“Ukrayanaya verilən məhdud sayda F-16-lar müharibənin gedişatına ciddi təsir göstərməyəcək”.
Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr bildirib ki, buna səbəb F-16-ların azlığı ilə yanaşı, həm də Rusiyanın “nəhəng hava qüvvələrinə” və müasir hava hücumundan müdafiə sistemlərinə malik olmasıdır. Hansı ki, bu sistemlər F-16-lar üçün də ciddi təhdid təşkil edir.
Hərbi ekspertlər hesab edir ki, F-16-ların Ukrayna üçün “yeganə xeyri” bu təyyarələrin səsdən daha sürətli olması və bunun sayəsində Rusiyanın hava üstünlüyünü zəiflətməsidir. Yüksək sürət F-16-ların vurulmasını çətinləşdirir ki, bu da Ukrayna üçün böyük avantajdır.
Xatırladaq ki, artıq Ukrayna F-16-lardan hərbi əməliyyatlarda uğurla istifadə etməkdədir. Yaxın vaxtlarda NATO dövlətləri tərəfindən Ukraynaya əlavə F-16-ların veriləcəyi ehtimal edilir.
Seymur ƏLİYEV