“Bu inqilab zamanı 25 minə qədər azərbaycanlı həlak olsa da, Azərbaycan xalqı heç bir şey qazanmadı...”
Elm və Təhsil
Oxunub: 3200
21 Jun 2024 | 19:44
“Bu inqilab zamanı 25 minə qədər azərbaycanlı həlak olsa da, Azərbaycan xalqı heç bir şey qazanmadı...”
“Azərbaycanda milli proseslərə ayətulla Şəriətmədari başçılıq edirdi. Xomeyni və Şəriətmədari arasında ölkənin siyasi quruluşu  ilə bağlıl fikir ayrılığı var idi [17, s.86]. Xomeyni dini, Şəriətmədari  isə əsasən dünyəvi dövlətin qurulmasını təklif edirdi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Cənubi Azərbaycan və İran İslam inqilabı...- XXXXV mövzu
 
«21 Azər» hərəkatı məğlub olduqdan sonra da Cənubi Azərbaycanda demokratik əhval-ruhiyyə yaşamaqda idi. Bu zaman Cənubi Azərbaycan Milli cəbhə lideri Məhəmməd Müsəddiq başda olmaqla antiimperialist, demokratikləşmə uğrunda mübarizədə fəal iştirak edirdi [6]. Təbriz bu hərəkatın mərkəzində dayanırdı. 
 
Məhəmməd Müsəddiq Qacarlar nəslinə mənsub idi, atası Mirzə Hidayətulla xan Qacarlardan idi, anası Malikə Tac Xanım Müzəffərəddin Şah Qacarın (1833-1907) bacısı idi. O, dayısı Müzəffərəddin Şahın qızı Zəhra Xanımla evlənmişdi [8; 2]. O, Fransa və İsveçrədə hüquq təhsili almış, 1920 –ci illərdən başlayaraq ictimai-siyasi həyatda fəal iştirak etmiş, Azərbaycanın valisi olmuş, Azərbaycanın mütərəqqi ziyalılarının rəğbətini qazanmışdı. M. Müsəddiq 1923-cü ildə Rza xanın hakimiyyətə gəlməsini müsbət qarşılamadı, ictimai-siyasi fəaliyyətini dayandırdı [20]. 1941-ci ildə Rza şah hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra siyasi fəaliyyətini bərpa etdi, demokratik düşüncəli insanların içərisində hörmət qazandı. O, tezliklə İran parlamentinə deputat seçildi, Milli Cəbhə adlı siyasi təşkilat yaratdı, 1949-cu il parlament seçkilərində Milli Cəbhə qalib gəldi. Müsəddiq 1951-ci ildə baş nazir oldu və Məhəmməd Rza şahın siyasətinə qarşı çıxaraq ölkədə demokratikləşmə prosesini başladı, xarici dövlətlərin, ilk növbədə İngiltərənin ölkədə ağalığına son qoymağa çalışdı, bir sıra qərarların qəbul olunmasına, o cümlədən neft sənayesinin milliləşdirlməsinə cəhd etdi [1, s.139; 7, s.134]. Lakin o, şahın və xarici qüvvələrin ciddi müqaviməti ilə üzləşdi. İngiltərə ABŞ-la birlikdə onun hakimiyətdən uzaqlaşdırılması üçün  hərəkətə keçdi. M.Müsəddiq xalqın dəstəyinə arxlanaraq izdihamlı aksiyalar təşkil etdi, nəticədə Məhəmməd Rza şah ölkədən Bağdada, oradan da Romaya qaçdı. Lakin İngiltərə və ABŞ xüsusi xidmət orqanları əks tədbirlərə əl atdı, şah tərəfdarlarını küçələrə çıxarda bildilər. Hərbçilər 1953-cü ilin avqustunda qiyam təşkil edərək Müsəddiqi devirdi, həbs etdirdi [22]. Onun barəsində ölüm hökmü çıxarıldı. Şah ölkəyə qayıtdı, ölüm hökmünü ləğv etdi, onu üç illik həbs və ömürlük ev dustaqlığı ilə əvəz etdi. M.Müsəddiq 1967-ci ildə Tehran yaxınlığında öz malikanəsində vəfat etdi [7].
XX əsrin 60-cı illərinin əvvəli- 70-ci illərin ortalarında şah tərəfindən «Ağ inqilab» (dinc yolla həyata keçirildiyinə görə belə adlanırdı) adı altında həyata keçirilən islahatlar Cənubi Azərbaycanda da sosial ziddiyyətləri kəskinləşdirdi, [6] Azərbaycan kəndlilərinin iş dalınca digər vilayətlərə, xüsusən şəhərlərə axınını daha da gücləndirdi. Tehranda azərbaycanlıların sayı durmadan artmağa başladı. Azərbaycanlıların Tehran iqtisadiyyatına kapital qoyuluşu da artdı. Artıq İslam inqilabı ərəfəsindəTehranda yaşayan azərbaycanlıların sayı bir milyonu ötmüşdü [1, s.140].
 
XX əsrin 60-70-ci illərində Cənubi Azərbaycanda bir sıra sənaye obyektləri, o cümlədənTəbrizdə maşınqayırma, neft emalı, Sofianda sement zavodu yaradılsa da, o, inkişaf sürətinə görə İranın digər bölgələrindən çox geridə qalırdı. Üstəlik şah hakimiyyəti burada da milli ayrı-seçkilik, habelə farslaşdırma siyasətini yürütməkdə davam edirdi. Şahlığın «milli vəhdət» şüarı altında apardığı şovinist siyasət Cənubi Azərbaycanda milli assimilyasiyanı gücləndirirdi. “Ağ inqilab” deyilən islahatlar torpaq, təhsil, seçkilər və digər sahələri əhatə edirdi [19]. «Ağ inqilab» zamanı maarif sahəsində həyata keçirilən islahatlar da digər xalqları, o cümlədən azərbaycanlıları məqsədyönlü olaraq farslaşdırmaq işinə xidmət edirdi. Bu siyasət azərbaycanlılara qarşı fars şovinizminin yeni təzahürü idi. Onun nəticəsində Azərbaycan dili yasaq vəziyyətinə düşmüş, bu dildə bütün növ nəşrlər qadağan edilmişdi. Məktəblərdə təhsil ancaq fars dilində aparılırdı. Bütün bunların nəticəsi olaraq ölkədə ümummilli böhran şəraiti yaranmışdı. Ölkəni sosial partlayış gözləyirdi [4, s.56-57, 63-64].
 
1977-ci ilin oktyabr-noyabr aylarında Tehran Universiteti tələbələrinin həyəcanlı çıxışları bu partlayışın yaxınlaşdığından xəbər verirdi. Cənubi Azərbaycanda da belə vəziyyət yaranmışdı. Təbriz tələbələrinin ən böyük çıxışlarından biri «21 Azər» hərəkatının (1945-ci il 12 dekabr) ildönümü münasibətilə dekabrın 12-də oldu. Çıxış zamanı tələbələrlə polis arasında ciddi toqquşma baş verdi [9].
 
1978-ci ilin əvvəllərində İranın dini şəhəri olan Qumda şahlıq hakimiyyətinə qarşı çıxışlar Cənubi Azərbaycanda da inqilabi əhval-ruhiyyəni gücləndirdi. Başda ayətulla Seyid Məhəmməd Kazım Şəriətmədari olmaqla Qumdakı yüksək rütbəli azərbaycanlı din xadimlərindən 5 nəfərinin imzaladığı müraciətə cavab olaraq, 1978-ci il fevralın 18-də Təbrizdə əzəmətli nümayiş başladı. Nümayişdə 100 mindən çox adam iştirak edirdi. Nümayiş tezliklə şah rejiminə qarşı  üsyana çevrildi. O, hicri tarixlə 1356-cı il bəhmən  ayının 29-da (1978-ci il fevralın 18-də) baş verdiyindən Azərbaycan tarixinə “29 bəhmən üsyanı” kimi daxil oldu [17, s.81]. Təbrizdəki polisə və ordu hissələrinə etibar etməyən şah ertəsi gün başqa şəhərlərdən Təbrizə yeni hərbi qüvvələr gətirməli oldu. Üsyançılarla ordu hissələri arasında silahlı toqquşmalar baş verdi və axşamadək davam etdi. Toqquşmalar zamanı yüzlərlə ölən və yaralananlar oldu. Şəhərdə kütləvi həbslər və axtarışlar başlandı. Təbrizdəki üsyan öz əks-sədasını Cənubi   Azərbaycanın digər şəhərlərində və yaxın kəndlərində də tapdı.  Təbrizdəki “29 bəhmən üsyanı” İran inqilabının başlanğıc hadisəsi oldu [3]. Məhz bu hadisədən sonra şahlıq əleyhinə çıxışlar bütün ölkəni bürüdü. 
 
“29 bəhmən üsyanı”ndan 40 gün sonra, mart ayının 29-30-da İranın bir çox şəhərlərində, o cümlədən Tehranda, İsfahanda, Məşhəddə, Qumda, Təbrizdə, Zəncanda yenidən izdihamlı çıxışlar başladı. Təbrizdəki çıxış zamanı üsyançılar banklara, kinoteatrlara, dövlət idarələrinə basqınlar təşkil etdilər. Mart hadisələrinin qırxıncı günü (mayın 9- 10 –da) İranın 20-dən çox şəhərində yenidən kütləvi çıxışlar baş verdi [6]. Çıxışlar Qum və Təbriz şəhərlərində daha izdihamlı keçdi. Nümayişçilər küçələrə siyasi şüarlarla çıxdılar. Təbrizdə İmam Əlinin (Ə) qətli gününə - 24 avqusta həsr edilmiş nümayiş xüsusilə fərqləndi. O, İran inqilabının ilk mərhələlərində baş vermiş nümayişlərin ən izdihamlısı oldu. Nümayişdə yüzminlərlə adam iştirak etdi. İnqilab dövrü nümayişlərdə əhalinin əksər sosial təbəqələri və onlara yaxın olan qüvvələr, o cümlədən tələbələr aparıcı rol oynadılar.
 
1978-ci ilin payızına qədər inqilabi hərəkata əsasən Kazım Şəriətmədari rəhbərlik edirdi. Bu vaxt Xomeyni amili qabarıq şəkildə ortaya çıxdı. O, xaricdən hərəkata rəhbərlik etməyə başladı. Ayətulla Ruhulla Xomeyni hələ XX əsrin 60-cı illərindən şahlığın və İranda ABŞ nüfuzunun artması əleyhinə olan şəxs kimi məşhurlaşmışdı. Dəfələrlə həbs olunmuş və 1964-cü ildə Türkiyəyə sürgün edilmiş [13, s.49], sonra oradan İraqa, Nəcəf şəhərinə köçmüşdü [14, s.36]. O, 1978-ci il oktyabrın əvvəllərində İraq hökümətinin təkidi ilə oranı tərk edərək Parisə getməli olmuşdu [12, s.242]. O, burada İran milli cəbhəsinin başçısı Kərim Səncabi ilə görüşmüş, İranda Pəhləvi sülaləsinin hakimiyyətinin ləğv olunmasının zəruriliyi barədə birgə bəyanat imzalamışdılar [16, s.327-368]. Bəyanatın mətni İrana gətirilərək hərbi vəziyyət şəraitində yeganə leqal yığıncaq yeri olan məscidlərdə səsləndirilməklə əhaliyə çatdırılmışdı.
 
Nəhayət, 1979-cu il yanvarın 16-da rejimdən narazı olan xalqın təkidli tələbi və təzyiqi sayəsində 50 ildən çox İranda ağalıq edən Pəhləvi sülaləsinin nümayəndəsi Məhəmməd Rza şah ölkədən qaçmalı oldu (O, Misirə getdi, sonra bir sıra ölkələrdə oldu, ABŞ-da müalicə olundu, 1980-ci ildə 60 yaşında Qahirədə öldü, orada dəfn olundu). Bu, İranda monarxiya rejiminin ləğv edilməsində ilk qələbə idi. Xalq bu qələbəni  böyük təntənə ilə qarşıladı. Fevralın1-də ayətulla Xomeyni Parisdən Tehrana qayıtdı. Cənubi Azərbaycan əhalisi də  bu hadisəni izdihamlı nümayişlərlə qarşıladı [10]. 1979-cu il fevralın 11-də şahpərəst qüvvələrin müqavimətinə baxmayaraq, İranın paytaxtı inqilabçıların nəzarətinə keçdi. Təbrizdə isə  inqilabçılarla şahpərəst qüvvələr  arasında silahlı  qarşıdurma fevralın ortalarına kimi davam etdi. Fevralın 16-da Cənubi Azərbaycanda inqilab qələbə çaldı. 1979-cu il aprelin 1-də İran İslam Respublikasının yaradıldığı elan edildi [1, s.142]. 1978-1979-cu illər İran İslam inqilabı zamanı 25 min nəfərə qədər azərbaycanlı həlak oldu [11]. Buna baxmayaraq, əfsuslar olsun ki, Azərbaycan xalqı heç bir şey qazanmadı. Nə muxtariyyətə nail oldu, nə də milli-mənəvi dəyərlərini qoruyub saxlamaq və inkişaf etdirmək imkanı əldə etdi. Onun sosial-siyasi və mədəni durumu, demək olar ki, şahlıq rejimi dövründə olduğu kimi qaldı. Milli dilini və mədəniyyətini inkişaf etdirmək imkanlarından məhrum edildi. İran Respublikası əhalisinin təqribən yarısını təşkil edən azərbaycanlılar İslam bayrağı altında yeridilən fars şovinizmi siyasətinin təsiri altında qaldılar.
Monarxiyanın devrilməsi ilə yeni rejim Azərbaycanda yerli dilin işlədilməsi qadağasını ləğv etdi. Lakin Pəhləvi dövrünün “vahid iran milləti” ifadəsinin əvəzinə  “vahid müsəlman birliyi”  anlayışını ortaya gətirdilər. Bununla da yeni “vahidlik” vurğulanırdı [5]. Azərbaycanda ana dilində qəzet və jurnallar çıxmağa, kitablar nəşr olunmağa başladı, mədəni və siyasi birliklər yaradıldı. Azərbaycanda milli proseslərə ayətulla Şəriətmədari başçılıq edirdi. Xomeyni və Şəriətmədari arasında ölkənin siyasi quruluşu  ilə bağlıl fikir ayrılığı var idi [17, s.86]. Xomeyni dini, Şəriətmədari  isə əsasən dünyəvi dövlətin qurulmasını təklif edirdi [21, s.112-113]. Xomeyni öz istəklərinə uyğun konstitusiya layihələrini təklif etdi və istədiyinə nail oldu. 1979-cu ilin dekabrında yeni konstitusiya qəbul olundu. Konstitusiyada qeyd olundu ki, ali hakimiyyət Xomeyni və onun varislərinin şəxsində ruhanilərə aiddir, mülki hakimiyyəti isə prezident və digərləri həyata keçirir [18, s.355].
 
Şəriətmədari ruhani hakimyyəti ilə yanaşı, ölüm cəzası, camaatın gözü qarşısında adamların çubuqla döyülməsi, edamların həyata keçirilməsi, ziyalıların təqib olunması, ABŞ səfirliyində adamların girov götürülməsi və digər ifrat tədbirlərə qarşı çıxırdı. Xomeyni hakimiyyəti tezliklə sərt cəza tədbirlərinə keçdi, müxalif qurumları qadağan etdi, Şəriətmədari 1979-cu ilin dekabrında ev dustağı edildi. O, ömrünün sonuna qədər ev dustaqlığında qaldı və 1986-cı ildə vəfat etdi [15]. İnqilabın ilk aylarında elan olunmuş azadlıqlar, o cümlədən milli azadlıqlar ləğv edildi...
 
 Ədəbiyyat:
 
1. Bədəlova R.İ. İran dünya siyasətində. “Bakı Universitetinin Xəbərləri”, Sosial-siyasi elmlər seriyası, 2010, №2.
 
2. Çingizoğlu Ə. Neftin yiyəsini tanımayan baş nazir.- reyting.az/muellifler/enver- cingizoglu/34720-neftin-yiyesini-tanimayan-bash-nazir.html.
 
3. Hacıyeva M. 1978-1979-cu illər İran inqilabının birinci mərhələsi ərəfəsində və onun gedişində Cənubi Azərbaycanda Azadlıq hərəkatı. Sumqayıt Dövlət Universiteti. “Elmi Xəbərlər”. Sosial humanitar elmlər bölməsi. Cild 16, №3, 2020, s. 56-57.- anl.az/down/meqale/sdu_elm_xeber/2020/03/798624 (meqale).pdf.
 
4. Hacıyeva Y. İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər). Bakı, “Adiloğlu” nəşriyyatı, 2017.
 
5. İranda milli məsələnin qoyuluşu.- “Xalq cəbhəsi” qəzeti, 2018, 3 iyul, s. 14.
 
6. İran tarixi İkinci dünya müharibəsindən sonra.- melumatlar.az/blog/15960/iran-tarixi-ikinci-dunya-muharibesinden-sonra.
 
7. İsmayılov R, Axundova N. Asiya və Afrika ölkələrinin çağdaş tarixi (1945-2000), I kitab. Bakı, “Adiloğlu”, 2005.
 
8. Müsəddiq M. axtar.len.az/?q=Mehemmed_Musaddiq. 
 
9. 1978-79-cu illər İran inqilabı və Cənubi Azərbaycan, 15 dekabr 2011.- kayzen.az/blog/Azərbaycan tarixi/5576/1978-79-cu-illər-iran-inqilabı-və-cənubi-azərbaycan.html.
 
10. Ömərov V. Cənubi Azərbaycan islam inqilabı şəraitində.- “Səs” qəzeti, 2012, 5 dekabr, s. 14.
 
11. Süleymanoğlu F.- İslam inqilabı və ana dili problemi.- azerbaijan-news.az/posts/detail/islam-inqilabi-ve-ana-dili-problemi-1672180714.
 
12. Chehabi, H.E.Iranian Politics and Religious Modernizm: The Liberation Movement of Iran Under the Shah and Khomeini.- Cornell University Press, 1 edition (Janvary 1, 1990), 1990.
 
13. Hiro, Dilip. Iran Under the Ayatollahs (Routledge Revivals).- Routledge, 1 edition (Febrary 16, 2013).
 
14. Koya, Abdar Rahman. Imam Khomeni: life, Thought and Legacy.- Islamic Book Trust (June 1, 2010), 2009.
 
15. Mohammad Kazem Shariat-Madari.- britanica.com/biography/ Mohammad-Kazem-Shariat-Madari.
 
16. Nikezmezad Nikolas M. A choron olical surbey of the Iranian revolution.// Iranian Studies.- 1980, t. 13, №1-4.
 
17. Shaffer B. Borders and Brethren: Iran and the Challenge of Azerbaijani identity. Cambridge: Belfer Center for Science and international Affairs. Studies in international Security, 2002.
 
18. Васильев Л.С. История Востока, т.2. Москва, «Высшая школа», 1994.
 
19. Князев С., Комарова Е. Третий путь: как в Иране победила Исламская ревалюция, 9 января 2023 г.- russian.rt.com/science/article/ 1091242-islamskaya-revolyuciya-iran.
 
20. Мосаддык Мохаммад.- iran1979.ru/mosaddyk-moxammad/.
 
21. Трубецкой В.В.Особенности национальной ситуации в Исламской Республике Иран.// Национальный вопрос в странах Востока. Москва, «Наука», 1986.
 
22. ЦРУ причастен к организации переворота в Иране в 1953 г.- bbc.com/Russian/international/2013/08/130820_cia_iran_coup; 60-летие операции «Аякс».- svoboda.org/a/25079131.html.
 
 
Oxşar xəbərlər
16:05, Bu gün
İran-İsrail müharibəsi – onun bitəcəyi gün uzaqda deyil - TƏHLİL + FOTO
16:05, Bu gün
İran-İsrail müharibəsi – onun bitəcəyi gün uzaqda deyil - TƏHLİL + FOTO
16:00, Bu gün
“Anası bütün uzunboylu əsgərləri qucaqlayırdı...” – Heç vaxt qocalmayan 51 yaşlı döyüşçünün itkin əhvalatı
15:54, Bu gün
“Green card” üçün müraciət başlayır - Şərtlər açıqlandı
15:48, Bu gün
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
15:42, Bu gün
"Onların yerinə mən UTANIRAM" - VİDEO
15:36, Bu gün
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
15:30, Bu gün
Bakı 120 il əvvəl çəkilmiş rəngli FOTOLARDA
15:24, Bu gün
Puqaçova və Qalkin İsraili tərk etdi
15:18, Bu gün
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
15:16, Bu gün
Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafe fəaliyyətə başlayıb - FOTO
15:11, Bu gün
Nazirin kürəkənindən Zeynəbə ŞOK TƏKLİF - VİDEO
15:05, Bu gün
Günəş tutulması ilə bağlı 3 BÜRCƏ XƏBƏRDARLIQ: Xüsusilə diqqətli olun!
15:00, Bu gün
Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK
14:55, Bu gün
Dünyanın ən yüksək nöqtəsində qorxunc fəallıq: Sürətlə böyüyür
14:49, Bu gün
Lavrov Aleksandr Nevski ordenini Bülbüloğluya təqdim etdi - FOTO
14:43, Bu gün
"Ukrayna qəsbkarlıq savaşı deyil, müdafiə savaşı aparır" - NATO-nun yeni baş katibi
14:37, Bu gün
Əmisi oğlu anasının əxlaqsız olduğunu söylədi, buna əsəbləşən oğlan isə... – ŞOK
14:31, Bu gün
ADNSU tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib - FOTO
14:25, Bu gün
Salyan şosesində aparılan təmir işləri yekunlaşdı - FOTO/VİDEO
14:20, Bu gün
“Peşəkar teatr dərsləri” layihəsinə başlanılacaq
14:14, Bu gün
Yürüdülən hərtərəfli siyasət və taleyüklü məsələ: Qərbi Azərbaycana qayıdış - ŞƏRH
14:09, Bu gün
“İran müharibəyə başlamaq əvəzinə, iqtisadi problemlərini həll etməlidir...”- Sabiq səfir
14:03, Bu gün
Qurban Qurbanov "Malmö" ilə oyundan DANIŞDI: "Çalışdıq ki..."
13:57, Bu gün
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO
13:51, Bu gün
"Barıt özümüzün olacaq" -  Ukraynada partlayıcı maddələr istehsalı işə salınıb
13:45, Bu gün
Güclü leysan və qar yağacaq - Sabahın HAVASI
13:40, Bu gün
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
13:34, Bu gün
"Müharibə cinayətləri törətmiş şəxslər Ermənistanda qəhrəmanlaşdırılıblar"
13:29, Bu gün
İlham Əliyev: "İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır"
13:25, Bu gün
Azərbaycan idmançılarının reytinqi - Hidayət birincidir
13:19, Bu gün
Böyük Qayıdışla bağlı məlumatlandırıcı-maarifləndirici nəşrlər hazırlanıb - VİDEO
13:13, Bu gün
"Rusiya taktikasını yaxşılaşdırıb və Ukraynanın şərqində görünməyən templərlə əraziləri zəbt edir" - WP
13:07, Bu gün
"İqlim dəyişikliyi dövlətləri müharibəyə sövq edir" - Yunus Oğuz
13:02, Bu gün
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
12:57, Bu gün
Nuran Abdullayev: "Almaniyada 500 mindən çox tibb bacısına ehtiyac olacaq" - FOTO
12:52, Bu gün
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
12:47, Bu gün
Polis Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO
12:42, Bu gün
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qaz problemi həll olundu
12:36, Bu gün
AMEA prezidentinə yeni müşavirlər təyin olundu
12:31, Bu gün
İcma ABŞ hökumətinə çağırış etdi
12:25, Bu gün
Bu küçəyə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq
12:19, Bu gün
Bu ay pul tapacaq bürclər - Gözlənilməz qazanclar gəlir
12:13, Bu gün
Aşıq Ələsgər Ağkilsə kəndində yad olunacaq
12:06, Bu gün
Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI - FOTO
11:55, Bu gün
Əli Nağıyevdən əsir və itkin düşmüş vətəndaşlarla bağlı SENSASİON AÇIQLAMALAR - YENİ RƏQƏMLƏR
11:44, Bu gün
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
11:37, Bu gün
İrandan Rusiyaya “gavalı və üzüm” aparan avtomobildən 76 kiloqramdan çox narkotik aşkar edildi - FOTO
11:31, Bu gün
Abşeronda hərbi sursatlar aşkarlandı - VİDEO
11:24, Bu gün
İtkin düşmüş şəxslər mövzusuna həsr edilən beynəlxalq konfrans keçirildi
11:16, Bu gün
“Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır” - Kamaləddin Qafarov
11:10, Bu gün
Prezident forum iştirakçılarına müraciət ünvanladı
11:06, Bu gün
Qurd qapısı yaxınlığında “respublika başçısına terror edəcək” dekan müavini də güllələndi...
11:05, Bu gün
Aşıq Ələsgər sənətinin işığında...
11:00, Bu gün
Azərbaycana bir ay ərzində girişi qadağan olunan 20 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb
10:50, Bu gün
Dərmandan şoka düşərək öldü
10:42, Bu gün
İctimai nəqliyyatdan istifadə edənlərə ŞAD XƏBƏR
10:36, Bu gün
Əli Nağıyev: "Azərbaycan sülhün və birgə yaşayışın bərpasının tərəfdarıdır"
10:30, Bu gün
Tanınmış aparıcıya vəzifə verildi
10:23, Bu gün
Havalar soyuyur: Xəstələnməmək üçün nə edək?
10:15, Bu gün
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
10:11, Bu gün
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB
10:08, Bu gün
Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcək
09:59, Bu gün
Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma olub
09:50, Bu gün
Bakının bu qəsəbəsində qaz olmayacaq
09:46, Bu gün
Azərbaycanlı aparıcının meyxanaçı ilə toyundan görüntüləri
09:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! - Bu hallarda cərimələnə bilərsiniz - VİDEO
09:34, Bu gün
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
09:29, Bu gün
Qadın ərinə şərt qoydu: O biri kişini də qəbul edəcəksən ... - Bir qətlin TƏFƏRRÜATI
09:21, Bu gün
DTX casusu ifşa etdi: Şuşanın şəkillərini ermənilərə göndərirmiş...
09:15, Bu gün
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
09:06, Bu gün
İcma: Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik
08:58, Bu gün
38 yaşlı məşhur yarıçılpaq halda poza verdi - FOTO
08:50, Bu gün
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO
08:44, Bu gün
Bu universitet tələbələrini özü seçəcək - VİDEO
08:35, Bu gün
İsrail Beyrutu VURDU
08:33, Bu gün
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
08:17, Bu gün
Bu gün sevgidə kimlər şanslı olacaq? - Hər bürc üçün sevgi PROQNOZU
07:30, Bu gün
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
07:04, Bu gün
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
01:08, Bu gün
Beynəlxalq aviaşirkətlər Bakıya təcili eniş üçün müraciət etdilər
01:06, Bu gün
İranın İsrailə hücumu: 7 ölü, 16 yaralı
00:59, Bu gün
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
00:45, Bu gün
İsrail XİN: "Bu gün Ayətullah rejimi qırmızı xətti keçdi"
00:10, Bu gün
Yaxın Şərqdə olanlara görə Baydeni günahlandırdı
00:06, Bu gün
"WikiLeaks"-in təsisçisi Julian Assanj necə azadlığa buraxılıb?
00:03, Bu gün
Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir - Peskov
00:02, Bu gün
"İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq" - Ceyk Sallivan
01 Oct 2024 | 23:49
İran İsrailə qarşı ilk dəfə hipersəs raketlərindən istifadə edib - FOTO/VİDEO
01 Oct 2024 | 23:48
"30 ilə yaxın müddətdə Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb"
01 Oct 2024 | 23:45
"Netanyahuya deyin ki..." - Pezeşkian
01 Oct 2024 | 23:33
Ukrayna məktəblərində rus dilində danışmaq qadağan edilə bilər
01 Oct 2024 | 23:10
İran xalqı İsrailə hücumu bayram edir - VİDEO
01 Oct 2024 | 23:05
İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır
01 Oct 2024 | 23:00
Bu ölkələr hava məkanını bağladı
01 Oct 2024 | 22:55
BMT TŞ İran-İsrail gərginliyi ilə bağlı fövqəladə iclas keçirəcək
01 Oct 2024 | 22:50
Şokoladı saxlamaq üçün ən yaxşı yer məlum olub
01 Oct 2024 | 22:45
TƏCİLİ: Rusiya bu şəhəri ələ keçirdi
01 Oct 2024 | 22:44
“Heykəltəraş can qoyub, ayıb deyilmi?”- Aşıq Ələsgərin nəticəsi babasının heykəlini tənqid edənlərə CAVAB verdi-ÖZƏL+FOTO
01 Oct 2024 | 22:39
İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq - Video
GÜNLÜK
00:59, Bu gün
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 16:28
Falçı qiymətləri İKİQAT ARTDI: IT şirkətləri sayəsində...
01 Oct 2024 | 17:26
“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ
01 Oct 2024 | 16:56
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..."-Katolikosun Vatikandakı nümayəndəsi
01 Oct 2024 | 22:14
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB
01 Oct 2024 | 16:22
Azərbaycana qarşı artan təzyiqlərin pərdəarxası: Qərbi və Ermənistanı nə narahat edir? - ŞƏRH
01 Oct 2024 | 17:10
İsrailin növbəti hədəfi Türkiyədir - Ərdoğan
01 Oct 2024 | 16:43
Paşinyan: "Ermənistan nəqliyyat yolları üzərində suverenliyindən imtina etməyib"
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
00:59, Bu gün
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 16:28
Falçı qiymətləri İKİQAT ARTDI: IT şirkətləri sayəsində...
01 Oct 2024 | 17:26
“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ
01 Oct 2024 | 16:56
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..."-Katolikosun Vatikandakı nümayəndəsi
01 Oct 2024 | 22:14
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB
01 Oct 2024 | 16:22
Azərbaycana qarşı artan təzyiqlərin pərdəarxası: Qərbi və Ermənistanı nə narahat edir? - ŞƏRH
01 Oct 2024 | 17:10
İsrailin növbəti hədəfi Türkiyədir - Ərdoğan
01 Oct 2024 | 16:43
Paşinyan: "Ermənistan nəqliyyat yolları üzərində suverenliyindən imtina etməyib"