Bakıda dəhşətli cinayət: "Dedim, qızımla nə etmisiz, hamısını danış..." – ŞOK
Kriminal
Oxunub: 1656
18 Jul 2024 | 14:12
Bakıda dəhşətli cinayət:
Bakının Sabunçu rayonunda 1968-ci il təvəllüdlü Əfsər qızının sevgilisi olan Sərxanı (adlar şərti verilib – red.) qətlə yetirib.
 
Əfsər qızı Vüsalə ilə sevgi münasibətində olan, görüşərək söhbət etmək məqsədi ilə gizlin onun evinə gəlmiş 2006-cı il təvəllüdlü Sərxanın bu hərəkətlərindən xəbər tutub.
 
26 avqust 2022-ci ildə o, Sərxana zəng vuraraq qızı ilə bir daha görüşməməsi və onun yaşadığı evə gəlməməsi barədə xəbərdarlıq edib.
 
Buna baxmayaraq, Sərxan sentyabrın 6-da saat 23:50-də Əfsərin Bilgəh qəsəbəsindəki evinə gəlib. Təsadüfən Sərxanla evinin həyətində rastlaşıb və onu tutaraq həyətindəki qaraja salıb. Sərxandan xəbərdarlıq etməsinə məhəl qoymadan hansı səbəbə yenidən evinə gəlməsini soruşub, ona irad tutub.
 
O, Sərxanın qızı ilə intim münasibətdə olmasından şübhələnib və qisas almaq niyyəti ilə oğlanı öldürmək qərarına gəlib.
 
Qarajdan götürdüyü yapışqan lent, ip və kilimi avtomobilinin yük yerinə qoyub. İplə Sərxanın əl-qolunu ön hissədən bağlayaraq “Toyota Prado” markalı avtomobilinin arxa oturacağında əyləşdirib. Gecə təxminən bir saat onu əl-qolu bağlı vəziyyətdə saxlayıb. Daha sonra qızının sevgilisini Albalılıq yaşayış massivində ünvansız əraziyə gətirib. Boş ərazidə Sərxanı avtomobildən düşürüb, əl-qoluna bağladığı ipi açıb.
 
Sərxanı qızı ilə aralarında cinsi əlaqənin olub-olmaması, əgər olubsa indiyədək harada və necə görüşmələri, habelə hansı vaxtdan bəri görüşdükləri barədə sorğu-suala tutub. Sərxan ona qızı ilə 2022-ci ilin aprel ayından görüşdüklərini, bəzən evin bağında, bəzən isə öz evində dəfələrlə cinsi əlaqədə olduqlarını bildirib.
 
Əfsər Sərxanın baş və bədən nahiyələrinə şillə, yumruq zərbələri vurub, ona xəsarətlər yetirib. Sonra yerə Sərxanın boğazına ip dolayaraq sıxıb. Sərxan hadisə yerində ölüb.
 
“İki dəfə evli olmuşam”
 
İstintaq orqanı tərəfindən Əfsərin barəsində Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Gədəbəy rayonunda doğulub, 1976-cı ildə Bakı şəhərinə gəlib: “1990-ci ildən isə Bakı şəhərində hazırkı ünvanda yaşayıram. Əvvəllər iki dəfə qeyri-rəsmi nikahla evli olmuşam. Lakin ailə-məişət zəminində yaranmış münaqişələr səbəbindən ayrılmışam.
 
Təxminən 2005-ci ildə Vəfa ilə rəsmi nikaha daxil olmuşam. Bizim birgə nikahımızdan iki qız, bir oğlan olmaqla üç övladımız var. OğluM Şirvan və qızım Səbinə orta məktəbin 11-ci sinif şagirdidirlər. Onlar universitetə hazırlığına getdikləri və həmin evdən hazırlıqlara olan məsafə daha yaxın olduğu üçün Qara Qarayev metrosu yaxınlığında yerləşən digər evimdə qalırlar. Kiçik qızım Vüsalə isə orta məktəb şagirdidir”.
 
“Qızımı sevdiyini dedi”
 
Əfsərin sözlərinə görə, 2022-ci ildə təxminən gecə saat 2 radələrində yaşadığı evdə olarkən həyətdən səs gəldiyini eşidib: “Bayıra çıxdıqda bir nəfər cavan oğlanın hasardan bayıra hoppanıb keçdiyini gördüm. Dərhal həyətdən bayıra çıxdım və hasarın qarşısında onu saxladım. Ona 2 şillə vurdum və oğru zənn etdiyim üçün evdən nə oğurladığını soruşdum.
 
O isə bildirdi ki, adı Sərxandır, kiçik qızım Vüsaləni sevdiyi üçün evə gəlib. Vüsaləyə qarşı fikri ciddidir, onunla evlənmək istəyir. Bildirdim ki, siz hələ uşaqsınız, evlənən yaşınız deyil, böyüyüb iş və sənət sahibi olduqdan sonra el adəti ilə elçi gələndə qızı sənə verib-verməyəcəyim barədə fikirləşərəm. Adının Sərxan olduğunu bildiyim oğlan bir daha evimə gəlməyəcəyi barədə söz verdi, sonra isə getdi”.
 
“Elə bilmişdim ki, qızımla əlaqəsi yoxdur”
 
Əfsər qeyd edib ki, avqustun 25-də arvadı Vəfa evin həyətində Sərxan adlı bir cavan oğlanı gördüyünü və Vüsalənin dalınca gəldiyini bildirib: “Vəfa həmin oğlanı iki ay əvvəl, 2022-ci ilin iyun ayında evimizin həyətində tutduğunu və ona evə gəlməyi qadağan etdiyini bildirdi.
 
Sərxanı evimin həyətində tutan zaman elə bilmişdim ki, onun hələ qızım Vüsalə ilə əlaqəsi yoxdur, sadəcə Vüsaləni görmək üçün ilk dəfə evimin həyətinə girib.
 
Lakin Vəfanın həmin oğlanı evin həyətində iki ay əvvəl tutduğunu bildirdikdən sonra başa düşdüm ki, Sərxan qızım Vüsalənin dalınca bir neçə aydır gəlir, çox güman ki, qızım da onunla danışır”.
 
“Məqsədim tənbeh etmək olub”
 
Əfsərin ifadəsinə görə, 2022-ci ilin avqust ayında qızı Vüsaləni digər övladları kimi universitetə hazırlıq məşğələlərinə getməsi üçün Qara Qarayev metrosunun yaxınlığındakı evlərinə aparıb və Vüsalə həmin evdə qalıb:
 
“Sərxanı evimizin həyətində tutduğum gecənin səhəri günü evdə söhbət zamanı arvadım Vəfanın onu hələ iyun ayında həyətdə tutdğunu bildikdən sonra birlikdə Qara Qarayev metrosunun yanında yerləşən evimizə getdik. Vüsaləni çağıraraq ona oğlanla çoxdan görüşdüyünü bildiyimizi dedim, təhbeh etmək üçün ona 1-2 şillə vurdum. Vüsaləyə həmin oğlanla görüşməyi qadağan etdik.
 
Qızıma Sərxana zəng etməyi və onunla danışmaq istədiyimi bildirdim. Çünki Sərxana da onların çoxdan görüşdüyünü artıq bildiyimi demək istədim. Vüsalə istifadəsində olan telefonla Sərxana zəng etdi. Ondan telefonu aldım və Sərxana dedim ki, sənə zəng edəcəm, gəl görüşək. Sərxanla görüşmək istəyimdə məqsədim onu son dəfə tənbeh etmək idi”.
 
“Qızımdan əl çəkməyi tapşırdım”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra qızı Vüsaləyə telefondan istifadəni qadağan edib:
 
“Avqustun 25-də və ya 26-da Sərxanın istifadəsində olan telefon nömrəsinə zəng etdim, onu görüşə çağırdım. Günorta saatlarında, saat 16 radələrində Bilgəh qəsəbəsində görüşdük. Ona idarə etdiyim “Prado” markalı avtomobilə oturmasını və qızım Vüsalə barədə söhbət etmək üçün mənimlə getməsini təklif etdim. Sərxan avtomobilimə oturdu.
 
Onu Bilgəh qəsəbəsində boş əraziyə apardım. Avtomobildən düşdük. Sərxanı təhbeh etmək üçün döyməyi qərara aldım. Qızımla 2022-ci ilin iyun ayından görüşdüyünü bildiyimi dedim. Sonra ona şillə-yumruqla zərbə vurdum. Qızımdan əl çəkməyi, bir daha qızımın dalınca gəlməməyi tapşırdım.
 
Sərxanı maşınımla aparıb yaşadığı evin yanında düşürtdüm”.
 
“Arvadım evi təmizlədi”
 
Əfsərin sözlərinə görə, həmin gündən 2 gün sonra atası Bəşir vəfat edib, başları onun yas məclisinə qarışıb:
 
“Sentyabrın 6-da saat 21 radələrində işdən çıxaraq Bilgəh qəsəbəsində yaşadığımız evə gəldim. Həmin gün oğlum da Bilgəh qəsəbəsindəki evimizə gəlmişdi. Birlikdə yemək yedik, çay içdik. Sonra oğlumu metronun yanındakı evimizə apardım. Arvadım Vəfa arabir Qara Qarayev metrosunun yanındakı evi təmizləyirdi. Buna görə Vəfaya bildirdim ki, oğlumu aparan zaman o da bizimlə gəlsin.
 
Saat 22 radələrində Bilgəh qəsəbəsindəki evdən çıxıb, "Qara Qarayev" metrosunun yanındakı evimizə getdik. Orada bir az oturduq. Vəfa evi təmizləməyə başladı, mən çay içdim. Oğlum səhəri günü məşqdə olmalı idi. Dedi ki, idman köynəyi yadından çıxıb, Bilgəh qəsəbəsindəki evdə qalıb. Onu götürmək lazımdır. Təmizlik işləri qurtaranadək oğlumun idman köynəyini gətirmək üçün evdən çıxdım və Bilgəh qəsəbəsindəki evə yola düşdüm.
 
Bilgəhdə avtomobili evin həyətindəki qaraja saldım. Bir neçə dəqiqə qarajda qaldıqdan sonra evin həyətinə keçdim. Bu zaman Sərxanın həyətdən bayıra çıxmaq istədiyini gördüm. Onun qolundan tutdum və evin həyətində nə gəzdiyini soruşdum. Xəbərdarlığıma məhəl qoymadığı üçün əsəbləşdim. Onu qaraja apardım, bir-iki şillə vurdum”.
 
“Qızımla danışmağa icazə verəcəyimi bildirdim”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra isə Sərxanın əl-qolunu bağlayıb, qarajda qızı ilə aralarında nə kimi münasibət olması barədə sorğu-sual etməyə başlayıb: “Sərxan suallara cavab verməkdən yayınmağa çalışdı. Mən Sərxanın qızımla cinsi əlaqədə olub-olmadıqlarını bilmək istədim. Çünki bildim ki, qızımı döysəm də, mənə düzgün məlumat verməyəcək.
 
Bir neçə dəqiqə Sərxanı sorğu-sual etdim, onu döyəcəyimlə hədələdim. Amma o, qızmla münasibətlərini açıqlamadı. Təzyiq etməklə nəticə əldə edə bilməyəcəyimi gördüm, xoş danışmaqla onu guya “kişi kimi” səmimi olmağa, hər şeyi açıqlayacağı təqdirdə qızımla danışmağına icazə verəcəyimə inandırdım. Buna görə qarajda onu maşınıma əyləşdirdim, evdən kənara gedərək yolboyu səmimi söhbət etmək istədiyimi söylədim.
 
Sərxan avtomobildə arxa oturacaqda oturdu. Mən qarajdan evin həyətinə keçdim. Oğlumun köynəyini axtarmağa başladım. Çünki oğlum bildirmişdi ki, idman köynəyi yadından çıxaraq evin həyətində stolun üstündə qalıb.
 
Köynəyi axtarmaq üçün işıqları yandıranda bacım Nəzrin evin həyətinə çıxdı və niyə qayıtdığımı soruşdu. Dedim ki, oğlumun köynəyini götürməyə gəlmişəm. Köynəyi stolun üstündən götürdüm və qaraja girdim. Avtomobili küçəyə çıxardım. Bu zaman bacımın qaraja dalımca girdiyini gördüm. Nəzrin Sərxanı görməsin deyə avtomobili sürərək getdim. Düşündüm ki, qarajın qapısını Nəzrin özü bağlayar”.
 
“Mənə müqavimət göstərdi”
 
Əfsər bildirib ki, Sərxanı Albalılıq yaşayış massivi ərazisində yerləşən boş əraziyə aparıb: “Gecə dəniz kənarına çatdıq, avtomobildən düşdük. Sərxanın əl-qolunu açdım, qızımla nə zamandan görüşdüyünü, aralarında yaxın əlaqə, yəni intim münasibətin olub-olmadığını soruşdum. Bildirdim ki, düzünü bilmək istəyirəm, əgər səmimi olub düzünü desən, Vüsalənin səninlə danışmasına icazə verəcəm.
 
Bu sözlərimdən sonra Sərxan Vüsalə ilə 2022-ci ilin fevral ayından münasibəti olduğunu, onunla bir neçə aydır ki, yaxın əlaqəsi, yəni intim münasibətdə olduqlarını bildirdi.
 
Sərxandan Vüsalə ilə harada və nə zaman cinsi əlaqədə olduğunu soruşdum. O, gecələr evimizə gələrək həyətdə, bəzən isə öz evində cinsi əlaqədə olduqlarını bildirdi. Bu sözləri eşitdikdə bərk əsəbləşdim. Sərxanı şillə və yumruqla vurmağa başladım. O da mənə müqavimət göstərməyə başladı.
 
Sonra Sərxanı yerə yıxdım, ipi boğazına salaraq boğmağa başladım. İplə boğazını sıxaraq nəfəsi kəsilənədək onu boğdum”.
 
Əfsər qeyd edib ki, Sərxanın öldüyünü gördükdən sonra peşmançılıq hiss keçirib: “Tutulacağımdan qorxduğum üçün meyiti gizlətməyi qərara aldım. Meyitin əl-qolunu, ayaqlarını yapışqan lentlə və iplə bağladım, avtomobildə olan xalçaya bükdüm və baqaja qoydum.
 
Bundan sonra "Qara Qarayev" metrosu yaxınlığındakı evimə getdim. Arvadım Vəfanı oradan götürərək evə gətirdim. Lakin ona heç nə demədim. Vəfa da baqajda meyit olduğunu bilmədi. Evə gəldikdən sonra həyəcandan yata bilmədim. Səhərədək Sərxanın meyiti avtomobilin baqajında qaldı”.
 
“Asfalt qazıyan maşınla çuxurun üzərinə xeyli torpaq tökdüm”
 
Əfsər qeyd edib ki, səhəri gün, təxminən səhər saat 8 radələrində maşını Qaradağ rayonu, Lökbatan qəsəbəsində boş əraziyə sürüb: “Günortayadək orada gözlədim. Ətrafa göz gəzdirdim ki, əlverişli vaxtda meyiti orada torpağa basdırım. Ərazidə işləyən insanların seyrəldiyini gördükdə meyiti baqajdan götürdüm və çuxura atdım. Sonra əlimlə meyitin üstünə torpaq tökdüm.
 
Çuxurun təxminən 2 metr dərinliyi olduğunu və onu əlimlə doldura bilməyəcəyimi gördüm. Yaxınlıqdakı asfalt qazıyan maşınla çuxurun üzərinə xeyli torpaq tökdüm, meyitin üstünü tamamilə bağladım ki, heç kim tapa bilməsin.
 
Bu ərazidə traktor təmiri işi ilə məşğul olduğum üçün traktorların açarları bəzən məndə olurdu. Rəsmi müqavilə əsasında işləməsəm də, günəmuzd çalışırdım.Təmirə ehtiyacı olan asfaltçəkən maşınları təmir edirdim. Buna görə çox vaxt həmin maşınların açarları məndə olurdu.
 
Asfalt qazıyan maşınlar Sərxanı basdırdığım yerin yaxınlığında, təxminən 50-60 metr aralıda saxlanılmışdı.
 
Daha sonra yaşadığım evə qayıtdım. Cinayət törətdiyim barədə heç kimə məlumat vermədim. Sərxanı öldürməyimi əvvəlcədən planlaşdırmamışam”.
 
Əfsər deyib ki, cinayəti törətdiyini etiraf etməzdən əvvəl 14-cü polis bölməsinə 2-3 dəfə çağırılıb, orada sorğu-sual edilib: “Tutulmaq istəmədiyim üçün cinayəti etiraf etmək istəmirdim. Polis əməkdaşları tərəfindən xeyli sorğu-sual olunduqdan sonra Sərxanı öldürdüyümü bildirdim, onun meyitini dənizə atdığımı göstərdim.
 
Lakin dəniz kənarında meyitin aşkar edilmədiyini bildirdikləri üçün meyiti basdırdığım yeri göstərdim”.
 
“Qardaşım şikayət etməyə razı olmadı”
 
İş üzrə zərərçəkmiş Sərxanın hüquqi varisi qismində ifadə verən qardaşı Ayazın sözlərinə görə, 2022-ci ilin avqust ayının sonlarında bacısı Mətanətlə söhbət edib:
 
“Mətanət bildirdi ki, digər bacısı Fazilə qardaşı Sərxanın “İnstaqram” sosial şəbəkəsindəki səhifəsində Vüsalə adlı qızla yazışdığını görüb. Lakin bu barədə qardaşımla danışmağa çəkindim.
 
Avqustun 25-də yaşadığımız evdə olarkən Sərxan əynindəki paltarları toza bulaşımış və döyülmüş halda evə gəldi. Ondan nə olduğunu soruşdum. Bildirdi ki, danışdığı Vüsalə adlı qızın atası Əfsər onu evə çağırıb, qızı ilə danışdığı üçün döyüb.
 
Bunu eşitdikdə polisə şikayət etmək istəsəm də, qardaşım razı olmadı. Sentyabr ayının təxminən 1-də və ya 2-də qardaşım bildirdi ki, Vüsalənin atası Əfsər ona zəng edib, telefonda deyib ki, daha dələduzluq eləmirsən, ağlın başına gəldi. Sərxan həmçinin bildirdi ki, həmin zəngdən sonra Əfsər ona bir dəfə də zəng edib, Vüsalənin ona zəng edib-etmədiyini soruşub və zəng etdiyi təqdirdə bunu ona bildirməyi tələb edib”.
 
“Məlum oldu ki, qardaşımı öldürüb”
 
Hüquqi varis qeyd edib ki, sentyabrın 6-da anası və qardaşı Sərxanla yaşadıqları evdə olublar:
 
“Bu zaman Sərxanın mobil telefon nömrəsinə zəng gəldiyini gördüm. O, başqa otağa keçdi, bir neçə dəqiqə sonra qayıtdı. Kimin zəng etdiyini soruşdum, bildirdi ki, Vüsalənin ailəsindən ona zəng edərək yaşadıqları evə çağırıblar. Mən onların evinə getməməsini, ümumiyyətlə, Vüsalə ilə danışmamağı tapşırdım. Bundan sonra çox yorğun olduğum üçün yatdım. Anam da həmin gün tez yatdı.
 
Səhəri gün saat 7 radələrində işə getdim. Saat 19 radələrində işdən evə gəldim.
 
Anam Sərxanın gecə saatlarından evdə olmadığını, zəng etsə də, ona zəng çatmadığını bildirdi. Bundan başqa anam bildirdi ki, Sərxanı soruşmaq üçün Əfsərgilin yaşadığı evə də gedib. Əfsər və bacıları onu təhqir edərək qovublar.
 
Mən dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim və qardaşım Sərxanın danışdığı Vüsalə adlı qızgilə getdiyini, qardaşıma qarşı orada cinayət olduğunu bildirdim. Çünki hadisədən əvvəl Vüsaləgildən qardaşıma zəng edilib, onu evlərinə çağırıblar və bunu qardaşım mənə bildirib.
 
Bundan sonra anamla polis bölməsinə ərizə ilə müraciət etdik. Polis bölməsində araşdırma aparılarkən məlum oldu ki, Vüsalə adlı qızın atası Əfsər qardaşım Sərxanı öldürüb”.
 
“Sevgili olmağa razılaşdım”
 
İş üzrə şahid qismində ifadə verən Vüsalənin sözlərinə görə, 2022-ci ilin yanvar ayınadək Bilgəh qəsəbəsində 9-cu sinifində oxuyub: “Sərxan həmin məktəbdə 8-ci sinifdə oxuyurdu. Lakin onunla tanış olduqdan sonra bilmişəm ki, məndən bir yaş böyükdür.
 
2022-ci ilin yanvar ayından ailəmizin qərarına görə, "Qara Qarayev" metrosunun yaxınlığında yerləşən evimizə köçəcəkdim və orada universitetə hazırlıq imtahanı üçün məşğələlərə gedəcəkdim.
 
2022-ci ilin yanvar ayında Bilgəhdəki məktəbdən çıxdım və "Qara Qarayev" metrosunun yaxınlığında yerləşən orta məktəbə getməyə başladım.
 
Həmin ilin fevral ayında “İnstaqram” sosial şəbəkəsində olan mənə məxsus profilə Sərxan mesajlar yazdı, məndən xoşu gəldiyini və sevgili olmaq istədiyini bildirdi. Mən də Sərxanın bu təklifinə razı oldum. Münasibətlərimiz fevral ayında başladı və mart ayından görüşdük.
 
Mən hazırlıqlara gedərkən Sərxan dalımca gəlirdi və biz görüşürdük. Münasibətlərimiz bir müddət belə davam etdi”.
 
“Bağda cinsi əlaqədə olmuşuq”
 
Vüsalə qeyd edib ki, 2022-ci ilin aprel ayından Sərxanla cinsi əlaqədə olmağa başlayıb: “İlk dəfə aprelin 14-də Sərxanla onun ailəsinin yaşadığı Bilgəh qəsəbəsindəki evlərində öz razılığımla təbii yolla cinsi əlaqədə oldum. Cinsi əlaqədə olmaq üçün o mənə hər hansı psixi və ya fiziki zor tətbiq etməyib. Cinsi əlaqədə olmağımızı isə onun ailə üzvlərindən heç kim bilməyib. Çünki onların evində heç kəs olmayanda məni evlərinə aparıb və biz cinsi əlaqədə olmuşuq. Bir dəfə Sərxan məni evlərinə dəvət edərək anası ilə də tanış etdi. O məni anasına sevdiyi qız kimi təqdim etdi.
 
Münasibətimiz davam etdikcə mən də Sərxanı Bilgəh qəsəbəsindəki yaşadığım evə çağırmışam. Sərxan gecə saatlarında dəvətimlə evimizin hasarını atlayaraq həyətə düşürdü. Mən isə evdən gizlicə həyətə çıxırdım.
 
Biz gecə saat 2-3 radələrində, hamı yatdıqdan sonra evin həyətində, evin bağ olan hissəsində cinsi əlaqədə olurduq”.
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
 
Məhkəmənin hökmü ilə Əfsər 18 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Zərərçəkmiş şəxsin ailə üzvlərinin oğlanlarının qətli ilə bağlı onlara dəymiş 36 min 136 manat maddi, ailə üzvlərinə qarşı mənəvi zərərə görə 6 min manat, anasına mənəvi zərərə görə 7 min manat mülki iddia qismən təmin edilib. Məhkəmə maddi və mənəvi zərərə görə, 6 min manat təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsin ailə üzvlərinə ödənilməsi barədə qərar qəbul edib.
 
Məhkəmə mülki iddianın digər hissəsinin təmin olunmamasını belə izah edib ki, zərərçəkmiş şəxslər mülki qaydada məhkəməyə müraciət edə bilərlər. /Teleqraf.com/
 
Oxşar xəbərlər
21:15, Bu gün
Metroda qadına yer verməyən sərnişin bıçaqlandı
21:15, Bu gün
"İçərişəhər" stansiyasının önündə dəhşətli SIXLIQ
21:12, Bu gün
Saçınızın sağlamlığı üçün bunu edin
21:09, Bu gün
Yolun ortasında məzar qazıb dəfn etdilər - Bakıda kuryoz hadisə+Video
21:06, Bu gün
Xankəndidə yaradılan futbol klubunun loqosunun mənası AÇIQLANDI
20:58, Bu gün
Heydər Əliyevin ən böyük vəsiyyəti həyata keçdi - Slutski
20:58, Bu gün
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
20:52, Bu gün
"Rusiyalılar iri şəhərlərə yaxınlaşır, ukraynalıların "ayılması" zamanıdır..."
20:50, Bu gün
Rəsədxana kosmik hava durumunu açıqladı
20:43, Bu gün
Zəngəzurla bağlı çox müzakirə aparılmalıdır - İran
20:40, Bu gün
Şorbaya əlavə etmək üçün bir nömrəli məhsul
20:38, Bu gün
Rövşən Nəcəf "SOCAR Türkiyə"nin İdarə Heyətinin iclasında iştirak edib
20:36, Bu gün
"İsrail qurudan hücum edərsə, döyüşməyə hazırıq"
20:35, Bu gün
Arvadı ondan 20 milyon tələb edir: Boşanmamaq üçün
20:33, Bu gün
Pezeşkiandan kritik Azərbaycan anonsu – “Öz hökumətləri olacaq...”
20:26, Bu gün
Şəhid anası 30 il sonra doğulan qızı ilə birgə oğlunun məzarı başında
20:15, Bu gün
Azərbaycanda 100 meqabitlik internet zəifdir? - Rəsmi cavab
20:08, Bu gün
Rusiyada güzlü zəlzələ oldu
20:00, Bu gün
Pezeşkian Rusiya baş naziri ilə görüşdü
19:55, Bu gün
"Biz Qərbi azərbaycanlılar qayıdışımıza inanırıq!” - Bəyanat
19:48, Bu gün
Prezident Leonid Slutskini qəbul etdi- YENİLƏNDİ
19:40, Bu gün
Sağlamlıq üçün ən zərərli iki məhsulun adı açıqlanıb
19:35, Bu gün
Bu marşrut xətti "BakuBus"a verildi
19:30, Bu gün
"Dövlət quruluşu belə olsa, rüşvət almaq mümkün olmaz" – Elmi-lədun
19:27, Bu gün
XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb
19:25, Bu gün
Ruhi Əliyeva həyat yoldaşı ilə birlikdə - FOTO
19:20, Bu gün
Bakıda mənzillər kəskin bahalaşdı
19:12, Bu gün
Murovdağda düşməni lərzəyə salan gənc zabit...
19:08, Bu gün
Borş və atlamadan bezən əcnəbilər rus restoranında TERROR TÖRƏTDİ
19:00, Bu gün
Lənkəran şəhərinin baş planının hazırlığına başlanıldı
18:52, Bu gün
Məşhur uşaq nağılı gerçək oldu: Tısbağa dovşana qalib gəldi - VİDEO
18:47, Bu gün
"Instagram"da dələduzluq edən şəxs saxlanıldı - FOTO
18:40, Bu gün
Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi
18:33, Bu gün
İş müsahibəsində belə danışmalıyıq
18:25, Bu gün
Əfsanəvi dizayner 90 yaşında dünyasını dəyişdi
18:20, Bu gün
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
18:15, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
18:12, Bu gün
“Azərbaycanı Türkiyəyə birləşdirən” dekan müavini 15 dəqiqəlik məhkəmə ilə güllələndi...
18:10, Bu gün
Azərbaycan XİN Nepala başsağlığı verib
18:07, Bu gün
“Onlar bizi mühasirəyə salıb əzmək istəyirlər”
18:05, Bu gün
Özünü yırtıcı kimi hiss etdim: 18 yaşlı turist
18:04, Bu gün
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb - FOTO
18:00, Bu gün
Mədəni həddindən artıq yükləmək bu orqana mənfi təsir edir
17:59, Bu gün
Qubada ayılar kəndə hücum etdi - FOTO/VİDEO
17:55, Bu gün
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA + FOTO
17:51, Bu gün
Azərbaycanlı tanınmışın qızı kamera önündə görün nə etdi - VİDEO
17:45, Bu gün
Azad edilmiş ərazilərdə 330 mina zərərsizləşdirilib
17:39, Bu gün
Azərbaycanda 2025-ci ildə fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək
17:33, Bu gün
Kamran Əliyev yəmənli həmkarı ilə görüşdü - FOTO
17:27, Bu gün
Britaniyadan yüksək səviyyəli nümayəndə heyəti COP29-da Bakıya gələcək
17:21, Bu gün
Avropada Vatikanın analoqu olan yeni, amma müsəlman dövləti yarana bilər - FOTO
17:16, Bu gün
"Saz niyə havadadı, sağdadı, rəngi isə..." - Aşıq Ələsgər heykəlinin müəllifi cavabladı
17:11, Bu gün
Putin Polad Bülbüloğlunu təltif etdi - FOTO
17:07, Bu gün
Əli Əsədov qərar imzaladı
17:03, Bu gün
Bu universitetə yeni rektor təyin olundu
16:59, Bu gün
Sevda Yahyayevadan “Sevənlərin ulduzları”na yeni nəfəs - FOTO/VİDEO
16:55, Bu gün
Zarina Qurbanova kimdir? - Zindulladan qorxub adını dəyişən, ata sevgisinə həsrət travmalı aktrisa
16:50, Bu gün
Nazim Bəydəmirliyə 8 il həbs cəzası verildi
16:45, Bu gün
“Təklif edirəm ki Zəfər Bayramına qədər amnistiya aktı qəbul olunsun” -Qüdrət Həsənquliyev
16:40, Bu gün
Azərbaycanlı müğənninin toyu oldu - FOTO/VİDEO 
16:35, Bu gün
Haqq sözə gərəkdir düz qiymət olsun - Musa Urudun yazısı
16:30, Bu gün
“Survivor”da tanış olan cütlük evləndi - VİDEO
16:25, Bu gün
Masazırda hərbi sursatlar aşkarlandı - VİDEO
16:19, Bu gün
Dövlət Komitəsi tərəfindən musiqili fləşmob keçirilib - VİDEO
16:13, Bu gün
Kamran Əliyev Türkiyənin Baş prokuroru ilə görüşdü - FOTO
16:07, Bu gün
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
16:01, Bu gün
“Bir yerdə xidmət etmişik, pulları da...” - Ordudakı yeyinti ilə bağlı yeni faktlar
15:57, Bu gün
Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
15:51, Bu gün
Xanımlarının telefonları və pultlar: İsrail kəşfiyyatının "Hizbullah"a necə sızdığı açıqlandı - FOTO
15:45, Bu gün
DTX və DSX-dən birgə ƏMƏLİYYAT: İrandan ölkəmizə keçən naməlum uçuş aparatı endirildi - FOTO
15:39, Bu gün
Lalə Azərtaşın Londonda yaşayan qızı - VİDEO
15:34, Bu gün
Oktyabr ayının HAVA PROQNOZU
15:28, Bu gün
Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq
15:22, Bu gün
Rusiya Kiyev şəhərini 5 saat ərzində dronlar hücumuna məruz qoyub
15:16, Bu gün
Gülər Mübarizin “İkinci həyat” kitabının təqdimat mərasimi keçirildi – FOTO/VİDEO
15:11, Bu gün
Vəkilliyə qəbulun müraciətləri elektron formada keçiriləcək
15:05, Bu gün
Bakıdan daha üç rayona onlayn bilet satışına başlanılır
15:00, Bu gün
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
14:55, Bu gün
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi - SİYAHI
14:51, Bu gün
İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanladı
14:47, Bu gün
"Eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik" - Dövlət başçısı
14:43, Bu gün
İlham Əliyev XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalardan DANIŞDI
14:39, Bu gün
Prezident: "Aşıq Ələsgərin abidəsinin açılması doğrudan da çox gözəl hadisədir"
14:35, Bu gün
Bəşəriyyətin ortaq dili
14:30, Bu gün
"Zelenski dəstəyin gücləndirilməsini istəyir, ABŞ gözləmə mövqeyindədir" - "The Wall Street Journal"
14:26, Bu gün
Gənc atıcılarımız dünya çempionatında ilkə imza atdı
14:21, Bu gün
İşdən gələn kişi arvadının xəyanət etməsindən şübhələndi: "Həyətə qaçdım..." – ŞOK
14:19, Bu gün
Diplom üçün tələbələrdən rüşvət aldığı iddia edilən müəllim QOVULDU
14:16, Bu gün
Prezident Slutskini qəbul etdi
14:12, Bu gün
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
14:07, Bu gün
Zahid Oruc: "Çevrilişin ləkəsi hələ də..."
14:01, Bu gün
“İstisu” mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq
13:56, Bu gün
"Naxçıvan canavarı" ləqəbli şəhid Vəlinin anası: "Ən yaxın sirdaşımı itirdim" - VİDEO
13:51, Bu gün
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
13:46, Bu gün
Azərbaycanda məktəb və universitetlərdə dərslərin başlama saatı dəyişdirilir? - AÇIQLAMA
13:40, Bu gün
Milli Məclisin komitələri formalaşdırıldı
13:35, Bu gün
Varlılar niyə milyonluq tablolar alır? – Zənginlərin vergi hiyləsi
13:29, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi seminar keçiriləcək
13:23, Bu gün
Yüzlərlə yaralını həyata qaytaran həkim: "Dedi ki, canımı Azərbaycana fəda etdim" - VİDEO
13:18, Bu gün
Sabah bu ərazilərdə qar yağacaq - PROQNOZ
GÜNLÜK
12:04, Bu gün
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 22:39
Eyni internet üçün niyə artıq pul ödəyirik?
02:03, Bu gün
“Cəzamı verdi” - Qurban Qurbanov
29 Sep 2024 | 21:24
Sumqayıtda yataqxanada yanğın olub - YENİLƏNİB
29 Sep 2024 | 22:38
DİN-dən XƏBƏRDARLIQ! CİDDİ YANAŞIN!
29 Sep 2024 | 22:33
Daha bir Vətən müharibəsi iştirakçısı vəfat etdi
29 Sep 2024 | 22:41
UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi
29 Sep 2024 | 21:55
Sakinlərin DİQQƏTİNƏ: Sabah Bakının üç rayonunda qaz olmayacaq
29 Sep 2024 | 22:47
"Ən qanlı cinayətlər dünyanın susduğu zaman baş verir" - Zelenski
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
12:04, Bu gün
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 14:09
Maaş və pensiyalar neçə manat artırılacaq? - Dəqiq rəqəm açıqlandı
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
AYLIQ
12:04, Bu gün
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 22:39
Eyni internet üçün niyə artıq pul ödəyirik?
02:03, Bu gün
“Cəzamı verdi” - Qurban Qurbanov
29 Sep 2024 | 21:24
Sumqayıtda yataqxanada yanğın olub - YENİLƏNİB
29 Sep 2024 | 22:38
DİN-dən XƏBƏRDARLIQ! CİDDİ YANAŞIN!
29 Sep 2024 | 22:33
Daha bir Vətən müharibəsi iştirakçısı vəfat etdi
29 Sep 2024 | 22:41
UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi
29 Sep 2024 | 21:55
Sakinlərin DİQQƏTİNƏ: Sabah Bakının üç rayonunda qaz olmayacaq
29 Sep 2024 | 22:47
"Ən qanlı cinayətlər dünyanın susduğu zaman baş verir" - Zelenski