BDU-da hibrid nanonaqillərin sintezi və tətbiqi üzrə tədqiqatlar davam edir - FOTO
Elm və Təhsil
1913
15 Jul 2024 | 15:24

BDU-da hibrid nanonaqillərin sintezi və tətbiqi üzrə tədqiqatlar davam edir - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Mustafa Muradov, Lalə Qəhrəmanlı, Jiseok Kim və Qönçə Eyvazovanın Azərbaycan Tibb Universiteti və İtaliyanın Milli Nüvə Tədqiqatları İnstitutunun əməkdaşları ilə birgə apardıqları elmi-tədqiqat işinin nəticələri “Web of Science” və “SCOPUS” bazalarında indekslənən (IF: 3.8) “Optical Materials” jurnalında dərc olunub.
 
Universitetdən Moderator.az-a bildirilib ki, tədqiqat işində Ag-Ag2S-CdS hibrid nanonaqillərinin sintezi, quruluşu və fiziki xassələri, morfologiyasının müqayisəli şəkildə tədqiqi üzrə əldə olunmuş nəticələr şərh edilib.
 
Hibrid nanokatalizatorların yaradılması üçün ion mübadiləsi üsulundan istifadə olunub. Müəyyən edilib ki, MB boyası Ag-Ag2S-CdS nanokatalizatorundan istifadə edərək günəş işığının təsiri altında müxtəlif pH dərəcələrində parçalanır. Belə ki, boyanın deqradasiya səmərəliliyi zaman keçdikcə neytral mühitdə 12,47 faizdən 57,02 faizə, qələvi mühitdə 40,58 faizdən 80,08 faizə, turşu mühitində isə 91,87 faizdən 97,92 faizə yüksəlib. Hər üç mühit üçün deqradasiya prosesinin kinetikası tədqiq edilib.
Link kopyalandı!
Son xəbərlər