“Tələbələrim Xalq artisti oldu, mənə ad vermədilər”
Şou-biznes
Oxunub: 2072
10 Jul 2024 | 19:10
“Tələbələrim Xalq artisti oldu, mənə ad vermədilər”
1980-ci illərdə onun adı gələndə hər kəs radionun, televizorun səsini artırardı, onun məlahətli səsi ilə bəstəkar mahnıları dalğa-dalğa yayılardı. Lakin sonra birdən-birə görünməz oldu. Bu günlərdə, 30 il sonra yenidən səsini eşitdik. Suallar da çoxdur, cavablar da.
 
Moderator.az lent.az-a istinadla müğənni, pedaqoq, polkovnik Azad Zamanovla müsahibəni təqdim edir:
 
- Azad müəllim, bu 30 ildə haralarda idiniz? Niyə biz sizi uzun müddət görmədik?
 
- İllər öncə müğənnilikdən əl çəkib, peşəmi dəyişməyə qərar verdim. "Qara yanvar" hadisələri, ondan sonra anamın, atamın, qardaşımın 40 gün içində ard-arda itkisi məni ruhdan saldı. Daha oxumaq istəmədim. Qərar verdim ki, ixtisasımı dəyişim. 3 universitet bitirmişəm, dissertant olmuşam. 2 dəfə Moskvaya müdafiəyə getdim, ermənilər imkan vermədilər. Öncə hüquq, sonra beynəlxalq hüquq üzrə təhsil aldım. Uzun illər Türkiyədə yaşadım və işlədim. Daha sonra Astarada Gömrük idarəsinin rəisi kimi fəaliyyət göstərdim. Həccə də getdim. İndi polkovnik kimi istefaya çıxmışam.
 
- Sizin İncəsənət Universitetində dərs dediyinizi eşitmişdim.
 
- Bəli düz eşitmisiniz. Orta məktəbi bitirdikdən sonra yüksək qiymətlərlə İncəsənət İnstitutuna daxil olmuşdum. Yüksək qiymətlə daxil olan tələbələri o zaman televiziyaya çağırmışdılar. Mən də getdim, çıxış etdim. Ondan sonra demək olar ki hər həftə ekrana çıxırdım. Daxil olan ildən institutun ansamblının bədii rəhbəri işləməyə başladım. Oxuya-oxuya toylara da gedirdim. O vaxt hansı tələbə dərsə öz "Qaz 24" maşını ilə gedə bilərdi?  Mən gedirdim. Arif Quliyev, Yaqut Abdullayeva ilə qrup yoldaşı olmuşuq. Musiqili Komediya aktyorluğu fakültəsində oxuyurduq. Çox güclü müəllimlərim olub. Ədil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədovdan dərs almışam. Universiteti bitirdikdən sonra isə təklif etdilər  qaldım işlədim. Uzun illər İncəsənət İnstitutunda dekan müavini işləmişəm. Mənsum İbrahimov, Alim Qasımov, Brilliant  Dadaşova, Qəndab Quliyeva, Manaf Ağayev, Almas Əlsgərovaya dərs demişəm. Tələbələrimin çoxu Xalq artisti, Əməkdar artist adı alıb, mənə isə ad vermədilər. Qiymətəndirmədilər. İnsanın könlündən keçir də qiymət almaq, dəyərinin bilinməsi. Mən bir təklif vermək istərdim. Necə ki,  hərbiçilərimizə ölümündən sonra "Milli qəhrəman" adı verilir, ölüb getmiş lakin sağlığında dövlət tərəfindən fəxri adlar almamış böyük sənətkarlarımıza da ölümündən sonra Xalq artisti adının verilməsini istərdim. Qulu Əsgərov, Sabir Mirzəyev kimi sənətkarlar bu adı almayıbsa bu ədalətə sığışarmı? Bir ara dedilər Əməkdar artist adı, istəmədim. Heç bir əməyi, zəhməti, səsi, sənəti olmayanlar da əməkdar artist olsun, mən də? Sözümü deyənəm, qorxan deyiləm. 
 
- Son zamanlar sosial şəbəkələrdə sizin oxuduğunuz "İntizar" mahnısı dəbə düşüb. Tez-tez səsləndirilir. Bu mahnının ilk ifaçısı siz olmusunuz, yoxsa  Elmira Rəhimova?
 
- Mənim əziz bacım Elmira Rəhimova oxumuşdu. Onun ifasında sevmişdim bu mahnını. Mən ilk oxuyan kişi müğənni oldum. O vaxt İslam Rzayevin ansamblı ilə Elmira xanım məşq edirdi. 10-15 gün sonra İslam Rzayevdən xahiş etdim ki, mən də oxuyum. İslam Rzayevin mənim boynumda minnəti çoxdur. Allah o kişiyə rəhmət eləsin. Çox böyük sənətkar, çox da yaxşı insan idi. Qulu Əsgərovun ölümündən öncə televiziya üçün son konsertini də onun israrı ilə yazmışdılar. Xəstə olduğunu bilirdi. O videoyazıdan az sonra Qulu rəhmətə getdi. Şövkət Ələkbərovanın hansı yeni mahnısı çıxırdı onu oxuyurdum. Bir dəfə İslam Rzayevdən soruşdu ki, bu oğlan kimdir, nə qəşəng oxuyur mənim mahnılarımı? O zamanlar bircə dənə səsyazma studiyası var idi. Həftələrlə növbə gözləyirdik. Hərəmizə də 10-15 dəqiqə zaman ayrılırdı. İndiki müğənnilər kimi, səsi süni şəkildə yaradıb, yalandan oxumurduq.
 
- Bir mahnını bir neçə müğənni təkrar - təkrar oxuyurdu. Bu onlar arasında qısqanclıq , rəqabət yaradırdı?
 
- Yox. Kim yaxşı oxuyurdu, mahnının möhürünü də o vururdu. Hamı çalışırdı, ən yüksək səviyyədə oxusun.
 
- İndi Neftçalada yaşadığınızı dediniz. Nə iş görürsünüz orda?
 
- Neftçalada doğulmuşam mən. Ürəyimdən açıq əməliyyat keçirmişəm. Həkim  məsləhət bildi ki, doğulduğun torpağa get, təmiz havada yaşa. Neftçalada Kürün kənarında bir ev tikmişəm. Astarada da evim var. Necə deyərlər, tikdim ki, izim qala. Cənnət kimi bağ- bağça salmışam. Torpaqla, ağaclarla işləməkdən zövq alıram. Bakıya gələndə hava məni narahat edir. Gəlib uşaqlara dəyib qayıdıram. 
 
- Övladlarınızdan səsi olan var?
 
Üç qızımın üçünün də gözəl səsi var. Amma kimdi onları oxumağa qoyan? Əsla razı olmaram. Müğənnilik sənət deyil. Əlavə işin olmalıdır, istedadın varsa, səsini təqdim edə bilərsən.
 
- Axı indi çoxları "pul toydadır" deyib müğənnilik edir...
 
- Bəyəm hamı qazanır? O dediyiniz qaydada 3-5 nəfər var.
 
- Yaraşıqlı gəncliyiniz olub. Kinoya dəvət almışdınız?
 
- O vaxt "Uşaqlığın son gecəsi" filminə dostum Ənvər Həsənovla məni birlikdə dəvət etdilər. Onu seçdilər. Tariyel Qasımovun baş rolda çəkildiyi bir neçə filmə də dəvət aldım. Sonralar iş çoxluğundan gedə bilmədim.
 
- Sizə sevgi məktubları gəlirdi?
 
- Olurdu və bu evdə qısqanclıq da yaradırdı bir az.
 
- Ölümünə ən çox üzüldüyünüz həmkarınız kim olub?
 
- Rəhmətlik Eyvaz Həsənov. Eyvaz ölən gün biz onunla Gürcüstandan toydan gəlirdik. İki maşına minmişdik, biz qabaqda, o dalda gəlirdi. Dedi Ləkidə dayanın gözləyin məni, gedək anamgilə dəyək. Gözlədik, gəlmədi. Dedim yəqin işi çıxıb. Səhəri gün Filarmoniyada dedilər qəzaya düşüb, ölüb.
 
- Vəzifəli adamlarla məclisdə oturanda oxuduğunuz olurdu?
 
- Hə oxuyurdum. Mənim müğənni keçmişimi hamı bilirdi də, sirr deyildi ki.
 
- İndi toylara gedirsiniz. Bu ehtiyacdandır, yoxsa darıxmaqdan?
 
- Çox şükür, dolanışığım pis deyil. Amma insan nə qədər ki, yaşayır hərəkət eləməlidir də. Həm darıxıram, insanların da mənə sevgisini hiss edirəm. Gedib qonaq kimi iştirak edib, bir neçə mahnı oxuyub gəlirəm.
Mən əsla "diringi", ara mahnıları oxumamışam. Mənim sənətkar kimi xoşbəxtliyim onda olub ki, böyük müəllimlərim olub, dahi sənətkarlarla işləmişəm. Allah rəhmət eləsin. Bəstəkar Elza İbrahimovaya. Onun bütün mahnılarının ilk ifaçısı mən idim. İnstitutda o mənim pianoda müşayiətçim idi. Okean boyda ürəyi var idi o qadının. Biz əsri qabaqlayan mahnılar oxumuşuq, keçən əsrdə oxuduğumuz mahnılar indi də sevilir, dinlənilir. Bu gün yazılan mahnılar 2 gün dəbdə olur, sonra unudulur gedir. Çünki bəstəkar əlindən çıxmır.
 
- İndi kimlərin mahnılarını oxuyursunuz?
 
- Kamal müəllimin "Səndən nigaranam" mahnısını çox sevirəm. Onu oxumuşam. Bir də şəhidlərimiz barədə mahnılar oxuyuram. Silsilə mahnılar olacaq. Qazilərimizə də şəhidlərimiz qədər hörmətim var. Analarının əllərindən öpürəm (kövrəlir). Bununla bir az borcumdan çıxım istəyirəm. Ölümlü dünyadır, məndən geriyə nəsə qalsın.
Oxşar xəbərlər
01:56, Bu gün
“Qisas” antiterror əməliyyatından iki il ötür - VİDEO
01:55, Bu gün
İran anons verdi: Yaxın saatlarda dünya əhalisi maraqlı hadisələrin şahidi olacaq
02 Aug 2024 | 23:10
Qurban Qurbanov: Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq
02 Aug 2024 | 23:04
İlkin ulduzlardan ibarət Qalaktik disk tapıldı - Rəsədxana
02 Aug 2024 | 22:56
Agentlik erməninin oxuduğu mahnıya görə hərəkətə keçdi
02 Aug 2024 | 22:48
Fransa XİN öz vətəndaşlarını İranı tərk etməyə çağırıb
02 Aug 2024 | 22:40
"Rusiyanın özəl hərbi şirkətlərinin quldurluq fəaliyyəti sahəsində inhisarçılığı sona yetir" - Ukrayna Baş Kəşfiyyat İdarəsi
02 Aug 2024 | 22:40
“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir
02 Aug 2024 | 22:32
Meqan Foks dayə robot rolunda - FOTO
02 Aug 2024 | 22:24
Azərbaycan Premyer Liqası: Mövsümün açılış matçında "Qarabağ" böyükhesablı qələbəyə sevinib
02 Aug 2024 | 22:16
Türk diplomatlarını hədələməklə... - XİN
02 Aug 2024 | 22:08
Binəqədidə əməliyyat: odlu silah götürüldü
02 Aug 2024 | 22:00
Paris-2024-də günün yekunu: Azərbaycan basketbolçuları növbəti qələbəsini qazanıb
02 Aug 2024 | 21:52
Elnur Sultanov: İqlim maliyyəsi Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzusu olacaq
02 Aug 2024 | 21:44
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk qolu vurulub
02 Aug 2024 | 21:41
MİDA-nın binası YANIR - FOTOLAR - VİDEO 
02 Aug 2024 | 21:36
Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib
02 Aug 2024 | 21:28
Bakıda 4 ulduzlu otel yanır
02 Aug 2024 | 21:20
Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
02 Aug 2024 | 21:12
Banqladeşdə tələbə etirazları yenidən başlayıb
02 Aug 2024 | 21:04
Bakı Ali Neft Məktəbi ilə ADNSU arasında Anlaşma Memorandumu imzalanıb
02 Aug 2024 | 20:56
Göldə və dənizdə çiməndə bu xəstəliklərə yoluxa bilərsiniz
02 Aug 2024 | 20:48
Yuxuda telefon görmək nə deməkdir?
02 Aug 2024 | 20:40
“Nikosayağı” instaqram hesabını bu şəxsə satıb? – FOTO
02 Aug 2024 | 20:32
"Kadırov Putinə qarşı çıxıb?.."
02 Aug 2024 | 20:26
"Fəxri ad alanları sonralar heç bir filmdə, layihədə görə bilmirik" - Xalq artisti
02 Aug 2024 | 20:21
Venesuelada seçkilər: ABŞ Qonsalesi, Rusiya Maduronu prezident kimi tanıyıb
02 Aug 2024 | 20:18
Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi günün ikinci matçında qalib gəlib
02 Aug 2024 | 20:17
2 dəqiqəyə 2 qol - "Qarabağ"-"Araz-Naxçıvan" matçı (Yenilənir)
02 Aug 2024 | 20:15
Pezeşkiana təklif: Hökumətdə azərbaycanlılara yer ver...
02 Aug 2024 | 20:11
Paris-2024: Azərbaycan boksçusu mübarizəni dayandırıb
02 Aug 2024 | 20:03
Bu restoranda nöqsanlar aşkarlandı
02 Aug 2024 | 19:56
Telefonunuzu bu yerlərdə şarj etməyin - TƏHLÜKƏLİDİR
02 Aug 2024 | 19:49
Paris-2024: Şvyontek bürünclə kifayətlənib
02 Aug 2024 | 19:42
Bakıda spirtli içkidən xilas ola bilməyən kişi özünü öldürdü
02 Aug 2024 | 19:36
Moldovada çoxmillətli hərbi təlimlər keçiriləcək
02 Aug 2024 | 19:30
İdman etmədən arıqlamağın FƏSADLARI
02 Aug 2024 | 19:24
Paris-2024: Kokauri 7-ci olub - FOTO - VİDEO
02 Aug 2024 | 19:18
Azərbaycanda vəhşi heyvan kənd sakinlərini qorxuya saldı - VİDEO
02 Aug 2024 | 19:12
“Fransadan da üzrxahlıq gözləyirik” - Ayxan Hacızadə
02 Aug 2024 | 19:06
Nəvəsi Alim Qasımovun arxiv FOTOsunu paylaşdı
02 Aug 2024 | 19:00
Turist izdihamının olmadığı rahat AVROPANIN KÖHNƏ ŞƏHƏRLƏRİ
02 Aug 2024 | 18:54
Azərbaycanda gənc müğənni faciəvi şəkildə öldü - VİDEO - FOTO
02 Aug 2024 | 18:49
"Ağ ölüm”lə mübarizə - FOTO
02 Aug 2024 | 18:48
Süni intellekt həyatımızda nələri dəyişəcək? -EKSPERT AÇIQLADI
02 Aug 2024 | 18:42
Türkiyədə meşə yanğınına müdaxilə edən helikopter suya düşüb
02 Aug 2024 | 18:36
İçərişəhər Qoruğunun İdarə Heyətinin sədri deputatlığa namizəd oldu
02 Aug 2024 | 18:24
Deputatlığa namizədlərin qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti başa çatdı
02 Aug 2024 | 18:18
Ucarda qəza edən maşın kanala düşüb, xəsarət alanlar var
02 Aug 2024 | 18:14
“Naxçıvan Muxtar Respublikasının ərazisində sərhəd dirəkləri söküldü...”
02 Aug 2024 | 18:14
Türkan Şoray xalqımızı belə təbrik etdi- VİDEO 
02 Aug 2024 | 18:10
Əsgərlikdən gəldi, müəllimindən qisas almaq istədi: "Mənə niyə 3 yazdın?
02 Aug 2024 | 18:05
Vidadi İsayev Bərdənin Mirzalıbəyli kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 Aug 2024 | 18:00
Xəzərdə boğulmaların artmasının səbəbi AÇIQLANDI - VİDEO
02 Aug 2024 | 17:58
Həbsdə olan qardaşına narkotik keçirmək istədi
02 Aug 2024 | 17:54
Nədən Almaniya kansleri rusiyalı killeri təhvil verib?
02 Aug 2024 | 17:50
Artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir - VİDEO
02 Aug 2024 | 17:49
“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir
02 Aug 2024 | 17:45
"Ermənistan delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir" - Ombudsman
02 Aug 2024 | 17:41
Təbii inhisar subyektlərinin sayı 4 dəfə azaldılıb
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 17:32
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
02 Aug 2024 | 17:26
Spiker və vitse-spiker kimlər olacaq: Bu şəxslərin üzərində dayanılır...
02 Aug 2024 | 17:19
Bayrağımız Dövlət Bayrağı Meydanında yenidən qaldırıldı - VİDEO
02 Aug 2024 | 17:13
"Avropa İttifaqı Trampın Ağ Evə dönüşünə hazırlaşır" - "Financial Times"
02 Aug 2024 | 17:07
Mina qurbanlarının sayı 376-ya çatıb, onlardan 69-u həlak olub
02 Aug 2024 | 17:02
Metroda partlayış olacağını deyən Fəridə hökm oxundu
02 Aug 2024 | 16:57
"O, daxili işlər orqanlarına o qədər meydan vermişdi ki, kimi istəsələr, həbsə atırdılar..."
02 Aug 2024 | 16:57
Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur
02 Aug 2024 | 16:50
Astroloqlar avqust ayı ilə bağlı BÜRCLƏRƏ elə proqnozlar verdilər ki...
02 Aug 2024 | 16:44
Şamxal Həsənov vəzifəsindən azad olundu
02 Aug 2024 | 16:38
İrana vurulan şillə - VİDEO
02 Aug 2024 | 16:32
Armen Ciqarxanyanın oğlu ABŞ-də güllələndi - FOTO
02 Aug 2024 | 16:25
Qəzada aşan avtobusun sürücüsü danışdı - VİDEO
02 Aug 2024 | 16:18
Zərifə Əliyeva küçəsində hərəkət məhdudlaşdırılacaq
02 Aug 2024 | 16:12
İcmadan ABŞ-yə etiraz: Ayrı-seçkiliyə son qoyun!
02 Aug 2024 | 16:05
Gimnastımız Paris-2024-lə vidalaşdı - YENİLƏNİB
02 Aug 2024 | 16:00
Bu küçələrdə təmir işləri davam etdirilir - VİDEO
02 Aug 2024 | 15:54
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan ÜZR İSTƏDİ - FOTO
02 Aug 2024 | 15:48
900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək
02 Aug 2024 | 15:46
ATMU ali təhsil müəssisələrinin sərgisində
02 Aug 2024 | 15:45
Qazaxın geri qaytarılan kəndində mina partladı - İki nəfərin ayağı amputasiya olundu - YENİLƏNİB
02 Aug 2024 | 15:42
Qərblə Rusiyanın siyasi məhbus mübadiləsi – “casus”lar hələ də dissident sayılır - TƏHLİL
02 Aug 2024 | 15:37
Vahid Əhmədovdan yüksək əxlaq və siyasi mədəniyyət nümunəsi
02 Aug 2024 | 15:37
Bakı-Sumqayıt yolundakı qəzada zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək
02 Aug 2024 | 15:32
İsmayıl Haniyə DƏFN OLUNUR
02 Aug 2024 | 15:27
İranın qürurunu xilas etmək üçün əməliyyat keçiriləcək - Hücum planı dəyişdi
02 Aug 2024 | 15:20
Gimnaziyanın direktorunu döyən "Drakon" azadlığa buraxıldı
02 Aug 2024 | 15:13
"Bu yaşıma qədər üzümə estetik etdirməmişəm"
02 Aug 2024 | 15:07
Seçim başlayır: Hansı universitetə üstünlük verməli?.. - Ekspert məsləhəti
02 Aug 2024 | 15:01
Türkiyənin İsrail səfirliyində bayraq endirildi - Foto
02 Aug 2024 | 14:58
Əli cibində atəş açan o idmançı Azərbaycan mediasına DANIŞDI
02 Aug 2024 | 14:53
Şeron Stounun Bodrumdan paylaşdığı foto müzakirələrə səbəb oldu - FOTO
02 Aug 2024 | 14:46
Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN
02 Aug 2024 | 14:35
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
02 Aug 2024 | 14:30
Röya Ayxanın evliliyinə kimlər mane oldu?.. - FOTO/VİDEO
02 Aug 2024 | 14:23
Gənc maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu oğlan... – TƏFƏRRÜAT
02 Aug 2024 | 14:16
“Yoldaşım filmdə çəkilməyə qoymurdu, ayrılan kimi...” - 75 yaşlı aktrisa ilə ÖZƏL MÜSAHİBƏ
02 Aug 2024 | 14:09
Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradıldı
02 Aug 2024 | 14:03
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
GÜNLÜK
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
02 Aug 2024 | 13:18
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
02 Aug 2024 | 13:37
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
02 Aug 2024 | 13:11
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 09:26
Ən uzunömürlü 3 bürc: əksəriyyətinin yaşı 85-dən yuxarıdır
02 Aug 2024 | 07:59
Putin bu "FSB" killerini 16 siyasi məhbusa dəyişdi...-O, Sobçakın qətlində şübhəlidir...
02 Aug 2024 | 13:06
Xalq artisti özünə qoyduğu QADAĞALARDAN DANIŞDI: "3-4 təklif gəlib, amma..." - ÖZƏL+FOTO
02 Aug 2024 | 14:35
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
02 Aug 2024 | 09:24
Türkiyədə İnstaqram qadağan edildi- BU SƏBƏBDƏN 
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
AYLIQ
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
02 Aug 2024 | 13:18
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
02 Aug 2024 | 13:37
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
02 Aug 2024 | 13:11
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
02 Aug 2024 | 17:36
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
02 Aug 2024 | 09:26
Ən uzunömürlü 3 bürc: əksəriyyətinin yaşı 85-dən yuxarıdır
02 Aug 2024 | 07:59
Putin bu "FSB" killerini 16 siyasi məhbusa dəyişdi...-O, Sobçakın qətlində şübhəlidir...
02 Aug 2024 | 13:06
Xalq artisti özünə qoyduğu QADAĞALARDAN DANIŞDI: "3-4 təklif gəlib, amma..." - ÖZƏL+FOTO
02 Aug 2024 | 14:35
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
02 Aug 2024 | 09:24
Türkiyədə İnstaqram qadağan edildi- BU SƏBƏBDƏN