Paşinyana Əliyevlə görüşə kim imkan vermədi? - Sensasion ŞƏRH
Siyasət
Oxunub: 1599
19 Jul 2024 | 14:28
Paşinyana Əliyevlə görüşə kim imkan vermədi? - Sensasion ŞƏRH
Ermənistan baş nazirinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi, daha sonra isə Ermənistan hökumətinin bu imtinanın doğurduğu reaksiyadan və məsuliyyətdən əndişələnərək, bunu təkzib etməyə çalışması Nikol Paşinyanın bu qərarı özünün vermədiyi ehtimalını gücləndirir.
 
Moderator.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal ötən gün Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində təklif edilən Əliyev-Paşinyan görüşündən ikincinin imtinasına münasibət bildirərkən deyib.
 
Aynur Camalın sözlərinə görə, imtina xəbərindən dərhal sonra İrəvanın təkzibə cəhd etməsi, paralel olaraq Oksfordda Blenheym Sarayının həyətində Makronla Paşinyanın görüşməsi diqqət cəlb etməyə bilməz:
 
“Azərbaycan tərəfinin liderlərin görüş təklifindən Ermənistanın imtinası barədə dərhal verdiyi açıqlama anında ciddi rezonans doğurdu: Ermənistan XİN sözçüsü səviyyəsində bunu təkzib etməyə, görüşdən Azərbaycan tərəfinin imtina etdiyi yalanını yaymağa cəhd etdi. Bu, Paşinyanın təsir altında verdiyi qərarla bağlı ciddi tərəddüd içərisində olduğunun göstəricisi idi. Bir tərəfdən Azərbaycanla bir ay müddətində sülh sazişini imzalamağa hazır olduğunu bildirib, digər tərəfdən Azərbaycan lideri ilə görüşdən imtina etmək anlamsızdır. Ermənistanın bu məntiqsizliyi izah etmək üçün sözü yoxdur. Paşinyanın bu məqamda Fransa lideri Makronla Blenheym Sarayının həyətində görüşməsi və hər ikisinin bir kənara çəkilərək, uzun-uzadı müzakirə apardığını əks etdirən görüntülərin yayılması isə bunu deməyə əsas verir ki, Ermənistan baş nazirinin “təcili dəstəyə” ehtiyacı olub. Böyük ehtimalla Əliyev və Paşinyanın Britaniyanın təşəbbüsü ilə ikitərəfli müzakirə aparmasına Fransa lideri mane olub və bunun da səbəbləri var:
 
1. Britaniya Cənubi Qafqazda Orta Dəhlizin açılmasında maraqlı olan əsas beynəlxalq güclərdən biridir və böyük ehtimalla bu görüşdə Orta Dəhlizin əsas müzakirə mövzusu olmasını istəyib. Başqa sözlə, Zəngəzur dəhlizinin açılması gündəmə gəlib.
 
2. Almaniyada Ermənistan və Azərbaycan liderləri arasında görüş Şoltsun təşəbbüsü ilə baş tutmuşdu. Almaniya kansleri vasitəçilik etməmişdi, sadəcə, təşəbbüs göstərmişdi və ikitərəfli danışıqlara vəsilə olmuşdu. Eyni missiyanı bu dəfə Britaniya baş naziri yerinə yetirməyə çalışdı. Nəzərə alaq ki, Azərbaycan Fransanın bütün müdaxilələrini və vasitəçilik təşəbbüslərini bloklayıb, Britaniya baş nazirinin təşəbbüsü ilə növbəti görüş Makronun Avropa liderliyi iddiasına növbəti zərbə, Fransanın Cənubi Qafqaza müdaxiləsinə daha bir siyasi sədd kimi anlaşıla bilərdi. Makron Ermənistana təsir imkanlarının qaldığını nümayiş etdirmək üçün Paşinyanı görüşdən imtinaya çağırıb.
 
3. AB Şurası rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülh prosesi haqda Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı iki tərəfin vasitəçisiz, birbaşa danışıqlar aparması üçün hər şeyi etdiyini və etməyə hazır olduğunu bildirdi. Bu isə təklif edilən görüşün əslində formatını bir daha göz önünə sərir: Yəni Azərbaycan liderinin prinsipial mövqeyi - vasitəçisiz, birbaşa görüş - AB və Britaniyada qəbul edilir, Makron isə kənarda qalmasından əndişəlidir. Çünki bu halda Cənubi Qafqaza təsir imkanlarını bir qədər də itirəcək”.
 
Politoloqun fikrincə, Nikol Paşinyan Makronun təkidi ilə görüşdən imtinasının doğurduğu mümkün nəticələri anlamaq zorundaydı:
 
“ABŞ-da qarşıdan gələn seçkilərdə Donald Trampın qalib gəlmək şansı çox yüksəkdir. Tramp kifayət qədər realist, ABŞ-ın çıxarlarını düşünən siyasətçidir və erməni politoloqlar da israrla bildirirlər ki, ABŞ-ın yeni prezidenti Cənubi Qafqazda Azərbaycanla işləməyə və Azərbaycanın prinsiplərini müdafiə etməyə üstünlük verəcək. Bunun bir səbəbi iqtisadi maraqlardırsa, digər səbəbi Trampın İsrailə xüsusi münasibəti, İsrailin isə Azərbaycanla əlaqələri yüksək qiymətləndirməsidir.
 
Ermənistanın onillərdir "nəfəsliyi" kimi tanınan İranda da vəziyyət dəyişib: bu ölkədə Azərbaycanla münasibətləri inkişaf etdirməkdə qərarlı olan azərbaycanlı Məsud Pezeşkian prezident seçilib və təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev onu ilk təbrik edənlərdən oldu, həmçinin Pezeşkianı Bakıya səfərə dəvət etdi. Bu məqamda İranın Ermənistandakı səfiri, hər zaman erməni maraqlarının müdafiəçisi təsiri bağışlayan Mehdi Sübhaninin “Azadlıq” radiosuna müsahibəsini də yada sala bilərik. Erməni jurnalistin təkidli və bir neçə dəfə təkrar sualına baxmayaraq, o, “Azərbaycanın hərbi müdaxiləsi zamanı” İranın prosesə qarışacağının mümkünlüyünə heç bir "müsbət" eyham vurmadı. Bu, Tehranda səfirliyini bərpa edən Azərbaycanın İranla münasibətlərində yeni mərhələnin başladığının soraqçısı sayıla bilərdi.
 
Beləliklə, bəlli olur ki, Rusiyadan üz döndərən və birmənalı Qərb siyasəti aparan Ermənistanın qanunsuz iddialarının arxasında duran ölkələrin sayı, az qala, Fransa, daha doğrusu, Makronla məhdudlaşır. Makronun isə siyasi hakimiyyəti daxili təlatümlərlə silkələnir: 30 iyun və 7 iyulda keçirilən parlamentin aşağı palatasına seçkilərdə Makronun koalisiyası solçulara məğlub oldu, üstəlik, radikal sağçılar əvvəlki seçkilərlə müqayisədə böyük uğur əldə edərək, deputatlarının sayını artırdılar. Makron artıq Attalın istefasını qəbul edib və müxalif baş nazirlə işləmək məcburiyyəti ilə üzləşə bilər. Belə bir durumda Makronun özü də ölkəsindən min km-lərlə uzaqda olan məsələlərə müdaxilə imkanlarını itirir. Diqqət edirsinizsə, Makron son vaxtlar Ukrayna məsələsində də “ötkəm” açıqlamalardan və ümumiyyətlə, bu mövzuda vaxtaşırı danışmaqdan çəkinir, sanki Fransa ordusunun Ukraynaya yeridilməsi mümkünlüyündən danışan şəxs deyildi.
 
Bu cür dəyişikliklər fonunda Paşinyanın tərəddüdü, Azərbaycan lideri ilə görüşdən imtinasının doğura biləcəyi nəticələrdən panikaya düşməsi və tələsik Makronla görüşüb, saray həyətində uzun-uzadı müzakirə aparması arasında məntiqi əlaqə görə bilərik”.
 
Politoloq onu da vurğulayıb ki, Britaniyada baş verən proseslər Azərbaycan Prezidenti İlham Əliyevin necə dəqiq, həssas strateji siyasi hesablamalar apardığını və geopolitik duruma uyğun mükəmməl gedişlərinin növbəti təntənəsidir:
 
“Rəsmi açıqlamalara diqqət etdinizsə, Prezident İlham Əliyevin görüşləri yenə qarşı tərəflərin müraciəti və istəyi ilə baş tutur. Prezident Əliyevin masasına yaxınlaşır, onunla ünsiyyətə can atır, onunla görüşmək üçün müraciət edirdilər. Bu, Azərbaycanın və İlham Əliyevin regionda hansı mühüm statusa malik olmasının sübutudur.
 
Bu baxımdan Ermənistan görüşdən imtinası ilə ciddi siyasi səhvə yol verdi və sülh danışıqlarında, əslində kimin təsir altında hərəkət etdiyi, kimin tərəddüdlərlə prosesi uzatdığını bütün dünyaya göstərmiş oldu. Bu, Azərbaycanın mövqelərinin daha da güclənməsində mühüm faktordur. Hesab edirəm ki, Ermənistan rəsmilərinin ötən gün görüşdən imtina etmədiklərini deməsi yeni görüşə nail olmaq və strateji səhvi düzəltmək cəhdidir. Bu isə Azərbaycana bu və ya qarşıdakı mümkün görüşdə daha üstün mövqedən çıxış etməsinə imkan yaradacaq”.
 
Oxşar xəbərlər
01:03, Bu gün
"Navalnının ölümü gerçəkdən necə baş verib?" - KİV-lərdən yeni araşdırma
00:53, Bu gün
İsrail Livanın cənubunu fosfor bombaları ilə vurur - Video
00:50, Bu gün
Putin gecə ilə Kremlə gəldi: təcili iclas… - Video
30 Sep 2024 | 23:33
“Mən o vaxt televizorda sizi qucaqlamışdım” - Video
30 Sep 2024 | 23:29
Təcili: İsrail ordusu Livana girdi - Video
30 Sep 2024 | 23:18
"Əgər biz Londonun mərkəzinə bomba atsaydıq, hər şey bitəcəkdi..."
30 Sep 2024 | 23:15
ABŞ-ın Ukrayna münaqişəsinə təsir edəcək “sehrli güllə”si...
30 Sep 2024 | 23:04
17 növ xərçəngdən qoruyan möcüzə içki
30 Sep 2024 | 22:56
Üçüncü müharibə başlayır: əsas hücum haradan olacaq?
30 Sep 2024 | 22:48
Nizami Rəmzinin qızı müğənniliyə başladı: “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”-FOTO+VİDEO
30 Sep 2024 | 22:46
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA
30 Sep 2024 | 22:38
İmicini dəyişən Nadir Rüstəmli tanınmaz halda - FOTO
30 Sep 2024 | 22:30
Əfsanəvi basketbolçu öldü
30 Sep 2024 | 22:23
Bakının bu ərazisində 100 minə ev alanların PULLARI BATACAQ - XƏBƏRDARLIQ
30 Sep 2024 | 22:18
İnsanlar haqqında az bilinən qorxunc faktlar
30 Sep 2024 | 22:10
“Qırmızı Körpü”də 400 yük maşını gözləyir
30 Sep 2024 | 22:03
Həkim qəhvənin beyin üçün faydalarından danışıb
30 Sep 2024 | 22:00
"İsrail Livanda atəşkəsə razı olmayacaq" - İsrail XİN rəhbəri
30 Sep 2024 | 21:50
Dumanın fraksiya rəhbəri: Qarabağ Azərbaycandır!
30 Sep 2024 | 21:47
İsrail “Hizbullah”a qarşı əməliyyatın növbəti mərhələsinin başladığını elan edib
30 Sep 2024 | 21:44
YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar
30 Sep 2024 | 21:38
Sabah dörd rayonda qazın verilişində məhdudiyyətlər olacaq
30 Sep 2024 | 21:23
Paşinyandan gözlənilməz qərar: Ərdoğanla...
30 Sep 2024 | 21:15
Metroda qadına yer verməyən sərnişin bıçaqlandı
30 Sep 2024 | 21:15
"İçərişəhər" stansiyasının önündə dəhşətli SIXLIQ
30 Sep 2024 | 21:12
Saçınızın sağlamlığı üçün bunu edin
30 Sep 2024 | 21:09
Yolun ortasında məzar qazıb dəfn etdilər - Bakıda kuryoz hadisə+Video
30 Sep 2024 | 21:06
Xankəndidə yaradılan futbol klubunun loqosunun mənası AÇIQLANDI
30 Sep 2024 | 20:58
Heydər Əliyevin ən böyük vəsiyyəti həyata keçdi - Slutski
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
30 Sep 2024 | 20:52
"Rusiyalılar iri şəhərlərə yaxınlaşır, ukraynalıların "ayılması" zamanıdır..."
30 Sep 2024 | 20:50
Rəsədxana kosmik hava durumunu açıqladı
30 Sep 2024 | 20:43
Zəngəzurla bağlı çox müzakirə aparılmalıdır - İran
30 Sep 2024 | 20:40
Şorbaya əlavə etmək üçün bir nömrəli məhsul
30 Sep 2024 | 20:38
Rövşən Nəcəf "SOCAR Türkiyə"nin İdarə Heyətinin iclasında iştirak edib
30 Sep 2024 | 20:36
"İsrail qurudan hücum edərsə, döyüşməyə hazırıq"
30 Sep 2024 | 20:35
Arvadı ondan 20 milyon tələb edir: Boşanmamaq üçün
30 Sep 2024 | 20:33
Pezeşkiandan kritik Azərbaycan anonsu – “Öz hökumətləri olacaq...”
30 Sep 2024 | 20:26
Şəhid anası 30 il sonra doğulan qızı ilə birgə oğlunun məzarı başında
30 Sep 2024 | 20:15
Azərbaycanda 100 meqabitlik internet zəifdir? - Rəsmi cavab
30 Sep 2024 | 20:08
Rusiyada güzlü zəlzələ oldu
30 Sep 2024 | 20:00
Pezeşkian Rusiya baş naziri ilə görüşdü
30 Sep 2024 | 19:55
"Biz Qərbi azərbaycanlılar qayıdışımıza inanırıq!” - Bəyanat
30 Sep 2024 | 19:48
Prezident Leonid Slutskini qəbul etdi- YENİLƏNDİ
30 Sep 2024 | 19:40
Sağlamlıq üçün ən zərərli iki məhsulun adı açıqlanıb
30 Sep 2024 | 19:35
Bu marşrut xətti "BakuBus"a verildi
30 Sep 2024 | 19:30
"Dövlət quruluşu belə olsa, rüşvət almaq mümkün olmaz" – Elmi-lədun
30 Sep 2024 | 19:27
XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb
30 Sep 2024 | 19:25
Ruhi Əliyeva həyat yoldaşı ilə birlikdə - FOTO
30 Sep 2024 | 19:20
Bakıda mənzillər kəskin bahalaşdı
30 Sep 2024 | 19:12
Murovdağda düşməni lərzəyə salan gənc zabit...
30 Sep 2024 | 19:08
Borş və atlamadan bezən əcnəbilər rus restoranında TERROR TÖRƏTDİ
30 Sep 2024 | 19:00
Lənkəran şəhərinin baş planının hazırlığına başlanıldı
30 Sep 2024 | 18:52
Məşhur uşaq nağılı gerçək oldu: Tısbağa dovşana qalib gəldi - VİDEO
30 Sep 2024 | 18:47
"Instagram"da dələduzluq edən şəxs saxlanıldı - FOTO
30 Sep 2024 | 18:40
Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi
30 Sep 2024 | 18:33
İş müsahibəsində belə danışmalıyıq
30 Sep 2024 | 18:25
Əfsanəvi dizayner 90 yaşında dünyasını dəyişdi
30 Sep 2024 | 18:20
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
30 Sep 2024 | 18:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
30 Sep 2024 | 18:12
“Azərbaycanı Türkiyəyə birləşdirən” dekan müavini 15 dəqiqəlik məhkəmə ilə güllələndi...
30 Sep 2024 | 18:10
Azərbaycan XİN Nepala başsağlığı verib
30 Sep 2024 | 18:07
“Onlar bizi mühasirəyə salıb əzmək istəyirlər”
30 Sep 2024 | 18:05
Özünü yırtıcı kimi hiss etdim: 18 yaşlı turist
30 Sep 2024 | 18:04
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb - FOTO
30 Sep 2024 | 18:00
Mədəni həddindən artıq yükləmək bu orqana mənfi təsir edir
30 Sep 2024 | 17:59
Qubada ayılar kəndə hücum etdi - FOTO/VİDEO
30 Sep 2024 | 17:55
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA + FOTO
30 Sep 2024 | 17:51
Azərbaycanlı tanınmışın qızı kamera önündə görün nə etdi - VİDEO
30 Sep 2024 | 17:45
Azad edilmiş ərazilərdə 330 mina zərərsizləşdirilib
30 Sep 2024 | 17:39
Azərbaycanda 2025-ci ildə fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək
30 Sep 2024 | 17:33
Kamran Əliyev yəmənli həmkarı ilə görüşdü - FOTO
30 Sep 2024 | 17:27
Britaniyadan yüksək səviyyəli nümayəndə heyəti COP29-da Bakıya gələcək
30 Sep 2024 | 17:21
Avropada Vatikanın analoqu olan yeni, amma müsəlman dövləti yarana bilər - FOTO
30 Sep 2024 | 17:16
"Saz niyə havadadı, sağdadı, rəngi isə..." - Aşıq Ələsgər heykəlinin müəllifi cavabladı
30 Sep 2024 | 17:11
Putin Polad Bülbüloğlunu təltif etdi - FOTO
30 Sep 2024 | 17:07
Əli Əsədov qərar imzaladı
30 Sep 2024 | 17:03
Bu universitetə yeni rektor təyin olundu
30 Sep 2024 | 16:59
Sevda Yahyayevadan “Sevənlərin ulduzları”na yeni nəfəs - FOTO/VİDEO
30 Sep 2024 | 16:55
Zarina Qurbanova kimdir? - Zindulladan qorxub adını dəyişən, ata sevgisinə həsrət travmalı aktrisa
30 Sep 2024 | 16:50
Nazim Bəydəmirliyə 8 il həbs cəzası verildi
30 Sep 2024 | 16:45
“Təklif edirəm ki Zəfər Bayramına qədər amnistiya aktı qəbul olunsun” -Qüdrət Həsənquliyev
30 Sep 2024 | 16:40
Azərbaycanlı müğənninin toyu oldu - FOTO/VİDEO 
30 Sep 2024 | 16:35
Haqq sözə gərəkdir düz qiymət olsun - Musa Urudun yazısı
30 Sep 2024 | 16:30
“Survivor”da tanış olan cütlük evləndi - VİDEO
30 Sep 2024 | 16:25
Masazırda hərbi sursatlar aşkarlandı - VİDEO
30 Sep 2024 | 16:19
Dövlət Komitəsi tərəfindən musiqili fləşmob keçirilib - VİDEO
30 Sep 2024 | 16:13
Kamran Əliyev Türkiyənin Baş prokuroru ilə görüşdü - FOTO
30 Sep 2024 | 16:07
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
30 Sep 2024 | 16:01
“Bir yerdə xidmət etmişik, pulları da...” - Ordudakı yeyinti ilə bağlı yeni faktlar
30 Sep 2024 | 15:57
Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
30 Sep 2024 | 15:51
Xanımlarının telefonları və pultlar: İsrail kəşfiyyatının "Hizbullah"a necə sızdığı açıqlandı - FOTO
30 Sep 2024 | 15:45
DTX və DSX-dən birgə ƏMƏLİYYAT: İrandan ölkəmizə keçən naməlum uçuş aparatı endirildi - FOTO
30 Sep 2024 | 15:39
Lalə Azərtaşın Londonda yaşayan qızı - VİDEO
30 Sep 2024 | 15:34
Oktyabr ayının HAVA PROQNOZU
30 Sep 2024 | 15:28
Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq
30 Sep 2024 | 15:22
Rusiya Kiyev şəhərini 5 saat ərzində dronlar hücumuna məruz qoyub
30 Sep 2024 | 15:16
Gülər Mübarizin “İkinci həyat” kitabının təqdimat mərasimi keçirildi – FOTO/VİDEO
30 Sep 2024 | 15:11
Vəkilliyə qəbulun müraciətləri elektron formada keçiriləcək
30 Sep 2024 | 15:05
Bakıdan daha üç rayona onlayn bilet satışına başlanılır
GÜNLÜK
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
30 Sep 2024 | 12:50
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
30 Sep 2024 | 10:21
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı suallardan yayındı...
30 Sep 2024 | 07:54
Alimlər 1-ci tip şəkərli diabet xəstəsini sağalda bildilər... -DÜNYADA İLK DƏFƏ
30 Sep 2024 | 07:15
Moskvada yaşayış binasında 8 partlayışdan sonra güclü yanğın başladı...
30 Sep 2024 | 14:12
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
30 Sep 2024 | 10:09
Azərbaycanda pensiyaçılar üçün hansı GÜZƏŞTLƏR VAR?
30 Sep 2024 | 09:01
Tatar partizanlar rusların Kursk bölgəsindəki logistikasına güclü zərbə endirdi... 
30 Sep 2024 | 13:51
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 14:09
Maaş və pensiyalar neçə manat artırılacaq? - Dəqiq rəqəm açıqlandı
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
AYLIQ
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
30 Sep 2024 | 12:50
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
30 Sep 2024 | 10:21
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı suallardan yayındı...
30 Sep 2024 | 07:54
Alimlər 1-ci tip şəkərli diabet xəstəsini sağalda bildilər... -DÜNYADA İLK DƏFƏ
30 Sep 2024 | 07:15
Moskvada yaşayış binasında 8 partlayışdan sonra güclü yanğın başladı...
30 Sep 2024 | 14:12
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
30 Sep 2024 | 10:09
Azərbaycanda pensiyaçılar üçün hansı GÜZƏŞTLƏR VAR?
30 Sep 2024 | 09:01
Tatar partizanlar rusların Kursk bölgəsindəki logistikasına güclü zərbə endirdi... 
30 Sep 2024 | 13:51
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu