Zərif strateqlər: İşığın və qaranlığın bələdçiləri…
Ekskluziv
Oxunub: 1909
03 Jul 2024 | 21:21
Zərif strateqlər: İşığın və qaranlığın bələdçiləri…

İstənilən cəmiyyətin inkişafında təhsil faktorunun həlledici rol oynadığı, bu amilin həmin xalqın gələcəyini qəti şəkildə müəyyənləşdirdiyi şübhəsizdir. Təhsilin həyatverici önəmini dərk edən, ona hər mənada qucaq açan xalqlar sosial-iqtisadi rifahın və mədəni tərəqqinin zirvəsində qərar tutduqları halda, bu amilin rolunu yetərincə qiymətləndirməyən xalqlar səfalət və cəhalətin ağır girdabında inləməkdədir. Qərbi Avropa dövlətləri ilə bəzi Şərqi və Cənubi Asiya dövlətlərinin, eləcə də Latın Amerikası və Afrika xalqlarının müqayisəsi buna nümunədir.

 

Təhsil: Yaşam və mübarizə silahı!

 

Təhsil dünyanın demək olar ki, bütün ölkələrində ən strateji sahələrdən biri hesab edilir. İnkişf etmiş dövlətlərin hamısı təhsilə başlıca yaşam və mübarizə silahı kimi yanaşır ki, bu da təhsilin təkrarsız rolundan xəbər verir. Lakin xalqın və dövlətin inkişafı təhsillə “elliklə silahlanmağı”, bu gücə kütləvi şəkildə - hər bir fərd olaraq sahiblənməyi tələb edir. Belə olan təqdirdə oğlanlarla yanaşı, qızların da təhsil alması bir zərurət olaraq meydana çıxır.

 

Təhsil strateji sahə olduğu kimi bu sahəyə üz tutan qızlar da gələcəyin zərif strateqləri, onlara olan münasibətimizdən asılı olaraq  işığın və qaranlığın bələdçiləridir. Qızların cəmiyyətimizi işıq, yoxsa zülmət dalınca aparması onların təhsildəki təmsilçilik səviyyəsindən, təhsil uğurlarından asılıdır.

Beynəlxaql statistikaya nəzər salsaq görərik ki, dünya miqyasındakı elmi-iqtisadi, sosial-mədəni uğurların demək olar ki, hamısı təhsilin kütləvilik kəsb etdiyi ölkələrə məxsusdur. Bu ölkələrə nümunə olaraq ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Norveç və s. kimi ölkələri göstərmək olar. Çin, Yaponiya kimi Şərqi Asiya ölkələri də məhz elm və təhsilə verdikləri yüksək önəm səbəbilə dünyanın ən inkişaf etmiş ölkələri sırasında qərarlaşmaqdadır. Çinin ABŞ və Avropa ilə birlikdə dünyanın üç əsas iqtisadi güc mərkəzlərindən biri yolunda çıxış etməsi həqiqəti təhsilin misilsiz qüdrətindən, müqayisəsiz gücündən xəbər verir.

 

Azərbaycanın təhsil siması: Rəqəmlər və faktlar...

 

Sevindiricidir ki, rəsmi statistikalar ölkəmizdə təhsilin sürətli inkişafından, oğlanlar qədər qızların da bu sektorda yaxından iştirak etdiyindən xəbər verir. Statistikaya nəzər salsaq görərik ki, 2021 və 2022-ci illərdə ölkəmizdə 15 və daha yuxarı yaşlı əhali arasında savadlılıq səviyyəsi oğlanlarda 99,8%,  qızlarda isə bundan cəmi 0,1 % qədər az - 99,7% olmuşdur.

 

Sevindirici məqamlardna biri də ölkəmizdə kəndlə şəhər arasında təhsil fərqinin ortadan qaldırılması, bu sahədə tarazlığın təmin olunmasıdır. Belə ki, 2022-ci ildə şəhərdə oğlanların savadlılıq səviyyəsi 99,9, qızların savadlılıq səviyyəsi isə 99,7% olmuşdur. Bu göstərici eyni il üçün kənd yerlərində müvafiq şəkildə 99,8 və 99,6% təşkil edir. Məlum statistika bir daha sübut edir ki, artıq ölkəmizdə kəndlə şəhər arasında savadlılıq fərqi mövcud deyil. Bu isə şübhəsiz ölkəmizin strateji uğuru, tarixi nailiyyətidir.

 

Buraxılış imtahanları qızların təhsil uğurları haqqında nə deyir?

 

Ölkəmizdə qızların da təhsil sektorunda ən az oğlanlar qədər söz sahibi olduğu buraxılş imtahanlarının nəticəsində də özünü aydın şəkildə göstərir.

Dövlət İmtahan Mərkəzi tərəfindən 3 və 10 mart 2024-cü il tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mümkün nəticəsi bunu bir daha sübut edir.

 

Hər şeydən öncə qeyd edək ki, sözügedən imtahanlarda ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayonunun məktəbliləri qazanıblar ki, bu da təhsildə şəhərlə kənd fərqinin ortadan qalxdığını göstərir. (//apa.az/social/buraxilis-imtahanlarinda-en-yuksek-netice-gosteren-bolgeler-aciqlanib-838097 ).

 

İmtahanlarda 14 nəfər maksimum nəticə göstərib ki, onlardan sadəcə 1 nəfəri oğlan, qalan 13 nəfəri isə qızdır. (//azedu.az/az/news/77855-qizlar-qebul-imtahanlarina-oglanlardan-daha-ciddi-yanasir ). Bu fakt bir daha sübut edir ki, Azərbaycanda qızların təhsilə daha az cəlb edildiyi, oğlanların təhsil sektorunda daha çox təmsil olunduğu ilə bağlı formalaşan ənənəvi fikirlər artıq özünü doğrultmur və heç bir aktuallıq kəsb etmir.

Qızların təhsilinə dəstək: Tarixi həqiqətlərdən günümüzün reallığına uzanan yol...

 

Ölkəmizdə qızların təhsil almasının vacibliyi fikri XIX əsrin ikinci yarısından etibarən Məmməd Səid Ordubadi, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov və s. kimi Azərbaycanın görkəmli ziyalıları tərəfindən mütəmadi şəkildə gündəmə gətirilmiş, ictimai dövriyyəyə buraxılmışdır. Həmin vaxt bu fikirlər ictimai rəydə ciddi təlatümə səbəb olmuş, cəmiyyətin fikrən və ruhn cəbhələşəməsi ilə nəticələnmişdir. Lakin zamanla xalqımızın böyük ziyalıları ilə yanaşı, milli sahibkarların dəstəyi ilə bu sahədə əməli addımlar atılmış, inqilabi yeniliklər həyata keçirilmişdir. Buna nümunə olaraq1901-ci oktyabrın 7-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda qızlar məktəbinin açılması faktını göstərmək olar. (//family.gov.az/az/post/2631/qizlar-mektebinin-yaranmasindan-120-il-otur ).Hansı ki, bu məktəb sadəcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk qızlar məktəbi hesab olunur.

 

Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə içərisində qızların da olduğu xeyli sayda gəncin Avropanın ali təhsil müəssisələrində təhsil aldığı da keçmişimizin qürurverici həqiqətlərindəndir.

Sevindiricidir ki, qızların təhsilinə dəstək təşəbbüsləri günümüzdə də davam etməkdə, genişlənməkdə və təqdir edilməkdədir. “Masallı Təhsil Fondu”nun uzun illərdir ki, qızların təhsilinə verdiyi ciddi dəstəyi buna nümunədir. “Masallı Təhsil Fondu” orta məktəbin yuxarı sinfində təhsil alan qızlara mütəmadi şəkildə test kitabları, müxtəlif tədris vəsaitləri hədiyyə etməkdə, habelə universitet tələbəsi olan aztəminatlı qızların təhsilinə maddi baxımdan dəstək olmaqdadır. Bugünə qədər yüzlərlə qız “Masallı Təhsil Fondu”nun dəstəyi ilə tələbə adını qazanmış, bu dəstək sayəsində universiteti müvəffəqiyyətlə başa vurmuşdur.

 

“Qənirə Paşayeva mənə dedi ki, sən məndən iki dəfə böyük olmalısan, çünki...”

 

Bu gün ölkəmizdə qızların təhsilinə dəstək verən müxtəlif fondlar, xeyriyyə təşkilatları mövcud olsa da, unutmaq olmaz ki, bu prosesdə iştirak etmək bütövlükdə hər bir şəxsin, ilk növbədə isə valideynlərin mənəvi borcudur. Qız və ya oğlan olmasından asılı olmayaraq, hər bir uşaq ilk növbədə axtardığı dəstəyi öz ailəsində tapmalı, valideynlərinin, digər ailə üzvlərinin, eləcə də yaxın qohumlarının bu məsələdə dəstəyini hiss etməlidir. Ailənin bu məsələdə uşağa dəstəyi digər şəxslərin dəstəyindən daha vacib və daha effektlidir.

Azyaşlı bədii qiraətçi, mərhum millət vəkili Qənirə Paşayevanın “balaca dostu” Zəhra İmranlı  saytımıza açıqlamasında mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Mənə iki dəfə mərhum Qənirə xanımla görüşmək səadəti nəsib olub və o, hər dəfəsində məni yeni uğurlara ruhlandırıb, təhsilimi davam etdirməyin, ictimai fəallığımı artırmağın önəmindən bəhs edib. Heç vaxt unutmaram, görüşlərimizin birində Qənirə xanım mənə dedi ki, sən məndən iki dəfə böyük, iki dəfə güclü olmalısan. Çünki mən uşaq ikən mənim təhsilimə daha çox atam can yandırırdı. Səndə isə sənin təhsilinə, ictimai fəalliyyətinə dəstək verən iki adam var – atan və dayın. Bu, o deməkdir ki, sən məndən iki dəfə çox dəstək alırsan və deməli, iki dəfə artıq nəticə göstərməlisən.

 

Bu sözlərdən sonra mən ailəmin və dayımın mənə dəstəyinin nə qədər önəmli olduğunu yenidən kəşf etdim. Başa düşdüm ki, əldə etdiyim bütün uğurlarıma görə ilk növbədə bu insanlara borcluyam”.

 

İctimai qınaq cəhalətə qarşı ən effektiv mübarizə vasitəsi kimi...

 

Bütövlükdə qızların təhsildə təmsilçiliyi ilə bağlı cəmiyyətimizdə ciddi bir problem olmasa da, bəzi hallarda qızların təhsildən yayındırılması, erkən ərə verilməsi hallarına rast gəlinməkdədir. Nə qədər təəssüfedici də olsa, qızlara qarşı bu hüquqpozmalar adətən onların hüquqlarını qorumalı olan valideynləri tərəfindən həyata keçirilir. Köhnə təfəkkürlü bəzi valideynlər hesab edir ki, qızların təhsil ardınca getməsinin heç bir perspektivi yoxdur və bu səbəbdən də onların ailə təsərrüfatında çalışması, yaxud ərə getməsi daha məqsədəuyğundur

 

Təbii, bu cür hallara qarşı inzibati qurumlar, əlaqədar dövlət orqanları prinsipial mübarizə aparmaqdadır. Lakin bu məsələdə ən effektiv mübarizə vasitəsi ictimai qınaqdır ki, bu mübarizə vasitəsinin gücləndirilməsinə ciddi ehtiyac var.

Xatırladaq ki, Ümummilli lider Heydər Əliyev çıxşlarında nöqsanlara qarşı mübarizədə ictimai qınağın böyük əhəmiyyət kəsb etdiyini vurğulamış, ictimai qınağın tərbiyəedici rolunu yüksək qiymətləndirmişdir. Bu səbəbdən də, belə neqativ hallara şahid olan vətəndaşlar aidiyyati qurumları məlumatlandırmaqla yanaşı, qızların təhsil hüququnu pozan şəxslərə qarşı ictimai qınaq faktorundan da istifadə etməlidir. Qızının təhsil hüququnu pozan hər bir valideyn ictimai qınaq sayəsində ciddi yanlışa yol verdiyini hiss etməli, ictimai tənbeh sayəsində tutduğu yanlış mövqedən imtina etməlidir.

 

“Qızların təhsildə əldə etdiyi uğurlara görə dövlətimizə, onun təhsil siyasətinə borcluyuq”

 

Mövzu ilə bağlı saytımıza açıqlama verən sabiq millət vəkili Arzu Nağıyev qeyd edib ki, bu gün qızların təhsildə əldə etdiyi nailiyyətlər dövlətimizin təhsil siyasətinin uğuru kimi qiymətləndirilməlidir:

 

“Şübhəsiz ki, təhsil sektorunda əldə edilən bütün nailiyyətlər, eləcə də qızların təhsildəki müvəffəqiyyətləri hər şeydən öncə dövlətimizin təhsil siyasətinin uğuru kimi qiymətləndirilməlidir. Çünki strateji sahə olan təhsillə bağlı Azərbaycan dövlətinin öz siaysəti, öz proqramı mövcuddur.

Nəzərinizə çatdırım ki, dövlətimizin ilk təhsil strategiyasını Ulu öndər Heydər Əliyev hazırlayıb. Ümummilli liderin rəhbərliyi ilə 12 noyabr 1995-ci il tarixli “Azərbaycan Respublikasının Konstitusiyası”nın 42-ci maddəsində təhsil hüququ geniş şəkildə öz əlksini tapdı. Həmin maddənin birinci və ikinci hissələrində qeyd olunurdu ki, hər bir vətəndaşın təhsil almaq hüququ var. Təhsil icbari və pulsuzdur.

 

15 iyun 1999-cu ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı” irəli sürüldü. 19 iyun 2009-cu ildə “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edildi. 

 

Prezident İlham Əliyevin dövründə ölkəmizin təhsil siyasəti daha da təkmilləşdirildi və bununla bağlı yeni sənədlər hazırlandı ki, bunlardan da biri 24 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” oldu. Bu gün bu Strategiya bütün gücü ilə fəaliyyət göstərməkdə, ölkə təhsilinin inkiaşfını stimullaşdırmaqdadır.

 

Ölkəmizdə Təhsilin İnkişafı Fondu fəaliyyət göstərir ki, bu qurumun mövcudluğu dövlətimizin təhsilə verdiyi önəmi göstərir.

 

İnanıram ki, ölkəmizdə təhsil yaxın gələcəkdə daha da inkişaf edəcək, qızların təhsildəki uğurları bu inkişafa uyğun şəkildə daha da artacaq”.

 

Seymur ƏLİYEV

 

Məqalə Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur.

Oxşar xəbərlər
13:14, Bu gün
Politoloq: "Azərbaycanın tarixi qələbəsi böyük bir coğrafiyada yenilənməyə gətirib çıxarıb"
13:10, Bu gün
Məktəbli formalarının satış ünvanları AÇIQLANDI
13:05, Bu gün
Vüsal Qasımlı onu özünə müavin TƏYİN ETDİ - FOTO
12:59, Bu gün
Məktəbli formaları ilə bağlı valideynlərə ÇAĞIRIŞ
12:55, Bu gün
Səbinə Gözəlova: “Şuşaya qayıtdığım üçün qürurluyam” -  VİDEO
12:50, Bu gün
Kamran Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək
12:45, Bu gün
Hamının gözlədiyi "Abituriyent" jurnalı nə zaman çıxacaq? - RƏSMİ CAVAB
12:41, Bu gün
Erməni güləşçinin rüsvayçı hərəkəti: “Hidayət Heydərova bax!” – VİDEO
12:40, Bu gün
Hüquqşünas evli kişilərə elə məsləhət verdi ki… - Susun, SƏSİNİZ ÇIXMASIN, TELEFONUNUZDA
12:35, Bu gün
Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ! - Nəticələr açıqlandı
12:30, Bu gün
Dilarə Kazımova çimərlik geyimində... - FOTOLAR
12:25, Bu gün
Xaçmazın bu kəndlərində işıq olmayacaq
12:20, Bu gün
FHN Naxçıvanda baş verən yanğınla bağlı məlumat yaydı - VİDEO
12:15, Bu gün
ABŞ İranın hücumuna hazırlaşır: Yaxın Şərqə döyüş təyyarələri göndərilib
12:10, Bu gün
İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE
12:06, Bu gün
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
12:05, Bu gün
Yuxuda yemiş görmək nəyə yozulur?
12:02, Bu gün
Bakıda silahla "şou" göstərən şəxslə bağlı yeni xəbər
12:00, Bu gün
Azərbaycanda yeniyetmələrin şahmat olimpiadasına start verilib
11:58, Bu gün
Bu məhkəmənin hakimlərinin sayı artırıldı - FOTO
11:54, Bu gün
Tanınmış həkim vəfat etdi - FOTO
11:52, Bu gün
Paltaryuyan maşından belə istifadə etməyin – Paltarları məhv edir
11:46, Bu gün
Seçicilərlə görüş üçün müəyyənləşdirilən yerlərin siyahısı AÇIQLANDI
11:45, Bu gün
Cəfər Hüseynzadə ilə xanımı qarət olundu - 90 minlik saatları oğurlandı
11:43, Bu gün
“Məmurlarımızın İngiltərədə elə mülkləri var ki, onu satıb Qarabağda bir kənd tikmək olar”
11:42, Bu gün
Fədayə Laçın 26 il əvvəlki VİDEOsunu yaydı
11:39, Bu gün
Azərbaycanlı borc aldığı kişini mismar çıxaranla öldürdü
11:34, Bu gün
Yaşa görə neçə nəfər pensiya alır?
11:32, Bu gün
Tanınmış türkiyəli aktrisa Bakıda monotamaşa ilə çıxış edəcək
11:31, Bu gün
“Məni niyə zindana atdınız- günahım, cinayətim nə idi?.- Gücünüz zəiflərə çatır?..”
11:28, Bu gün
Saçını boyamaq istəyirdi, bu hala düşdü - FOTO
11:26, Bu gün
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
11:22, Bu gün
Mariya Stadnik: İndi başqa bir tarix yazmağın vaxtıdır
11:20, Bu gün
Bu adları olan uşaqlar qoruyucu mələklər olmadan doğulur: ONLAR BƏDBƏXT VƏ TƏNHA BÖYÜYÜR 
11:18, Bu gün
İranlı idmançıdan güləşçimizə jest: çiynində gəzdirdi - VİDEO
11:16, Bu gün
8 Noyabr prospektində son vəziyyət - VİDEO
11:12, Bu gün
Xaricdə təhsili seçənlər bu universitetlərdən uzaq dursalar yaxşıdır - EKSPERTDƏN AÇIQLAMA
11:08, Bu gün
İlon Mask robot sevgilisi ilə şam yeməyində - FOTO
11:04, Bu gün
BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır
11:00, Bu gün
Mahmud Abbas: Fələstin İsraillə danışıqlara hazırdır
10:54, Bu gün
Paris-2024-də olimpiadasında COVİD-19 böhranı və “Azərbaycan yüksəkliyi”
10:54, Bu gün
Avtomobili daşımalardan kənarlaşdırılan taksilərin SAYI
10:48, Bu gün
Qaraciyərin əsas düşməni AÇIQLANDI: Araqdan, pivədən və konyakdan 100 dəfə pis məhv edir
10:47, Bu gün
Məktəbli formaları ucuzlaşdı - VİDEO
10:40, Bu gün
Paris-2024: İndoneziya komandasının əməkdaşı qarət olunub
10:34, Bu gün
Türkiyədə yaxta zavodu yanır
10:30, Bu gün
Qarabağ Regional DOST Mərkəzinin açılışından 1 il ötür - FOTOLAR
10:26, Bu gün
Bakıda kişi qayçını dostunun sinəsinə sancdı
10:20, Bu gün
Bakının mərkəzində sərnişinin "silah şousu" vahimə yaratdı - VİDEO
10:14, Bu gün
Avqustda sevgidə şanslı olacaq BÜRCLƏR
10:13, Bu gün
Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti: "Özünüzə və yaxınlarınıza qarşı izahat və ifadədən imtina etmək hüququnuz var"
10:06, Bu gün
Ukrayna F-16-larla zərbələr endirdi - VİDEO
10:00, Bu gün
Neftçalada 4 otaqlı evdə yanğın olub
09:52, Bu gün
Türkiyədə 2024-cü ilin ilk yarısında turizmin sürətli inkişafı tələbat artımına gətirib çıxardı.
09:44, Bu gün
Bakıda külək güclənib, bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:36, Bu gün
38 yaşlı qadın həyatdan yorulub – qocalar evinə getdi
09:28, Bu gün
Maduro canlı yayımda telefonundan vatsapı silib
09:25, Bu gün
Sürücülərə XƏBƏRDARLIQ EDİLİB: Avqustun 9-dan yanacaqdoldurma məntəqələri olmayacaq
09:25, Bu gün
İsraildə İranın hücumuna necə hazırlaşırlar? - SON MƏLUMAT...
09:20, Bu gün
FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutanlara müraciət edib
09:12, Bu gün
Türkiyədə 5,2 maqnitudada zəlzələ baş verib
09:04, Bu gün
Paris-2024: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır, güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq
08:56, Bu gün
300 milyondan çox borc: Həbib ailəsinin evi və bahalı avtomobil parkına həbs qoyuldu
08:48, Bu gün
Bu yollarda tıxac var
08:40, Bu gün
Həkim-dietoloqdan faydalı məsləhət: Şokolad yemək bədən formanızı pozmur
08:32, Bu gün
Un və çörək ucuzlaşacaq?
08:24, Bu gün
Qardaşını ürəyindən bıçaqladı: Bakıdakı dəhşətli cinayətin DETALLARI 
08:16, Bu gün
Sədərək yolunda qəza: Başı telefona qarışan sürücü maşını aşırdı
08:08, Bu gün
Məşhur şirkəti cərimə gözləyir - Nəqliyyat vasitəsi idarəetmə hüququ olmayan şəxsə verilib
08:00, Bu gün
Yaşıl üzümün inanılmaz faydaları
07:45, Bu gün
Suda üzən yeniyetmənin üstündən kater keçdi
07:33, Bu gün
Türkiyədə 5,2 maqnitudada zəlzələ baş verib
07:26, Bu gün
Putin qorxur ki, onu da "HƏMAS" liderləri kimi raketlə məhv etsinlər...-EKSPERTLƏR
06:37, Bu gün
Ermənistan və Azərbaycan sərhədçiləri arasında heç bir insident baş verməyib...-RƏSMİ
01:00, Bu gün
"Rusiya faşist dövlətidir və məsuliyyəti təkcə Putin deyil, bütün rusiyalılar daşıyır" - Qordon
06 Aug 2024 | 23:03
Xatirə bu izləyicisinə 100 manat verəcək
06 Aug 2024 | 22:55
"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" açıq futbol oynayırdı
06 Aug 2024 | 22:46
Danlanın bədəni çürüyür - Estetik əməliyyatlara görə
06 Aug 2024 | 22:37
Qurban Qurbanov: Təcrübəli komandaya qarşı oyun oynadıq
06 Aug 2024 | 22:35
Paris-2024: Azərbaycan güləşçisi olimpiadanı medalsız başa vurub
06 Aug 2024 | 22:25
Günəş yanığı müalicəsi üçün ən yaxşı ev vasitələr
06 Aug 2024 | 22:16
Balıq yağı əlavələri buna səbəb ola bilər
06 Aug 2024 | 22:08
"Qarabağ" doğma meydanda "Ludoqorets"lə bacarmadı - VİDEO
06 Aug 2024 | 22:00
120 il YAŞAMAQ üçün görün nəyə əl atdı
06 Aug 2024 | 21:50
Alimlər xərçəngdən qoruyan qidaların YENİ SİYAHISINI AÇIQLADI
06 Aug 2024 | 21:42
İtkin düşən qız mağarada tapıldı – “İlan”a çevrilib
06 Aug 2024 | 21:18
Suda üzən yeniyetmənin üstündən kater keçib
06 Aug 2024 | 21:10
Türkiyə süni intellektdən istifadə ilə görün nə yaradır
06 Aug 2024 | 21:00
Sarımsaqlı çayın faydaları
06 Aug 2024 | 20:44
“Yerli əhali bu yoldan istifadə edə bilmir” – Azərbaycanın bu ərazilərinə yeni yollar çəkilməlidir – ÖDƏNİŞLİ OLACAQ?
06 Aug 2024 | 20:36
ÜST yeni ölümcül böcək aşkar edib
06 Aug 2024 | 20:28
“Vətən” musiqi qrupu Polşada ölkəmizi təmsil etdi
06 Aug 2024 | 20:20
UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ludoqorets" matçı start götürüb - YENİLƏNİB
06 Aug 2024 | 20:10
Yerə bənzər planet kəşf edildi
06 Aug 2024 | 19:58
Həm sağlamlıq, həm də gözəllik baxımından əvəzolunmazdır
06 Aug 2024 | 19:50
Ukrayna Silahlı Qüvvələri Rusiyanın iki vilayətinin sərhədlərini keçib
06 Aug 2024 | 19:40
İran müharibə üçün Rusiyadan yardım istədi
06 Aug 2024 | 19:33
Pakistan bu halda İrana silah verə bilər - KİV
06 Aug 2024 | 19:25
ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb
06 Aug 2024 | 19:16
İran-Türkiyə sərhədində izdiham yarandı
GÜNLÜK
06 Aug 2024 | 14:25
İkinci beyninizdən xəbəriniz varmı? - Bağırsaqları çürüdən 4 qida...
09:25, Bu gün
Sürücülərə XƏBƏRDARLIQ EDİLİB: Avqustun 9-dan yanacaqdoldurma məntəqələri olmayacaq
06 Aug 2024 | 13:36
Bakıda maraqlı toy - Gəlinin rəfiqələri ilə rəqsi diqqət çəkdi - VİDEO
06 Aug 2024 | 17:13
Həbsdə olan azərbaycanlı bankirin oğurladığı pullar Böyük Britaniyanın büdcəsinə getdi - FOTO
06 Aug 2024 | 15:41
Taksi sürücülərinin imtahan vaxtı AÇIQLANDI - RƏSMİ
06 Aug 2024 | 16:44
Pensiya alanların NƏZƏRİNƏ! Avqustun 9-da...
06 Aug 2024 | 21:50
Alimlər xərçəngdən qoruyan qidaların YENİ SİYAHISINI AÇIQLADI
06 Aug 2024 | 16:24
Gəlir gətirəcək SAHƏLƏR - Azərbaycanda nəyə yatırım etmək daha QAZANCLIDIR?
06 Aug 2024 | 13:42
Qazilər bu həcmdə müavinət ala biləcəklər, qocalıq müavinəti isə... – ŞAD XƏBƏR
06 Aug 2024 | 15:02
İsmayıllıda ev ilanların yuvasına çevrilib - VİDEO
HƏFTƏLİK
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
05 Aug 2024 | 10:40
40 kilo arıqlayan Mətanət İsgəndərli tanınmaz halda - FOTO
05 Aug 2024 | 22:37
Yaşlılar üçün ən yaxşı şirniyyat: sümükləri gücləndirir, qan təzyiqini aşağı salır və xolesterini normallaşdırır...
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
03 Aug 2024 | 22:09
Min bir dərdin DƏRMANI- DƏFNƏ YARPAĞI 
05 Aug 2024 | 23:00
Bu meyvənin suyu min dərdin dərmanıdır
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
04 Aug 2024 | 11:00
Zaxarovanın Parislə bağlı zarafatı Fransada OLAY OLDU 
AYLIQ
06 Aug 2024 | 14:25
İkinci beyninizdən xəbəriniz varmı? - Bağırsaqları çürüdən 4 qida...
09:25, Bu gün
Sürücülərə XƏBƏRDARLIQ EDİLİB: Avqustun 9-dan yanacaqdoldurma məntəqələri olmayacaq
06 Aug 2024 | 13:36
Bakıda maraqlı toy - Gəlinin rəfiqələri ilə rəqsi diqqət çəkdi - VİDEO
06 Aug 2024 | 17:13
Həbsdə olan azərbaycanlı bankirin oğurladığı pullar Böyük Britaniyanın büdcəsinə getdi - FOTO
06 Aug 2024 | 15:41
Taksi sürücülərinin imtahan vaxtı AÇIQLANDI - RƏSMİ
06 Aug 2024 | 16:44
Pensiya alanların NƏZƏRİNƏ! Avqustun 9-da...
06 Aug 2024 | 21:50
Alimlər xərçəngdən qoruyan qidaların YENİ SİYAHISINI AÇIQLADI
06 Aug 2024 | 16:24
Gəlir gətirəcək SAHƏLƏR - Azərbaycanda nəyə yatırım etmək daha QAZANCLIDIR?
06 Aug 2024 | 13:42
Qazilər bu həcmdə müavinət ala biləcəklər, qocalıq müavinəti isə... – ŞAD XƏBƏR
06 Aug 2024 | 15:02
İsmayıllıda ev ilanların yuvasına çevrilib - VİDEO