Akademik Xudu Məmmədovun Ü.Hacıbəylinin ev-muzeyində ölümü - Nəsiman Yaqublunun yazısı
Cəmiyyət
Oxunub: 2581
08 Jul 2024 | 10:47
Akademik Xudu Məmmədovun Ü.Hacıbəylinin ev-muzeyində ölümü - Nəsiman Yaqublunun yazısı
1988-ci ilin iyul-avqust aylarından Azərbaycan Xalq Cəbhəsi yaradılması ideyası ətrafında müzakirələr gedirdi. İlk toplantılar Bakı Şəhər Partiya Komitəsinin Tətil əleyhinə ayırdığı yerdə, şəhərin mərkəzində  Nəsiminin heykəlinin yanındakı o qədər də rahat olmayan bir otaqda gedirdi (Vidadi küçəsi-125). Bu söhbətlər çox qızğın olurdu, vacib problemlər, onların həlli yolları müzakirə edilirdi.
 
Toplantılara gələnlərin sayı getdikcə çoxalırdı və mövcud darısqal otaqda iclasların keçirilməsi mümkün olmurdu.
 
Zərdüşt Əlizadənin dostu - Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun müəllimi Rasim İmanov AZİMİ-nin (Azərbaycan İnşaat Mühəndisləri İnstitutu) müəllim və tələbələri üçün olan “Cəngi” musiqi - idman birliyinin zalında iclasların keçirilməsini təklif etdi. Həmin zalda 3 iclas planlaşdırıldı. Birinci iclasda tarix elminin problemləri müzakirə edilirdi: məruzəçilər Arif Yunusov və İsa Qəmbərov idi. Burada hər kəs öz fikrini əsaslandırırdı. Arif  Yunusov İqrar Əliyevin və Ziya Bünyadovun əsaslandığı tarixə baxış konsepsiyasını əsas götürürdü. İ.Qəmbərov isə rəsmi Azərbaycan tarixinin türk amilini kiçiltməsi konsepsiyasını irəli sürürdü.
 
İkinci toplantıda iqtisadiyyat, planlaşdırma və respublikanın təsərrüfat hesabı problemi müzakirə edildi. Məruzəni Şərqşünaslıq İnstitutunun Türkologiya şöbəsinin əməkdaşı Altay Məmmədov etdi.
 
Hər iki toplantının sonunda ümumi bir fikir səslənirdi: bu işlərin görülməsinə Azərbaycan Kommunist  Partiyası rəhbərliyi şərait yaratmırsa, onda biz Xalq Cəbhəsi yaratmalıyıq.
 
Üçüncü iclasda Z. Əlizadənin yazıb hazırladığı Azərbaycan Xalq Cəbhəsinin Proqramı müzakirə edilməli idi. Z.Əlizadə proqramın surətini  Elmlər Akademiyasında  çoxaltmış və müzakirə üçün paylamağı planlaşdırırdı. Lakin 1988-ci ilin oktyabrın 12-nə nəzərdə tutulmuş iclas baş tutmadı. Rasim İmanov bildirdi ki, AZİMİ-nin rektoru Bünyad Sərdarov “Cəngi” zalında  iclas keçirməyi qadağan edib. O, bunu DTK-nın tələbi ilə edib. R. İmanov qeyd edib ki, o, Azərbaycanın Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun oğlu Müslüm Eldarovdan yer tapmasını xahiş edib. M. Eldarov isə yaxın münasibətdə olduğu, Ü. Hacıbəylinin Ev muzeyinin direktoru R. Xəlilovdan orada toplantı keçirilməsinə icazə istəyib (hətta bu toplantının bir banket olduğunu da qeyd edib ki, narahatlıq yaranmasın). R. Xəlilov Muzeyin zirzəmisində tədbirin keçirilməsinə razılıq verib (həmin yerdə filmlər də nümayiş etdirilirdi).
 
Oktyabrın 15-də Ü. Hacıbəylinin ev muzeyində 37 yerlik zirzəmiyə 60-a qədər adam toplaşdı. İştirakçılar dəhlizdə, pilləkəndə, muzeyin həyətində dayanmışdılar. Toplaşanlar arasında  akademik Xudu Məmmədov, rejissor Eldar Quliyev, pianoçu Fərhad Bədəlbəyli, Məhəmməd Hatəmi və digərləri var idi.
 
Z.  Əlizadə AXC-nin proqramını bənd-bənd oxuyub iştirakçıların fikrini soruşurdu. Akademik Xudu Məmmədov çıxış edib adamları uzaqgörənliyə, ağıla əsaslanmağa, hər bir işi qanun çərçivəsində görməyə çağırdı, partiya və hökumətlə birgə işləmək yollarını aramağa dəvət etdi.
 
Müzakirələr getdiyi zaman Xudu müəllim əvvəl birisi ilə mübahisə etdi və sonra  özünü pis hiss etməyə başladı (muzeyin zirzəmisində də insanlar çox toplaşdığından hava çox ağır idi). Tez bir anda o, krsloda əyləşmiş halda xırıldamağa başladı. Onu yuxarı qaldırıb xalçanın üstünə qoydular. Təcili Yardım maşını gələndə o, artıq keçinmişdi. Məlum olub ki, X. Məmmədov üç dəfə infarkt keçirib, bir gün əvvəl isə “Qayğı”  cəmiyyətinin təsis konfransında əsəbiləşib.
 
Bu hadisədən sonra toplantı yarımçıq qaldı. Akademik  X. Məmmədov İkinci Fəxri Xiyabanda dəfn edildi.
 
Xudu Məmmədov  (1927-1988)
 
Xudu  Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun  Mərzili kəndində anadan olmuşdur.Ağdamda orta məktəbi bitirən X. Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsində təhsil alıb.
 
Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.
 
O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.
 
X. Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olub.O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. 1990-cı ildə X. Məmmədovu (ölümündən sonra) Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məhəmməd  Əmin Rəsulzadə  mükafatına layiq görmüşdür.
 
X. Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. 
 
Milli naxışlar. Simmetriya nəzəriyyəsi. Xalqın oyanışı cəhdləri
 
Xudu Məmmədov 1954-cü ildə elmi müdafiə işini yekunlaşdırdıqdan sonra, milli azadlıq mübarizəsinə doğru meyllənməyə başladı. Onun elə 1950-ci illərin sonundan Bəxtiyar Vahabzadə, Nurəddin Rzayevlə bu istiqamətdə ciddi söhbətləri olurdu. Əsas çalışmaları milli kadrların rəsmi şəkildə dövlət strukturlarına yerləşdirilməsi idi. 1960-cı illərdə isə Azərbaycanın dövlət rəhbərliyində olan Şıxəli Qurbanovla əlaqələri formalaşdı.
 
Xudu müəllim kristalloqraf idi. Əslində sənətdə simmetriya nəzəriyyəsinə də o, ciddi töhfələr vermişdi. Sənət və simmetriya nəzəriyyəsinə əsaslanan böyük alim arxeoloji toplantılarda, tarixi abidələrdə türk mənşəyinin olduğunu əsaslarla sübut edirdi. Çünki, Orta əsrlərdəki tapıntılarda ərəb, fars təsirləri güclü idi. X. Məmmədov çoxlu sayda abidələrimizdə, məsələn Naxçıvandakı  “Möminə Xatun”  türbəsində “Allah” sözünün yazılmasına baxmayaraq, bu abidənin türk mənşəli olduğunu əsaslandırırdı. Onun Orxon-Yenisey abidələri ilə də bağlı maraqlı açıqlamaları var idi.
 
X. Məmmədov simmetriya nəzəriyyəsindən çıxış edərək, əsas nəzəriyyəni də irəli sürürdü: 1. Quruluş; 2. Ehtiyac. O, əsaslandırırdı ki, təbiətdə quruluşsuz heç nə yoxdur. Məsələn, suyun tərkibi H2-O-dur. Daşın tərkibi nədən ibarətdir və s. X. Məmmədov əsaslandırırdı ki, təbiətdəki bu “quruluş”u cəmiyyət həyatında öyrənmək və tətbiq etmək lazımdır.
 
“Ehtiyac” nəzəriyyəsinə əsaslanan alim yazırdı ki, insanın görməyə, duymağa, hiss etməyə ehtiyacı olduğu kimi, insanlar arasında münasibətlərin də olmasına ehtiyacı var. İnsanlar bir-birindən öyrənməli, anlaşmalıdır ki, cəmiyyətdə stabillik yaransın. 
 
Xudu müəllim əslində bu təbliğatı ilə insanları türkçülüyə, yaddaşa, tarixə maraqlı etməyə çalışırdı. Həmin dövrdə isə “türkçülük” baxışları tam qadağan edilmişdi.
 
Xudu müəllimin 1970-ci illərdə Azərbaycan televiziyasında apardığı “Elm və sənət” verilişi tamaşaçıların böyük marağına səbəb olurdu. Hətta bir verilişdə simmetriya nəzəriyyəsini əsas gətirərək, kağıza yazılmış “Xalq” sözünün, həm də tərsinə olaraq “Qalx” kimi oxunduğunu söyləmişdi: yəni Xalq - Qalx! (Ayağa qalx, mübarizəyə qalx mənasında).
 
XUDU  MƏMMƏDOV - “XUDU  NAXIŞ”  KLUBU
 
Klubun üzvlərindən olan tanınmış tarixçi alim, professor  Mahmud  İsmayılovun təşəbbüsü ilə 1984-cü ildə Azərbaycanda ilk dəfə xalqımızın etnogenezis problemlərinə həsr edilmiş elmi seminar keçirildi. Seminarda məşhur tarixçi alim, professor S. Əliyarlı, etnoqraf Q. Qeybullayev, arxeoloq R. Göyüşov, antropoloq R. Qasımova və digər elm xadimləri iştirak edirdilər.
 
Bu, o dövr üçün ciddi bir tədbir idi. Sovet hökumətinin müəyyən dairələrində bu tədbir narahatlıq doğurmuşdu. Bu “narahatlığın” ifadəsi olaraq Azərbaycan SSR Elmlər Akademiyası  Tarix İnstitutunun direktoru akademik İqrar Əliyev Moskva Mətbuatında çıxış edərək, seminar iştirakçılarını “pantürkist”, “millətçi burjua cərəyanının üzvləri” adlandırmışdı.
 
"Xudu naxış" klubunun üzvü olan Ənvər Börüsoyun xatırlamaları: 1974-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyurdum. Hörmətli müəllimlərimdən biri olan Lətif  Feyzullayev  məni apardı İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakultəsində bir toplantıya. Hər həftənin 5-ci günləri saat 15:00-dan sonra orada bir Mərkəzin toplantıları keçirilirdi. Mərkəzin adına “Xudu Naxış” məktəbi deyirdilər. Hər toplantıya  40-50  nəfər adam gəlirdi. Bu toplantıda o dövrün tanınmış ziyalıları olan Bəxtiyar Vahabzadə, Siyavuş Dadaşov (hazırda Qərb Universitetində estetika müəllimi), Cəfər Qiyasi, xalçaçı rəssam Lətif Kərimov, bəstəkar Aydın Əzimov (hazırda Bakı Musiqi Akademiyasında çalışır), Kərim Kərimov (Azərbaycan Elmlər Akademiyasının keçmiş prezidenti Mahmud Kərimovun atası), şair Şahmar Əkbərzadə, tanınmış mifoloq professor Mirəli Seyidov və digərləri iştirak edirdilər. Bu məktəbin rəhbəri tanınmış alim, professor Xudu Məmmədov idi. Bu, daha çox elmi bir təşkilat olaraq fəaliyyət göstərirdi. Buradakı söhbətlərdə, çıxışlarda “Türk milli sənətinin Ortaq bir sistem olması və ictimailəşdirilərək elmi konsepsiyaya çevrilməsi”  fikri əsas götürülürdü. Mövzular isə müxtəlif  idi: etnogenez məsələləri, muğam sənəti, dilçilik, ədəbiyyat, mədəniyyət və s. Yəni qeyd edilirdi ki, türk mədəniyyəti ilə bağlı bəzi məqamlar bizdə qorunub saxlanılır, qazaxlarda yox, yaxud özbəklərdə hansı bir milli dəyər var, türkmənlərdə yox, yaxud əksinə.
 
Təbiidir ki, bu fəaliyyətə mane olanlar var idi. Bəzi ziyalılarımız isə bunu açıq şəkildə edirdilər.
 
Qeyd edək ki, klubun tədbirlərinin keçirilməsi üçün şəraiti yaradan, o dövrdə Inşaat Mühəndisləri Institutunun Memarlıq fakultəsinin dekanı Ramiz Əbdülrəhimov idi. Bu problemin həllində Xudu Məmmədovun onunla yaxşı münasibətinin olması əsaslı rol oynamışdı.
 
Toplantılarda üçlük fəaliyyət sisteminə də üstünlük verilirdi. Yəni hər bir adam əlavə 3 nəfəri bu söhbətlərə cəlb etməli, onları  maarifləndirməli idi. Klubun fəallarından olan Ənvər Börüsoylu xatırlayır ki, o, aşağıdakı üç nəfər ziyalını klubun təsirinə sala bilmişdi: Seyfəddin Məmmədəliyev, Fəxrəddin Məmmədəliyev, Yusif  Hüseynov.
 
Klubun fəaliyyəti genişlənir və Azərbaycanın digər bölgələrinə də təsir edirdi. Artıq Azərbaycanın müxtəlif rayonlarında da klubun təmsilçiləri olan qruplar yaranmışdı. Həmin regionlar: 1. Gəncə. 2. Naxçıvan. 3. Şuşa. 4. Dərbənd. 5. Lənkəran. 6. Salyan. 7. Bərdə. 8. Beyləqan. 9. Quba. 10. Şəki.
 
Qeyd edək ki, Şəki bölgəsi çox fəal idi. Burada Ələfsər adlı bir vətəndaşın yaratdığı qrup ciddi işlər görürdü (sonradan bu qrup öz fəaliyyətini genişləndirib “Yurd”  Cəmiyyətini  yaratdılar). Burada əsas fəaliyyət sahəsi bölgənin tarixinin saxtalaşdırılmasının qarşısını almaq, milli fikri inkişaf etdirmək, bu torpağın gürcülərə, avarlara, ləzgilərə məxsus olması haqqındakı qeyri-obyektiv təbliğatın əsassız olduğunu yerli əhaliyə başa salmaq, onlarla söhbətlər aparmaq və s. idi. Tanınmış  ziyalılardan tarixçi-professor Mahmud Ismayılov, iqtisadçı alim professor Qüdrət Əbdülsəlimzadə öz bölgələri olan Şəki ilə əlaqə saxlayır, yerlərə gedir, görüşlər keçirir, onlara müxtəlif ədəbiyyatlar verirdilər. 
 
Şəkidən olan digər ziyalı Aşıq Sakit isə klubun Dağıstan üzrə vasitəçisi idi. O, həmin bölgədə xalq arasında təbliğat aparır, əhalini neytrallaşdırırdı.
 
Xudu müəllimin çıxışları çox maraqlı idi və Şərqin Qərblə uzlaşdırılmasını, sintezini, Qərbdən necə faydalanmağın vacibliyini konkret misallarla açıqlayırdı: “Üzeyir bəy dünya simfoniyasını öyrəndi, sonra gəlib bizim simfoniyamızı  yaratdı”. 
 

407e7d37387f5f84327c6fb35ffbf1d3.jpg (34 KB)

 

Nəsiman Yaqublu,

Tarix elmləri doktoru, professor

Oxşar xəbərlər
23:00, Bu gün
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
22:55, Bu gün
Millət vəkili şəhidin ildönümü mərasiminə qatıldı
22:54, Bu gün
İran Livana könüllü qoşun göndərməyə hazırlaşır
22:44, Bu gün
Xarkova PUA hücumu: Ali Məhkəmənin hakimi öldü
22:36, Bu gün
Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - BMT
22:28, Bu gün
Arıqlamaq üçün yumurtanı BU VAXT YEYİN
22:20, Bu gün
Fidan: Blinkenlə Bakı-İrəvan sülhündən danışdım
22:13, Bu gün
Sentyabrın sonunda ÜÇ BÜRCÜN həyatı kəskin dəyişəcək
22:05, Bu gün
Ostin İsrailin hücumuna görə onunla iki dəfə danışdı
21:59, Bu gün
İraqda əhali ABŞ səfirliyinə hücum çəkdi
21:55, Bu gün
“BMT-dəki çıxışından sonra onun əlini sıxmaq üçün növbəyə durdular” - FOTO
21:50, Bu gün
Şimpanze 8 aylıq körpəni öldürdü, insanlar belə qisas aldı
21:43, Bu gün
Bu bürclər daim kasıb qalacaqlar - PROQNOZ
21:38, Bu gün
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
21:32, Bu gün
Ahu Tubaya hörmətsizlik- “Qızı Hülya Avşarın, Banu Alkanın dəfnə gəlməməsinə əsəbləşdi”-ÖZƏL
21:30, Bu gün
İranda beş günlük matəm elan edildi
21:20, Bu gün
İmmunitet sistemini gücləndirən mövsümi qidalar
21:16, Bu gün
ABŞ Ukraynadan atəşkəs planı gözləyirdi - Keçmiş səfir
21:08, Bu gün
Nəvəsini efirə gətirib aparıcı olmasını istədi
21:00, Bu gün
Bu gedişlə İsrail Xameneini də aradan götürə bilərmi? - GƏRGİNLİK
20:49, Bu gün
Fransadan Ermənistana HÖRMƏTSİZLİK 
20:45, Bu gün
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
20:37, Bu gün
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
20:32, Bu gün
“Mən danışsam, siz biabır olub, susacaqsınız” - FOTOLAR
20:29, Bu gün
İran prezidenti: ABŞ Nəsrullahın qətlinin əmri ABŞ-dan verilib
20:24, Bu gün
Kök pəhrizi ilə arıqlayın
20:16, Bu gün
Ərdoğan İsrailin Livana hücumunu pisləyib
20:08, Bu gün
50 mindən çox Livan sakini bu ölkəyə qaçdı
20:00, Bu gün
“Azərbaycan Atabəyləri” filmindən ilk görüntülər - VİDEO
19:52, Bu gün
Onun bu fikirləri əsassızdır - Rəsmi Bakı
19:48, Bu gün
Arzu Niftalıyeva vəfat etdi
19:30, Bu gün
Bakıda piyada səkisi parklanma üçün zəbt edildi
19:26, Bu gün
Nəsrullahın meyitini bu əşyasına görə tanıdılar - FOTO
19:18, Bu gün
İşə müraciət etmək üçün ən yaxşı gün hansıdır?
19:10, Bu gün
Şərabın ən ucuz olduğu ölkələr
19:03, Bu gün
Qocalmanı sürətləndirən 5 amil
18:55, Bu gün
Həsən Nəsrullahı o əvəz edəcək?
18:50, Bu gün
Premyer Liqa: "Zirə" "Kəpəz"i məğlub edib
18:43, Bu gün
İraqda Nəsrullaha görə 3 günlük mətam elan edildi
18:37, Bu gün
ABŞ qoşunlarını İraqdan çıxarır
18:32, Bu gün
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
18:28, Bu gün
Hindistanda dəhşət: Uşaq cadu ritualının qurbanı oldu - FOTO
18:20, Bu gün
Pezeşkian: “Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib
18:19, Bu gün
Anavətənçilər Zəfər Parkını ziyarət etdi
18:16, Bu gün
Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib
18:14, Bu gün
"Google" keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
18:06, Bu gün
“Gənc fotoovçu yaşıl kənddə” adlı layihənin icrasına başlanılıb
18:05, Bu gün
Xərçəng riskini artıran məşhur qidaların adları çəkildi
18:04, Bu gün
DİN bu dələduzluq pramidasını ifşa etdi - VİDEO
17:57, Bu gün
COP29 sədrliyi ABŞ-da iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib - FOTO
17:52, Bu gün
Elarizin nəvəsi ilə “dueti” — VİDEO
17:47, Bu gün
“Həsən Nəsrullahın qətlindən sonra İran İsrailə ənənəvi yanaşmasından geri çəkilə bilər...”  
17:43, Bu gün
İcmadan Peter Stanoya ŞİLLƏ KİMİ CAVAB
17:37, Bu gün
İsrail və Azərbaycan müdafiə əlaqələrinin inkişafında yeni addım atıb
17:31, Bu gün
Aerobika gimnastikası üzrə millimiz dünya çempionatının finalına yüksəlib
17:25, Bu gün
"Yaxın Şərqdə sülhə aparan yeganə yol İsrail və Fələstin dövlətlərinin yan-yana yaşamasıdır"
17:19, Bu gün
Suqovuşanın azadlığı uğrunda qəhrəmanlıq göstərən Vətən Müharibəsi Qəhrəmanı
17:12, Bu gün
Nazirlikdə Paralimpiya mükafatçıları ilə görüş keçirilib - FOTO
17:06, Bu gün
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanıldı - FOTO
17:00, Bu gün
COP sədrlikləri “Rio Üçlüyü” təşəbbüsünə start verir
16:54, Bu gün
FHN Biləcəridəki yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB + FOTO/VİDEO
16:48, Bu gün
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
16:42, Bu gün
"Çin Rusiyaya Ukrayna savaşı üçün dronlar tədarük edir" - "The Times"
16:36, Bu gün
Mahir Emreli komanda yoldaşı ilə dalaşdı
16:30, Bu gün
Smartfon işlədənlər OXUSUN: Məlumatlarınız və pullarınız belə oğurlanır
16:24, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda avtobus zolağı ləğv edilib - FOTO
16:18, Bu gün
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişdi
16:06, Bu gün
Bu dövlət orqanları torpağın kateqoriyasının dəyişdirilməsinə rəy verəcək
16:03, Bu gün
“Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca Zəngəzur dəhlizi açıla bilməz...”
16:00, Bu gün
Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqləndi
15:55, Bu gün
"Hizbullah" Nəsrullahın öldürüldüyünü TƏSDİQLƏDİ
15:49, Bu gün
Kərim Vəliyev Azərbaycan Ordusunda aparılan islahatlardan danışdı
15:43, Bu gün
Bu məşhurlar da repçinin əxlaqsız məclisində yer alıbmış - FOTO
15:37, Bu gün
"Yaxın Şərq böyük müharibə həddindədir" - Lavrov
15:31, Bu gün
Mourinyonun əvəzlədiyi türkiyəli baş məşqçi "Qarabağ"ı çalışdırmaq istəyir
15:25, Bu gün
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
15:18, Bu gün
Kamilənin toyu BU TARİXDƏ olacaq
15:12, Bu gün
Astroloqlardan XƏBƏRDARLIQ: Nadir hallarda sevgidə xoşbəxt olan BÜRCLƏR
15:06, Bu gün
Yemək yeyəndə niyə su içmək olmaz?
15:00, Bu gün
Qocalmanı sürətləndirən 5 amil
14:54, Bu gün
Şəhid Vüsal Omarovun xanımından ürəkağrıdan sözlər: "Həm yoldaşımı, həm də atamı itirdim" - VİDEO
14:48, Bu gün
"Qisas çox ağır olacaq və bütün İsraili lərzəyə gətirəcək" - "Hizbullah" 
14:42, Bu gün
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM
14:36, Bu gün
Xüsusi təyinatlılar təlimdə - Gecə şəraitində şərti düşmən obyektinə qəfil basqın - VİDEO
14:30, Bu gün
13 yaşlı qızı qaçıran 20 yaşlı oğlan ölkədən QAÇDI - VİDEO
14:24, Bu gün
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
14:18, Bu gün
"Aldığı üzüyü taxmaq qismət olmadı" - 21 yaşlı şəhid Tərlan Quliyevin yarım qalan xəyalları
14:11, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
14:05, Bu gün
Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi müzakirə edilib
13:58, Bu gün
Prezident fərman imzaladı
13:52, Bu gün
"ABŞ Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə versə, Rusiya "ölümcül" zərbələr endirə bilər"
13:46, Bu gün
İlham Əliyev Si Cinpini təbrik etdi
13:41, Bu gün
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
13:35, Bu gün
Bu ərazilərdə havada toz müşahidə olunur
13:29, Bu gün
Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı - VİDEO
13:23, Bu gün
Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər - ŞƏRH + FOTO
13:17, Bu gün
Bədii gimnastlarımız Balkan Kubokunda fəxri kürsüyə yüksəliblər
13:11, Bu gün
Nyu-Yorkda COP29-un BICFIT təşəbbüsünə dair müzakirələr baş tutub
13:05, Bu gün
"Onun yoxluğu ilə barışmaq istəmirik" - Qənirə Paşayeva məzarı başında anıldı - FOTOLAR  
12:58, Bu gün
İsrail ordusu təsdiqlədi - Həsən Nəsrullah...
GÜNLÜK
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
10:03, Bu gün
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
07:32, Bu gün
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
10:21, Bu gün
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
06:44, Bu gün
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
08:24, Bu gün
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
08:16, Bu gün
Ömrü uzadan qidalar - SİYAHI
11:40, Bu gün
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
10:44, Bu gün
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
25 Sep 2024 | 12:47
Prezident JF-17C təyyarəsində - FOTOLAR
AYLIQ
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
10:03, Bu gün
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
07:32, Bu gün
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
10:21, Bu gün
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
06:44, Bu gün
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
08:24, Bu gün
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
08:16, Bu gün
Ömrü uzadan qidalar - SİYAHI
11:40, Bu gün
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
10:44, Bu gün
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”