Məşhur Məmmədov: “İki dövlət arasında əmədkaşlığın inkişafında Prezident İlham Əliyevin böyük xidmətləri var”
“Azərbaycan-Qazaxıstan dostluğu türk dünyasının birliyinə və tərəqqisinə xidmət edir”.
Bunu Moderator.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı Məşhur Məmmədov bildirib. Məşhur Məmmədov qeyd edib ki, son illər iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişlənməsi müşahidə olunur ki, bu da ümumilikdə bütün türk dünyasının uğuru kimi qiymətləndirilməlidir:
“Qazaxıstan Azərbyacana dost olan dövlətlərdən biridir və bu türk dövləti hər zaman beynəlxalq müstəvidə ölkəmizin milli maraqlarına xüsusi ehtiram göstərib. Hələ erməni işğalı dönəmində Qarabağla bağlı aydın və qətiyyətli mövqe sərgiləyən Qazaxıstan, ölkəmizin haqlı mövqeyini müdafiə edib, erməni faşizmini ifşa edib.
Son illər Azərbaycanla Qazaxısytan arasında əlaqələrin genişlənməsi, əməkdaşlığın şaxələnməsi müşahidə edilir ki, bu da olduqca sevindiricidir. Təbii, iki dövlət arasında əməkdaşlığın inkişafında Prezident İlham Əliyevin böyük xidmətləri mövcuddur. Prezidentimiz Qazaxıstana son səfəri ilə ikitərəfli əməkdaşlığın inkişafında yeni bir mərhələnin əsasını qoydu, yeni bir səhifə açdı.
İnanıram ki, yaxın gələcəkdə biz iki dövlət arasında əməkdaşlığın dinamik şəkildə inkişafına şahid olacaq, bu əməkdaşlıq nəticəsində əldə edilən uğurlarla fəxr edəcəyik. Unumaq olmaz ki, bu əmədkaşlıq Azərbaycan və Qazaxıstan xalqları ilə yanaşı, həm də bütün türk dünyasının tərəqqisinə xidmət edir. Bu isə o deməkdir ki, uğurlarımız ümumtürk maraqları baxımından da mühüm əəhmiyyətə malikdir”.
Seymur ƏLİYEV