Xarici və yerli QHT-lər “COP29 QHT Koalisiyası” yaradıb
Siyasət
Oxunub: 1642
19 Jul 2024 | 11:19
Xarici və yerli QHT-lər “COP29 QHT Koalisiyası” yaradıb
“Xarici QHT-lərdən Azərbaycan Milli QHT Forumuna COP29-la əlaqədar çoxsaylı əməkdaşlıq təklifləri daxil olmaqdadır. Məsələni İdarə Heyətində müzakirə etdik və qərara aldıq ki, “COP29 QHT Koalisiyası” yaratmağa təşəbbüs göstərək. Təşəbbüsümüz xarici QHT-lər tərəfindən yüksək maraqla qarşılandı. Artıq 30 ölkədən 108 xarici QHT bu koalisiyaya qoşulmağa razılıq verib. Müraciətlər hər gün davam edir, ola bilsin ki, bu şəbəkə daha da genişlənsin. Azərbaycanda ilk dəfədir ki, belə qlobal formatda və nəhəng miqyasda yerli və xarici QHT-lərin əməkdaşlığı qurulur. Artıq vətəndaş cəmiyyəti COP29-un Azərbaycana bəxş etdiyi unikal imkanları hiss edir”.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bəyan edib.
 
O, bildirib ki, bu əməkdaşlığın qurulmasında Azərbaycan Milli QHT Forumunun üzvləri yaxından iştirak edib: “Hər kəs bu prosesə maksimum öz töhfəsini verməyə çalışır”.
 
Ramil İskəndərli deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik 3 qrup təşkilat mövcuddur. Onlardan birincisi, Birləşmiş Millətlər Təşkilatı sistemi və onun ixtisaslaşmış qurumlarıdır, ikincisi, hökumətlərarası təşkilatlardır, üçüncüsü isə QHT-lərdir. Hazırda UNFCCC çərçivəsində 3631-i QHT müşahidəçi statusa malikdir. Həmin bu təşkilatların təxminən 90%-i 9 Həmfikir Qrupda (Constituency) birləşib. Bura ENGO (Environmental groups), BINGO (Business and industry), WGC (Women and gender), RINGO (Research and academic institutes), Farmers (Farming and agriculture), TUNGO (Labour unions), YUNGO (Youth and children groups), LGMA (Local governments and municipal authorities) və IPO (Indigenous populations) daxildir: “3 Qeyri-formal Qrup (Faith-Based Organizations (FBOs), Education, Communication and Outreach Stakeholders (ECOs) və Parliamentarians) da mövcuddur. Həmçinin, Əlilliyi olan Şəxslər Qrupu da (Disability Caucus) həmin Qeyri-formal Qrup kimi başa düşülür. Müəyyən qrup QHT-lər isə heç bir Həmfikir Qrupunun üzvü deyil və ayrıca fəaliyyət göstərir”.
 
R.İskəndərli qeyd edib ki, Azərbaycan Milli QHT Forumu 9 Həmfikir Qrupla, o cümlədən Qeyri-formal qruplarla da sıx əməkdaşlıqda maraqlıdır: “COP29 QHT Koalisiyası”nda yer alan 36 QHT Həmfikir Qrupların (Constituency) təmsilçiləridir. 9 Həmfikir Qrupdan 5-inə daxil olan QHT-lər hazırda Koalisiyada yer alır. Bu, Koalisiyanın hansı miqyasda iş apara biləcəyi ilə bağlı aydın təsəvvür yaradır. Bu təşkilatların inkişaf etməkdə olan ölkələrdən olan QHT-lərlə qlobal diskussiyaları inklüzivliyi təmin edir. Koalisiyadakı xarici QHT-lərdən 68-i inkişaf etməkdə olan ölkələrdəndir”.
 
O, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsini elan etməsinə də toxunub: “Bu o deməkdir ki, yerli QHT-lərin xarici QHT-lərlə birgə COP29-la əlaqədar birgə layihə icra etməsinə imkan yaranır. Bu müsabiqədə xarici tərəfdaş qismində iştirak edən UNFCCC müşahidəçi statusa malik təşkilatların məhz inkişaf etməkdə olan ölkələrdən, xüsusilə ən az inkişaf etmiş ölkələrdən və inkişaf etməkdə olan kiçik ada ölkələrindən olmasına üstünlük veriləcəyi açıqlanıb. Bu, Azərbaycan dövlətinin inklüzivlik məsələsinə necə həssas, qayğı ilə yanaşdığını aydın nümayiş etdirir. Biz də istəyirik ki, COP29-da dünyanın bütün yerlərindən olan vətəndaş cəmiyyəti qurumlarının səsi eşidilsin. Koalisiyada yer alan QHT-lərin bu müsabiqədə fəal iştirak edəcəyini düşünürük”.
 
Forumun İdarə Heyətinin sədri əlavə edib ki, Azərbaycanın İEOÖ-in maraqlarını güclü müdafiə etməsi dünyada da rəğbətlə qarşılanır: “Fikrimcə, bu məsələ Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründən başladı. Bu, çox faydalı platforma oldu, Azərbaycana dünyanın problemlərini görməyə daha yaxşı şərait yaratdı. “Hələ 2023-cü ildə - Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycan kiçik ada dövlətlərinə post-pandemiya çətinliklərinin həlli üçün dəstək göstərməyə çağırış etmişdi, bu məqsədlə maliyyə vəsaiti də ayırmışdı. Kiçik ada dövlətləri Azərbaycana böyük ümidlərlə baxır. Rəsmi şəxslərin verdiyi açıqlamalardan belə başa düşürük ki, Azərbaycan onlar üçün "Commonwealth" təşkilatı ilə birlikdə xüsusi texniki dəstək fondunun formalaşdırılmasına çalışır”.
 
R.İskəndərli deyib ki, bu prizmadan baxdıqda mənzərə daha aydın görünür: “Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” adlı müsabiqə elanında xüsusilə ən az inkişaf etmiş ölkələrdən, inkişaf etməkdə olan kiçik ada ölkələrindən olan QHT-lərin iştirakına üstünlük veriləcəyi hissəsini oxuyanda aydın olur ki, Azərbaycan təkcə vədlər vermir, bu kateqoriyadan olan dövlətlərə imkanı daxilində maliyyə dəstəyi də təklif edir”.
 
Ramil İskəndərli iyulun 18-də “COP29 QHT Koalisiyası”nın “Zoom” vasitəsilə hibrid görüşünün də keçirildiyini, görüşdə fikirlərin dinlənildiyini, birgə əməkdaşlıq imkanlarının ətraflı araşdırıldığını vurğulayıb.
 
Azərbaycan Milli QHT Forumunun rəhbəri COP29 sədrliyinə müraciət də hazırlayacaqlarını açıqlayıb: “Pre-COP tədbirlərində UNFCCC çərçivəsində 3631-i müşahidəçi QHT-nin mütləq əksəriyyətinin birləşdiyi 9 Həmfikir Qrupun (Constituency) təmsilçilərinin iştiraka dəvət edildikləri barədə məlumatlıyıq. Bu xüsusda, oktyabrda “Pre-COP29” tədbirləri üçün Həmfikir Qrupların təmsilçilərinin Bakıda olduğu zaman çox istərdik ki, bu səfər çərçivəsində “COP29 QHT Koalisiyası”nın təşəbbüskarı olan Azərbaycan Milli QHT Forumunun nümayəndələrinin onlarla görüşü təşkil edilsin. Biz ev sahibi olan ölkənin vətəndaş cəmiyyətinin təmsilçiləri kimi onların da səsini eşitmək istəyirik. Ümid edirik ki, bu müraciətimiz cavabsız qalmayacaq, nəticə verəcək”.
 
Oxşar xəbərlər
07:55, Bu gün
Gecə güclənən sümük ağrısı hansı ciddi xəstəliyin əlaməti ola bilər?
07:42, Bu gün
Oktyabrın 1-də şanslı olacaq BÜRCLƏR
07:33, Bu gün
Hansı daha faydalıdır: Ağ yumurta, ya qəhvəyi yumurta?
07:21, Bu gün
İranın rəsmi "İRNA" agentliyi İsrail əsgərlərinin Livan sərhədlərini keçdiyini təkzib etdi... 
07:20, Bu gün
Sabah Ay Yerin səthinə eni 266 km-lik kölgə salacaq
01:03, Bu gün
"Navalnının ölümü gerçəkdən necə baş verib?" - KİV-lərdən yeni araşdırma
00:53, Bu gün
İsrail Livanın cənubunu fosfor bombaları ilə vurur - Video
00:50, Bu gün
Putin gecə ilə Kremlə gəldi: təcili iclas… - Video
30 Sep 2024 | 23:33
“Mən o vaxt televizorda sizi qucaqlamışdım” - Video
30 Sep 2024 | 23:29
Təcili: İsrail ordusu Livana girdi - Video
30 Sep 2024 | 23:18
"Əgər biz Londonun mərkəzinə bomba atsaydıq, hər şey bitəcəkdi..."
30 Sep 2024 | 23:15
ABŞ-ın Ukrayna münaqişəsinə təsir edəcək “sehrli güllə”si...
30 Sep 2024 | 23:04
17 növ xərçəngdən qoruyan möcüzə içki
30 Sep 2024 | 22:56
Üçüncü müharibə başlayır: əsas hücum haradan olacaq?
30 Sep 2024 | 22:48
Nizami Rəmzinin qızı müğənniliyə başladı: “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”-FOTO+VİDEO
30 Sep 2024 | 22:46
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA
30 Sep 2024 | 22:38
İmicini dəyişən Nadir Rüstəmli tanınmaz halda - FOTO
30 Sep 2024 | 22:30
Əfsanəvi basketbolçu öldü
30 Sep 2024 | 22:23
Bakının bu ərazisində 100 minə ev alanların PULLARI BATACAQ - XƏBƏRDARLIQ
30 Sep 2024 | 22:18
İnsanlar haqqında az bilinən qorxunc faktlar
30 Sep 2024 | 22:10
“Qırmızı Körpü”də 400 yük maşını gözləyir
30 Sep 2024 | 22:03
Həkim qəhvənin beyin üçün faydalarından danışıb
30 Sep 2024 | 22:00
"İsrail Livanda atəşkəsə razı olmayacaq" - İsrail XİN rəhbəri
30 Sep 2024 | 21:50
Dumanın fraksiya rəhbəri: Qarabağ Azərbaycandır!
30 Sep 2024 | 21:47
İsrail “Hizbullah”a qarşı əməliyyatın növbəti mərhələsinin başladığını elan edib
30 Sep 2024 | 21:44
YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar
30 Sep 2024 | 21:38
Sabah dörd rayonda qazın verilişində məhdudiyyətlər olacaq
30 Sep 2024 | 21:23
Paşinyandan gözlənilməz qərar: Ərdoğanla...
30 Sep 2024 | 21:15
Metroda qadına yer verməyən sərnişin bıçaqlandı
30 Sep 2024 | 21:15
"İçərişəhər" stansiyasının önündə dəhşətli SIXLIQ
30 Sep 2024 | 21:12
Saçınızın sağlamlığı üçün bunu edin
30 Sep 2024 | 21:09
Yolun ortasında məzar qazıb dəfn etdilər - Bakıda kuryoz hadisə+Video
30 Sep 2024 | 21:06
Xankəndidə yaradılan futbol klubunun loqosunun mənası AÇIQLANDI
30 Sep 2024 | 20:58
Heydər Əliyevin ən böyük vəsiyyəti həyata keçdi - Slutski
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
30 Sep 2024 | 20:52
"Rusiyalılar iri şəhərlərə yaxınlaşır, ukraynalıların "ayılması" zamanıdır..."
30 Sep 2024 | 20:50
Rəsədxana kosmik hava durumunu açıqladı
30 Sep 2024 | 20:43
Zəngəzurla bağlı çox müzakirə aparılmalıdır - İran
30 Sep 2024 | 20:40
Şorbaya əlavə etmək üçün bir nömrəli məhsul
30 Sep 2024 | 20:38
Rövşən Nəcəf "SOCAR Türkiyə"nin İdarə Heyətinin iclasında iştirak edib
30 Sep 2024 | 20:36
"İsrail qurudan hücum edərsə, döyüşməyə hazırıq"
30 Sep 2024 | 20:35
Arvadı ondan 20 milyon tələb edir: Boşanmamaq üçün
30 Sep 2024 | 20:33
Pezeşkiandan kritik Azərbaycan anonsu – “Öz hökumətləri olacaq...”
30 Sep 2024 | 20:26
Şəhid anası 30 il sonra doğulan qızı ilə birgə oğlunun məzarı başında
30 Sep 2024 | 20:15
Azərbaycanda 100 meqabitlik internet zəifdir? - Rəsmi cavab
30 Sep 2024 | 20:08
Rusiyada güzlü zəlzələ oldu
30 Sep 2024 | 20:00
Pezeşkian Rusiya baş naziri ilə görüşdü
30 Sep 2024 | 19:55
"Biz Qərbi azərbaycanlılar qayıdışımıza inanırıq!” - Bəyanat
30 Sep 2024 | 19:48
Prezident Leonid Slutskini qəbul etdi- YENİLƏNDİ
30 Sep 2024 | 19:40
Sağlamlıq üçün ən zərərli iki məhsulun adı açıqlanıb
30 Sep 2024 | 19:35
Bu marşrut xətti "BakuBus"a verildi
30 Sep 2024 | 19:30
"Dövlət quruluşu belə olsa, rüşvət almaq mümkün olmaz" – Elmi-lədun
30 Sep 2024 | 19:27
XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb
30 Sep 2024 | 19:25
Ruhi Əliyeva həyat yoldaşı ilə birlikdə - FOTO
30 Sep 2024 | 19:20
Bakıda mənzillər kəskin bahalaşdı
30 Sep 2024 | 19:12
Murovdağda düşməni lərzəyə salan gənc zabit...
30 Sep 2024 | 19:08
Borş və atlamadan bezən əcnəbilər rus restoranında TERROR TÖRƏTDİ
30 Sep 2024 | 19:00
Lənkəran şəhərinin baş planının hazırlığına başlanıldı
30 Sep 2024 | 18:52
Məşhur uşaq nağılı gerçək oldu: Tısbağa dovşana qalib gəldi - VİDEO
30 Sep 2024 | 18:47
"Instagram"da dələduzluq edən şəxs saxlanıldı - FOTO
30 Sep 2024 | 18:40
Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi
30 Sep 2024 | 18:33
İş müsahibəsində belə danışmalıyıq
30 Sep 2024 | 18:25
Əfsanəvi dizayner 90 yaşında dünyasını dəyişdi
30 Sep 2024 | 18:20
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
30 Sep 2024 | 18:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
30 Sep 2024 | 18:12
“Azərbaycanı Türkiyəyə birləşdirən” dekan müavini 15 dəqiqəlik məhkəmə ilə güllələndi...
30 Sep 2024 | 18:10
Azərbaycan XİN Nepala başsağlığı verib
30 Sep 2024 | 18:07
“Onlar bizi mühasirəyə salıb əzmək istəyirlər”
30 Sep 2024 | 18:05
Özünü yırtıcı kimi hiss etdim: 18 yaşlı turist
30 Sep 2024 | 18:04
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb - FOTO
30 Sep 2024 | 18:00
Mədəni həddindən artıq yükləmək bu orqana mənfi təsir edir
30 Sep 2024 | 17:59
Qubada ayılar kəndə hücum etdi - FOTO/VİDEO
30 Sep 2024 | 17:55
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA + FOTO
30 Sep 2024 | 17:51
Azərbaycanlı tanınmışın qızı kamera önündə görün nə etdi - VİDEO
30 Sep 2024 | 17:45
Azad edilmiş ərazilərdə 330 mina zərərsizləşdirilib
30 Sep 2024 | 17:39
Azərbaycanda 2025-ci ildə fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək
30 Sep 2024 | 17:33
Kamran Əliyev yəmənli həmkarı ilə görüşdü - FOTO
30 Sep 2024 | 17:27
Britaniyadan yüksək səviyyəli nümayəndə heyəti COP29-da Bakıya gələcək
30 Sep 2024 | 17:21
Avropada Vatikanın analoqu olan yeni, amma müsəlman dövləti yarana bilər - FOTO
30 Sep 2024 | 17:16
"Saz niyə havadadı, sağdadı, rəngi isə..." - Aşıq Ələsgər heykəlinin müəllifi cavabladı
30 Sep 2024 | 17:11
Putin Polad Bülbüloğlunu təltif etdi - FOTO
30 Sep 2024 | 17:07
Əli Əsədov qərar imzaladı
30 Sep 2024 | 17:03
Bu universitetə yeni rektor təyin olundu
30 Sep 2024 | 16:59
Sevda Yahyayevadan “Sevənlərin ulduzları”na yeni nəfəs - FOTO/VİDEO
30 Sep 2024 | 16:55
Zarina Qurbanova kimdir? - Zindulladan qorxub adını dəyişən, ata sevgisinə həsrət travmalı aktrisa
30 Sep 2024 | 16:50
Nazim Bəydəmirliyə 8 il həbs cəzası verildi
30 Sep 2024 | 16:45
“Təklif edirəm ki Zəfər Bayramına qədər amnistiya aktı qəbul olunsun” -Qüdrət Həsənquliyev
30 Sep 2024 | 16:40
Azərbaycanlı müğənninin toyu oldu - FOTO/VİDEO 
30 Sep 2024 | 16:35
Haqq sözə gərəkdir düz qiymət olsun - Musa Urudun yazısı
30 Sep 2024 | 16:30
“Survivor”da tanış olan cütlük evləndi - VİDEO
30 Sep 2024 | 16:25
Masazırda hərbi sursatlar aşkarlandı - VİDEO
30 Sep 2024 | 16:19
Dövlət Komitəsi tərəfindən musiqili fləşmob keçirilib - VİDEO
30 Sep 2024 | 16:13
Kamran Əliyev Türkiyənin Baş prokuroru ilə görüşdü - FOTO
30 Sep 2024 | 16:07
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
30 Sep 2024 | 16:01
“Bir yerdə xidmət etmişik, pulları da...” - Ordudakı yeyinti ilə bağlı yeni faktlar
30 Sep 2024 | 15:57
Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
30 Sep 2024 | 15:51
Xanımlarının telefonları və pultlar: İsrail kəşfiyyatının "Hizbullah"a necə sızdığı açıqlandı - FOTO
30 Sep 2024 | 15:45
DTX və DSX-dən birgə ƏMƏLİYYAT: İrandan ölkəmizə keçən naməlum uçuş aparatı endirildi - FOTO
30 Sep 2024 | 15:39
Lalə Azərtaşın Londonda yaşayan qızı - VİDEO
30 Sep 2024 | 15:34
Oktyabr ayının HAVA PROQNOZU
GÜNLÜK
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
30 Sep 2024 | 12:50
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
30 Sep 2024 | 10:21
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı suallardan yayındı...
30 Sep 2024 | 14:12
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
30 Sep 2024 | 10:09
Azərbaycanda pensiyaçılar üçün hansı GÜZƏŞTLƏR VAR?
30 Sep 2024 | 09:01
Tatar partizanlar rusların Kursk bölgəsindəki logistikasına güclü zərbə endirdi... 
30 Sep 2024 | 13:51
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
30 Sep 2024 | 09:52
“Bozbaş” Picturesin Şirini bacısından imtina edibmiş – BACISI GÖRÜN KİM İMİŞ
30 Sep 2024 | 09:10
Britaniya mətbuatı: Makronun adamları Bakıda istintaqa cəlb olunub - ŞOK FAKTLAR
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 14:09
Maaş və pensiyalar neçə manat artırılacaq? - Dəqiq rəqəm açıqlandı
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
AYLIQ
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
30 Sep 2024 | 12:50
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
30 Sep 2024 | 10:21
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı suallardan yayındı...
30 Sep 2024 | 14:12
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
30 Sep 2024 | 10:09
Azərbaycanda pensiyaçılar üçün hansı GÜZƏŞTLƏR VAR?
30 Sep 2024 | 09:01
Tatar partizanlar rusların Kursk bölgəsindəki logistikasına güclü zərbə endirdi... 
30 Sep 2024 | 13:51
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
30 Sep 2024 | 09:52
“Bozbaş” Picturesin Şirini bacısından imtina edibmiş – BACISI GÖRÜN KİM İMİŞ
30 Sep 2024 | 09:10
Britaniya mətbuatı: Makronun adamları Bakıda istintaqa cəlb olunub - ŞOK FAKTLAR