İranın Zəngəzur yolu iddiası: Tehran Moskvaya qarşı - ŞƏRH + FOTO
Siyasət
Oxunub: 1471
03 Sep 2024 | 15:30
İranın Zəngəzur yolu iddiası: Tehran Moskvaya qarşı - ŞƏRH + FOTO
Zəngəzur yolunun açılmasından Ermənistandan çox başqaları rahatsızdır. Bu ölkənin baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında kommunikasiya ilə bağlı məsələdən bəhs etmişdi. Bildirmişdi ki, İrəvan öz suverenliyi altında Azərbaycan qərb rayonları ilə Naxçıvan arasında əlaqənin yaranması üçün kommunikasiyaları açmağa hazırdır. O əlavə etmişdi ki, rusiyalı bəzi rəsmilərin baxışları çox vaxt 2020-ci il noyabrın 10-u tarixli sənədin mətni ilə ziddiyyət təşkil etdiyinə görə regional kommunikasiyalar hələ də açıq deyil.
 
Nikol Paşinyanın çıxışına münasibət bildirmək növbəsi deyəsən, İrana çatıb.
 
Rusiyanın Tehrandakı iransəfiri Aleksey Dedov sentyabrın 2-də axşam saatlarında İran Xarici İşlər Nazirliyinə çağırılıb. O, XİN-in Avrasiya məsələləri üzrə Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu ilə görüşüb. Tərəflər regional sülh və sabitlikdən, Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
 
Azərbaycanın qərb rayonları ilə Naxçıvan (Zəngəzur dəhlizi) arasında kommunikasiyaların açılmasına rəsmi Moskvanın dəstək verməsinə Mücətba Dəmirçilu belə münasibət bildirib: “İran regionun müəyyən edilmiş sərhədlərində istənilən geosiyasi dəyişikliyə qarşıdır”.
 
O, Qafqazda davamlı sülhün qarantı və regional əməkdaşlığın əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmət olunmasını da qeyd edib.
 
a1f73ba6-b7d8-37cd-941a-00d1a40a.jpg (132 KB)
 
Bu görüşdə Qafqazda baş verən cari hadisələrə dair fikir mübadiləsi zamanı ölkəmizin regionda sülhün və sabitliyin bərqərar olmasına dəstək, region ölkələri arasında əməkdaşlığın inkişafına kömək, beynəlxalq səviyyədə tanınmış sərhədlərdə dəyişikliklərə qarşı mübarizə və regionda baş verən geosiyasi dəyişikliklər və bunlara diqqət yetirilməsinin zəruriliyi, regionun bütün ölkələrinin maraqları və haqlı narahatlıqları vurğulanıb.
 
Diplomatlar Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu 3+3 formatının qarşıdakı görüşünə dair məsələni də müzakirə ediblər. Görüşdə regionda təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərini nəzərdən keçirir.
 
Belə nəticəyə gəlmək olar ki, Zəngəzur yolunun açılmasına qarşı çıxan tək İrandır. Tehran rəsmiləri “sərhədlərdə geosiyasi dəşiyişikliyə qarşı” mücərrəd açıqlama ilə əsas fikirlərini gizlətməyə çalışırlar. Bu yolun açılması Ermənistanın ərazi bütövlüyü və suverenliyini hansı halda pozur? Rəsmi Bakı heç bir ölkəyə qarşı ərazi iddiası etmədiyini dəfələrlə bildirib. Bu o deməkdir ki, Zəngəzur yolunun açılması Ermənistanın ərazisinə problem yaratmayacaq. Əksinə, o, bu layihədən faydalanacaq. Çünki İranın Hindistanın da iştirakı, Ermənistanla birlikdə həyata keçirmək istədiyi “Cənub-Şimal” nəqliyyat layihəsinin reallaşması indiki şəraitdə mümkünsüzdür. Habelə bu yol Ermənistan üçün elə də faydalı sayılmır. Zəngəzur yolu vasitəsi ilə onlar Mərkəzi Asiya ölkələri, Çin, hətta Hindistanla əlaqə qura bilər, bu zəncirdən iqtisadi-ticarət məqsədi üçün faydalanar. Bu təhlükəsiz, etibarlı yol sayılır.
 
9c6f9012-30b7-3841-80d7-12f7e177.jpg (124 KB)
 
İran Qərb dövlətlərinin Zəngəzur yolundan istifadə edəcəyindən narahatdır. Onlar iddia edir ki, həmin yolla NATO, ABŞ və Aİ müxtəlif məqsədli yük daşıyacaq. Tehran bunun qarşısını almaqla həm də Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşmasına mane olmağa çalışır. Orta dəhliz indiki şəraitdə Hörmüz boğazı, Qırmızı dəniz və Süveyş kanalından keçən yola alternativ də ola bilər. İran cənubundan keçən bu marşruta təsir etmək imkanına malikdir. Məsələn, Yəməndə husiləri dəstəkləmək, onlara yardım etməklə Qırmızı dənizdən keçən Asiya Avropa ticarət yolunu bağlaya bilir. Bununla da Yaxın Şərqdə güc olduğunu nümayiş etdirir. Habelə həmin marşrutu bloklamaqla ona təzyiq edən güclərə müqavimət göstərir. Zəngəzur yolu isə İranın nəzarəti altında olmayacaq. Yaxud bu marşrut vasitəsi ilə onun güclərə təsir edə bilməyəcək. Ona görə də Ermənistanın ərazi bütövlüyünün müdafiəçisi kimi avantürist rol oynayır. Belə çıxır İran hakimiyyəti Ermənistanın maraqlarını rəsmi İrəvandan daha çox müdafiə edir?!
 
Zəngəzur yolunun açılması ilə Cənubi Qafqazda pozuculuq fəaliyyəti məşğul olmaq istəyən üçüncü qüvvələr oyundan kənar vəziyyətdə də qala bilər.
 
“3+3” formatında görüşün keçirilməsi məsələsi də İranın indi yadına düşüb. İndiyədək bu formatda görüş reallaşmayıb. Bu baxımdan təcrübə sübut edir ki, regional məsələlər ikitərəfli münasibətlərlə daha tez həll olunur. Cənubi Qafqazda təhlükəsizlik Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından başlayıb, Zəngəzur yolu ilə davam edə bilər.
 
Qeyd edək ki, Ermənistan hakimiyyəti əvvəllər bu yolun açılmasını mümkünsüz sayır, üçtərəfli məlum bəyanatın mətnində isə belə məsələnin vurğulanmadığını bildirirdi.
 
9e3d9609-1aa4-3a8d-8413-2840ff57.jpg (36 KB)
 
Paşinyan Ermənistanın Azərbaycanla kommunikasiyalarının açılmasında Rusiyanın vasitəçiliyini mümkün saymadığını söyləmişdi: “Siz necə təsəvvür edirsiniz ki, məsələn, regional kommunikasiyaların açılması məsələsində Ermənistanı təxribat törətməkdə günahlandıran bir ölkə vasitəçi kimi çıxış edəcək? Belə bir bəyanatla çıxış edən institut özünü bütün mümkün vasitəçiliklərdən kənarda qoyur. Harada görmüsünüz ki, vasitəçi əsassız ittiham irəli sürsün, sonra da bir yerdə oturub bu mövzunu onunla müzakirə edəsən?”.
 
Mətbuat konfransında Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından bəhs edərək deyib ki, Azərbaycanla bütün mübahisəli məsələləri vasitəçisiz birbaşa danışıqlar yolu ilə tənzimləməyə hazır olduqlarını deyib.
 
80d8310a-138f-366d-9611-c81236e9.jpg (184 KB)
 
Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni nəzərdə tutan Ermənistanın Zəngəzur (Sünik) bölgəsində kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj etdiyini bildirmişdi.
 
Üçtərəfli bəyanatın 9-cu maddəsində məsələ belə razılaşdırılıb: “...Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.
 
Ancaq Ermənistan qonşu dövlətlərlə sərhədlərini gələcəkdə özü qorumaq istəyir. İrəvan Beynəlxalq hava limanından Rusiya sərhədçilərinin çıxarılması buna nümunə ola bilər. Bu baxımdan perspektivdə İranla sərhəddən də Rusiya Federal Təhlükəsizlik Xidməti yanında Sərhəd qoşunlarının çıxarılması mümkündür. Belə olan halda yolla bağlı məsələ də onların nəzarətindən çıxa bilər.
 
91699fc3-d3ca-379e-b064-09f8df79.jpg (99 KB)
 
Deməli, Zəngəzur yolunun açılması ilə bağlı problemlərin maneələrin aradan qalxacağına ümidlər artır.
 
Avqustun 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezident Vladimir Putin arasında telefon Zəngəzur yolu məsələsi də müzakirə edilib. Tərəflər yolun açılmasına dair fikir mübadiləsi aparıblar. Məlumata görə, Rusiya Bakı və İrəvanın iki tərəf üçün də məqbul olan uyğun həllərin müəyyən edilməsinə bütün mümkün köməkliyi göstərməyə hazır olduğunu təsdiq edib.
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin müəllim və tələbələri qarşısında çıxış edən Paşinyanın rəsmi Bakı ilə birbaşa danışıqlara hazır olmasına münasibət bildirərək deyib ki, əgər Ermənistan hakimiyyəti Rusiyanın iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlar aparmaq istəyirsə, o zaman “Allah xatirinə” bunu etsin.
 
Lavrov həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası məsələsində Rusiya iştirak etmir.
 
fe59ea99-935e-304b-a574-2b003bfb.jpg (90 KB)
 
Belə görünür, Rusiya yolun açılmasının məsuliyyətini Ermənistanın üzərinə qoyur və dolayı yolla layihənin reallaşmasına Lavrov cavabındakı “Allah xatirinə” küskün notlarla razılıq verir.
 
Çinin də Cənubi Qafqazdan açılacaq dəhlizə münasibətini məqbul saymaq olar.
 
Bunu 2024-cü il iyulun 3-də Qazaxıstanın paytaxtı Astanada qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”dən də görmək olar. Həmin sənədin 2.4-cü maddəsində “Tərəflər öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək, milli qanunvericilik və ikitərəfli sazişlər çərçivəsində tranzit daşımalar üçün əlverişli şərait yaradacaqlar”.
 
2.7-ci maddədə isə Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir.
 
Bunu da Zəngəzur yolunun açılmasına təkan, razılıq kimi də qəbul etmək olar. Qərb bloku da bu layihənin reallaşmasına qarşı çıxmayıb.
 
Odur ki, Zəngəzur yolunun Asiya ilə Avropa arasında həm də körpü olduğunu təsdiqlənir.
 
Sədrəddin İsmayılov,
Report.az
 
Oxşar xəbərlər
04 Oct 2024 | 23:16
“Az qalmışdı ki...” - Mətanət İsgəndərli həqiqətənmi qayıqdan yıxılıb? - hadisənin TƏƏSÜRATLARI..
04 Oct 2024 | 23:12
"Ümid edirəm ki, sağ-salamat qayıdacağıq" - Pezeşkian
04 Oct 2024 | 23:05
Stoltenberq: Avropanın hərbi potensialı Rusiyanınkından aşağıdır
04 Oct 2024 | 22:59
“"İlin müəllimi" müsabiqəsinin keçirilməsi müəllimlər üçün motivasiya mənbəyi yaradar”- Təhsil ekspertindən təklif-ÖZƏL
04 Oct 2024 | 22:57
Qan xərçəngi ilə əlaqəli əsas gen tapıldı
04 Oct 2024 | 22:50
Türkiyədə zəhəri ilə insanı öldürə bilən hörümçək: Balalarını kürəyində daşıyarkən görüntüləndi - FOTO
04 Oct 2024 | 22:43
Bu məhsul 50 yaşdan sonra daha az yeyilməlidir
04 Oct 2024 | 22:35
Yarışdan uzaqlaşdırıldı: zorlamada ittiham olunur?
04 Oct 2024 | 22:23
Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?
04 Oct 2024 | 22:18
"Şimali Koreyanın köhnə və etibarsız mərmiləri sayəsində Rusiya döyüşdə üstünlüyünü saxlayır" - "Foreign Policy"
04 Oct 2024 | 22:10
COVID-19 Aydakı temperatura da təsir edibmiş: Alimlərdən heyrətamiz açıqlama
04 Oct 2024 | 22:00
Evdə təmir aparan usta hündürlükdən yıxıldı və...
04 Oct 2024 | 21:53
Azərbaycanda müəllim intihar etdi - FOTO
04 Oct 2024 | 21:48
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
04 Oct 2024 | 21:40
Soyuq havalarda avtomobilinizin problemsiz işləməsi üçün 5 vacib addım
04 Oct 2024 | 21:36
Rusiya eyni anda Qərbdəki onlarla beyin mərkəzinə hücum etdi
04 Oct 2024 | 21:26
"Ukraynanın şərqində Rusiyanın hücumu nə zaman başa çatacaq?" - ISW
04 Oct 2024 | 21:15
Kişi arvadını öldürdü - Səbəb dəhşətə gətirir
04 Oct 2024 | 21:08
Keçmiş baş nazirin hamamından dinləmə cihazı çıxdı
04 Oct 2024 | 21:00
“İsrailin neftayırma zavodlarını vuracağıq”
04 Oct 2024 | 20:53
Teleqramda problemlər nədən qaynaqlanır?
04 Oct 2024 | 20:45
Ağacları kəsməyə görə cəzalar sərtləşdirilir - 7 ilədək həbs
04 Oct 2024 | 20:37
Məsciddə turist kişilər qadın ətəkləri geyindilər - VİDEO
04 Oct 2024 | 20:32
Şəkidə bu tarixi abidələrə kameralar quraşdırılacaq
04 Oct 2024 | 20:28
İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri
04 Oct 2024 | 20:20
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
04 Oct 2024 | 20:15
Kiyevdə gərginlik: Onu da qovur
04 Oct 2024 | 20:08
Ən uzunömürlü bürclər - Kimi hansı xəstəlik gözləyir?
04 Oct 2024 | 20:00
Bu meyvə görmə qabiliyyətini yaxşılaşdırır
04 Oct 2024 | 19:55
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
04 Oct 2024 | 19:48
"Apple" qatlanan "iPhone"un buraxılışını təxirə salır - Problemlər var
04 Oct 2024 | 19:43
Heyvanlarla rəhmsiz rəftar edənləri 2 min manat cərimə gözləyir
04 Oct 2024 | 19:38
Açıq deyirəm: İsrailin hiyləgər planının hədəfi... - Ərdoğan
04 Oct 2024 | 19:30
Babəkdə evdən 9 min manat oğurlandı
04 Oct 2024 | 19:25
Bakıda yeni bulvar salınır - VİDEO
04 Oct 2024 | 19:18
"Hizbullah"ı ermənilərlə nə birləşdirir?
04 Oct 2024 | 19:03
Vaqif Mustafayevin qolu sınıb - FOTO
04 Oct 2024 | 18:58
Azərbaycan-Gürcüstan sərhədində 350 avtomobil gözləyir
04 Oct 2024 | 18:43
Bunu edənlər 500 manat cərimələnəcək
04 Oct 2024 | 18:35
Bu şəxslər 4000 manat cərimələnəcək
04 Oct 2024 | 18:30
Cərimələr artırılır – 300 manatdan 7000 manatadək
04 Oct 2024 | 18:25
Timsah tamaşa zamanı məşqçiyə HÜCUM etdi - VİDEO
04 Oct 2024 | 18:24
“ABŞ və ədalət? – Bu ki, cəfəngiyyatdır”
04 Oct 2024 | 18:20
Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər
04 Oct 2024 | 18:15
Siqaret çəkənlərin NƏZƏRİNƏ - Cərimələr KƏSKİN ARTIRILIR
04 Oct 2024 | 18:12
Körpələrin inkişafı üçün ən yaxşı qida
04 Oct 2024 | 18:10
Sentyabrda temperatur iqlim normasından yüksək olub
04 Oct 2024 | 18:04
Cəbrayılda ilk "Şəhər günü" keçirildi - FOTOLAR
04 Oct 2024 | 17:59
Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO
04 Oct 2024 | 17:54
“İstisu” bu ölkəyə ixrac olunacaq - FOTO
04 Oct 2024 | 17:48
Zəfərə gedən yol...
04 Oct 2024 | 17:43
Vidadi İsayev Bərdənin Mollagüllər kəndində səyyar qəbul-görüş keçiridi - FOTOLAR
04 Oct 2024 | 17:38
Joze Mourinyo "Fənərbağça"dan ayrılır?
04 Oct 2024 | 17:34
Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş VƏHŞİLİK
04 Oct 2024 | 17:29
İnzibati Xətalar Məcəlləsinə yeni sanksiyalar əlavə ediləcək - FOTO
04 Oct 2024 | 17:24
"Bu yaşda 3 uşaq anası ölməz" - Dünyasını dəyişən bacısından yazdı
04 Oct 2024 | 17:19
"Bu gedişlə 2030-cu ildən sonra qəribə bir düzən peyda olacaq...”-Sabiq səfir
04 Oct 2024 | 17:13
“4 Xalq artistini bir çağırır, bayağı oxuyana isə xüsusi buraxılış həsr edirlər”
04 Oct 2024 | 17:07
"İt hürər, karvan keçər..."
04 Oct 2024 | 17:01
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
04 Oct 2024 | 16:56
Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş
04 Oct 2024 | 16:50
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət veriləcək
04 Oct 2024 | 16:44
2024-cü ilin Nobel Sülh Mükafatına kimlər təqdim edilib?
04 Oct 2024 | 16:38
Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR - FOTOLAR
04 Oct 2024 | 16:33
Cəbrayılda 29 şəxsin məşğulluğu təmin olunub
04 Oct 2024 | 16:28
Ağadadaş Ağayev Azərbaycanı tərk edib? - VİDEO
04 Oct 2024 | 16:22
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
04 Oct 2024 | 16:16
Məktəblərdə yığılan pullar kimin cibinə axır?
04 Oct 2024 | 16:10
Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi Bakı Təşəbbüs Qrupuna təşəkkür edib - BƏYANAT
04 Oct 2024 | 16:04
Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi
04 Oct 2024 | 15:58
Şahin Bayramov: "Xankəndiyə ən böyük köç Qarabağ Universiteti tələbələrinin simasında reallaşıb" - FOTO
04 Oct 2024 | 15:52
Azərbaycanlı aktrisa "Mükəmməl bəy" axtarır
04 Oct 2024 | 15:46
Kəlbəcərdən Cəbrayıladək döyüşən Vətən Müharibəsi Qəhrəmanı
04 Oct 2024 | 15:40
Repertuarı köhnələn İrəvan - sülh, KTMT şoularına baxan azalır - TƏHLİL + FOTO
04 Oct 2024 | 15:34
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı
04 Oct 2024 | 15:28
Bakı İqlim Fəaliyyəti Həftəsi çəçivəsində regional əməkdaşlığın rolundan danışılıb
04 Oct 2024 | 15:22
Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalandı – FOTO
04 Oct 2024 | 15:16
Balaəlinin muğam oxumasına xalq artistindən sərt reaksiya - VİDEO
04 Oct 2024 | 15:10
Regional sülhə qarşı Qalstanyan PLANI – Üsyan, terror, hakimiyyət çevrilişi
04 Oct 2024 | 15:04
ABŞ-ın sabiq prezidenti Cimmi Karterin 100 yaşı tamam oldu
04 Oct 2024 | 14:58
Prezident: "Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür"
04 Oct 2024 | 14:54
Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər - YENİLƏNİB
04 Oct 2024 | 14:48
Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər
04 Oct 2024 | 14:44
Xəbər qeybə çəkilmiş dənizdən gəldi - Yerin tarixi yenidən yazılacaq
04 Oct 2024 | 14:39
Davranış qaydalarını pozan müəllim işdən çıxarıldı, direktora töhmət verildi
04 Oct 2024 | 14:34
“Qarabağ”ın qapısına 2 qol vuran futbolçu: “Fantastik qələbə qazandıq”
04 Oct 2024 | 14:29
Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO/VİDEO
04 Oct 2024 | 14:24
Azərbaycanlı sənətçi itkin düşdü
04 Oct 2024 | 14:18
Əhaliyə at əti satanlar tutuldu - FOTO
04 Oct 2024 | 14:12
Sentyabrda qlobal ərzaq qiymətləri kəskin artıb
04 Oct 2024 | 14:06
Radiatorların təmizlənməsinin üç üsulu açıqlandı: Ekspertdən vacib tövsiyə - FOTO
04 Oct 2024 | 14:00
Bu tarixdə geomaqnit qasırğası baş verəcək
04 Oct 2024 | 13:54
Azərbaycan Prezidenti: "Ermənistan təhlükəli oyunlara qoşulub"
04 Oct 2024 | 13:48
"Sülh müqaviləsi Ermənistanı xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur" – Günay Ağamalı
04 Oct 2024 | 13:43
Cəbrayıl yeni dirçəliş yollarında
04 Oct 2024 | 13:38
"Nədən İsrailə hava hücumlarını dəf etməkdə kömək göstərilir, amma Ukraynaya göstərilmir?" - Pentaqon
04 Oct 2024 | 13:33
İlham Əliyev Amerikanın anti-Azərbaycan addımlarından DANIŞDI
04 Oct 2024 | 13:28
"Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır" - Dövlət başçısı
04 Oct 2024 | 13:24
"Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər"
04 Oct 2024 | 13:19
İlham Əliyev: "Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi"
GÜNLÜK
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
04 Oct 2024 | 09:19
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir: 30 ay...
04 Oct 2024 | 12:39
Məleykə Əsədova tanınmaz dərəcədə dəyişildi: Xalq artistinə nə olub? - FOTOLAR
04 Oct 2024 | 10:42
“Bzejinski deyib ki, ABŞ İrana qarşı savaşa girsə, III Dünya müharibəsi başlaya bilər...” 
04 Oct 2024 | 07:23
İşğalçı orduda muzdla Ukraynaya qarşı döyüşən 14 uşaqlı yəhudi öldürüldü...-FOTO
04 Oct 2024 | 10:34
Yaşlı icra başçıları yola salınır: Yeni model belə olacaq
04 Oct 2024 | 10:26
Pensiyalar bu yolla artacaq: Özəl fondlar üçün yeni meyarlar açıqlandı
04 Oct 2024 | 08:02
"İsrail İran üçün tələ hazırlayıb..." 
04 Oct 2024 | 11:56
32 il Moskvanın göstərişi ilə Azərbaycanda ən yüksək vəzifələrdə qəddarlıq etdi və sonunda...
04 Oct 2024 | 11:09
Serial sektorunda yeni mərhələ: “Əlvida xoşbəxtlik” və “Vətəndaş A” 
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
AYLIQ
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
04 Oct 2024 | 09:19
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir: 30 ay...
04 Oct 2024 | 12:39
Məleykə Əsədova tanınmaz dərəcədə dəyişildi: Xalq artistinə nə olub? - FOTOLAR
04 Oct 2024 | 10:42
“Bzejinski deyib ki, ABŞ İrana qarşı savaşa girsə, III Dünya müharibəsi başlaya bilər...” 
04 Oct 2024 | 07:23
İşğalçı orduda muzdla Ukraynaya qarşı döyüşən 14 uşaqlı yəhudi öldürüldü...-FOTO
04 Oct 2024 | 10:34
Yaşlı icra başçıları yola salınır: Yeni model belə olacaq
04 Oct 2024 | 10:26
Pensiyalar bu yolla artacaq: Özəl fondlar üçün yeni meyarlar açıqlandı
04 Oct 2024 | 08:02
"İsrail İran üçün tələ hazırlayıb..." 
04 Oct 2024 | 11:56
32 il Moskvanın göstərişi ilə Azərbaycanda ən yüksək vəzifələrdə qəddarlıq etdi və sonunda...
04 Oct 2024 | 11:09
Serial sektorunda yeni mərhələ: “Əlvida xoşbəxtlik” və “Vətəndaş A”