO
08:07, Bu gün
Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib
07:55, Bu gün
Gecə güclənən sümük ağrısı hansı ciddi xəstəliyin əlaməti ola bilər?
07:42, Bu gün
Oktyabrın 1-də şanslı olacaq BÜRCLƏR
07:33, Bu gün
Hansı daha faydalıdır: Ağ yumurta, ya qəhvəyi yumurta?
07:21, Bu gün
İranın rəsmi "İRNA" agentliyi İsrail əsgərlərinin Livan sərhədlərini keçməsini təkzib etdi... 
07:20, Bu gün
Sabah Ay Yerin səthinə eni 266 km-lik kölgə salacaq
01:03, Bu gün
"Navalnının ölümü gerçəkdən necə baş verib?" - KİV-lərdən yeni araşdırma
00:53, Bu gün
İsrail Livanın cənubunu fosfor bombaları ilə vurur - Video
00:50, Bu gün
Putin gecə ilə Kremlə gəldi: təcili iclas… - Video
30 Sep 2024 | 23:33
“Mən o vaxt televizorda sizi qucaqlamışdım” - Video
30 Sep 2024 | 23:29
Təcili: İsrail ordusu Livana girdi - Video
30 Sep 2024 | 23:18
"Əgər biz Londonun mərkəzinə bomba atsaydıq, hər şey bitəcəkdi..."
30 Sep 2024 | 23:15
ABŞ-ın Ukrayna münaqişəsinə təsir edəcək “sehrli güllə”si...
30 Sep 2024 | 23:04
17 növ xərçəngdən qoruyan möcüzə içki
30 Sep 2024 | 22:56
Üçüncü müharibə başlayır: əsas hücum haradan olacaq?
30 Sep 2024 | 22:48
Nizami Rəmzinin qızı müğənniliyə başladı: “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”-FOTO+VİDEO
30 Sep 2024 | 22:46
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA
30 Sep 2024 | 22:38
İmicini dəyişən Nadir Rüstəmli tanınmaz halda - FOTO
30 Sep 2024 | 22:30
Əfsanəvi basketbolçu öldü
30 Sep 2024 | 22:23
Bakının bu ərazisində 100 minə ev alanların PULLARI BATACAQ - XƏBƏRDARLIQ
30 Sep 2024 | 22:18
İnsanlar haqqında az bilinən qorxunc faktlar
30 Sep 2024 | 22:10
“Qırmızı Körpü”də 400 yük maşını gözləyir
30 Sep 2024 | 22:03
Həkim qəhvənin beyin üçün faydalarından danışıb
30 Sep 2024 | 22:00
"İsrail Livanda atəşkəsə razı olmayacaq" - İsrail XİN rəhbəri
30 Sep 2024 | 21:50
Dumanın fraksiya rəhbəri: Qarabağ Azərbaycandır!
30 Sep 2024 | 21:47
İsrail “Hizbullah”a qarşı əməliyyatın növbəti mərhələsinin başladığını elan edib
30 Sep 2024 | 21:44
YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar
30 Sep 2024 | 21:38
Sabah dörd rayonda qazın verilişində məhdudiyyətlər olacaq
30 Sep 2024 | 21:23
Paşinyandan gözlənilməz qərar: Ərdoğanla...
30 Sep 2024 | 21:15
Metroda qadına yer verməyən sərnişin bıçaqlandı
30 Sep 2024 | 21:15
"İçərişəhər" stansiyasının önündə dəhşətli SIXLIQ
30 Sep 2024 | 21:12
Saçınızın sağlamlığı üçün bunu edin
30 Sep 2024 | 21:09
Yolun ortasında məzar qazıb dəfn etdilər - Bakıda kuryoz hadisə+Video
30 Sep 2024 | 21:06
Xankəndidə yaradılan futbol klubunun loqosunun mənası AÇIQLANDI
30 Sep 2024 | 20:58
Heydər Əliyevin ən böyük vəsiyyəti həyata keçdi - Slutski
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
30 Sep 2024 | 20:52
"Rusiyalılar iri şəhərlərə yaxınlaşır, ukraynalıların "ayılması" zamanıdır..."
30 Sep 2024 | 20:50
Rəsədxana kosmik hava durumunu açıqladı
30 Sep 2024 | 20:43
Zəngəzurla bağlı çox müzakirə aparılmalıdır - İran
30 Sep 2024 | 20:40
Şorbaya əlavə etmək üçün bir nömrəli məhsul
30 Sep 2024 | 20:38
Rövşən Nəcəf "SOCAR Türkiyə"nin İdarə Heyətinin iclasında iştirak edib
30 Sep 2024 | 20:36
"İsrail qurudan hücum edərsə, döyüşməyə hazırıq"
30 Sep 2024 | 20:35
Arvadı ondan 20 milyon tələb edir: Boşanmamaq üçün
30 Sep 2024 | 20:33
Pezeşkiandan kritik Azərbaycan anonsu – “Öz hökumətləri olacaq...”
30 Sep 2024 | 20:26
Şəhid anası 30 il sonra doğulan qızı ilə birgə oğlunun məzarı başında
30 Sep 2024 | 20:15
Azərbaycanda 100 meqabitlik internet zəifdir? - Rəsmi cavab
30 Sep 2024 | 20:08
Rusiyada güzlü zəlzələ oldu
30 Sep 2024 | 20:00
Pezeşkian Rusiya baş naziri ilə görüşdü
30 Sep 2024 | 19:55
"Biz Qərbi azərbaycanlılar qayıdışımıza inanırıq!” - Bəyanat
30 Sep 2024 | 19:48
Prezident Leonid Slutskini qəbul etdi- YENİLƏNDİ
30 Sep 2024 | 19:40
Sağlamlıq üçün ən zərərli iki məhsulun adı açıqlanıb
30 Sep 2024 | 19:35
Bu marşrut xətti "BakuBus"a verildi
30 Sep 2024 | 19:30
"Dövlət quruluşu belə olsa, rüşvət almaq mümkün olmaz" – Elmi-lədun
30 Sep 2024 | 19:27
XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb
30 Sep 2024 | 19:25
Ruhi Əliyeva həyat yoldaşı ilə birlikdə - FOTO
30 Sep 2024 | 19:20
Bakıda mənzillər kəskin bahalaşdı
30 Sep 2024 | 19:12
Murovdağda düşməni lərzəyə salan gənc zabit...
30 Sep 2024 | 19:08
Borş və atlamadan bezən əcnəbilər rus restoranında TERROR TÖRƏTDİ
30 Sep 2024 | 19:00
Lənkəran şəhərinin baş planının hazırlığına başlanıldı
30 Sep 2024 | 18:52
Məşhur uşaq nağılı gerçək oldu: Tısbağa dovşana qalib gəldi - VİDEO
30 Sep 2024 | 18:47
"Instagram"da dələduzluq edən şəxs saxlanıldı - FOTO
30 Sep 2024 | 18:40
Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi
30 Sep 2024 | 18:33
İş müsahibəsində belə danışmalıyıq
30 Sep 2024 | 18:25
Əfsanəvi dizayner 90 yaşında dünyasını dəyişdi
30 Sep 2024 | 18:20
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
30 Sep 2024 | 18:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
30 Sep 2024 | 18:12
“Azərbaycanı Türkiyəyə birləşdirən” dekan müavini 15 dəqiqəlik məhkəmə ilə güllələndi...
30 Sep 2024 | 18:10
Azərbaycan XİN Nepala başsağlığı verib
30 Sep 2024 | 18:07
“Onlar bizi mühasirəyə salıb əzmək istəyirlər”
30 Sep 2024 | 18:05
Özünü yırtıcı kimi hiss etdim: 18 yaşlı turist
30 Sep 2024 | 18:04
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb - FOTO
30 Sep 2024 | 18:00
Mədəni həddindən artıq yükləmək bu orqana mənfi təsir edir
30 Sep 2024 | 17:59
Qubada ayılar kəndə hücum etdi - FOTO/VİDEO
30 Sep 2024 | 17:55
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA + FOTO
GÜNLÜK
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
30 Sep 2024 | 12:50
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
30 Sep 2024 | 14:12
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
30 Sep 2024 | 13:51
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
30 Sep 2024 | 13:23
Yüzlərlə yaralını həyata qaytaran həkim: "Dedi ki, canımı Azərbaycana fəda etdim" - VİDEO
30 Sep 2024 | 12:15
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”...- Ona görə də...”
30 Sep 2024 | 11:30
Əsl zeytun yağını necə tanıyaq?
30 Sep 2024 | 11:33
Azərbaycanlı milyarder Rusiyadan deport edilir
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 14:09
Maaş və pensiyalar neçə manat artırılacaq? - Dəqiq rəqəm açıqlandı
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
AYLIQ
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
30 Sep 2024 | 12:50
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
30 Sep 2024 | 14:12
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
30 Sep 2024 | 13:51
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
30 Sep 2024 | 13:23
Yüzlərlə yaralını həyata qaytaran həkim: "Dedi ki, canımı Azərbaycana fəda etdim" - VİDEO
30 Sep 2024 | 12:15
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”...- Ona görə də...”
30 Sep 2024 | 11:30
Əsl zeytun yağını necə tanıyaq?
30 Sep 2024 | 11:33
Azərbaycanlı milyarder Rusiyadan deport edilir