Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: SƏBƏBLƏR VƏ DETALLAR - TƏHLİL
Analitika
Oxunub: 2478
23 Jun 2024 | 15:07
Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: SƏBƏBLƏR VƏ DETALLAR - TƏHLİL

Ermənistanla Azərbaycanı müharibəyə sürükləyirlər

Azərbaycan Müdafiə Nazirliyinə bağlı olan “caliber.az” saytı yazır ki, üçüncü Qarabağ müharibəsi qaçılmaz görünür.

Sayt bildirir ki, Ermənistan sürətlə silahlanır, Fransa və Hindistandan müasir silahlar almaqla öz cəbbəxanasını gücləndirir. Nikol Paşinyan Ermənistandakı Rusiya hərbi bazalarını Fransa hərbi kontingenti ilə əvəz etməyə çalışır.

Son günlərdə iqtidara xüsusi yaxınlığı ilə seçilən əsas media orqanlarında ABŞ-ın da Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına qarşı olduğu fikri tirajlanır. Ümumiyyətlə, nədən ABŞ və Fransa Azərbaycana qarşı çıxır?

SULHAM.jpg (98 KB)

Söhbətin mahiyyəti Zəngəzur dəhlizinə bağlıdır. Qərb bu dəhlizə özü nəzarət etmək istəyir. Rusiya isə bu haqqı Qərbə vermək fikrində deyil. Qərb üçün Zəngəzur dəhlizinə nəzarət etmək artıq Cənubi Qafqazı öz pəncəsi altına salmaq anlamına gəlir. Rusiya, İran və Türkiyə isə kənar oyunçuları Cənubi Qafqaza buraxmaq istəmir.

Ermənistan isə ABŞ və Fransadan bərk yapışıb. Niyə? Çünki Azərbaycanla danışıqlarda məğlub Ermənistan son dərəcə zəif mövqedən çıxış etməyə məhkumdur. Ona görə də rəsmi İrəvan Vaşinqton-Paris-Brüssel üçbucağı üzərindən Bakı ilə danışıqlarda öz mövqeyini gücləndirməyə çalışır.

Bu arada Nikol Paşinyanın maraqlı bir etirafı oldu. O dedi ki, bizi qonşularımızla müharibəyə sürükləyirlər, buna getmək olmaz.

NİKOL EN SON.jpg (73 KB)

Hətta Kəlbəcər istiqamətində atəşkəsin Rusiya hərbçiləri tərəfindən məqsədli şəkildə törədildiyi də iddia olunur. Bütün bunlar onu göstərir ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlər arzu olunan istiqamətdə inkişaf etmir. Dünyanın fərqli güc mərkəzləri öz ambisiyaları naminə aranı qızışdırmaqla məşğuldurlar.

“Caliber.az” saytı xatırladır ki, İlham Əliyev çıxışlarından birində deyib ki, Azərbaycan Ermənistanın silah idxalını yaxından izləyir. Ölkəmiz üçün hər hansı təhlükə hiss etsək dərhal hərəkətə keçəciyik. Təhlükə Ermənistanın dərinliklərində olsa belə onu aradan qaldıracağıq.

Bugünlərdə Bolqarıstanın hərbi saytı olan "en.globes.co.il" belə bir xəbər yaymışdı ki, son aylarda İsrail ilə Azərbaycan arasında silah idxalı ilə bağlı bir neçə müqavilə imzalanıb. Həmin müqavilələrdən birinin dəyəri 1.2 milyard dollardır. Bu xəbər də onu deməyə əsas verir ki, Azərbaycan hərbi potensialını gücəndirmək üçün böyük işlər görür. Şübhəsiz ki, Ermənistanda baş qaldırmaqda olan revanşist meyllər rəsmi Bakını müvafiq addımlar atmağa məcbur edir.

Dünya ölkələrinin hərbi gücünü analiz edən məşhur "globalfirepower" beyin mərkəzinin siyahısına əsasən 2024-cü ildə Azərbaycan ordusu 59-cu, Ermənistan ordusu isə 102-ci yerdə qərar tutub. Yəni ortada son dərəcə böyük bir fərq var. Fransa və Hindistan bu fərqi aradan qaldıra bilərmi? Çətin məsələdir.

ARSENA.jpg (109 KB)

Bir önəmli məqama da diqqət edək: "Globalfirepower"in həmin siyahısına əsasən Türkiyə 1 il ərzində 3 addım irəli gedərək 8-ci yerə yüksəlib. Fransa 11-ci, balaca İsrail isə 17-ci yerdədir. Nədən bu qədər balaca ölkə bu qədər öndə gedir? Çünki İsrail ultra-müasir silahlar istehsalında ciddi uğurlar əldə edib. Azərbaycan həm Türkiyədən, həm də İsraildən istədiyi qədər silah ala bilər. Başqa sözlə desək, Ermənistanın Azərbaycanla silah arsenalını zəngiləşdirmək üçün yarışa çıxması perspektivli görünmür...

Nikol Paşinyan deyir ki, Ermənistanın döyüşə hazır ordusu olmalıdır. Ona görə də yeni-yeni silahlar alırıq. Ancaq bizim aldığımız silahın dəyəri Azərbaycanın idxal etdiyi silahın dəyərinin heç 15-20 faizi qədər deyil.

Boris Yeltsin dönəmində Rusiya Ermənistana 1 milyard dollar dəyərində silah bağışlamışdı. O zamanlar üçün pulsuz-parasız olan Azərbaycana isə nə silah satan vardı, nə də silahı almaq üçün borc verən. O dövrdəki Azərbaycanın durumunu təsəvvür etmək üçün deyim ki, 1993-1996-cı illərdə Pakistanın Baş naziri olan Bənazir Bhutto Azərbaycana 1 milyon dollar həcmində yardım etmişdi. O zaman həmin o 1 milyon ciddi dəstək kimi dəyərləndirilmişdi. Çünki Azərbaycana kömək edən çox ölkə yox idi. Ancaq indi Ermənistanın hansısa ölkədən pulsuz silah ala biləcəyi real görünmür. Azərbaycandan fərqli olaraq Ermənistanın silah idxalına böyük həcmdə pul xərcləməsi isə mümkünsüz görünür.

Qərb analitikləri bildirir ki, Azərbaycan 44 günlük müharibəni əsasən dronların hesabına qazandı.

BAYRAK.png (229 KB)

Yeni texnologiyadan istifadə etməklə Azərbaycan dünya hərb tarixində inqilabi dəyişikliyə imza atdı. Analitiklər onu da vurğulayır ki, Azərbaycan əvvəlki qaydada, tutaq ki, I Qarabağ Müharibəsi zamanında olduğu kimi hərbi əməliyyatlar aparsaydı bu müharibəni uduza da bilərdi. Yəni yeni texnologiyalar, xüsusən dronlar müharibənin taleyini həll etdi. Dronlar məsələsində isə indi də Azərbaycan Ermənistandan çox-çox üstün mövqedədir. Hələ orası da var ki, qardaş Türkiyədə dron istehsalı sürətlə artır. Eyni zamanda istehsal olunan dronların keyfiyyəti də daha mükəmməl olur. Sadəcə bir faktı deyim: Türkiyənin "Baykar Makina" şirkəti 2021-ci ildə 664 milyon, 2022-ci ildə 1.2 milyard, 2023-cü ildə isə 1.8 milyard dollarlıq pilotsuz uçuş aparatları (PUA) satıb...

Türkiyənin "milliyet.com.tr" saytının xəbərində bildirilir ki, "Baykar Makina" Türkiyənin müdafiə və havaçılıq sektorundakı ixrcatın üçdə birini həyata keçirib. Digər şirkətlər isə 3.6 milyard dollarlıq mal satıb. Toplam 5.4 milyard dollarlıq ixracatdan söhbət gedir. Bu il Baykar Makina şirkəti Türkiyənin ən çox mal ixrac edən 10 şirkətindən biri olub.

MAKİNA.jpg (95 KB)

Bütün bu faktorlar onu deməyə əsas verir ki, Azərbaycanın müxtəlif təyinatlı dronların idxalı ilə bağlı elə bir problemi yoxdur. Mən hələ İsraildən alınan dronlardan danışmıram. Azərbaycan isə məhz dornların hesabına hava məkanında dominantlıq edir. Gördüyünüz kimi, indi də elə bir şey dəyişməyib.

Azərbaycanın hərbi baxımdan güclü olduğunu Qərb analitikləri də etiraf edirlər. Məsələn, Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal bu yaxınlarda yazmışdı ki, Azərbaycan Zəngəzur dəhlizinə nəzarəti güc yolu ilə bir neçə saat ərzində ələ keçirə biləcək hərbi potensiala malikdir. Əslində Azərbaycan Ermənistandan Zəngəzuru və ya Qərbi Azərbaycanı geri ala bilsə, erməni məsələsi Azərbaycan və Türkiyənin gündəmindən bir dəfəlik çıxa bilər. Ermənistan Azərbaycan üçün ona görə maraqlıdır ki, Zəngəzur dəhlizi oradan keçir. Yəni Azərbaycanla Türkiyə arasında quru yol olsa, Ermənistan bizim üçün önəmini kəskin şəkildə itirə bilər. Problem ondadır ki, dünyanın böyük gücləri Zəngəzur dəhlizinə nəzarət məsələsində güzəştə getmək fikrində deyillər. “Kim-kimi” sualı bütün kəskinliyi ilə ortadadır. Məhz elə bu səbəbdən də Azərbaycan bir neçə saata həll edə biləcəyi Zəngəzur məsələsini həyat keçirməkdən çəkinir.

DEHLİZ EN SON.jpg (183 KB)

Çünki bu, Azərbaycanı böyük güclərlə üz-üzə qoya bilər. Bu, həm də beynəlxalq siyasi arenada gedən proseslərdən asılıdır. Məsələn, Donald Tramp ABŞ-da yenidən prezident seçilsə, bu, son dərəcə real məsələdir, Azərbaycan və Türkiyə Zəngəzur məsələsində qəti addımlar ata bilər. Bəllidir ki, Co Baydendən fərqli olaraq Donald Tramp ermənilərə elə bir simpatiya bəsləməyib. Əksinə, nümayişkəranə şəkildə ermənilərə arxa çevirib, Azərbaycana isə dəstək verib. Məsələn, Tramp dönəmində Amerika hərbi məqsədlər üçün Azərbaycana həcmi 100 milyon dollarla ölçülən maliyyə yardımı edib...

Düşünürəm ki, Azərbaycan Ermənistanla hərbi qarşıdurmadan yayınmağa çalışmalıdır. Düzdür, bu iki ölkəni müharibəyə təhrik edən dövlətlər son dərəcə güclüdür. Ancaq o da faktdır ki, nə Azərbaycan, nə də erməni xalqı müharibə istəmir. Bəli, Ermənistanda revanşist qüvvələr var. Ancaq erməni xalqı onlara dəstək vermir. Versə idi Nikol Paşinyan çoxdan iqtidadan getmişdi. Nikol Paşinyan da yaxşı bilir ki, erməni xalqı Azərbaycanla sülh və əmin-amanlıq içində yaşamaq istədiyinə görə o, öz iqtidarını qoruyub saxlaya bilir.

Elbəyi HƏSƏNLİ, Sürix

Oxşar xəbərlər
21:08, Bu gün
Nəvəsini efirə gətirib aparıcı olmasını istədi
21:00, Bu gün
Bu gedişlə İsrail Xameneini də aradan götürə bilərmi? -
20:49, Bu gün
Fransadan Ermənistana HÖRMƏTSİZLİK 
20:45, Bu gün
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
20:37, Bu gün
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
20:32, Bu gün
“Mən danışsam, siz biabır olub, susacaqsınız” - FOTOLAR
20:29, Bu gün
İran prezidenti: ABŞ Nəsrullahın qətlinin əmri ABŞ-dan verilib
20:24, Bu gün
Kök pəhrizi ilə arıqlayın
20:16, Bu gün
Ərdoğan İsrailin Livana hücumunu pisləyib
20:08, Bu gün
50 mindən çox Livan sakini bu ölkəyə qaçdı
20:00, Bu gün
“Azərbaycan Atabəyləri” filmindən ilk görüntülər - VİDEO
19:52, Bu gün
Onun bu fikirləri əsassızdır - Rəsmi Bakı
19:48, Bu gün
Arzu Niftalıyeva vəfat etdi
19:30, Bu gün
Bakıda piyada səkisi parklanma üçün zəbt edildi
19:26, Bu gün
Nəsrullahın meyitini bu əşyasına görə tanıdılar - FOTO
19:18, Bu gün
İşə müraciət etmək üçün ən yaxşı gün hansıdır?
19:10, Bu gün
Şərabın ən ucuz olduğu ölkələr
19:03, Bu gün
Qocalmanı sürətləndirən 5 amil
18:55, Bu gün
Həsən Nəsrullahı o əvəz edəcək?
18:50, Bu gün
Premyer Liqa: "Zirə" "Kəpəz"i məğlub edib
18:43, Bu gün
İraqda Nəsrullaha görə 3 günlük mətam elan edildi
18:37, Bu gün
ABŞ qoşunlarını İraqdan çıxarır
18:32, Bu gün
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
18:28, Bu gün
Hindistanda dəhşət: Uşaq cadu ritualının qurbanı oldu - FOTO
18:20, Bu gün
Pezeşkian: “Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib
18:19, Bu gün
Anavətənçilər Zəfər Parkını ziyarət etdi
18:16, Bu gün
Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib
18:14, Bu gün
"Google" keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
18:06, Bu gün
“Gənc fotoovçu yaşıl kənddə” adlı layihənin icrasına başlanılıb
18:05, Bu gün
Xərçəng riskini artıran məşhur qidaların adları çəkildi
18:04, Bu gün
DİN bu dələduzluq pramidasını ifşa etdi - VİDEO
17:57, Bu gün
COP29 sədrliyi ABŞ-da iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib - FOTO
17:52, Bu gün
Elarizin nəvəsi ilə “dueti” — VİDEO
17:47, Bu gün
“Həsən Nəsrullahın qətlindən sonra İran İsrailə ənənəvi yanaşmasından geri çəkilə bilər...”  
17:43, Bu gün
İcmadan Peter Stanoya ŞİLLƏ KİMİ CAVAB
17:37, Bu gün
İsrail və Azərbaycan müdafiə əlaqələrinin inkişafında yeni addım atıb
17:31, Bu gün
Aerobika gimnastikası üzrə millimiz dünya çempionatının finalına yüksəlib
17:25, Bu gün
"Yaxın Şərqdə sülhə aparan yeganə yol İsrail və Fələstin dövlətlərinin yan-yana yaşamasıdır"
17:19, Bu gün
Suqovuşanın azadlığı uğrunda qəhrəmanlıq göstərən Vətən Müharibəsi Qəhrəmanı
17:12, Bu gün
Nazirlikdə Paralimpiya mükafatçıları ilə görüş keçirilib - FOTO
17:06, Bu gün
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanıldı - FOTO
17:00, Bu gün
COP sədrlikləri “Rio Üçlüyü” təşəbbüsünə start verir
16:54, Bu gün
FHN Biləcəridəki yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB + FOTO/VİDEO
16:48, Bu gün
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
16:42, Bu gün
"Çin Rusiyaya Ukrayna savaşı üçün dronlar tədarük edir" - "The Times"
16:36, Bu gün
Mahir Emreli komanda yoldaşı ilə dalaşdı
16:30, Bu gün
Smartfon işlədənlər OXUSUN: Məlumatlarınız və pullarınız belə oğurlanır
16:24, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda avtobus zolağı ləğv edilib - FOTO
16:18, Bu gün
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişdi
16:06, Bu gün
Bu dövlət orqanları torpağın kateqoriyasının dəyişdirilməsinə rəy verəcək
16:03, Bu gün
“Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca Zəngəzur dəhlizi açıla bilməz...”
16:00, Bu gün
Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqləndi
15:55, Bu gün
"Hizbullah" Nəsrullahın öldürüldüyünü TƏSDİQLƏDİ
15:49, Bu gün
Kərim Vəliyev Azərbaycan Ordusunda aparılan islahatlardan danışdı
15:43, Bu gün
Bu məşhurlar da repçinin əxlaqsız məclisində yer alıbmış - FOTO
15:37, Bu gün
"Yaxın Şərq böyük müharibə həddindədir" - Lavrov
15:31, Bu gün
Mourinyonun əvəzlədiyi türkiyəli baş məşqçi "Qarabağ"ı çalışdırmaq istəyir
15:25, Bu gün
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
15:18, Bu gün
Kamilənin toyu BU TARİXDƏ olacaq
15:12, Bu gün
Astroloqlardan XƏBƏRDARLIQ: Nadir hallarda sevgidə xoşbəxt olan BÜRCLƏR
15:06, Bu gün
Yemək yeyəndə niyə su içmək olmaz?
15:00, Bu gün
Qocalmanı sürətləndirən 5 amil
14:54, Bu gün
Şəhid Vüsal Omarovun xanımından ürəkağrıdan sözlər: "Həm yoldaşımı, həm də atamı itirdim" - VİDEO
14:48, Bu gün
"Qisas çox ağır olacaq və bütün İsraili lərzəyə gətirəcək" - "Hizbullah" 
14:42, Bu gün
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM
14:36, Bu gün
Xüsusi təyinatlılar təlimdə - Gecə şəraitində şərti düşmən obyektinə qəfil basqın - VİDEO
14:30, Bu gün
13 yaşlı qızı qaçıran 20 yaşlı oğlan ölkədən QAÇDI - VİDEO
14:24, Bu gün
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
14:18, Bu gün
"Aldığı üzüyü taxmaq qismət olmadı" - 21 yaşlı şəhid Tərlan Quliyevin yarım qalan xəyalları
14:11, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
14:05, Bu gün
Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi müzakirə edilib
13:58, Bu gün
Prezident fərman imzaladı
13:52, Bu gün
"ABŞ Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə versə, Rusiya "ölümcül" zərbələr endirə bilər"
13:46, Bu gün
İlham Əliyev Si Cinpini təbrik etdi
13:41, Bu gün
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
13:35, Bu gün
Bu ərazilərdə havada toz müşahidə olunur
13:29, Bu gün
Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı - VİDEO
13:23, Bu gün
Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər - ŞƏRH + FOTO
13:17, Bu gün
Bədii gimnastlarımız Balkan Kubokunda fəxri kürsüyə yüksəliblər
13:11, Bu gün
Nyu-Yorkda COP29-un BICFIT təşəbbüsünə dair müzakirələr baş tutub
13:05, Bu gün
"Onun yoxluğu ilə barışmaq istəmirik" - Qənirə Paşayeva məzarı başında anıldı - FOTOLAR  
12:58, Bu gün
İsrail ordusu təsdiqlədi - Həsən Nəsrullah...
12:52, Bu gün
Rusiyalılar iki dəfə Sumıda xəstəxanaya zərbələr endirib
12:47, Bu gün
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir - FOTOLAR
12:41, Bu gün
Nadir Qafarzadə EFİRDƏ ETİRAF ETDİ: "Kiməsə 500 manat versəm..." - VİDEO
12:35, Bu gün
Aparıcı qızının ölümündən DANIŞDI
12:29, Bu gün
Çoxlarının sağlamlığını pozan bütün zamanların ƏN PİS 5 DƏB PƏHRİZİ
12:23, Bu gün
DİN əməliyyat keçirdi - 22 kiloqram narkotik aşkarlandı
12:21, Bu gün
Sabah hava yağmursuz keçəcək - PROQNOZ
12:19, Bu gün
Rusiya və İran XİN başçıları görüşüb
12:15, Bu gün
Niyə daha çox qızları övladlığa götürürlər?
12:09, Bu gün
COP29 Sədrliyimiz beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir – Pərvanə Vəliyeva
12:03, Bu gün
“Revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır” – BƏYANAT
11:57, Bu gün
Saray qəsəbəsində hərbi sursatlar aşkarlandı - VİDEO
11:52, Bu gün
Almaniya Türkiyə ilə deportasiya barədə saziş bağlayıb?
11:50, Bu gün
"Hizbullah" liderinin qızı və xanımı İsrailin hava hücumları nəticəsində həlak olublar
11:45, Bu gün
“Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir” - Kamaləddin Qafarov
11:40, Bu gün
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
11:34, Bu gün
Mingəçevirdə 62 yaşlı şəxs həbs olundu
11:28, Bu gün
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
GÜNLÜK
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
10:03, Bu gün
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
27 Sep 2024 | 22:46
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
27 Sep 2024 | 22:25
Zelenski Trampla görüşüb
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
10:03, Bu gün
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
27 Sep 2024 | 22:46
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
27 Sep 2024 | 22:25
Zelenski Trampla görüşüb