Əliməmməd Nuriyev: “Cari ilin 6 ayı ərzində 1 tondan çox narkotik vasitənin aşkarlanaraq müsadirə olunması buna sübutdur”
“Dövlət Sərhəd Xidməti (DSX) narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt və prinsipial mübarizə aparmaqda, bu mübarizədə böyük uğurlar ortaya qoymaqdadır”.
Bunu Moderator.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri hüquqşünas Əliməmməd Nuriyev bildirib. Hüquqşünas qeyd edib ki, əldə ediəln nəticələr bu mübarizənin miqyas və əhəmiyyətindən xəbər verir:
“Narkotiklərin qanunsuz dövriyyəsi bütün dünyada ən böyük problemlərdən biridir. Azərbaycan bu problemə qarşı son dərəcədə ciddi, sistemli şəkildə mübarizə aparır ki, bu da öz müsbət nəticəsini verməkdədir.
Aparılan araşdırmalar göstərir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstələr Azərbaycandan daha çox tranzit ölkə kimi istifadə etməyə çalışırlar. Onların bu niyyəti isə sərhədçilərimizin ayıq-sayıqlığı, peşəkarlğı nəticəsində ifşa olunur. DSX tərəfindən ələ keçirilən narkotik vasitələrin miqdarı, il ərzində saxlanılan onlarla narkotik qaçaqmalçısı bunun ən böyük isbatıdır. Sərhədçilərimizin ayıq-sayıqlığı, peşəkarlığı qanunsuz narkotik vasitələrin elə sərhədcədə aşkarlanmasına, ölkəmizin dərinliklərinə nüfuz etmədən müsadirə olunmasına imkan verir. Mən buna görə sərhədçilərimizə təşkkür edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.
İnanıram ki, DSX bundan sonra da narkotik qaçaqmalçılığına qarşı uğurla mübarizə aparacaq, sərhədçilərimiz xalqımızı bu bəladan qorumaq üçün əllərindən gələni əsirgəməyəcəklər”.
Seymur ƏLİYEV