“ABŞ, Fransa, Hindistan kimi dövlətlərin İrəvana göstərdiyi hərbi yardımlar Ermənistanın vəziyyəti baxımından heç nəyi dəyişməyəcək”.
Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Ekspert qeyd edib ki, bu dövlətlər öz maraqlarını Ermənistanı silahlandırmaq hesabına həyata keçirməyə cəhd etsələr də, zaman baxımından gecikiblər:
“Azərbaycan 2020-ci ildə sadəcə Ermənistan deyil, bütün ermənipərəst dairələr üzərində qəti qələbə əldə etdi. Bizim qələbəmiz Ermənistanla yanaşı, Ermənistanla həmrəylik sərgiləyən, onların işğalına haqq qazandıran güclərin də xəyallarının üstündən xətt çəkdi.
Bu gün Ermənistana hərbi yardım göstərən dövlətlər Cənubi Qafqazda öz mövcudluqlarını təmin etmək üçün hər cür vasitədən istifadə etməyə çalışırlar. Onların Ermənistana yönəlik dəstəyinin də arxasında məhz bu amil dayanır. Lakin onlar bir şeyi undurlar ki, artıq zaman keçib. Onlar gedən qatarın arxasında baxırlar və özlərini inandırmağa çalışırlar ki, bu qatar nə vaxtsa qayıdacaq. Amma bu, heç vaxt olmaycaq.
Heç nə, heç bir hərbi və ya maddi yardım Ermənistanı Azərbaycan qarşısında ciddi bir gücə çevirə bilməz. Azərbaycanın zəfəri daimidir və hər kəs güc-tez bununla barışmalı olacaq”.
Seymur ƏLİYEV