Ermənilərin Azərbaycan xalqına məxsus mədəniyyət nümunələrini oğurlamaq və erməniləşdirmək cəhdləri davam edir. Bugünlərdə Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” əsərinin musiqisinin mənimsənilməsi cəhdi buna nümunədir.
Məlum məsələ ilə bağlı Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli ermənilərin bu addımını anti-insani davranış kimi xarakterizə edib:
“İlk dəfə deyil ki, ermənilər xalqımıza məxsus mədəniyyət nümunələrini oğurlamağa, bunu özününküləşdirməyə çalışır. Bəstəkar Bəhran Nəsibovun “Qarabağ” əsərinin musiqisinin ermənilər tərəfindən mənimsənilməsi cəhdi “köhnə oğrular”ın öz ənənəsindən əl çəkmədiyini göstərir.
Bu, sadəcə oğurluq deyiil, bu, əclaflıq və gədəlikdir. Təbii ki, ermənilərin bu oğurluğu, qeyri-insani davranışları mediamız tərəfindən ifşa edilməli, dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Bu məsələdə xaricidilli mediamızın üzərinə xüsusilə böyük iş düşür. Hesab edirəm ki, xaricidilli media bu məsələdə öz aktivliyini arıtrmalı, ermənilərin oğurluq cəhdlərinin ifşasına daha çox diqqət yetirməlidir”.
Seymur ƏLİYEV