Azərbaycanda nadir rast gəlinən heyvan Kəlbəcərdə... - FOTO
Cəmiyyət
Oxunub: 1690
22 Jul 2024 | 23:18
Azərbaycanda nadir rast gəlinən heyvan Kəlbəcərdə... - FOTO
Son dövrlərdə, yəni işğaldan sonra bəbirləri ilk müşahidə edən əsgərlər olub. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq)  İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin (WWF) tərəfindən aparılmış mütəmadi izləmələr və monitorinqlər nəticəsində Kəlbəcər rayonunda bəbirin yüksək keyfiyyətli foto və videosu əldə edilib.
 
Bunu Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin  direktoru Elşad Əsgərov "Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma" mövzusunda ETSN-də keçirilən mətbuat konfransında deyib.
 
O bildirib ki, Azərbaycanda bəbir fərdlərinə rast gəlindiyi əsas ərazilər Zəngəzur və Talış dağlarıdır: "Qarabağda, Kəlbəcər istiqamətində bəbirlərin müşahidə olunması, həmçinin Mingəçevir gölü ətrafındakı boz dağlarda, Böyük Qafqazda onların görünməsi bəbir populyasiyasının bərpası, onların mühafizəsi, arealının genişləndirilməsi istiqamətində Azərbaycan hökümətinin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir".
2002-ci ildən Dünya Təbiəti Mühafizə Fondu Azərbaycan Nümayəndəliyi, İDEA İctimai Birliyi, Heydər Əliyev Fondunun dəstəyi ilə “Qafqaz bəbirlərinin (Panthera pardus) mühafizəsi” layihəsi çərçivəsində “Bəbirləri qoruyaq!” layihəsi həyata keçirilib. Məqsəd Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan insanları bu nadir heyvan növü haqqında məlumatlandırmaq və onun mühafizəsi işini təbliğ etməkdir.
Azərbaycanda 10-15 bəbirin Talış dağlarında, Naxçıvan Muxtar Respublikasında və Kiçik Qafqazda məskunlaşdığı məlum idi. Bəbirlərin mühafizəsi ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyin təsisçisi və rəhbəri Leyla Əliyevanın Qafqazda nəsli kəsilməkdə olan 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər öz bəhrəsini verməkdədir. Qeyd etdiyimiz kimi, artıq məlum olub ki, Kəlbəcər rayonu ərazisində də bəbir yaşayır.  Bu, o deməkdir ki, bəbirlərin qorunması onların sayının artmasına səbəb olmaqdadır. Bəbirlərin sayı artdıqca yayılma arealları da genişlənməkdədir. Sakinlərin yaşadıqları ərazilərdə bu nadir heyvan növünün mövcudluğuna əngəl yaradan hər hansı hərəkətlərdən çəkinməsi lazımdır. Onu da qeyd edək ki, Qafqazda nəsli kəsilməkdə olan 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) hər biri Kəlbəcər ərazisində mövcuddur. Bu isə Kəlbəcərdə işləyən, yaşayan insanların məsuliyyətini bir qədər də artırır. 
 
Nəsli kəsilməkdə olan fauna növlərinin qorunmasına həsr edilən Qafqaz Biomüxləfliyi Sammitində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva çıxışlarının birində gənclərin dəstəyi olmadan ətraf mühitin qorunmasına ümid bəsləməyin çətin olduğunu vurğulamışdı. Çox önəmli bir məsələyə toxunulur. Gənclər flora və faunanın qorunması işində aktiv rol oynamalıdırlar. Bunun üçün yəqin ki, gələcəkdə Kəlbəcərdə də flora və fanunanın qorunnmasına həsr olunan sammitlər, konfranslar təşkil olunacaq, icmalar, əhalinin müxtəlif təbəqələri cəlb olunacaq, yay düşərgələri açılacaq və bu düşərgələr gənclərin kiçik yaşlarından təbiətin qorunması, biomüxtəlifliyin mühafizəsi işinə cəlb olunması və onların bu işdə fəallığının artırılması üçün olduqca məqsədəuyğundur.
 
Çünki bəbir Azərbaycanda nəsli kəsilməkdə olan heyvan növlərindəndir.Təəssüf ki,  əhalidə Azərbaycanın nadir fauna növləri barədə qeyri adekvat fikir formalaşdırılmışdır ki, vəhşi heyvanı gördünsə mütləq öldür, yoxsa o səni öldürəcək. Qeyd edək ki, tarixən və aparılan elmi-tədqiqatların nəticələrinə əsasən bir sıra vəhşi heyvan növləri, o cümlədən bəbir insanlara çox nadir hallarda hücum edir. Yırtıcı heyvanların duyğu orqanları insandan daha güclü olduğundan, onlar insanı uzaqdan hiss edir və onunla qarşılaşmaqdan yayınırlar. Əksər hallarda isə bu hücumların səbəbkarı bilavasitə insanın davranışı və ya “təxribatı” olur. Adətən belə hallar insanın yırtıcıya uğursuz hücumu və ya atəş açması nəticəsində baş verir. Yaralı heyvanlar uzun müddət keçdikdən sonra da təhlükəli olurlar. Belə ki, ov etmək qabiliyyətini itirmiş bu heyvanlar aqressivləşərək bəzi hallarda insana da hücum edirlər. Nəticədə həmin heyvanlar insanlara aqressiv olaraq təqdim edilir və onların “ovuna” başlanılır. Məhz bu cür səbəblərdəndir ki, respublikamızın faunasına daxil olan bir çox vəhşi heyvan növlərinin nəsli artıq tükənmək təhlükəsindədir. Hal-hazırda bir sıra yırtıcı növlər bəbir, vaşaq, zolaqlı kaftar və otyeyən növlər bu təhlükə ilə üz-üzədir.
Pişikkimilər fəsiləsinin nümayəndəsi olan bəbir dartılmış, əzələli, güclü, qamətli bədənə, dəyirmi, iri başa, uzun quyruğa və güclü ayaqlara malik heyvandır. Bədəninin uzunluğu (coğrafi arealından asılıdır) 91-180 sm, quyruğu 75-110 sm-dir. Çəkisi 32-40 (bəzən 100 kq) kq-dır. Erkək fərdlər dişi fərdlərdən 3 dəfə böyükdür. Xəzi sıx, yumşaq, solğun saman və ya sarı, yaxud boz-kürən-qonur rənglidir, bədəni, quyruğu və ayaqlarında kiçik və orta ölçülü halqaşəkilli qara ləkələr var. Ayaqlarının aşağı və içəri hissəsi ağ rəngdədir. Qışda xəzi daha sıx, uzun və parlaq olur. Bəbir çox cəld heyvandır, saatda 60 km-dən çox sürətlə qaça bilir. 6 metr sıçraya, 3 metrdən uzağa şaquli formada tullana bilir, suda yaxşı üzməyi bacarır.
 
Bəbirlər gecə heyvanlarıdır. Əsasən əhali məskunlaşan ərazilərə yaxın yerlərdə tək-tək yaşayır və gecələr ova çıxır. Lakin gündüz, əsasən də tutqun havalarda da ova çıxması halları qeydə alınmışdır. Bəbirlər təbiətdə zəif və xəstə heyvanları ovlamaqla xəstəliklərin qarşısının alınması və ekoloji tarazlığın qorunmasında xüsusi rol oynayır. Bəbirlərə münasibətdə bu amil xüsusi nəzərə alınmalıdır. 
 
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 2004-cü il tarixli 176 saylı Qərarı ilə təsdiq olunmuş “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə Qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr” haqqında Qərarın 3.1 maddəsinə əsasən 1 (bir) baş bəbirin ovlanmasına görə dəyən ziyanın miqdarı şərti maliyyə vahidinin 3000 (üç min) mislidir. Yəni, 1 (bir) baş bəbirin ovlanmasına görə cərimə 3300 (üç min üç yüz) manat təşkil edir. Əgər bu heyvan Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində ovlanarsa, bu ziyan 2 və 3 qat ölçüdə hesablanır.
 
Qeyd: “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təbiətin qorunması üçün icmalarla iş” layihəsi çərçivəsində hazırlanıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 
Xalid Kazımov 
 
 
Oxşar xəbərlər
05 Aug 2024 | 23:08
Arı deputatı öldürdü
05 Aug 2024 | 23:03
"Ukraynada 800 min kişi orduya çağırışdan yayınmağa cəhd edir" - "Financial Times"
05 Aug 2024 | 23:00
Bu meyvənin suyu min dərdin dərmanıdır
05 Aug 2024 | 22:53
Paris-2024: Sənan və Stadnikin rəqibi bəlli oldu
05 Aug 2024 | 22:45
Drift edən sürücüyə 2500 manata yaxın cərimə yazıldı
05 Aug 2024 | 22:37
Yaşlılar üçün ən yaxşı şirniyyat: sümükləri gücləndirir, qan təzyiqini aşağı salır və xolesterini normallaşdırır...
05 Aug 2024 | 22:30
Hücum əməliyyatlarımız üçün bütün bölmələr gözləmə rejimindədir - İsrail zabiti
05 Aug 2024 | 22:24
İran prezidenti: "ABŞ-ın dünyada liderlik dövrü başa çatıb"
05 Aug 2024 | 22:18
Bu oteldə qalmaqal: 42 min avro dəyərində...
05 Aug 2024 | 22:10
Soda ürəyə necə təsir edir? - HƏKİM
05 Aug 2024 | 22:00
Paris Olimpiyasının çempionu parkda yatdı
05 Aug 2024 | 21:51
Stress həzm sistemi orqanlarına necə təsir edir?
05 Aug 2024 | 21:40
"8 gün mənə 80 il kimi gəldi" - Dürdanə Ağayevanın tükürpədici həyat hekayəsi - VİDEO
05 Aug 2024 | 21:32
Məşhur aktrisa vəfat etdi
05 Aug 2024 | 21:23
İsrail qırıcıları Livanın paytaxtına girdi
05 Aug 2024 | 21:15
Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərdi - FOTO
05 Aug 2024 | 21:08
Gec yeyilən axşam yeməyi nələrə səbəb olur?
05 Aug 2024 | 20:58
Polşa və Norveç Ukrayna hərbçilərinə  təlim keçməyə başlayıb
05 Aug 2024 | 20:50
Rəqəmsal faşizmlə qarşı-qarşıyayıq - Ərdoğan
05 Aug 2024 | 20:41
21 yaşlı gənc intihar etdi
05 Aug 2024 | 20:33
Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi ilə oyunlarının vaxtı bəlli olub
05 Aug 2024 | 20:21
Qəzəblənən britaniyalılar məscidləri dağıdır, islamçıların otellərini yandırır
05 Aug 2024 | 20:13
Mədə-bağırsaq problemləriniz varsa nə yeyə bilərsiniz?
05 Aug 2024 | 20:05
Daha bir insan beyninə çip yerləşdirildi
05 Aug 2024 | 19:58
"Yatmazdan əvvəl daha yaxşı xatırlayırıq" - Yaddaşı gücləndirməyin SADƏ ÜSULLARI
05 Aug 2024 | 19:48
Niyə səhərlər pendir, axşamlar banan yemək daha yaxşıdır? - SƏBƏB
05 Aug 2024 | 19:40
Tikinti bazarında sement bahalaşdı
05 Aug 2024 | 19:28
Rəsmi Bakıdan Toivo Klaarın iddialarına CAVAB
05 Aug 2024 | 19:20
"Game of Thrones" sevənlərinə şad xəbər
05 Aug 2024 | 19:10
Yulaf böyrək xəstəliklərinə kömək edirmi? - Alimlərdən CAVAB
05 Aug 2024 | 19:05
Ağızdan gələn pis qoxunun qarşısını necə alaq?
05 Aug 2024 | 18:58
Türkiyəli general Azərbaycan Hərbi Dəniz Qüvvələrindən DANIŞDI: "Xəzərdə dövlətin təhlükəsizliyi..."
05 Aug 2024 | 18:57
İlham Əliyev: Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra Fransa əsl simasını nümayiş etdirdi
05 Aug 2024 | 18:54
“Azərbaycanlı tələbə qız nümayişlərdə iştirak etdiyinə görə edam olundu…”
05 Aug 2024 | 18:45
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti yarımfinala yüksəldi
05 Aug 2024 | 18:37
Qeybət etməyi sevən 5 bürc: Onlardan uzaq durun
05 Aug 2024 | 18:31
Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşır
05 Aug 2024 | 18:23
Böhran dərinləşir: Aİ Maduronın qələbəsini tanımır
05 Aug 2024 | 18:18
Gömrük Akademiyası elmi tədqiqat potensialının artırılması üzrə beynəlxalq təlimdə təmsil olunub - FOTO
05 Aug 2024 | 18:15
Üzməyi bilməyən jurnalist ÜÇ NƏFƏRİ XİLAS ETDİANBAAN VİDEO
05 Aug 2024 | 18:07
Dəniz yatağında yuxuya gedən turist sahildən  xeyli uzaqlaşdı
05 Aug 2024 | 18:02
Paris-2024: Murad Məmmədov məğlub oldu
05 Aug 2024 | 17:57
“Seçkiləri boykot qərarının heç bir effekti yoxdur...”
05 Aug 2024 | 17:52
Nazirlik hərəkətə keçdi: Bakıdakı bütün “kupçasız” evlər söküləcək?
05 Aug 2024 | 17:45
Paris-2024: Güləşçimiz Sabah Şəriəti turnirə qələbə ilə başladı
05 Aug 2024 | 17:40
DİQQƏT! COP29-a görə bu qurumlarda iş rejimi DƏYİŞƏCƏK - QƏRAR
05 Aug 2024 | 17:35
XİN xəbərdarlıq etdi: Bu ölkəyə getməyin
05 Aug 2024 | 17:30
Mirzə Babayevin nəvəsi: "Brilliant Dadaşova babamdan istifadə edirdi" - MÜSAHİBƏ
05 Aug 2024 | 17:26
İlham Əliyev Avstraliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
05 Aug 2024 | 17:24
Bu il peşə təhsilinə müraciət rekord həddə çatdı: 1 həftədə 16000-dən çox…
05 Aug 2024 | 17:20
Sergey Şoyqu İrana səfərə gəlib
05 Aug 2024 | 17:15
XİN vətəndaşları Fələstinə səfər etməməyə çağırdı
05 Aug 2024 | 17:10
İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapıldı
05 Aug 2024 | 17:06
Bu çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 Aug 2024 | 17:00
BDU alimi Pakistanın Karaçi Universitetində tədqiqat aparır - FOTO
05 Aug 2024 | 16:53
"Sabah" və "Zirə"nin potensial rəqibləri müəyyənləşdi
05 Aug 2024 | 16:48
950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
05 Aug 2024 | 16:43
BDU-nun 30 məzunu dünyanın ən nüfuzlu universitetlərində dövlət hesabına təhsil alacaq
05 Aug 2024 | 16:38
Qayınananın gəlini tərəfindən öldürülməsinin təfərrüatı - "Əri zəng edib ki..." - FOTO
05 Aug 2024 | 16:32
İsmayıl Əhmədov üzr istədi: "Emin Uçarla bağlı yazılanlar həqiqəti əks etdirmir"
05 Aug 2024 | 16:27
"Tramp və Harris Ukraynanı təəccübləndirə bilər" - "Politico"
05 Aug 2024 | 16:21
BDU əməkdaşları DIRNA layihəsi çərçivəsində yay məktəbində - FOTOLAR
05 Aug 2024 | 16:16
Sakinləri bəlaya salan yol problemi: "21-ci əsrdə biz hələ də at arabası ilə gedib-gəlirik" - VİDEO
05 Aug 2024 | 16:10
Parisdə restoranlar boş qalıb: Sahibkarlar müştərisizlikdən şikayətləniblər - VİDEO
05 Aug 2024 | 16:04
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
05 Aug 2024 | 15:58
Prezident Pakistanın yeni səfirini qəbul etdi - FOTO
05 Aug 2024 | 15:55
İlham Əliyev Burkina-Fasonun Azərbaycana yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
05 Aug 2024 | 15:53
Xəzərdə gəmi turu niyə bərpa olunmur? – Rəsmi açıqlama
05 Aug 2024 | 15:48
COP29-a görə Azərbaycanda hansı məhdudiyyətlər ola bilər?
05 Aug 2024 | 15:35
Həbsdən azadlığa çıxan Drakon ilk dəfə danışdı: "Orda məhbuslara dedim ki..."
05 Aug 2024 | 15:28
Tehran dilemma qarşısında: ya ABŞ ilə danışıq, ya da “qisas tələsi” - TƏHLİL + FOTO
05 Aug 2024 | 15:22
İcma Aİ rəsmisinin regionda gərginlik yaratmağa xidmət edən bəyanatını qınadı
05 Aug 2024 | 15:15
Ərdoğana qarşı sui-qəsd: Gizli danışıqlar 7 illik araşdırmadan sonra deşifrə edildi
05 Aug 2024 | 15:09
"ABŞ İrana "qisasını" yumşaltmağa çağırış edib, İranın vecinə də deyil..." - "The Wall Street Journal"
05 Aug 2024 | 15:03
Xuraman Muradovanın "Ay Laçın, Can Laçın" kitabının İstanbulda təqdimatı keçirildi - FOTOLAR
05 Aug 2024 | 14:57
İsti hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
05 Aug 2024 | 14:53
Narkotik vasitələrin məhv edilməsini həyata keçirəcək komissiyalar müəyyənləşdi
05 Aug 2024 | 14:48
Pley-off mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
05 Aug 2024 | 14:44
Dövlətdən pul almaq istəyənlərin nəzərinə - 5 gün ərzində...
05 Aug 2024 | 14:39
Bərdədə qaynı tərəfindən öldürülən Sədaqətin FOTOSU
05 Aug 2024 | 14:33
ƏHD Partiyasının 11 namizədi qeydə alındı
05 Aug 2024 | 14:28
"Qarabağ" "Ludoqorets"i məğlub etsə bu komanda ilə qarşılaşacaq
05 Aug 2024 | 14:23
PFL rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
05 Aug 2024 | 14:18
ABŞ-nin qayıdış hüququna ikili yanaşması: Vaşinqtonu gözləyən bumeranq effekti - TƏHLİL + FOTO
05 Aug 2024 | 14:12
Avqust ayında bu bürclərin ayağı dinclik görməyəcək: Bu ölkədən o ölkəyə keçəcəklər
05 Aug 2024 | 14:07
Qadınlar 60 yaşda pensiyaya çıxa bilər: Bu ölkənin təcrübəsi gətirilir
05 Aug 2024 | 14:02
Şəhid atası deputatlığa namizəd oldu - FOTO
05 Aug 2024 | 13:56
“Instagram” və “Telegram”da narkotik satışı həyata keçirən 148 səhifə bağlandı - DİN
05 Aug 2024 | 13:51
"Putin unikal beyinə malikdir" - Peskov
05 Aug 2024 | 13:45
Sürücülər bu yolda diqqətli olsunlar!
05 Aug 2024 | 13:40
Bakıda 24 heyvan kəsimi və ət satışı məntəqəsində NÖQSANLAR aşkarlandı  - SİYAHI
05 Aug 2024 | 13:34
Ermənistan KTMT təlimlərinə məhəl qoymadı
05 Aug 2024 | 13:28
Çimərliklərdə suyun temperaturu necə olacaq?
05 Aug 2024 | 13:23
Əkiz qardaşlardan yüksək nəticə: 1 bal fərqlə...
05 Aug 2024 | 13:18
“Poz-Qazan” oyunlarında iyulda 11 böyük uduş qazanılıb
05 Aug 2024 | 13:13
“Hizbullah” İsrail ordusunun 91-ci diviziyasının qərargahına dronlarla hücum edib
05 Aug 2024 | 13:08
İƏT Cammu və Kəşmirlə bağlı bəyanat yaydı
05 Aug 2024 | 13:02
Azərbaycanda sabiq deputat vəfat etdi - FOTO
05 Aug 2024 | 12:58
COP29 ərəfəsində yay düşərgəsi təşkil olunacaq
05 Aug 2024 | 12:53
Azərbaycan futbolunda mütləq rekord
GÜNLÜK
05 Aug 2024 | 10:40
40 kilo arıqlayan Mətanət İsgəndərli tanınmaz halda - FOTO
05 Aug 2024 | 12:15
Ölümündən 22 gün sonra dəfn olunan Firəngiz Rəhimbəyova haqda DOSTLARI danışır: “Həyat yoldaşı dedi ki, mən ölməli idim, çünki...” - ÖZƏL + FOTOLAR
05 Aug 2024 | 02:27
2000-dən çox Bitcoin cüzdanı çalındı - Polis kiber-dələduzluğun üstünü açdı
05 Aug 2024 | 08:08
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
05 Aug 2024 | 08:11
Bu ölkə hakimiyyəti öz xalqından qorxduğundan Rusiyadan ordu göndərməsini istəyə bilər... 
05 Aug 2024 | 07:27
Plastik əməliyyat etdirən şəxsin beyninə toxundular – Əlil qala bilər...
05 Aug 2024 | 08:24
Saçlarınızı sağlam şəkildə uzadan 6 qida maddəsi 
05 Aug 2024 | 12:37
“Mən bu sualın cavabını bilirəm. Ancaq qərarı ölkə başçısı verməlidir...”
05 Aug 2024 | 09:17
Ədalət Ətayi vəfat etdi - FOTO
05 Aug 2024 | 11:09
“Bu  xanım siyasətçinin bir sıra üstünlükləri var. Amma...”
HƏFTƏLİK
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
03 Aug 2024 | 22:09
Min bir dərdin DƏRMANI- DƏFNƏ YARPAĞI 
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
04 Aug 2024 | 11:00
Zaxarovanın Parislə bağlı zarafatı Fransada OLAY OLDU 
04 Aug 2024 | 10:20
İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə “giriblər”? - QALMAQAL
AYLIQ
05 Aug 2024 | 10:40
40 kilo arıqlayan Mətanət İsgəndərli tanınmaz halda - FOTO
05 Aug 2024 | 12:15
Ölümündən 22 gün sonra dəfn olunan Firəngiz Rəhimbəyova haqda DOSTLARI danışır: “Həyat yoldaşı dedi ki, mən ölməli idim, çünki...” - ÖZƏL + FOTOLAR
05 Aug 2024 | 02:27
2000-dən çox Bitcoin cüzdanı çalındı - Polis kiber-dələduzluğun üstünü açdı
05 Aug 2024 | 08:08
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
05 Aug 2024 | 08:11
Bu ölkə hakimiyyəti öz xalqından qorxduğundan Rusiyadan ordu göndərməsini istəyə bilər... 
05 Aug 2024 | 07:27
Plastik əməliyyat etdirən şəxsin beyninə toxundular – Əlil qala bilər...
05 Aug 2024 | 08:24
Saçlarınızı sağlam şəkildə uzadan 6 qida maddəsi 
05 Aug 2024 | 12:37
“Mən bu sualın cavabını bilirəm. Ancaq qərarı ölkə başçısı verməlidir...”
05 Aug 2024 | 09:17
Ədalət Ətayi vəfat etdi - FOTO
05 Aug 2024 | 11:09
“Bu  xanım siyasətçinin bir sıra üstünlükləri var. Amma...”