AFFA hakimi vuran 15 yaşlı futbolçunu 10 oyunluq cəzalandırdı
İdman
1392
05 Feb 2025 | 16:03

AFFA hakimi vuran 15 yaşlı futbolçunu 10 oyunluq cəzalandırdı

"Qəbələ"nin 15 yaşlı futbolçusu Emil Təhməzov 10 oyunluq diskvalifikasiya edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
 
Buna U-15 Liqasında keçirilən "Asta" - "Qəbələ" matçından sonra baş verənlər səbəb olub.
 
Görüş bitdikdən sonra Təhməzov hakimə fiziki təzyiq göstərdiyinə (əli ilə vurduğuna) görə qırmızı vərəqə alıb. AFFA bu üzdən onu 10 oyun cəzalandırıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər