Bakıda kişidən dəhşətli hərəkətlər: Oğlanla yazışan arvadının dodağını... – TƏFFƏRRÜAT
Oxunub: 1547
10 Jul 2024 | 14:06
Bakıda kişidən dəhşətli hərəkətlər: Oğlanla yazışan arvadının dodağını... – TƏFFƏRRÜAT
Bakının Qaradağ rayonunda 1983-cü il təvəllüdlü Əfqan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Qönçəyə (adlar şərti göstərilib – red.) işgəncə verib.
 
Əfqan ötən il iyunun 26-dan iyulun 3-dək olan müddətdə Puta qəsəbəsində nömrəsiz fərdi yaşayış evində arvadı Qönçənin başqa bir oğlanla votsap vasitəsilə danışmasından hiddətlənib.
 
O, mütəmadi olaraq işgəncə verməklə arvadının bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub. Saçından tutaraq sürüyüb, boğub, qızdırılmış bıçaqla dodaq və hər iki əlin iç nahiyələrini yandırıb.
 
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
 
“Özünün günahsız olduğunu sübut etməyə çalışdı”
 
Cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb.
 
Məhkəmədə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, iyunun 23-də saat 16 radələrində işdən evə gələn zaman arvadının telefonuna zəng gəldiyini görüb:
 
“Zəng barədə arvadımdan soruşdum. O, zəngin uşaqların məktəbinin “whatsapp” qrupundan gəldiyini dedi. İkinci dəfə telefona zəng gəldikdə özüm telefonu açdım. Zəng edənin Fəhmin adlı bir şəxs olduğunu bildim. Bu məsələdən sonra arvadımla aramızda söz-söhbət oldu.
 
Qönçə günahsız olduğunu sübut etməyə çalışdı və əlini bıçaqla yandırdı. Daha sonra polisə getdi”.
 
“Aliment ödəyirəm”
 
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polisə verdiyi ifadəsini təsdiq etməyib. O, zərərçəkmiş şəxsin ağzını yandırması, saçından tutması kimi hərəkətləri etmədiyini, onları müstəntiqin yalandan yazdığını bildirib.
 
O, məhkəmə ifadəsində hadisədən qısa müddət sonra arvadı ilə barışdığını, arvadının ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, himayəsində azyaşlı uşaqlarının olduğunu, o cümlədən bir azyaşlı uşağa görə də aliment ödədiyini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla daş karxanalarında fəhlə işlədiyini və tutulacağı təqdirdə ailəsinin acınacaqlı vəziyyətə düşəcəyini bildirib.
 
“Əxlaqsız hərəkətini görməmişəm”
 
Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasındfa kəskin ziddiyət görüb. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb.
 
Əfqan həmin ifadəsində özünü qismən təqsirli bilib və göstərib ki, ailəsi ilə birlikdə yaşayır: “Ruhi əsəb xəstəliyindən əziyyət çəkməmişəm, bu gün də əziyyət çəkmirəm. Fərdi qaydada daş karxanalarında fəhləliklə məşğulam. Adətən bir gün işdə, digər gün evdə oluram.
 
Qönçə ilə təxminən 2013-cü ildə nikaha daxil olmuşam. Bu nikahdan bizim iki övladımız var. Qızım Səbinə 2014-cü il, oğlum Fərid isə 2016-cı il təvəllüdlüdür. Qönçə ilə bu günə qədər münasibətlərimiz normal olub. Arabir ailə daxili mübahisələrim yaranıb.
 
Təxminən 3 il əvvəl Qönçə ilə aramızda münaqişə baş verdi. O, küsüb atası evinə getdi. Lakin bir neçə gün sonra barışdıq, onu evimə gətirdim. Qönçə uzun müddətdir mobil telefon işlədir. Bu günə qədər heç bir əxlaqsız hərəkətini görməmişəm, eşitməmişəm. Sosial şəbəkələrdən yalnız “Tik-tok”dan istifadə edib.
 
Qönçənin mobil telefonuna daim nəzarətim olub. Təxminən 1 ildir “Tik-tok” sosial şəbəkəsinə daxil olur. Onun “Tik-tok” sosial şəbəkəsindən istifadə etməsinə özüm icazə vermişəm. Lakin istifadəsində olan mobil nömrə ilə sosial şəbəkədə qeydiyyatdan keçməsindən xəbərim olmayıb”.
 
“Məni şantaj edəcəyini deyirdi”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəlki gün saat 16 radələrində işdən evə gəlib: “Evdə oturmuşdum, bu vaxt Qönçənin telefonuna zəng gəldi. Ondan kimin zəng etdiyini soruşdim. Dedi ki, məktəbdəki valideynlər qrupudur. Lakin mən inanmadım. Çünki məktəb qrupunda zəng etmirlər, yazırlar.
 
Qönçəyə iki dəfə zəng gəldi, amma cavab vermədi. Üçüncü dəfə videozəng gəldi. Telefonu götürərək zəngi açdım. Qönçəyə tərəf tutdum, bir nəfər oğlan ona əl edərək salam verdi. Mən telefonun ekranını özümə tərəf tutanda zəngi bağladı.
 
Bundan sonra Qönçədən zəng edənin kimliyini, aralarında nə münasibət olduğunu soruşdum. Aramızda mübahisə yarandı. Qönçə qardaşımın evinə getdi. Daha sonra qardaşlarım Valeh və Eldar da evimə gəldilər.
 
Qönçədən zəng edənin kim olduğunu bir neçə dəfə soruşdum. O, hər dəfə zəng edən şəxsi tanımadığını bildirdi. Axşam Qönçə ilə evdə oturaraq ailə daxilində söhbət etdik. Ondan zəng edənin kim olduğunu dönə-dönə soruşdum. Qönçə dedi ki, zəng edən xalasının ögey nəvəsi Fərid adlı şəxsdir, nömrəmi kimdənsə alıb, məni yığıb, danışmasaydım, məni şantaj edəcəyini deyirdi, ona görə mən də qorxumdan danışmışam. Fərid hazırda Rusiya Federasiyasında yaşayır.
 
Mən də izah etdim ki, səni şantaj edirdsə, heç olmasa yaxın qohumlarından birinə bu barədə məlumat verərdin. Qönçə qorxduğu üçün heç kimə bu barədə məlumat verə bilmədiyini dedi. Həmin günü Qönçəyə heç nə etməmişəm. Sabahı günü işə getmişəm.
 
Axşam qayıdanda Qönçənin oğlanla danışdığı üçün bir dəfə saçından tutaraq dartdım. O biri günü boğazından tutaraq boğdum. Digər gün 3 saat qapısı bağlı hamamda saxladım”.
 
“Dodağını, əllərini özü yandırdı”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 1-də gündüz saatlarında işdə olduğu zaman Qönçənin xalası Sevdaya zəng edib: “Dedim, sənin oğlun Fərid mənim həyat yoldaşıma zəng edərək təhqir edir, Qönçə sənin bacın qızıdır, namusundur. Sevda söyüşlə dedi ki, sənin arvadın “Tik-tok”da nə gəzirdi? Əvvəla Qönçə Fəridi “Tik-tok”da taparaq yazıb.
 
Mən bu hadisədən sonra, Qönçənin mənə yalan danışmağından əsəbləşdim, gecə saatlarında evə gəldim. Aramızda yenə mübahisə yarandı. Qönçədən mənə niyə yalan dediyini soruşdum. Dedi ki, “Tik-tok”da qeydiyyatdan keçdiyimi sənə deməkdən qorxdum.
 
Uşaqlar evdə yatmışdılar. Qönçəyə dedim ki, sən mənimlə yalan danışmısan, ona görə də ağzını, əllərini yandırmalısan. O da mətbəx bıçağını sobada qızdıraraq özü dodağını, daha sonra əllərinə vuraraq yandırdı”.
 
“İndi anlayıram ki, səhv etmişəm”
 
Əfqan bildirib ki, iyulun 3-də axşam saatlarında yenə işdən gəlib: “Həmin vaxt da əsəbim sakitləşməmişdi. Mətbəx bıçağını götürərək qızdırdım, Qönçənin dodağına, hər iki əllərinin içərisinə vuraraq yandırdım. Gecə saatları olduğundan uşaqlar digər otaqda yatmışdılar. Qönçəni qaynar bıçaqla yandıranda səsi gəlmədi, qışqırmadı.
 
İyulun 4-də saat 11 radələrində mağazaya getdim. Qönçəyə dedim ki, “Tik-tok”da qeydiyyatını silməsən, sənin başına oyun açacam. Mən mağazadan qayıdanda gördüm ki, Qönçə uşaqları da götürərək evdən qaçıb. Onun hara getdiyindən məlumatım olmayıb. Daha sonra bildim ki, polisə müraciət edib. Mən əməlimdən peşmanam, indi anlayıram ki, səhv etmişəm.
 
Qönçə sığınacağa müraciət edərək ora yerləşib. Bir neçə gündən sonra özüm sığınacağa müraciət etdim və Qönçə ilə barışaraq onu evə gətirdim”.
 
“Xalamın ögey nəvəsi ilə danışırdım”
 
Məhkəmədə ifadə verən Qönçənin sözlərinə görə, Əfqanla on bir ildir ailəlidir, iki azyaşlı uşağı var, əvvəllər belə bir hal baş verməyib:
 
“Münasibətlərimiz normal olub. Mən telefonda xalamın ögey nəvəsi ilə danışırdım. Əfqan məndən niyə xalam nəvəsi ilə danışdığımı soruşdu. Mən də ərimə pis heç nə etmədiyimi, ancaq danışdığımı dedim. Sonra dedim, özümü sənə necə sübut edim, sən mənə inanasan. O da nə etsəm, daha inanamayacağını bildirdi.
 
Mən də özümü ərimə inandırmaq üçün bıçağı qızdırdım, əlimə və dodağıma basdım. Sonra polisə zəng edərək mənə sahib çıxmaları üçün məlumat verdim”.
 
Zərərçəkmiş qeyd edib ki, hadisədən sonra əri ilə barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur, özü heç bir yerdə işləmir, ailənin bütün maddi tələbatını əri fəhləlik etməklə ödəyir: “Ərim tutulacağı təqdirdə ailəmiz çox acınacaqlı duruma düşəcək.
 
Bundan başqa ərimin əvvəlki arvadından da bir azyaşlı uşağı var, ona da aliment ödəyir. Bütün bu halların nəzərə alınaraq ərimə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edirəm”.
 
Məhkəmədə müəyyən edilib ki, zərərçəkmiş Qönçə ibtidai istintaq zamanı fərqli ifadə verib. Bu səbəbdən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin tədqiq edib.
 
“Heç bir əxlaqsızlıq baş verməyib”
 
Qonçə həmin ifadəsində göstərib ki, evdar qadındır, heç bir işlə məşğul olmur: “Həyat yoldaşım Əfqan fərdi qaydada daş karxanasında fəhləliklə məşğul olur. Ailə həyatı qurduqdan bu günə qədər onunla normal yaşamışıq, arabir ailə daxili münaqişələrimiz olub. Əfqan məni döyüb, mən də anamın yaşadığı Salyan rayonuna getmişəm.
 
Bir neçə gün orada qaldıqdan sonra Əfqan gələrək yalvarıb, barışıb, yenidən öz evimizə qayıtmışam. Lakin məni mütəmadi olaraq döyməyib. Təxminən 1 ildən çoxdur ki, Əfqanın adına istifadəmdə mobil telefon nömrəsi var. Təxminən 3-4 aydır telefona “Tik-tok” sosial şəbəkəsi yükləyərək istifadə edirəm. Təxminən 20 gün olar, “Tik-tok” sosial şəbəkəsində özümə səhifə açmışam. “Tik-tok”da yalnız videolara baxmışam.
 
Bir gün qarşıma xalamın Rusiya Federasiyasında yaşayan ögey nəvəsi Fəridin səhifəsi çıxdı. Mən qohum olduğundan öz istifadəmdə olan nömrəni Fəridə yazdım. O da mənə votsap vasitəsilə yazaraq danışdıq.
 
Fərid mənimlə yanlız özüm haqqında, ailəm haqqında suallar verib, bir-birimizlə danışmışıq. Başqa heç bir əxlaqsızlıq baş verməyib. Həm də Fərid uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır”.
 
“Ərim məni ittiham etdi”
 
Zərərçəkmiş deyib ki, iyunun 26-da axşam saatlarında Əfqan işdən evə gəlib: “Həmin vaxt telefonuma Fərid görüntülü zəng etdi. Mən zəngi açmadım. Əfqan zəng edənin kim olduğunu soruşdu. Mən də məktəb qrupundan zəng edildiyini dedim. Lakin Fərid bir də zəng etdi. Əfqan dedi ki, zəngə cavab ver, görüm həqiqətən məktəb qrupundan zəng edirlər? Mən də zəngə cavab verdim. Fərid görüntüdə əli ilə mənə salam verəndə Əfqan telefonu əlimdən aldı. Fərid Əfqanı görən kimi zəngi bağladı.
 
Həyat yoldaşım məndən zəng edənin kim olduğunu soruşdu. Dedim, xalam nəvəsidir, elə belə söhbət etmişik. Əfqan mənə inanmadı. Dedi, yəqin, sizin aranızda nəsə olub. Məni əxlaqsızlıqda ittiham etməyə başladı, aramızda mübahisə yarandı. Mənə inanmadı, məni döyməyə başladı. Baş, sifət nahiyələrimdən yumruq, şillə ilə, bədənimin müxtəlif nahiyələrindən isə təpiklə zərbələr vurdu.
 
Həmin günü Əfqan məni elə bərk boğdu ki, nəfəsim getdi. Güclə əlindən canımı qurtardım və digər otağa qaçdım. Məni hər gün işdən evə gələndə döyürdü. Gecələr yatmağa icazə vermədi. Bir dəfə məni gecədən səhərə qədər tualetdə saxladı. Digər günləri isə gecəni həyətdə saxladı. Uşaqlar ayılanda evə daxil olmağa icazə verirdi ki, uşaqlar bilməsin. Hər gün məni əxlaqsız olmaqda ittiham edərək nalayiq ifadələrlə söyürdü”.
 
“Qızımla oğlum bu əzabları görüblər”
 
Qönçənin ifadəsinə görə, iyulun 1-də gecə saat 2 radələrində uşaqları yatızdırdıqdan sonra mətbəxdə olan bıçağı sobanın üzərinə qoyaraq qızdırıb, qaynar bıçağı onun dilinə, dodaqlarına, hər iki əlinin üstünə, içərisinə vuraraq yandırıb:
 
“Əfqan mənim ağzımı tuturdu ki, qışqırtımı uşaqlar eşidərək qorxmasınlar. Hər gün səhər işə gedir, axşamüstü gəlirdi. Mənim eyni nahiyələrimi sobanın üzərində qızdırdığı qaynar bıçaqla yandırırdı. Mən elə bilmişəm ki, Əfqanın verdiyi işgəncəni uşaqlarım görmür. Lakin sonradan bildim ki, qızımla oğlum otaqda olan pərdənin arxasından Əfqanın 3 gün ard-arda mənə verdiyi əzabları görürüblər”.
 
Zərərçəkmiş şəxs qeyd edib ki, iyulun 4-də səhər saatlarında Əfqan evdən çıxaraq mağazaya gedib: “Dedi, mən indi bazara gedirəm, geri qayıdanda səhifə açdığına görə sənin üzündə səhifə açacam, bir gözünə elə dağ basacam ki, dünyaya bir gözlü baxasan. O, evdən çıxan kimi mən də qorxumdan uşaqlarımı götürərək qaçdım. Daha sonra avtobusla 10-cu Polis Şöbəsinə gəldim və başıma gələnlər barədə müraciət etdim”.
 
“Deyib ki, ananızın hələ başını kəsmirəm”
 
Qönçə deyib ki, Əfqan onu ilk dəfə qaynar bıçaqla dilini, dodaqlarını, əllərini yandıran zaman uşaqlar yatıb: “Mənim qışqırtıma uşaqlar ayılaraq yanıma gəldilər. Onları yenidən yatızdırdım. Sabahı günü uşaqlar pərdənin arxasında gizlənərək Əfqanın mənə verdiyi işgəncəyə şahid olublar.
 
Əfqan onların üstünə qışqırıb və deyib ki, gedib yatın, ananızın hələ başını kəsmirəm, yandırıram, yatmasanız başını kəsəcəm”.
 
Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 2 ay şərti cəza verilib.
 
Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəişməmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulub.
 
Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunub. /Teleqraf.com/
 
Oxşar xəbərlər
07:49, Bu gün
Noyabr - ilin ən çətin ayı: Bu BÜRCLƏR üçün yaxşı heç nə vəd etmir 
07:34, Bu gün
"Gözünüzün qabağında ölkəni dağıdırlarsa, hansı tənzimlənmədən danışmaq olar?.."
07:14, Bu gün
Bayden Gürcüstan hökumətinə seçkilərlə bağlı sərt çağırış etdi...
00:30, Bu gün
Arvadını öldürüb intihar etdi - Bakıda gecə saatlarında AİLƏ FACİƏSİ
29 Oct 2024 | 23:48
Səfir Səudiyyənin XİN başçısının müavini ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib
29 Oct 2024 | 23:35
Rusiyada nüvə raketləri buraxılışları məşq edildi
29 Oct 2024 | 23:28
İki ay əvvəl toyu olmuşdu, 16 yaşlı qızla birgə meyiti tapıldı
29 Oct 2024 | 23:06
FHN-in komandası ölkə kubokuna uğurla başladı - FOTO
29 Oct 2024 | 23:00
İsrail İrana xəbərdarlıq etdi
29 Oct 2024 | 22:53
Şahrux Xandan azərbaycanlılara jest – VİDEO
29 Oct 2024 | 22:49
Kamala Harris və Donald Trampın "ulduz komandaları"...
29 Oct 2024 | 22:45
Rusiya bu ölkəyə etiraz notası göndərdi
29 Oct 2024 | 22:33
Ayətullah Əli Xameneinin X-dəki bu hesabı abunəçilərindən məhrum edildi
29 Oct 2024 | 22:25
“Mançester Yunayted” ona bu qədər maaş verəcək
29 Oct 2024 | 22:20
Ərdoğan ELAN ETDİ - Türkiyə elə bir platforma yaradır ki...
29 Oct 2024 | 22:10
Bakıda erməni başqasının əmlakını taladı
29 Oct 2024 | 22:03
İran təcili iclas çağırdı, ABŞ isə hədələdi
29 Oct 2024 | 21:59
BMT Təhlükəsizlik Şurası İsrail və İranı təmkinliyə çağırıb
29 Oct 2024 | 21:57
"ABŞ Ukrayna üçün silah istifadəsində yeni məhdudiyyətlər qoymayacaq" - Pentaqon
29 Oct 2024 | 21:40
Doğum nisbəti KƏSKİN AZALDI - Minlərlə uşaq bağçası bağlanır
29 Oct 2024 | 21:30
Qulaqcıqların qulaq sağlamlığımıza hansı təsirləri var?
29 Oct 2024 | 21:23
Məşhur xəstəxananın həkimini YUMRUQLADILAR
29 Oct 2024 | 21:15
Bu ölkə Rusiya ərazisini ƏLƏ KEÇİRDİ
29 Oct 2024 | 21:05
Mərkəzi Bank bu şəxslərə xəbərdarlıq etdi
29 Oct 2024 | 21:00
Sürücülərə XƏBƏRDARLIQ: noyabrın 3-ü saat 11:00-dan
29 Oct 2024 | 20:55
Bu kişiyə atası o biri dünyadan məsləhətlər verir - ŞOK
29 Oct 2024 | 20:50
Türkiyə bu gün... - FOTOLAR
29 Oct 2024 | 20:45
Türkiyənin Cümhuriyyət günü Bakıda təntənə ilə qeyd edilir
29 Oct 2024 | 20:42
"Tunellərdə baş verən təbii fəlakət yox, məsuliyyətsizlikdən doğan fəlakətdir...” -Keçmiş icraçı direktor detalları açıqladı...
29 Oct 2024 | 20:40
Bu, Trampı öldürməyə çağırışdır - Kennedi
29 Oct 2024 | 20:33
Ən yaxşı selfi kamerası bu telefondadır
29 Oct 2024 | 20:25
İki qardaşdan ƏXLAQSIZ ƏMƏL: dostları ilə birləşib azyaşlı qıza...
29 Oct 2024 | 20:15
Azərbaycanda mineral suların kadastrı hazırlanır
29 Oct 2024 | 20:10
“Şəxsiyyət vəsiqəsinin surətinin verilməsi qadağan olunmalıdır”
29 Oct 2024 | 20:05
COP29 vaxtı restoranlar işləyəcək? - Rəsmi Açıqlama
29 Oct 2024 | 20:00
Mühüm qərarlar vermək üçün çox tələsən BÜRCLƏR
29 Oct 2024 | 19:50
Vəkillər daha 4 cəzaçəkmə müəssisəsində pulsuz hüquqi yardım göstərib
29 Oct 2024 | 19:40
“TikTok”un qurucusu Çinin ən varlı adamı seçildi - FOTO
29 Oct 2024 | 19:35
Sevinc Əliyeva: “Çörəyi tərbiyəsizliklə qazanmayın” - VİDEO
29 Oct 2024 | 19:30
Bu gecə Bakı və Sumqayıtın bəzi ərazilərində İŞIQ KƏSİLƏCƏK
29 Oct 2024 | 19:15
Atatürklə bağlı film Avropada QADAĞAN OLUNDU - Erməni təxribatı?
29 Oct 2024 | 19:10
Rusiya bu zavodu vura bilər – Peskov
29 Oct 2024 | 19:06
Qərb “Şimali Koreya kartı”na qarşı Ukraynaya canlı qüvvə verəcəkmi?
29 Oct 2024 | 18:53
Kreml Gürcüstana qarşı təhdidlərdən narahatdır
29 Oct 2024 | 18:45
Bakı-Sumqayıt qatarlarının bəzi reysləri müvəqqəti ləvğ edilir
29 Oct 2024 | 18:35
Rayondan Bakıya gələnlərə məhdudiyyətlər OLACAQ - AÇIQLAMA
29 Oct 2024 | 18:28
“Bu təxribat ilk növbədə Fransanın Ermənistanın təhlükəsizliyini heçə saydığını göstərir”
29 Oct 2024 | 18:20
Keçi buynuzu xərçəng hüceyrələrini yox edir
29 Oct 2024 | 18:15
“Papanin” sakinləri həyəcan təbili çalır: Evləri başlarına uça bilər
29 Oct 2024 | 18:00
Mehriban Əliyevadan Cümhuriyyət Günü ilə bağlı paylaşım - FOTO
29 Oct 2024 | 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTOLAR
29 Oct 2024 | 17:50
“Şəxsiyyət vəsiqəsinin surətinin verilməsi qadağan olunmalıdır” - Osman Gündüz
29 Oct 2024 | 17:46
Hərblə sülh arasında qalan rəsmi İrəvan - TƏHLİL + FOTO
29 Oct 2024 | 17:41
Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılır
29 Oct 2024 | 17:37
Almaniya XİN rəhbərini Çin hava limanında heç kim qarşılamayıb?.. - VİDEO
29 Oct 2024 | 17:32
Kimlər mentor ola bilər? - EKSPERT AÇIQLADI 
29 Oct 2024 | 17:29
Qurban Qurbanov dünyanın ən yaxşı məşqçilər siyahısında 15 pillə geriləyib
29 Oct 2024 | 17:25
"Kartdan karta" üsulu ilə işləyən 43 sahibkara maliyyə sanksiyaları tətbiq edildi - FOTO
29 Oct 2024 | 17:21
Qarabağdakı aqrar təyinatlı torpaqların icarəyə verilməsi birinci oxunuşda təsdiqləndi
29 Oct 2024 | 17:17
COP29 vaxtı gözəllik salonları, restoranlar işləyəcək? – AÇIQLAMA
29 Oct 2024 | 17:12
Amerikalı iş adamının varisləri qarajda toz basan avtomobillərdən milyonlarla dollar qazandılar - FOTO
29 Oct 2024 | 17:08
SEPAH generalı: "İran yaxın günlərdə İsrailə cavab zərbələri endirəcək" - VİDEO
29 Oct 2024 | 17:03
50 yaşdan yuxarı qadınlar üçün səhər yeməyi
29 Oct 2024 | 16:58
Vəkillər daha 4 cəzaçəkmə müəssisəsində pulsuz hüquqi yardım göstərdi - FOTO
29 Oct 2024 | 16:53
Prezidentdən ƏƏSMN-lə bağlı FƏRMAN
29 Oct 2024 | 16:49
Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ! Sabah saat 11:00-da...
29 Oct 2024 | 16:46
Bakıda COP29-a paralel olaraq 15-ci Dünya İqlim Sammiti keçiriləcək
29 Oct 2024 | 16:40
Ceyhun Bayramov yeni səfiri qəbul etdi - FOTO
29 Oct 2024 | 16:35
“Biləcəridəki klubda hoqqa çıxaran adam idi” - Aparıcı sirləri açdı
29 Oct 2024 | 16:30
Sahibə Qafarova türkiyəli həmkarını təbrik etdi
29 Oct 2024 | 16:25
İcra başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsdən XƏBƏR VAR
29 Oct 2024 | 16:20
"28 günlük atəşkəs və giriovlar mübadiləsi" - ABŞ MKİ rəhbərindən yeni təklif
29 Oct 2024 | 16:15
“QS Quacquarelli Symonds” BDU-da ali təhsil müəssisələrinin əməkdaşları üçün təlim təşkil edib - FOTO
29 Oct 2024 | 16:10
Şərqiyyə Dadaşova: “Məcburi köçkün sözü keçmişdə qaldı…” - VİDEO
29 Oct 2024 | 16:05
"Rusiyada ən böyük dodaqlar"ın sahibi ölü tapıldı - FOTO
29 Oct 2024 | 16:00
Almaniya XİN Tehrandakı müvəqqəti işlər vəkilini GERİ ÇAĞIRDI
29 Oct 2024 | 15:55
Məşhur müğənni qardaşından küsüb, efiri tərk etdi
29 Oct 2024 | 15:50
Bakının mərkəzində daha bir söküntü işləri başladı - FOTO
29 Oct 2024 | 15:46
Gürcüstan hakimiyyətinin özünəinamı - müxalifətin dəyişməyən taktikası - ŞƏRH + FOTO
29 Oct 2024 | 15:41
Yeni köçdükləri evdə can verdi - VİDEO
29 Oct 2024 | 15:37
COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
29 Oct 2024 | 15:33
Xankəndidə Mədəniyyət Mərkəzinin binası təmir olunacaq
29 Oct 2024 | 15:29
Sülh bu şərtlərlə izalanacaq: Tərəflər sərhəddə görüşə bilər
29 Oct 2024 | 15:24
Bakı metropolitenində COP29-la bağlı hansı işlər görülür? - FOTO
29 Oct 2024 | 15:20
“Onları polisə verəcəyəm” - İlkin Əhmədovdan sərt xəbərdarlıq
29 Oct 2024 | 15:15
Özəl bağçalarla bağlı YENİLİK: Bir hissəsini dövlət ödəyəcək
29 Oct 2024 | 15:09
Azərbaycanda hər il bu yeməkdən adam ölür - Necə seçə bilərik?
29 Oct 2024 | 15:03
Yamalın "Qızıl top" mərasiminə gəlişi Azərbaycan mahnısı ilə paylaşıldı - VİDEO
29 Oct 2024 | 14:58
Həkimlərin maaşı ARTACAQ? - Nazir müavinindən ŞAD XƏBƏR
29 Oct 2024 | 14:52
ABŞ prezidenti seçkilərindən sonra atəşkəs mümkündürmü? - Zelenskidən  AÇIQLAMA
29 Oct 2024 | 14:46
Hikmət Rəhimov əməliyyat olundu - FOTO
29 Oct 2024 | 14:40
“Arif Babayev gəlib dedi ki, Suğra, sən məni biabır etdin” - Aktrisadan illər sonra ETİRAF + FOTO
29 Oct 2024 | 14:34
Şagirdlərin elektron yerdəyişməsinin vaxtı açıqlandı
29 Oct 2024 | 14:28
Urmiya gölü yenidən qurumağa başlayıb - FOTO
29 Oct 2024 | 14:22
Azyaşlı uşaq anası sevgilisi ilə evdən qaçdı: “Başqa kişi ilə...” – ŞOK TƏFƏRRÜAT
29 Oct 2024 | 14:17
Pensiya və müavinətlərlə bağlı RƏSMİ AÇIQLAMA - 112 mindən çox şəxs...
29 Oct 2024 | 14:14
"Türkiyəni qan gölünə çevirmək istəyənlər məqsədlərinə çatmayacaqlar"
29 Oct 2024 | 14:11
“Qızım soruşur ki, ana, Şəbnəm kimdir?” - VİDEO
29 Oct 2024 | 14:08
"Neftçi"nin sabiq yarımmüdafiəçisi Qara Qarayev karyerasını hansı klubda davam etdirəcək?
29 Oct 2024 | 14:04
Leyla Rəhimova 15 ildir küsülü olduğu atasının səsini eşitdi və... - VİDEO
GÜNLÜK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 10:32
Mühazirədə mövzu ilə bağlı şəxsi fikrini söyləyən tələbə universitetdən xaric edildi...
29 Oct 2024 | 10:26
Çörək yeməyi tamamilə dayandırdıqda bədənimizdə NƏ BAŞ VERİR? 
29 Oct 2024 | 10:18
Dəmlədiyiniz çay 1 saatdan sonra zəhərə çevrilir -  EKSPERT AÇIQLADI 
29 Oct 2024 | 10:09
Azərbaycanda avtomobil istehsalı artıb, amma alan yoxdur: Görün neçəsi anbarda qalıb
29 Oct 2024 | 09:08
Uğurlu və sağlam uşaq yetişdirmək üçün addımlar: "Qaydaları belə təyin edin..."
HƏFTƏLİK
23 Oct 2024 | 11:38
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq”- Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT-FOTO
23 Oct 2024 | 10:58
Ermənistan parlamenti Azərbaycanla sərhədlərin demarkasiyası komissiyalarının əsasnaməsini ratifikasiya etdi...
23 Oct 2024 | 14:11
"Putin BRICS sammitində Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizm yaratmaq istəyir" - ISW
24 Oct 2024 | 17:05
İlham Əliyevlə Paşinyan bu məsələləri müzakirə ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Oct 2024 | 16:27
İlham Əliyev XVI BRİCS Sammitinin ilk plenar iclasında çıxış etdi - YENİLƏNİB + FOTO
23 Oct 2024 | 15:26
"Putinin BRICS sammiti Rusiyanın təcridi ilə bağlı Qərbin yalanını ifşa edib" - "The Telegraph"
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
AYLIQ
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 10:32
Mühazirədə mövzu ilə bağlı şəxsi fikrini söyləyən tələbə universitetdən xaric edildi...
29 Oct 2024 | 10:26
Çörək yeməyi tamamilə dayandırdıqda bədənimizdə NƏ BAŞ VERİR? 
29 Oct 2024 | 10:18
Dəmlədiyiniz çay 1 saatdan sonra zəhərə çevrilir -  EKSPERT AÇIQLADI 
29 Oct 2024 | 10:09
Azərbaycanda avtomobil istehsalı artıb, amma alan yoxdur: Görün neçəsi anbarda qalıb
29 Oct 2024 | 09:08
Uğurlu və sağlam uşaq yetişdirmək üçün addımlar: "Qaydaları belə təyin edin..."