Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olundu
Siyasət
Oxunub: 2068
03 Jul 2024 | 18:10
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olundu
Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub.
 
Moderator.az Bəyannaməni təqdim edir:
 
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında BİRGƏ BƏYANNAMƏ
 
Azərbaycan Respublikası və Çin Xalq Respublikası (bundan sonra "Tərəflər" adlanır) yekdilliklə hesab edirlər ki, diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən etibarən iki ölkə arasında ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə səmərəli nəticələr verib.
 
Tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər.
 
1.0 Tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıqdan çıxış edirlər. Tərəflər bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər.
 
1.1 Tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər. Azərbaycan tərəfi "Vahid Çin" prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada "Tayvanın müstəqilliyi"nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir.
 
Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.
 
1.2 Tərəflər terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələb etdiyini vurğulayırlar.
 
1.3 Tərəflər milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birlərinə qətiyyətli dəstək verməyə davam edəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıq etməyə hazırdırlar.
 
1.4 Tərəflər milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazırdırlar.
 
1.5 Tərəflər Azərbaycan və Çinin siyasi və ictimai strukturları arasında mübadilə və əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına və daha da dərinləşməsinə töhfə verdiyini vurğulayırlar. Tərəflər Azərbaycanın hakim siyasi partiyası ilə Çin Kommunist Partiyası arasında mübadilə və əməkdaşlığın möhkəmlənməsini dəstəkləyirlər.
 
1.6 Tərəflər ikitərəfli əlaqələrin genişləndirilməsi və inkişafında Azərbaycan və Çin qanunverici orqanları arasında əməkdaşlığın mühüm rolunu qeyd edirlər. Tərəflər bu kontekstdə iki ölkənin qanunverici orqanları arasında müxtəlif sahələrdə və müxtəlif səviyyələrdə, o cümlədən müvafiq beynəlxalq və regional təşkilatlar çərçivəsində mübadilə və əməkdaşlığın fəallaşmasını vurğulayırlar.
 
1.7 Tərəflər iki ölkənin hökumətləri arasında kommunikasiya və fikir mübadiləsi mexanizmlərini aktivləşdirməyə, inkişaf məsələlərinə dair siyasi dialoqu gücləndirməyə ehtiyac olduğunu hesab edirlər.
 
1.8 Tərəflər hüquqi sahədə bərabərlik, qarşılıqlı fayda və hörmətə əsaslanan əməkdaşlığı gücləndirməyə və təcrübə mübadiləsini həyata keçirməyə hazır olduqlarını təsdiqləyirlər.
 
1.9 Tərəflər, tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və strateji münasibətlərinə xələl gətirən hər hansı bir hərəkətdən çəkinirlər.
 
1.10 Tərəflər qarşılıqlı razılıq əsasında müntəzəm olaraq hər iki ölkənin xarici işlər nazirlikləri vasitəsilə siyasi məsləhətləşmələr aparırlar.
 
2.0 Tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını yüksək qiymətləndirir və ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası mexanizminin rolunu artırmağa davam etməyə, o cümlədən Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyalar, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təşviqinə diqqət yetirməyə hazırdırlar.
 
2.1 Azərbaycan və Çin güclü iqtisadi tamamlayıcılıq, sənayeləşmə və investisiya sahəsində əməkdaşlığı artırmaq üçün böyük potensiala malikdirlər. Tərəflər Azərbaycan və Çin arasında sənayeləşmə və investisiya üzrə əməkdaşlıq mexanizmindən tam istifadə edəcək, baxış, planlaşdırma və siyasət sahəsində əlaqələri artıracaq, Azərbaycan və Çin şirkətlərinin fəaliyyətini dəstəkləyəcək, enerji, o cümlədən neft və qaz hasilatı və emalı, yaşıl enerji və nəqliyyat infrastrukturu, informasiya və telekommunikasiya, rəqəmsal iqtisadiyyat, əlvan metallar, tikinti materialları və s. kimi prioritet sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edəcək, bazar iqtisadiyyatı prinsipi əsasında iki ölkə arasında əməkdaşlığı reallaşdıracaq və hər iki ölkə və onların xalqları üçün faydalı nəticələr əldə edəcəklər.
 
2.2 Tərəflər ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazır olduqlarını bildirirlər. Çin Azərbaycanın Çin Beynəlxalq İdxal Ekspo, Çin idxal və ixrac malları sərgisi, Çin beynəlxalq xidmət ticarət sərgisi və digər böyük sərgilərdə fəal iştirakını alqışlayır. Azərbaycan Çinin aparıcı şirkətlərinin ADEX beynəlxalq hərbi sərgisində və Azərbaycan ərazisində keçirilən digər iri sərgi və forumlarda iştirakını alqışlayır. Çin Azərbaycanın tematik təqdimatlar keçirməsini və Çin ərazisində açılan ticarət mərkəzləri və milli pavilyonlar, eləcə də Çin elektron ticarət şəbəkələri ilə əlaqə qurmasını dəstəkləyir.
 
2.3 Tərəflər iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsini gücləndirməyə, "Bir kəmər, bir yol" çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə, Azərbaycan və Çin hökumətləri arasında beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanması prosesini sürətləndirməyə hazır olduqlarını bildirirlər.
 
2.4 Tərəflər öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək, milli qanunvericilik və ikitərəfli sazişlər çərçivəsində tranzit daşımalar üçün əlverişli şərait yaradacaqlar.
 
2.5 Tərəflər intellektual nəqliyyat sistemlərinin texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafına, habelə beynəlxalq nəqliyyat marşrutlarının fasiləsiz və tammiqyaslı fəaliyyəti üçün texniki-iqtisadi şəraitin təmin edilməsinə istiqamətlənirlər.
 
2.6 Tərəflər Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılmasını dəstəkləyirlər. Tərəflər həmçinin öz müəssisələrinin Azərbaycan və Çində qarşılıqlı investisiya qoyuluşu və biznesin inkişafında, o cümlədən onların rezident qismində Azərbaycan və Çinin azad iqtisadi zonalarının və sənaye parklarının fəaliyyətində qarşılıqlı iştirakını dəstəkləyirlər. Çin Azərbaycan və Çin arasında neft və qaz, neft-kimya, eləcə də yaşıl enerji, elektrik enerjisi, yüksək texnologiyalar və innovasiyalar, süni intellekt və kosmik sahədə sərmayə əməkdaşlığının inkişafını alqışlayır. Tərəflər iki ölkənin müəssisələri üçün əlverişli şərtlər və lazımi şərait yaratmağa, iki ölkənin əməkdaşlıq layihələrinin və müəssisələrinin heyətinin təhlükəsizliyini birgə təmin etməyə hazır olduqlarını bildirirlər.
 
2.7 Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin ("Orta Dəhliz") tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir.
 
2.8 Çin tərəfi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (UNFCCC COP29) Azərbaycanda keçirilməsini alqışlayır və Azərbaycanın Konfransda müsbət nəticələrin əldə olunmasının təşviqində sədrlik rolunu dəstəkləyir. Tərəflər iqlim dəyişikliyi ilə mübarizədə, o cümlədən "yaşıl" enerji sahəsində əməkdaşlığa, iki ölkənin müəssisələrini yeni enerji mənbələrinə əsaslanan yeni istehsal, enerjinin saxlanması, yeni enerji daşıyıcıları, elektrik enerjisinin ötürülməsi, enerjiyə qənaət və emissiyaların azaldılması və s. kimi yaşıl və aşağı karbonlu texnologiyalar sahələrində əməkdaşlığı dərinləşdirməyə təşviq etməyə, təmiz enerji sahələrində əməkdaşlıq üçün qlobal tərəfdaşlığın qurulmasını birgə təşviq etməyə hazır olduqlarını bildirirlər.
 
3.0 Tərəflər ticarət-iqtisadi sahədə hüquqi bazanın təkmilləşdirilməsini müzakirə etməyə, ticarət və investisiya prosedurlarının liberallaşdırılması və sadələşdirilməsi üçün institusional mexanizmin yaradılması imkanlarını fəal şəkildə araşdırmağa hazır olduqlarını bildirirlər. Tərəflər ÜTT-nin himayəsi altında çoxtərəfli ticarət sisteminə güclü dəstəyi təsdiqləyirlər. Çin tərəfi Azərbaycanın beynəlxalq çoxtərəfli ticarət sisteminin inkişafı və əməkdaşlığında fəal iştirakını, eləcə də Azərbaycanın ÜTT-yə daxil olma prosesi çərçivəsində həyata keçirdiyi tədbirləri dəstəkləyir.
 
3.1 Tərəflər regionlar arasında əlaqələrin genişləndirilməsini, həmçinin media və informasiya mübadiləsi sahəsində əməkdaşlığı dəstəkləyirlər.
 
3.2 Tərəflər elm və texnologiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın tərəqqisini fəal şəkildə təşviq etməyə hazır olduqlarını bildirirlər.
 
3.3 Tərəflər hesab edirlər ki, təhsil sahəsində əməkdaşlıq sabit şəkildə inkişaf edir. Tərəflər təhsil sahəsində əməkdaşlıq haqqında saziş və təhsil sənədlərinin və elmi dərəcələrin qarşılıqlı tanınması haqqında saziş çərçivəsində kadr və dil mübadiləsini, eləcə də universitetlər arasında qarşılıqlı əlaqəni həyata keçirirlər. Tərəflər ali təhsil müəssisələrinin birgə alyansının yaradılması məsələsini müzakirə edəcəklər.
 
3.4 Tərəflər dil mübadiləsi sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir, təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisini təşviq edəcək və müəllimlər arasında mübadilələri və mütəxəssislərin hazırlanması təcrübəsini inkişaf etdirəcək, həmçinin Konfutsi İnstitutlarının inkişafına dəstək verəcəklər.
 
3.5 Tərəflər mədəniyyət sahəsində əməkdaşlığın səviyyəsinin artırılması, qarşılıqlı əsasda Azərbaycan və Çinin mədəniyyət günlərinin keçirilməsi barədə razılığa gəlib və qarşılıqlı olaraq mədəniyyət mərkəzlərinin təsis edilməsi ilə bağlı məsləhətləşmələr aparmağa hazır olduqlarını bildirirlər.
 
3.6 Tərəflər turizm sahəsində əməkdaşlığı gücləndirməyə və turizmin ümumi inkişafına töhfə verməyə hazır olduqlarını bildirirlər. Çin Azərbaycanın illik Çin beynəlxalq turizm yarmarkasında və digər turizm sərgilərində iştirakını, habelə Azərbaycan tərəfinin turizmin inkişafı, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin tətbiq edilməsi barədə qərarını alqışlayır. Tərəflər bundan sonra da vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılmasına töhfə verəcəklər.
 
3.7 Tərəflər səhiyyə, idman və gənclər sahələrində əməkdaşlığı dərinləşdirməyə, kino, media və beyin mərkəzləri sahələrində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildirirlər.
 
3.8 Tərəflər dayanıqlı inkişaf naminə əməkdaşlığı gücləndirməyə hazırdırlar.
 
3.9 Tərəflər yüksək keyfiyyətli və tam məşğulluğun təmin edilməsi, sosial təminat sisteminin təkmilləşdirilməsi və əhalinin rifahının yüksəldilməsi üçün ixtisaslı kadrların hazırlanması məqsədilə mübadiləni gücləndirməyə hazır olduqlarını bildirirlər.
 
4.0 Tərəflər aktual beynəlxalq problemlər üzrə qarşılıqlı fəaliyyət göstərir, o cümlədən ikitərəfli səviyyədə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq təşkilatlar və forumlar çərçivəsində konstruktiv əməkdaşlığı dərinləşdirirlər.
 
4.1 Tərəflər Birləşmiş Millətlər Təşkilatının himayəsi altında beynəlxalq sistemi birgə dəstəkləyəcək, beynəlxalq hüquqa əsaslanan beynəlxalq qaydaya, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət edəcəklər. Azərbaycan və Çin hegemonluğa və güc siyasətinə qarşıdır. Tərəflər real çoxtərəfliliyə sadiqdir, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq məsələlərdə konstruktiv rolunu dəstəkləyir, həmçinin BMT çərçivəsində əməkdaşlığı gücləndirməyə davam etməyə hazırdır. Tərəflər bəşəriyyətin ümumi dəyərlərinin – sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin tərəfdarıdırlar, eyni zamanda bəşəriyyətin vahid taleli cəmiyyətinin və yeni beynəlxalq münasibətlər sisteminin yaradılmasını dəstəkləyirlər.
 
4.2 Azərbaycan və Çin inkişaf etməkdə olan ölkələr kimi əməkdaşlığı gücləndirməyə və inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını birgə müdafiə etməyə hazırdırlar.
 
4.3 Tərəflər hesab edirlər ki, xalqın xoşbəxt həyatı insanın ən böyük hüququdur, insan hüquqlarının təşviqi işi xalq yönümlü olmalıdır. Tərəflər insan hüquqlarının qorunmasının bütün ölkələrin suverenliyinə hörmət kimi sarsılmaz prinsiplərə əsaslanmalı olması mövqeyindən çıxış edir və insan hüquqları ilə bağlı məsələlərin siyasiləşdirilməsinə və ikili standartların tətbiq edilməsinə qarşı çıxırlar. Tərəflər insan hüquqlarının müdafiəsi bəhanəsi altında hər hansı dövlətin daxili işlərinə müdaxiləyə qarşı çıxır, təhlükəsizliyin təmin edilməsi, inkişaf yolu ilə insan hüquqlarının irəlilədilməsi, əməkdaşlıq və dialoq yolu ilə insan hüquqlarının təbliğini dəstəkləyirlər, insan hüquqları sahəsində qlobal mexanizmlərin daha bərabərhüquqlu, ədalətli, səmərəli və tolerant məcrada inkişafına birgə yardım edəcəklər.
 
4.4 Azərbaycan Çinin təklif etdiyi qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiya təşəbbüslərini dəstəkləyir və 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinin icrasını sürətləndirmək və beynəlxalq və regional təhlükəsizlik və sabitliyi birgə qorumaq üçün bu təşəbbüslər çərçivəsində əməkdaşlıqda fəal iştirak etməyə hazır olduğunu bildirir. Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi Azərbaycanın "Bakı prosesi" təşəbbüsünü və onun çərçivəsində toplanan Ümumdünya Forumları ilə bağlı səylərini dəstəkləyir.
 
4.5 Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.
 
Oxşar xəbərlər
04 Oct 2024 | 23:16
“Az qalmışdı ki...” - Mətanət İsgəndərli həqiqətənmi qayıqdan yıxılıb? - hadisənin TƏƏSÜRATLARI..
04 Oct 2024 | 23:12
"Ümid edirəm ki, sağ-salamat qayıdacağıq" - Pezeşkian
04 Oct 2024 | 23:05
Stoltenberq: Avropanın hərbi potensialı Rusiyanınkından aşağıdır
04 Oct 2024 | 22:59
“"İlin müəllimi" müsabiqəsinin keçirilməsi müəllimlər üçün motivasiya mənbəyi yaradar”- Təhsil ekspertindən təklif-ÖZƏL
04 Oct 2024 | 22:57
Qan xərçəngi ilə əlaqəli əsas gen tapıldı
04 Oct 2024 | 22:50
Türkiyədə zəhəri ilə insanı öldürə bilən hörümçək: Balalarını kürəyində daşıyarkən görüntüləndi - FOTO
04 Oct 2024 | 22:43
Bu məhsul 50 yaşdan sonra daha az yeyilməlidir
04 Oct 2024 | 22:35
Yarışdan uzaqlaşdırıldı: zorlamada ittiham olunur?
04 Oct 2024 | 22:23
Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?
04 Oct 2024 | 22:18
"Şimali Koreyanın köhnə və etibarsız mərmiləri sayəsində Rusiya döyüşdə üstünlüyünü saxlayır" - "Foreign Policy"
04 Oct 2024 | 22:10
COVID-19 Aydakı temperatura da təsir edibmiş: Alimlərdən heyrətamiz açıqlama
04 Oct 2024 | 22:00
Evdə təmir aparan usta hündürlükdən yıxıldı və...
04 Oct 2024 | 21:53
Azərbaycanda müəllim intihar etdi - FOTO
04 Oct 2024 | 21:48
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
04 Oct 2024 | 21:40
Soyuq havalarda avtomobilinizin problemsiz işləməsi üçün 5 vacib addım
04 Oct 2024 | 21:36
Rusiya eyni anda Qərbdəki onlarla beyin mərkəzinə hücum etdi
04 Oct 2024 | 21:26
"Ukraynanın şərqində Rusiyanın hücumu nə zaman başa çatacaq?" - ISW
04 Oct 2024 | 21:15
Kişi arvadını öldürdü - Səbəb dəhşətə gətirir
04 Oct 2024 | 21:08
Keçmiş baş nazirin hamamından dinləmə cihazı çıxdı
04 Oct 2024 | 21:00
“İsrailin neftayırma zavodlarını vuracağıq”
04 Oct 2024 | 20:53
Teleqramda problemlər nədən qaynaqlanır?
04 Oct 2024 | 20:45
Ağacları kəsməyə görə cəzalar sərtləşdirilir - 7 ilədək həbs
04 Oct 2024 | 20:37
Məsciddə turist kişilər qadın ətəkləri geyindilər - VİDEO
04 Oct 2024 | 20:32
Şəkidə bu tarixi abidələrə kameralar quraşdırılacaq
04 Oct 2024 | 20:28
İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri
04 Oct 2024 | 20:20
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
04 Oct 2024 | 20:15
Kiyevdə gərginlik: Onu da qovur
04 Oct 2024 | 20:08
Ən uzunömürlü bürclər - Kimi hansı xəstəlik gözləyir?
04 Oct 2024 | 20:00
Bu meyvə görmə qabiliyyətini yaxşılaşdırır
04 Oct 2024 | 19:55
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
04 Oct 2024 | 19:48
"Apple" qatlanan "iPhone"un buraxılışını təxirə salır - Problemlər var
04 Oct 2024 | 19:43
Heyvanlarla rəhmsiz rəftar edənləri 2 min manat cərimə gözləyir
04 Oct 2024 | 19:38
Açıq deyirəm: İsrailin hiyləgər planının hədəfi... - Ərdoğan
04 Oct 2024 | 19:30
Babəkdə evdən 9 min manat oğurlandı
04 Oct 2024 | 19:25
Bakıda yeni bulvar salınır - VİDEO
04 Oct 2024 | 19:18
"Hizbullah"ı ermənilərlə nə birləşdirir?
04 Oct 2024 | 19:03
Vaqif Mustafayevin qolu sınıb - FOTO
04 Oct 2024 | 18:58
Azərbaycan-Gürcüstan sərhədində 350 avtomobil gözləyir
04 Oct 2024 | 18:43
Bunu edənlər 500 manat cərimələnəcək
04 Oct 2024 | 18:35
Bu şəxslər 4000 manat cərimələnəcək
04 Oct 2024 | 18:30
Cərimələr artırılır – 300 manatdan 7000 manatadək
04 Oct 2024 | 18:25
Timsah tamaşa zamanı məşqçiyə HÜCUM etdi - VİDEO
04 Oct 2024 | 18:24
“ABŞ və ədalət? – Bu ki, cəfəngiyyatdır”
04 Oct 2024 | 18:20
Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər
04 Oct 2024 | 18:15
Siqaret çəkənlərin NƏZƏRİNƏ - Cərimələr KƏSKİN ARTIRILIR
04 Oct 2024 | 18:12
Körpələrin inkişafı üçün ən yaxşı qida
04 Oct 2024 | 18:10
Sentyabrda temperatur iqlim normasından yüksək olub
04 Oct 2024 | 18:04
Cəbrayılda ilk "Şəhər günü" keçirildi - FOTOLAR
04 Oct 2024 | 17:59
Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO
04 Oct 2024 | 17:54
“İstisu” bu ölkəyə ixrac olunacaq - FOTO
04 Oct 2024 | 17:48
Zəfərə gedən yol...
04 Oct 2024 | 17:43
Vidadi İsayev Bərdənin Mollagüllər kəndində səyyar qəbul-görüş keçiridi - FOTOLAR
04 Oct 2024 | 17:38
Joze Mourinyo "Fənərbağça"dan ayrılır?
04 Oct 2024 | 17:34
Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş VƏHŞİLİK
04 Oct 2024 | 17:29
İnzibati Xətalar Məcəlləsinə yeni sanksiyalar əlavə ediləcək - FOTO
04 Oct 2024 | 17:24
"Bu yaşda 3 uşaq anası ölməz" - Dünyasını dəyişən bacısından yazdı
04 Oct 2024 | 17:19
"Bu gedişlə 2030-cu ildən sonra qəribə bir düzən peyda olacaq...”-Sabiq səfir
04 Oct 2024 | 17:13
“4 Xalq artistini bir çağırır, bayağı oxuyana isə xüsusi buraxılış həsr edirlər”
04 Oct 2024 | 17:07
"İt hürər, karvan keçər..."
04 Oct 2024 | 17:01
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
04 Oct 2024 | 16:56
Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş
04 Oct 2024 | 16:50
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət veriləcək
04 Oct 2024 | 16:44
2024-cü ilin Nobel Sülh Mükafatına kimlər təqdim edilib?
04 Oct 2024 | 16:38
Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR - FOTOLAR
04 Oct 2024 | 16:33
Cəbrayılda 29 şəxsin məşğulluğu təmin olunub
04 Oct 2024 | 16:28
Ağadadaş Ağayev Azərbaycanı tərk edib? - VİDEO
04 Oct 2024 | 16:22
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
04 Oct 2024 | 16:16
Məktəblərdə yığılan pullar kimin cibinə axır?
04 Oct 2024 | 16:10
Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi Bakı Təşəbbüs Qrupuna təşəkkür edib - BƏYANAT
04 Oct 2024 | 16:04
Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi
04 Oct 2024 | 15:58
Şahin Bayramov: "Xankəndiyə ən böyük köç Qarabağ Universiteti tələbələrinin simasında reallaşıb" - FOTO
04 Oct 2024 | 15:52
Azərbaycanlı aktrisa "Mükəmməl bəy" axtarır
04 Oct 2024 | 15:46
Kəlbəcərdən Cəbrayıladək döyüşən Vətən Müharibəsi Qəhrəmanı
04 Oct 2024 | 15:40
Repertuarı köhnələn İrəvan - sülh, KTMT şoularına baxan azalır - TƏHLİL + FOTO
04 Oct 2024 | 15:34
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı
04 Oct 2024 | 15:28
Bakı İqlim Fəaliyyəti Həftəsi çəçivəsində regional əməkdaşlığın rolundan danışılıb
04 Oct 2024 | 15:22
Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalandı – FOTO
04 Oct 2024 | 15:16
Balaəlinin muğam oxumasına xalq artistindən sərt reaksiya - VİDEO
04 Oct 2024 | 15:10
Regional sülhə qarşı Qalstanyan PLANI – Üsyan, terror, hakimiyyət çevrilişi
04 Oct 2024 | 15:04
ABŞ-ın sabiq prezidenti Cimmi Karterin 100 yaşı tamam oldu
04 Oct 2024 | 14:58
Prezident: "Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür"
04 Oct 2024 | 14:54
Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər - YENİLƏNİB
04 Oct 2024 | 14:48
Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər
04 Oct 2024 | 14:44
Xəbər qeybə çəkilmiş dənizdən gəldi - Yerin tarixi yenidən yazılacaq
04 Oct 2024 | 14:39
Davranış qaydalarını pozan müəllim işdən çıxarıldı, direktora töhmət verildi
04 Oct 2024 | 14:34
“Qarabağ”ın qapısına 2 qol vuran futbolçu: “Fantastik qələbə qazandıq”
04 Oct 2024 | 14:29
Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO/VİDEO
04 Oct 2024 | 14:24
Azərbaycanlı sənətçi itkin düşdü
04 Oct 2024 | 14:18
Əhaliyə at əti satanlar tutuldu - FOTO
04 Oct 2024 | 14:12
Sentyabrda qlobal ərzaq qiymətləri kəskin artıb
04 Oct 2024 | 14:06
Radiatorların təmizlənməsinin üç üsulu açıqlandı: Ekspertdən vacib tövsiyə - FOTO
04 Oct 2024 | 14:00
Bu tarixdə geomaqnit qasırğası baş verəcək
04 Oct 2024 | 13:54
Azərbaycan Prezidenti: "Ermənistan təhlükəli oyunlara qoşulub"
04 Oct 2024 | 13:48
"Sülh müqaviləsi Ermənistanı xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur" – Günay Ağamalı
04 Oct 2024 | 13:43
Cəbrayıl yeni dirçəliş yollarında
04 Oct 2024 | 13:38
"Nədən İsrailə hava hücumlarını dəf etməkdə kömək göstərilir, amma Ukraynaya göstərilmir?" - Pentaqon
04 Oct 2024 | 13:33
İlham Əliyev Amerikanın anti-Azərbaycan addımlarından DANIŞDI
04 Oct 2024 | 13:28
"Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır" - Dövlət başçısı
04 Oct 2024 | 13:24
"Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər"
04 Oct 2024 | 13:19
İlham Əliyev: "Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi"
GÜNLÜK
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
04 Oct 2024 | 09:19
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir: 30 ay...
04 Oct 2024 | 12:39
Məleykə Əsədova tanınmaz dərəcədə dəyişildi: Xalq artistinə nə olub? - FOTOLAR
04 Oct 2024 | 10:42
“Bzejinski deyib ki, ABŞ İrana qarşı savaşa girsə, III Dünya müharibəsi başlaya bilər...” 
04 Oct 2024 | 07:23
İşğalçı orduda muzdla Ukraynaya qarşı döyüşən 14 uşaqlı yəhudi öldürüldü...-FOTO
04 Oct 2024 | 10:34
Yaşlı icra başçıları yola salınır: Yeni model belə olacaq
04 Oct 2024 | 10:26
Pensiyalar bu yolla artacaq: Özəl fondlar üçün yeni meyarlar açıqlandı
04 Oct 2024 | 08:02
"İsrail İran üçün tələ hazırlayıb..." 
04 Oct 2024 | 11:56
32 il Moskvanın göstərişi ilə Azərbaycanda ən yüksək vəzifələrdə qəddarlıq etdi və sonunda...
04 Oct 2024 | 11:09
Serial sektorunda yeni mərhələ: “Əlvida xoşbəxtlik” və “Vətəndaş A” 
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
AYLIQ
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
04 Oct 2024 | 09:19
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir: 30 ay...
04 Oct 2024 | 12:39
Məleykə Əsədova tanınmaz dərəcədə dəyişildi: Xalq artistinə nə olub? - FOTOLAR
04 Oct 2024 | 10:42
“Bzejinski deyib ki, ABŞ İrana qarşı savaşa girsə, III Dünya müharibəsi başlaya bilər...” 
04 Oct 2024 | 07:23
İşğalçı orduda muzdla Ukraynaya qarşı döyüşən 14 uşaqlı yəhudi öldürüldü...-FOTO
04 Oct 2024 | 10:34
Yaşlı icra başçıları yola salınır: Yeni model belə olacaq
04 Oct 2024 | 10:26
Pensiyalar bu yolla artacaq: Özəl fondlar üçün yeni meyarlar açıqlandı
04 Oct 2024 | 08:02
"İsrail İran üçün tələ hazırlayıb..." 
04 Oct 2024 | 11:56
32 il Moskvanın göstərişi ilə Azərbaycanda ən yüksək vəzifələrdə qəddarlıq etdi və sonunda...
04 Oct 2024 | 11:09
Serial sektorunda yeni mərhələ: “Əlvida xoşbəxtlik” və “Vətəndaş A”