Qatardan qalan adam - Anarın yeni hekayəsi
Ədəbiyyat
Oxunub: 1684
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
Moderator.az Xalq yazıçısı Anarın yeni hekayəsini təqdim edir.
 
İshaq Salmanzadə türkiyəli şəriki Ədhəm bəylə Budapeşt dəmir yolu vağzalında vidalaşdı. Ədhəm bəy onu Egerə ötürməyə gəlmişdi. Türkiyə adətiylə bir-birinə sarıldılar, yanaqlarını bir-birinə yapışdırdılar.
 
Ədhəm bəy:
 
- İnşallah, mayısın 5-də Nyu-Yorkda görüşürüz, - dedi.
 
İshaq:
 
- İnşallah, - deyib, vaqonun pilləsiylə qalxdı, kupesinə girdi, pəncərədən şərikinə əl elədi. Bir an sonra qatar tərpəndi, İshaq Ədhəm bəyin çevrilib uzaqlaşdığını gördü.
 
Avropa qatarlarına xas olan oturaq kupeni bütünlüklə almışdı ki, yol-yoldaşı olmasın, tanımadığı adamlarla ünsiyyəti sevmirdi. Həm də, onsuz da axı macar dilini bilmirdi, Egerə dörd saatlıq yolda özü-özüylə, xatirə və arzularıyla tək qalmaq istəyirdi.
 
Qalstukunu açdı, şalvar-pencəyini, köynəyini soyunub, mavi idman paltarını geyindi. Bir az dar çəkmələrini çıxardı. Ayaqları yumşaq şap-şapları içində xeyli rahatlaşdı. Vərdişli hərəkətlə qol saatına baxmaq istədi, dərhal da yadına düşdü ki, dünən axşam bahalı "Roleks" saatını Ədhəm bəyə bağışlamışdı. Ədhəm bəy bahalı hədiyyəni heç cür qəbul etmək istəmirdi. Nəhayət, bir şərtlə qəbul etdi:
 
- Söz verin ki, siqara içmeyi burakacaqsınız, Amerikada siqara yasaqı pek ciddidi. Saatlarla çəkən danışıqlarda siqar içmeden dözmeli olacaqsınız.
 
Otuz iki yaşlı İshaq bir çox ölkələrdə olmuşdusa da, ABŞ-a yolu düşməmişdi. Odur ki, şəriki Ədhəm bəylə bu işgüzar səfəri səbirsizliklə gözləyirdi. Yeni iri bir inşaat layihəsini amerikalı işdaşlarıyla razılaşdırıb, imzalamalıydılar. Amerika şirkətiylə əməkdaşlıq təklifi Ədhəm bəydən gəlmişdi və İshaq dərhal razılaşmışdı.
 
Yeniyetməlik çağından Amerikanın heyranı idi. Ekranlarda gördüyü Amerika filmləri, Dyuk Elinqtonun, Erol Qardnerin, Stiv Vanderin, Sten Kentonun və neçə-neçə başqalarının caz və rok ifalarından ibarət zəngin fonokolleksiyası vardı. Oxuduğu kitablar - əvvəllər Cek Londonun, Drayzerin, Mark Tvenin, daha sonralar Heminqueyin, Folknerin, Skott Fitsceraldın rus dilində çıxmış romanları İshaqı bu ölkəyə valeh etmişdi. İldən-ilə müxtəlif səbəblərdən təxirə saldığı niyyəti ingilis dilini öyrənmək idi. Bu il bu işə mütləq ciddi girişəcəkdi. Ədhəm bəy də "uğurlu biznes üçün bu, ən önəmli şərtdir", - deyirdi. Ədhəm bəyin yarızarafat-yarıciddi bir tövsiyəsi də vardı.
 
Amerika biznesində yəhudilərin çox mühüm nüfuzu olduğunu bildiyinə görə İshaqa təklif edirdi ki, soyadı Salmanzadənin "zadə"sini atsın. Adı da münasibdir, İshaq Salman tam bir yəhudi kimi səslənir. İshaq Salmanın həqiqi mənşəyini müəyyənləşdirənədək, onu yəhudi biləcəklər, ona münasibət də özəl olacaq. Ədhəm bəy qəhqəhə çəkib:
 
- Tabii, şaka yapıyorum, - desə də, bu sözlər İshaqın yadında qalmışdı.
 
Ədhəm bəylə iki il öncə Soçidə işgüzar bir toplantıda tanış olmuşdular. İkisi də inşaatçı və eyni yaşda olduqları üçün dərhal dil tapmış, yaxınlaşmışdılar. Ədhəm bəy İshaqı macar iş adamı Lasloyla da tanış etmişdi və elə indi Budapeştdə də birgə lahiyələri dolayısıyla görüşmüşdülər. Amma o Soçi görüşünün İshaqçün daha önəmli bir cəhəti də vardı. Soçidə Laslonun tərcüməçisi tatar qızı Kamilla Kadırovayla tanış olmuş və nağıllarda deyildiyi kimi, bir-birinə bir qəlbdən min qəlbə aşiq olmuşdular.
 
Kamilla Moskvada Xarici Dillər İnstitutunda macar dilini öyrənmiş, kurs yoldaşı Qaborla ailə qurmuş, institutu bitirdikdən sonra Eger şəhərində yaşamağa başlamışdılar. Az sonra hansı səbəbdənsə (səbəbini İshaqa deməyi lazım bilməmişdi) nikahları pozulmuşdu, amma artıq Macarıstanda rus dilindən tərcüməçi kimi tanınan və müxtəlif şirkətlərin işinə cəlb edilən Kamilla elə Egerdə də qalmışdı.
 
İshaq da arvadından bir neçə il qabaq ayrılmışdı. Ərkinazla uğursuz nikahları cəmisi bir il çəkmişdi. Ərkinazın səbəbsiz, mənasız və İshaqı dığ edən qısqanclığına yalnız bircə il tab gətirə bildi. İşdə, ya hansısa tədbirdə qarşılaşdığı, telefonla danışdığı, ya ismarış aldığı hər qadın heç bir əsas olmadan Ərkinazçün qısqanclıq obyektinə çevrilirdi. Yersiz şübhələriylə İshaqı çərlədirdi.
 
Ərkinaz dünyada bütün qadınlara nifrət edirdi. Bir yarısına ona görə ki, onun fikrincə, həddən artıq gözəl idilər, o biri yarısına da, onun rəyincə, yaman kifir olduqlarına görə.
 
Əlqərəz, göz yaşları, bayılmalar, hədələr, qara-qışqırıqlardan keçərək, axır ki, üzülüşdülər.
 
Bu qısa sürən uğursuz nikahı İshaq vahiməli yuxu kimi, qarabasma kimi xatırlayırdı. Sonralar ara-sıra müxtəlif qadınlarla görüşsə də, bütün varlığıyla qurşandığı biznes aləmi ona şəxsi həyatıyla uğraşmağa macal vermirdi. Hannan-hana ağlına belə fikirlər gələndə, düşünürdü ki, daha heç vaxt sevə və sevilə bilməyəcək. Ta Kamillaya rast gələnəcən.
 
Neçə il macar qürbətində yaşayan tatar qızının öz millətinə doğma olan bir insanla rastlaşması, keçmiş həyatıyla bağlı nostalji hisslər, ya kim bilir daha nələr, Kamillanın elə ilk günlərdən ovqatına hakim kəsildi və bu hisslər İshaqın da qarşılıqlı duyğularına tuş gəldi.
 
Müşavirə sona yetən günlərdə İshaq dəqiq başa düşdü ki, daha Kamillasız yaşaya bilməyəcək. Lasloyla Ədhəm bəyin şərikli şirkətlərinə Macarıstanı da qoşmaq təklifi bu ölkəyə səfərlə bağlı olduğuna görə dərhal İshaq tərəfindən sevinclə qarşılandı. Və budur, Kamillayla - İshaq ona bizimcə Kamilə deyirdi - ayrıldıqlarından üç ay sonra, Budapeştdən Egerə, onunla görüşə gedir. Dörd saatdan sonra Kamilə onu Eger vağzalında qarşılayacaqdı.
 
İshaq özünü xoşbəxt adam sayırdı. 44 günlük zəfər savaşından, 23 saatlıq möcüzədən sonra başqa heç bir dərd-səri, narahatçılığı, qayğısı qalmamışdı. Doğrudur, bir illik uğursuz nikahı və müdhiş boşanmanın fəsadları nəticəsində diabet qazanmışdı. Amma vaxtlı-vaxtında vurduğu insulin iynələri, atdığı həblər vasitəsilə qanında şəkəri tənzimləyə bilirdi və bu xəbis xəstəlik hələ ki, ona ciddi problem yaratmırdı.
 
Tambura çıxıb siqaret çəkmək istədi, birdən yadına düşdü ki, vağzalda başı Ədhəm bəylə söhbətə qarışıb, siqaret almağı unudub. Kupeyə qayıtdı, əlini şalvarının cibinə salıb bir neçə forint çıxardı, vaqon restorana getdi. Ədhəm bəy onu məzəmmət etməkdə haqlı idi. Bizneslə məşğul olasan, doğma dilindən və rus dilindən başqa heç bir əcnəbi dil bilməyəsən?
 
Macarstanda rus dilində bir şey soruşmaq isə əbəsdi. Hətta rus dilini bilən olsa da, bu dildə cavab verməyəcəkdi. Bunu Budapeştdə olduğu bir neçə gündə anlamışdı.
 
Vaqon-restoranda bufetçiyə siqaret, siqar sözlərini ortaq bir dildə söyləsə də, adam başını buladı. Hətta jestlə siqaret çəkmək istəyini göstərsə də, bir nəticə hasil olmadı.
 
Bufetçi elə hey "Ninç" deyirdi. Budapeştdə olduğu bu bir həftədə İshaq yalnız bu sözü öyrənmişdi: "Ninç", yəni "yox".
 
Bufetdə siqaret yoxmuydu, ya satılımırdımı, bunu anlaya bilmədi. Kupeyə əli ətəyindən uzun qayıtdı. Siqaret çəkmək ehtiyacı isə tərs kimi daha da şiddətlənirdi. Cib telefonunda saata baxdı, səkkizə on dəqiqə qalırdı. Egerə iki saat iyirmi dəqiqədən sonra çatacaqdılar. Birtəhər dözməliydi.
 
Bu fikirlər içindəykən birdən qatar dayandı. İshaq pəncərədən baxırdı. Düz onun vaqonun qarşısında köşkdə siqaret satırdılar. İshaq tələsik qatardan endi, köşkə yanaşdı, cibindəki forintləri uzadıb (artıq burda "Kent"in neçə forintə satıldığını bilirdi) bir qutu siqaret aldı. Çevrilib baxanda gördü ki, qatar hərəkət etməyə başladı. Hövlnak yüyürdü, ayağı büdrədi, yıxıldı, güc-bəlayla ayağa qalxanda dəhşət içində gördü ki, qatarın son vaqonu uzaqlaşıb getməkdədir.
 
"Lənət şeytana" deyə bu işdə heç bir günahı olmayan şeytanı söydü. Bir müddət matı-qutu qurumuş halda qaldı. Vəziyyətin ciddiliyini get-gedə daha dərindən dərk edərək, elə bil, büdrəyən ayağının ağrısını da unutmuşdu. Vağzalın içinə girib qatarların getmə-gəlmə cədvəlinin qarşısında durdu. Egerə gedən qatarın da, Budapeştə gedən qatarın da bu adını bilmədiyi şəhərdə yalnız səhər saat yeddidə və yeddi otuzda duracağını təşvişlə müəyyənləşdirdi.
 
Narın yağış çisələməyə başlamışdı. Vağzalın içinə keçdi, taxta skamyada əyləşdi və düşünməyə başladı. Düşdüyü vəziyyətin çıxılmazlığı onu daha çox eyməndirir və təlaşlandırırdı. Neyləməli, necə etməli? Hafizəsinə arxalanmadığına görə bütün telefonlar, ünvanlar cib telefonunda, cib telefonu isə Egerə gedən qatarın kupesində idi. Nə qədər səy etsə də, nə Ədhəm bəyin, nə Laslonun, nə Kamilənin, nə də Bakıdakı telefon nömrələrinin heç birini yada sala bilmirdi. Bircə öz ev telefonunun nömrəsi yadındaydı, amma boş mənzildə kimə zəng edəcəkdi? Həm də burdan ora necə, neçəyə zəng edə bilərdi? Cibində bircə forinti də qalmamışdı. Tərs kimi, aclıq da hiss etməyə başladı, axı iynəsinin vaxtını ötürmüşdü. İngiliscə cəmi iki-üç söz bilir, macarca isə "ninç"dən başqa bir kəlmə də bilmirdi.
 
Bu xudmanı vağzaldan aydın olurdu ki, kiçik bir əyalət şəhərində, ya qəsəbəsindədir. Çətin bu şəhərdə rus dili bilən ola, o ki qaldı türk, ya Azərbaycan dilinə. Düşdüyü vəziyyəti kimə və necə izah edə bilərdi. Bu vəziyyətdən hansı çıxış yolu vardı? Axşam saat səkkizdən sonra yəqin ki, bütün rəsmi idarələr bağlıydı. Hara üz tutsun, kimdən imdad diləsin?
 
Aclığı, elə bil, dəqiqəbədəqiqə şiddətlənirdi. Yadına düşdü ki, cəmisi iki dəfə iynənin vaxtını ötürüb və hər ikisində az qala koma vəziyyətinə düşmüşdü. Yaxşı ki, hardansa bir parça qənd tapıb ağzına qoymuş, özünü bir təhər iynəyə çatdırmışdı. Ətrafa boylandı. Hər hansı dükandan əsər-əlamət yoxdu. Ağzının içi qupquru qurumuşdu. "Nə olur olsun, ruhdan düşməyib iradəmi toplamalıyam. Ola bilməz ki, bir çıxış yolu tapılmasın".
 
Gözlərini yumub düşünməyə başladı. Az sonra arxadan iki əl onun başını qucaqlayıb gözlərini örtməsini hiss etdi, sərin qadın əlləri idi.
 
Kamillanın əlləri... Möcüzə baş vermişdi. Kamilla nə sayaqsa onun düşdüyü vəziyyəti duymuş, tələsik özünü bura yetirmiş, İshaqın gözlərini əlləriylə qapamışdı. Yumşaq hərəkətlə sərin əlləri gözlərindən araladı, qanrılıb geriyə baxdı. Qarşısında saçları yaşıl rəngə boyanmış, qalın sürməli gözləri və al qırmızı dodaqları olan qadın dayanmışdı. Qadın ona göz vurdu. İshaq başını buladı. Aydındı ki, fahişədi. Qadın diliylə dodaqlarını yaladı və bir daha İshaqa işarə etdi. İshaq: ninç, - dedi. Qadın gülümüsəyib onun saçlarını qarışdırdı və əliylə idman paltarını sığalladı. İshaq başa düşdü ki, əl çəkən deyil və onu cəlb edən yəqin ki, bahalı idman paltarıdır. Durub şalvarının boş ciblərini çevirdi.
 
Qadın:
 
- Fu, - deyib, burula-burula uzaqlaşdı.
 
İshaq gözlərini ovuşdurdu, yuxuydumu gördüyü, ya həqiqətdi? Əlbəttə, qadının Kamilə olduğunu zənn edəndə mürgüləyirmiş. Amma sonra olanlar real idi. Bəlkə bu qadını tale göndəribmiş, nə şəkildəsə onu çıxılmaz vəziyyətdən qurtara bilərmiş? Bu absurd fikri dərhal beynindən qovdu. Aclığı isə daha da çox hiss edirdi. Bütün vücudunu müc edən, taqətsizləşdirən, qanını soran bir zəliydi sanki...
 
Niyə vaqon-restorana getmişkən, vaxtından bir az qabaq nahar eləmədi? Niyə telefonu yanında deyil? Niyə milyonlarından ən çoxu iki yüz dolları götürmədi ki, taksi tutub Egerə çatsın? Niyə? Niyə? Niyə? Cavabsız suallar beynini deşirdi.
 
Çıxılmazlıq az qala onu dəli edəcəkdi. Bir yandan da dəhşətli işəmək ehtiyacı hiss edirdi. Ətrafa boylanıb tualet lövhəsini axtardı, tapdı və ora tələsdi. Kəsilə-kəsilə gedirdi, özünü tualetə güclə çatdırdı. İçəri keçmək istəyirdi ki, qapıda dayanan yaşlı gözətçi qabağını kəsdi. Əvvəl onu niyə saxladığını anlamadı. Hansı dildəsə nə isə demək istədi. Kişi divardakı yazını göstərdi. Tualetə girməyin qiyməti yazılmışdı. İshaq bu axşam ikinci dəfə idman şalvarının ciblərini çevirdi, yəni ki, pulu yoxdu: "Ninç". Kişi laqeydcəsinə başını buladı və yenə yazını göstərdi. İshaq siqaret qutusunu kişiyə uzatdı ki, heç olmasa "Kent"in əvəzinə onu içəri buraxsın. İndi də kişi "ninç" dedi. İshaq özünü saxlaya bilməyəcəyindən, biabır olmaqdan qorxurdu. Daha dözə bilmirdi, kişini itələyib içəri keçdi, qapını bağlayıb, yüngülləşdi.
 
Tualetdən çıxanda qapıçının yanında pəzəvəng bir polisi gördü. Polis vərdişli hərəkətlə İshaqın qollarını burdu və dartıb ardınca apardı. Elə buradaca vağzalın içində polis məntəqəsinə girdilər. Polis İshaqı qəfəsə salıb qapısını bağladı. İshaq azərbaycanca və rusca danışa-danışa əlinin işarəsiylə ac olduğunu bildirdi. Polis başını buladı. İshaq: Ay em diabet, - dedi, qolunu göstərdi və iynə vururmuş kimi: insulin, - dedi. Polis "ninç" dedi. "İlahi, bu millət ninçdən başqa da bir söz bilirmi?" İshaq lap özündən çıxırdı. Polis bir stəkan su gətirdi və qol saatında 8 göstərdi. Təbii ki, səhər səkkiz. İshaq başa düşdü ki, onun məsələsi səhər səkkizdə həll olunacaq. Deməli, Eger, ya Budapeşt qatarlarına da çatmayacaq. Ancaq bunu polisə necə, hansı dildə izah edə bilərdi? Ona hansı cəzanı verə bilərlər? Cəriməylə canını qurtara bilməyəcək, çünki yanında bir qəpiyi də yoxdu. Səhər birtəhər başa salacaq ki, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Budapeştdəki səfirliyimizə müraciət olunmasını tələb edir. Amma hələ səhərə çıxmaq lazımdı. Aclıq şüurunu tamamilə dumanlandırmış, iradəsini müc etmişdi. Yox, bütün iradəsini toplayıb, bu gözlənilməz müşkül vəziyyətdən qurturmalıdır. Bəlkə yata, yuxulaya bilsə, aclığı hiss etməz. Divara yaslanıb, gözlərini yumdu.
 
Bakıda, Ağ şəhərdə, yeddinci qatda, bütün mərtəbəni tutmuş mənzilində idi. Eyvana çıxdı. Qarşısında açılan mənzərə - geniş prospektlər, modern binalar, iri meydanlar, kölgəli yaşıl parklar və bir qədər aralıda mavi dəniz... Bol günəşli, mülayim iqlimli bir gün idi. Sərin meh saçlarını oxşayırdı.
 
Qəfildən evlərinin düz qənşərində, elə binalarının mərtəbələrinin sayı qədər sal bir divar əmələ gəldi. Bu divar yavaş-yavaş əyilib İshaqgilin binasının üstünə yeriməyə başladı. İshaq dərk edirdi ki, bir an sonra bu pəncərəsiz, qapısız məşum divar onların binalarının üstünə yıxılıb yerlə-yeksan edəcək. Eyni anda şəhərin bütün başqa binaları da alt-üst olacaq və dərhal bütün dünyada bütün evlər, şəhərlər, kəndlər tar-mar olacaq. Neçə vaxtdır gözlənilən nüvə müharibəsi belə başlayıb, anındaca bitəcəkdi, zəncirvari reaksiya bütün yer kürəsini xarabaya çevirəcəkdi.
 
Ən qəribəsi oydu ki, İshaq bundan nə kədərlənir, nə vahimələnir, nə dəhşətə gəlirdi. Əksinə, içini qəribə bir fərəh hissi, bəxtəvərlik duyğusu doldurmuşdu. Bütün insanlığın bir an içində birlikdə həlak olması qəlbində bir arxayınlıq hissi oyatmışdı. Heç kəs, heç kəs qalmayacaqdı. Deməli, dünyanın sonu belə imiş, qiyamət günü dedikləri buymuş, tək, fərdi yox, hamılıqla birlikdə əbədi yoxluğa qovuşmaq nə xoş bir hissmiş.
 
Sübh tezdən polis qəfəsin cəftəsini açanda məhbusu yerə yıxılmış gördü. Nəbzini yoxladı. Tez polis həkimini çağırdı. Həkim adamın təqribən gecə yarısı keçindiyini müəyyənləşdirdi. Morqda məlum əlamətə görə meyitin müsəlman, yaxud yəhudi olduğu aydınlaşdı. Qəsəbədə müsəlman qəbiristanlığı olmadığı üçün yəhudi qəbiristanlığında basdırmağı qərarlaşdırdılar. Amma yəhudiliyini qəti təsdiq edən heç bir sənəd olmadığı üçün ravvin buna izn vermədi. Meyiti krematoridə yandırdılar və külünə yiyə duran olmadığına görə, havaya sovurdular.
Oxşar xəbərlər
21:04, Bu gün
Səfir: Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib
20:54, Bu gün
Sarıkökün çox istifadəsi nələrə zərərlidir?
20:46, Bu gün
Paşinyandan Makrona: Sülh sazişi imzalamağa hazırıq!
20:38, Bu gün
Fransanın neokolonializm siyasətinə dair Bakıda konfrans keçirildi
20:30, Bu gün
Qazlı su içdi - ölümdən döndü - VİDEO
20:22, Bu gün
40 yaşdan sonra bu qidalardan imtina etməlisiniz
20:14, Bu gün
Paşinyanla Makron Bakıya qarşı silah planını işə salır - DETALLAR
20:05, Bu gün
Hansı “iPhone” daha məsləhətlidir? – 5 MODEL
19:56, Bu gün
"Mənim üçün prioritet vəzifə Ukraynanın qələbəsini təmin etməkdir" - NATO-nun yeni baş katibi
19:48, Bu gün
Amazonda yerli əhali qırıla bilər: Yanğınlar insanları boğur
19:40, Bu gün
Keçmiş məcburi köçkün şagirdlər üçün yeni imkan
19:35, Bu gün
Bakı metrosunda FACİƏ - Daha bir sərnişin qatar yoluna düşdü
19:28, Bu gün
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı- VİDEO
19:20, Bu gün
Fələstini dəstəkləməyə davam edəcəyik - Pezeşkian
19:15, Bu gün
İsrail ordusu Beyruta hücum etdi
19:10, Bu gün
Oktyabr BİR BÜRC üçün böyük dəyişikliklər ayı olacaq
19:02, Bu gün
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
18:58, Bu gün
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
18:51, Bu gün
“O, namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi...”
18:40, Bu gün
Qarğanın hücumuna məruz qalan 87 yaşlı qadın barmaqlarından oldu
18:35, Bu gün
Makron Avropa İttifaqına "ölüm" DİAQNOZU QOYDU 
18:31, Bu gün
Yeni dövr müharibəsinin əsgərləri: “Robot itlər”...
18:30, Bu gün
Hindistandan şad xəbər gəldi, düyü kəskin ucuzlaşdı
18:25, Bu gün
Prezident və xanımı Cəbrayılda...
18:18, Bu gün
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
18:10, Bu gün
Şəkərin ən təhlükəli xüsusiyyəti
18:04, Bu gün
Vətənpərvərlik, yoxsa militarizasiya: Kremldən 500 milyonluq “şüur əməliyyatı”
18:00, Bu gün
Bakıda atadan azyaşlı qızına qarşı İYRƏNC CİNAYƏT
17:55, Bu gün
Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB
17:50, Bu gün
88 yaşlı qadını aldadaraq pullarını alan Qazaxıstan vətəndaşı saxlanıldı - VİDEO
17:44, Bu gün
Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edildi
17:38, Bu gün
"Landsberqisin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir" - Ayxan Hacızadə
17:32, Bu gün
Rövşən Binnətli vəzifəsindən azad olundu
17:27, Bu gün
UNEC-də beynəlxalq konfrans öz işinə başlayıb - FOTOLAR
17:22, Bu gün
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
17:17, Bu gün
Gəncləşən, sayı artan İNTİHARLAR: İnsanları bu yoldan NECƏ ÇƏKİNDİRƏK?
17:12, Bu gün
“Qarabağ” - “Malmö” matçına nə qədər bilet satılıb?
17:07, Bu gün
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıya GƏLDİ
17:02, Bu gün
Ermənistanla sülhə maneə: konstitusiya, türk düşmənlərinə qoyulan heykəllər - ANALİZ
16:56, Bu gün
Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
16:51, Bu gün
Kiyev ukraynalı hərbi əsirlərin rusiyalı əsgərlər tərəfindən kütləvi qətlini araşdırır
16:45, Bu gün
Kamran Əliyev onu təltif etdi - FOTO
16:40, Bu gün
Məktəblərdə TƏHLÜKƏLİ VƏZİYYƏT: Şagirdlər ard-arda bıçaqlanır və... - ŞOK
16:34, Bu gün
Bakının 1 addımlığında ucuz evlər: Alanlar ikiqat qazanacaq
16:28, Bu gün
"Rusiya Çinin sayəsində Ukraynanı dronlara qərq edəcək" - "Forbes"
16:22, Bu gün
Macarıstanlı hərbçilər Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində - VİDEO
16:16, Bu gün
“Sarıqışlar” Su Elektrik Stansiyasının açılışı oldu
16:06, Bu gün
Tərtərdə xəstəxanada ÖLÜM - Cinayət işi başlanıldı
16:00, Bu gün
"Azərbaycanlı həkimlər Almaniyanın səhiyyə sisteminə dəstəkdə mühüm rol oynayacaq" - Nuran Abdullayev
15:54, Bu gün
Bu şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
15:49, Bu gün
BDU ilə Misirin Ayn Şəms Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
15:44, Bu gün
Milli müstəqillik mübarizəmizdə dönüş nöqtəsi – Cavanşir Feyziyev yazır…
15:38, Bu gün
Bu marşrutların hərəkət istiqaməti dəyişdiriləcək
15:33, Bu gün
İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu
15:28, Bu gün
Elçin Əmirbəyov İtaliya XİN başçısının müavini ilə görüşdü - FOTO
15:22, Bu gün
Prezident Zəngilanda 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış oldu
15:16, Bu gün
İlham Əliyev Zəngilanda beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoydu
15:11, Bu gün
"Ukraynaya tərəfdaşları tərəfindən dəstək zəifləməyəcək" - Olaf Şolts
15:05, Bu gün
İlham Əliyev Zəngilana getdi
15:00, Bu gün
“Bu qoyunun dilini evdə qalan qızlar yeyir... veteranam lobya satıram... gecə saat 3-də işə başlayıram” – Reportaj + FOTO
14:55, Bu gün
Metro gücləndirilmiş iş rejimində çalışacaq
14:50, Bu gün
Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - FOTO
14:44, Bu gün
DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirdi - FOTO
14:38, Bu gün
Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir - İcmadan ETİRAZ
14:32, Bu gün
KOBSKA və "Davamlı Gələcək Platforması"nın COP29-da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO
14:26, Bu gün
“Anam evdə konflikt yaradan qaynananı oynayırdı, o da elə görüb, onu da elə etmişdilər” - FOTO
14:20, Bu gün
Cəbrayılda “Prestij-Kimya” MMC-nin zavodunun təməli qoyuldu
14:14, Bu gün
Cəbrayılda zavodun təməli qoyuldu
14:07, Bu gün
Küçədə qalmış qıza ev tutdu, onunla ailə kimi yaşadı, taksi sürücüsü ilə... –TƏFƏRRÜAT
14:00, Bu gün
Cəbrayılda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyuldu
13:56, Bu gün
Prezident Cəbrayılda fabrikin təməlini qoydu
13:51, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Güclü olacaq, oktyabrın 4-5-də...
13:46, Bu gün
“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” - Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - ÖZƏL AÇIQLAMA
13:39, Bu gün
Moskva və Vaşinqton İsrailin Quterrişlə bağlı qərarına münasibət bildirdi
13:33, Bu gün
İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
13:27, Bu gün
İqlim dəyişikliyi və miqrasiya mövzusunda tədbir keçirilib - FOTOLAR
13:21, Bu gün
İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
13:15, Bu gün
Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:10, Bu gün
FHN Binədəki yanğınla bağlı məlumat yaydı - VİDEO
13:05, Bu gün
İlham Əliyev Cəbrayılda tam orta məktəbin binasının açılışında iştirak etdi
13:00, Bu gün
Şaiq Sultanov vəfat etdi
12:55, Bu gün
Azərbaycanlı müğənni Ronaldonun bağ evindən çıxarkən görüldü - FOTO
12:50, Bu gün
“Az miqdarda olsa da, spirtli içkinin hər zaman mənfi təsirləri var” - Fidan Ataxanlı
12:44, Bu gün
“O gecə Netanyahu Putinlə danışmağa cəhd etsə də, Rusiya lideri cavab verməyib...”
12:42, Bu gün
Süni intellektlə FALA BAXANLAR - Magiyaların ŞOK OYUNU
12:36, Bu gün
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
12:30, Bu gün
Azərbaycan XİN türk dövlətlərini təbrik etdi
12:25, Bu gün
Prezident və xanımı Cəbrayıla getdi
12:20, Bu gün
Azərbaycanda eyni vaxtda və eyni ərazidə iki yük maşını dəmir arakəsməyə çırpıldı - FOTO
12:15, Bu gün
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
12:10, Bu gün
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın gələcək müqəddəratını müəyyənləşdirdi
12:05, Bu gün
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
12:00, Bu gün
Saçların tez yağlanmaması üçün nə etməliyik?
11:58, Bu gün
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
11:53, Bu gün
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
11:50, Bu gün
Oktyabrda hansı tərəvəz və meyvələri yeməliyik?
11:48, Bu gün
İlham Əliyev iraqlı həmkarını təbrik etdi
11:45, Bu gün
Bu bürclər üçün böyük eşq dövrü gəlir - Macəralar yaxında...
11:43, Bu gün
Bu addım Yaxın Şərqə sülh gətirməyəcək - Zaxarova
11:38, Bu gün
İlham Əliyev Almaniya Prezidentinə məktub göndərib
GÜNLÜK
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
AYLIQ
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"