Müharibə uzandıqca Ukrayna və Rusiya arasına “uzaq infrastruktur” müharibəsi genişlənməkdədir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Məlumatda qeyd olunur ki, zaman keçdikcə cəbhə xəttində ciddi irəliləyişlərin olmaması, hər iki tərəfin müdafiə faktoruna daha çox diqqət yetirməsi fonunda tərəflər bir-birlərinin “dərinliklərində” yerləşən infrastruktur obyektlərə zərbə endirməyə daha çox maraq göstərirlər. Aparılan araşdırmalar göstərir ki, Rusiya Ukraynanın enerji obyektlərini, Ukrayna isə Rusiyanın neft anbarlarını sıradan çıxarmağa daha çox önəm verir. Bunun üçün isə daha çox PUA və qanadlı raketlərədn istifadə edildiyi bildirilir
ABŞ hərbi ekspertləri hesab edir ki, “uzaq infrastruktur” müharibəsi cəbhə xəttində “ciddi hərəkətlilik” baş verənə qədər davam edəcək və daha da genişlənəcək.
Seymur ƏLİYEV