Xuraman Muradova: “Mehriban xanım Əliyeva tarix yazan sərkərdənin arxasında dayanan qeyrətli türk xatunudur”
Cəmiyyət
Oxunub: 1640
26 Aug 2024 | 12:56
Xuraman Muradova: “Mehriban xanım Əliyeva tarix yazan sərkərdənin arxasında dayanan qeyrətli türk xatunudur”
Dəmir yumruğuyla bütün dünyaya diplomatiya dərsi öyrədən qalib ordunun Müzəffər Ali Baş Komandanın  – Tarix yazan Sərkərdənin Xankəndindəki tarixi çıxışını dinlədikcə həm qürurlandım, həm də çox duyğulandım. Orda məni duyğulandıran məqam o idi ki, Prezidentimizin hər addımında yanında olan, bütün keşməkeşli yollarda onunla  çiyin-çiyinə addımlayan hamımızın əzizimiz Mehriban xanım Əliyeva Xankəndində onları dövrəyə alan qəhrəman şəhidlərimizin Vətənə əmanət balalarını bir-bir bağrına basır, körpələrin saçlarını oxşayır, hətta soyuqda üşüməsinlər deyə o körpələrin hər birinin papağını, şərfini bir Ana nəvazişi ilə qaydaya salır, Ana qayğısı ilə onları köksünə sıxırdı. Dünya demokratiyanı, diplomatiyanı İlham Əliyevdən öyrənməli olduğu kimi, mərhəməti, şəfqəti, xeyirxahlığı da  Mehriban xanımdan öyrənməlidir.  
 
Mehriban Xanım həyatın ən keşməkeşli sınaqlarında, hər çətin addımında, Tarix yazan Sərkərdəmizin arxasında dayanan, varlığı ilə ona dayaq olan qeyrətli Türk Xatunudur. 1946-cı ildə Texasda dərc olunan “The Port Artur News” qəzetində Marill Frost haqqında maraqlı bir məqalə dərc olunur. “Amerika futbolu” idman növündə qazandığı nailiyyətlərə görə o, “ən yaxşı idmançı” adına layiq görülür. Marill özü isə bu hadisəni belə şərh edir: 
 
 “Məni bu qədər güclü kişi edən səbəb odur ki, arxamdakı qadın güclüdür...”  Nədənsə bu sətirləri qələmə aldıqca Marill Frostun o fikri mənə cənab Prezidentimizin ömür sirdaşı  dəyərli Mehriban xanımı xatırlatdı... 
 
Cənab Prezidentimizin altına imzasını qoyduğu bütün müvəffəqiyyətlərin, nailiyyətlərin mənəvi güc qaynağı Mehriban xanımın varlığıdır. Onun dövlətimiz üçün, dövlətçiliyimiz üçün etdikləri bizə ürəklə onu deməyə əsas verir ki, Mehriban Xanım üstləndiyi ilahi missiyanı bir ömür uzunu çox şərəflə yerinə yetirib. Cənab Prezidentimizin arxasında dayanan zərif, qayğıkeş, təvazökar, sevgi və hüzur dolu, zəngin dünyagörüşlü, bilikli, savadlı, şəfqət dolu ürəyi ilə insanlığa örnək xeyirxah bir xanımdı Mehriban  Xanım –  Tarix yazan Sərkərdəyə təkcə həyat yoldaşı yox, həm də ömür sirdaşı kimi arxa-dayaq olan Arxadakı Qadındı... 
 
Arxadakı Qadın – ön cəbhəni qoruyana dayaq olan arxa cəbhədəki əsgərdir... 
 
Arxadakı Qadın – səhnədə, öndə sadəcə əməyi görünən, özü isə fonda o möhtəşəm səhnəni yaratmaq üçün min bir əziyyətə qatlaşan rejissordu... 
 
Arxadakı Qadın – yaranışından çiyninə qorumaq missiyasını götürəndi. 
 
Arxadakı Qadın – bu xalqın körpəsindən ixtiyar qocasına kimi hər bir fərdini doğması kimi bağrına basan, hamının qayğısına qalan, həlim bir mehribanlıqla şəfqət göstərməyi bacaran, xeyirxahlığı, gözəl əməllər sahibi olmağı öz həyat amalına çevirən Mehriban Xanımdı... 
 
*** 
 
Xalqımızın ümummilli lideri Heydər Əliyevin ailəsindəki ən önəmli həyat prinsipi xalqa, millətə xidmət və sədaqət olub. Bu baxımdan Prezident İlham Əliyevin dövlətçiliyə və xalqa xidmət amalını bir ailə ənənəsi kimi qiymətləndirsək, yanılmarıq. Dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələr üzrə həyata keçirilən siyasət Ulu Öndərin ideyalarının reallaşması, onun müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi ilə səciyyəvidir. Bu işdə ölkə Prezidentinin ömür-gün yoldaşı və ən yaxın silahdaşı isə Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. 
 
Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Mehriban xanım, həmçinin ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına dəyərli töhfələr verir, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır. Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban Əliyeva birinci xanım adını da şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir. Sadəliyi, səmimiliyi, mehribanlığı, nəcibliyi, gözəl aurası ilə ətrafında xoş atmosfer yaradan Mehriban xanım haqqında “Washington Times” qəzeti belə yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”. 
 
“Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda, çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”, - Prezident İlham Əliyevin söylədiyi bu fikirlər Mehriban xanımın işgüzar və insani keyfiyyətlərini çox dəqiqliklə ifadə edir. O, doğurdan da milyonların qəlbində ümid çırağına, xeyirxahlıq ünvanına çevrilib. 
 
Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə 2004cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının reallaşdırılmasında, bu dahi insanın zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması bilavasitə Heydər Əliyev Fondunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. O, bütün qərarları ilə millidir: Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, idmanının inkişafı üçün yorulmadan çalışır. Heydər Əliyev Fondunun xətti ilə, hətta respublikamızın ən ucqar nöqtəsində belə inşa və bərpa edilən məktəb binaları, səhiyyə və tibb məntəqələri buna misal ola bilər. Bu məqsədlə bir çox proqramlar və layihələr həyata keçirilib. Fond Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması istiqamətində də fəal iştirak edib və edir. 
 
Mehriban Əliyeva, eyni zamanda, beynəlxalq sülh, təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi, tarixi mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə böyük töhfə verir. On səkkiz ildir ki, Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün yorulmadan fəaliyyət göstərir. Məhz onun səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib. 
 
2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir. 
 
Mehriban Əliyevanın o vaxt dediyi sözlər yada düşür: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”. 
 
Bu gün tam əminliklə söyləmək olar ki, yüksək dövlət vəzifəsində fəaliyyət göstərən Mehriban xanım Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu, sözün əsl mənasında, Vətənə və xalqa xidmət nümunəsidir. 
 
Birinci vitse-prezident təyin olunarkən Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. Təsadüfi deyil ki, yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı. 
 
Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib. 
 
Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, postmüharibə dövründə isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri, Şuşada dünyaya səs salan möhtəşəm “Xarıbülbül” musiqi festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur. 
 
Bu məqamda Mehriban xanımın Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki duyğusal sözlər yada düşür: “Qoy Uca Allah hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs arzu 44 gün ərzində reallaşdı. Doğma Qarabağımız Ali Baş Komandanın sarsılmaz iradəsi, Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu. 
 
Azərbaycanın birinci xanımının təşəbbüsü olan genişmiqyaslı proqram və layihələrin sırasında ölkəmizdə təhsil sistemini modernləşdirmək və dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək hədəfi xüsusi yer tutur. “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib. 
 
Əhalinin sağlamlığı məsələsinə gəlincə, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. 
 
Aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu bu istiqamətdə də mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Bu gün müasir Azərbaycanda ictimai həyatın xüsusi bir bölməsi sayılan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etdirilir. Tarixi ənənələrimizi dirçəldən, sosial-mənəvi tərəqqi üçün səmərəli vasitə yaradan xeyriyyəçilik institutunun rəhbəri isə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. 
 
Onun təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində məqsədyönlü iş aparılır. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin gedişində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. 
 
Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, eləcə də futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyunu Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu üzə çıxardı. Azərbaycan bu mötəbər beynəlxalq tədbirlərin möhtəşəm təşkili ilə hətta inkişaf etmiş ölkələri heyran qoydu. 
 
Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəni uğurla davam etdirir. Yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması, 32 ildən sonra Şuşada, Cıdır düzündə Fond tərəfindən təşkil olunan “Xarıbülbül” musiqi festivalı, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunun, “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin təşviqi və qorunması işinə dəyərli töhfələrdir. 
 
Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, ölkəmizin hüdudlarını aşaraq yaxın və uzaq xaricdə geniş əks-səda doğurur. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda, Fransa, Pakistan, Bosniya və Herseqovina, Misir, Hindistan və digər ölkələrdə bir sıra önəmli layihələr icra edib. 
 
Birinci xanımın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, “Qızıl ürək” beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”. 
 
Mehriban xanım elə bu amalla da öz ömür kitabını yazmaqda davam edir, onu gündən-günə, ildən-ilə yeni parlaq və mənalı səhifələrlə zənginləşdirir. 
 
 
Xuraman Muradova
Əlişir Nəvai adına Daşkənd Universitetinin fəxri professoru, Türk dünyası Elmlər Akademiyasının fəxri professoru, 
Türk dünyası Altın yıldız və Onur medallı, “Humay” milli mükafatı laureatı, “Vektor” Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, 
Özbəkistan Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai fənlər Akademiyasının fəxri akademiki, İş insanı, sahibkar, “VİP Milan Hospital”ın təsisçi direktoru
 
 
Oxşar xəbərlər
14:55, Bu gün
Metro gücləndirilmiş iş rejimində çalışacaq
14:50, Bu gün
Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - FOTO
14:44, Bu gün
DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirdi - FOTO
14:38, Bu gün
Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir - İcmadan ETİRAZ
14:32, Bu gün
KOBSKA və "Davamlı Gələcək Platforması"nın COP29-da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO
14:26, Bu gün
“Anam evdə konflikt yaradan qaynananı oynayırdı, o da elə görüb, onu da elə etmişdilər” - FOTO
14:20, Bu gün
Cəbrayılda “Prestij-Kimya” MMC-nin zavodunun təməli qoyuldu
14:14, Bu gün
Cəbrayılda zavodun təməli qoyuldu
14:07, Bu gün
Küçədə qalmış qıza ev tutdu, onunla ailə kimi yaşadı, taksi sürücüsü ilə... –TƏFƏRRÜAT
14:00, Bu gün
Cəbrayılda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyuldu
13:56, Bu gün
Prezident Cəbrayılda fabrikin təməlini qoydu
13:51, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Güclü olacaq, oktyabrın 4-5-də...
13:46, Bu gün
“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” - Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - ÖZƏL AÇIQLAMA
13:39, Bu gün
Moskva və Vaşinqton İsrailin Quterrişlə bağlı qərarına münasibət bildirdi
13:33, Bu gün
İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
13:27, Bu gün
İqlim dəyişikliyi və miqrasiya mövzusunda tədbir keçirilib - FOTOLAR
13:21, Bu gün
İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
13:15, Bu gün
Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:10, Bu gün
FHN Binədəki yanğınla bağlı məlumat yaydı - VİDEO
13:05, Bu gün
İlham Əliyev Cəbrayılda tam orta məktəbin binasının açılışında iştirak etdi
13:00, Bu gün
Şaiq Sultanov vəfat etdi
12:55, Bu gün
Azərbaycanlı müğənni Ronaldonun bağ evindən çıxarkən görüldü - FOTO
12:50, Bu gün
“Az miqdarda olsa da, spirtli içkinin hər zaman mənfi təsirləri var” - Fidan Ataxanlı
12:44, Bu gün
“O gecə Netanyahu Putinlə danışmağa cəhd etsə də, Rusiya lideri cavab verməyib...”
12:42, Bu gün
Süni intellektlə FALA BAXANLAR - Magiyaların ŞOK OYUNU
12:36, Bu gün
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
12:30, Bu gün
Azərbaycan XİN türk dövlətlərini təbrik etdi
12:25, Bu gün
Prezident və xanımı Cəbrayıla getdi
12:20, Bu gün
Azərbaycanda eyni vaxtda və eyni ərazidə iki yük maşını dəmir arakəsməyə çırpıldı - FOTO
12:15, Bu gün
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
12:10, Bu gün
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın gələcək müqəddəratını müəyyənləşdirdi
12:05, Bu gün
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
12:00, Bu gün
Saçların tez yağlanmaması üçün nə etməliyik?
11:58, Bu gün
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
11:53, Bu gün
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
11:50, Bu gün
Oktyabrda hansı tərəvəz və meyvələri yeməliyik?
11:48, Bu gün
İlham Əliyev iraqlı həmkarını təbrik etdi
11:45, Bu gün
Bu bürclər üçün böyük eşq dövrü gəlir - Macəralar yaxında...
11:43, Bu gün
Bu addım Yaxın Şərqə sülh gətirməyəcək - Zaxarova
11:38, Bu gün
İlham Əliyev Almaniya Prezidentinə məktub göndərib
11:30, Bu gün
Ermənistan “miatsum”dan imtina etdi - Nikol yeni plan qurur
11:26, Bu gün
Prezident koreyalı həmkarını təbrik etdi
11:18, Bu gün
Türk ölkələri vahid dövlətdə birləşsə: Görün dünyada hansı gücə sahib olar
11:10, Bu gün
Tramp İran-İsrail gərginliyini görün nə ilə müqayisə etdi
11:05, Bu gün
İsrail təyyarələri Beyrutdakı tibb mərkəzini vurdu
11:00, Bu gün
İsrail Suriyanın sursat anbarını bombaladı
10:57, Bu gün
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
10:55, Bu gün
Azərbaycan nefti ucuzlaşdı
10:53, Bu gün
İran yüzlərlə insanı havada "əsir" saxladı - 12 saatdan sonra...
10:48, Bu gün
Şahdağa qar yağdı
10:43, Bu gün
Ali Məhkəməyə yeni hakimlər təyin edilir
10:35, Bu gün
Bakıda kişi telefonda çox danışan arvadını DÖYDÜ
10:30, Bu gün
Bunlar ürək sağlamlığı üçün ən pis qidalardır
10:00, Bu gün
Yevlaxda qadın dəm qazından boğularaq ölüb
09:53, Bu gün
İran uçuşları bərpa edib
09:46, Bu gün
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?
09:39, Bu gün
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
09:29, Bu gün
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
09:21, Bu gün
Arvadının başını kəsib, oğluna xəsarət yetirən şəxs şikayətini geri götürdü
09:14, Bu gün
Bəşəriyyət III Dünya müharibəsinin astanasında: yalnız bir ölkə onu dayandıra bilər
09:05, Bu gün
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
08:50, Bu gün
Paytaxtda qış mövsümünə hazırlıq prosesi necə aparılır?
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
08:32, Bu gün
Neftin qiyməti 50 dollara düşəcək? - OPEC-dən iddialara CAVAB
08:26, Bu gün
Plutonun peykində görün nə aşkarlandı
08:19, Bu gün
Nəsrullahın kürəkəni də öldürüldü
08:10, Bu gün
İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib
08:09, Bu gün
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
07:56, Bu gün
Çips kimi zərərli qidalara niyə həvəs yaranır? - SƏBƏB
07:45, Bu gün
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
07:41, Bu gün
"Windows 11" üçün son illərin ən böyük yeniləməsi istifadəyə verilib
07:36, Bu gün
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
07:19, Bu gün
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
07:17, Bu gün
İlin son Günəş tutulması baş verib
00:30, Bu gün
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 23:02
II Elizabetin ölümünün əsl səbəbi açıqlandı
02 Oct 2024 | 22:57
"Qadın kişinin əlinə baxmamalıdır"
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 22:43
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:21
İran XİN-ə yeni mətbuat katibi təyin edildi
02 Oct 2024 | 22:18
Adi tüpürcək: Nə vaxt öləcəyimizi deyəcək
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
02 Oct 2024 | 22:08
Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 21:46
Zibilxanada 2 milyonluq lüks maşınlar tapıldı
02 Oct 2024 | 21:38
Neftin qiyməti 50 dollara düşə bilər
02 Oct 2024 | 21:30
Maştağada 2 nəfərdən 4 kiloqram narkotik vasitə aşkarlandı
02 Oct 2024 | 21:23
İran İsrailə məxsus hərbi bazaları vurdu - VİDEO
02 Oct 2024 | 21:15
Azərbaycanlı musiqiçi qəfil vəfat etdi - FOTO
02 Oct 2024 | 21:10
Ekspert süni intellekt vasitəsi ilə pul qazanmağın yollarından danışdı
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 20:48
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 20:33
İlin son Günəş tutulması baş verdi
GÜNLÜK
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ