“Ermənilər 200 ilə yaxındır ki, bizim coğrafiyadadırlar və onlar bu müddət ərzində daim təxribatla məşğul olublar”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildiirb. Ekspert qeyd edib ki, bu 200 il ərzində onlar daim nələrsə qazanıblar:
“200 il ərzində ermənilər durmadan talan və oğurluqla məşğul olub, daim nə isə əldə ediblər. Onlar özləri üçün lazım olan hər şeyi oğurluq və təxribat yolu ilə əldə ediblər. Lakin 200 ildən sonra – 2020-ci ilin 44 günlük Vətən müharibəsində onlar itki ilə tanış oldular. Onlar ilk dəfə məhz həmin vaxt anladılar ki, itki nədir və onunla yaşamaq necə hisdir.
Ermənilər hər şeydən öncə işğal etdikləri Qarabağı itirdilər. Hissə-hissə oğurladıqları, ələ keçirdikəlri hər şey onların əllərindən çıxdı. Ən əsası, onlar gələcəyə olan ümidlərini itirdilər. Onlar gördülər ki, artıq təxribat, oğurluq yolu ilə nəyəsə nail olmaları mümkün deyil. Müasir Azərbaycan – onun güclü ordusu və diplomatiyası buna imkan verməyəcək. Bu gün onların duyduqları ən böyük məyusluq məhz bununla bağlıdır”.
Seymur ƏLİYEV