“İş yerləri açılmalıdır ki, gənclər ölkəmizi tərk etməsin”
Cəmiyyət
Oxunub: 1923
06 Jun 2024 | 09:55
“İş yerləri açılmalıdır ki, gənclər ölkəmizi tərk etməsin”
Niyaməddin Orduxanlı: “Vətənpərvərliyin inkişafı, qorunması, Vətənə sevgi hissini yaratmaq təkcə ailənin öhdəliyinə düşməməlidir”
 
Azərbaycan dövləti gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda yetişməsinə xüsusi diqqət yetirir. İllərdir bu istiqamətdə önəmli addımlar atılır. Dövlət siyasətinin tərkib hissəsi kimi ideoloji iş gücləndirilib. Həm ümumtəhsil məktəblərində, həm də ali təhsil müəssisələrində bu məsələyə həssas yanaşma nəzərə çarpır. Medianın rolunu da vurğulamaq yerinə düşər. 
 
Televiziyalar, o cümlədən çap mediası vasitəsilə gənclərin vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, o cümlədən bu istiqamətdə görülə biləcək işlərlə bağlı təbliğat aparılır. Gənclərin potensialının dəyərləndirilməsi, vətənpərvər, savadlı kadrların yetişməsi dövlətin gənclərlə bağlı siyasətinin göstəricisi ola bilər. Bu siyasət mütəmadi təkmilləşdirilir. Hər zaman olduğu kimi, ölkənin aparıcı qüvvəsinə çevrilməsindən savayı, artıq yeni dövrdə gənclərin ictimai-siyasi həyatdakı rolunun artırılması, onların potensialından maksimum faydalanmaq üçün münbit şəraitin yaradılması müzakirə mövzularıdır. İdman, mədəniyyət, sosial sahələrdə əldə edilən uğurlarda gənclərin payı çoxdur, lakin gənclər siyasətinin genişlədirilməsi ilə bu payın daha da artırılmasını təmin etmək olar.   
 
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov iyunun 4-də “Şuşa-İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramının açılış mərasimində çıxışı zamanı deyib ki, gənclər problemləri yaradan yox, onları həll edən qüvvə olmalıdırlar. Mətbuata açıqlama verən administrasiya rəsmisi qeyd edib ki, dünyada mövcud olan iqlim dəyişikliyi problemləri, bərabərsizlik, münaqişələr insanlardan kollektiv səyləri tələb edir: "Gənclər də dünyadakı bu çağırışları qəbul etmək üçün potensial qüvvədir. Gənclər bizim gələcəyimiz olmalıdır. Onlar dəyişiklikləri gətirən qüvvə olmalıdırlar. Gənclər insan kapitalıdır və insan kapitalı da cəmiyyətimizi gücləndirir.
 
Azərbaycan rəhbərliyi gənclər siyasəti ilə bağlı çox böyük işlərə imza atıb. Şuşanın gənclər paytaxtı seçilməsi də bu fəaliyyətin effektiv təzahürüdür. Biz gənclərə yol açmalı, onları liderə çevirməliyik". 
 
Moderator.az xəbər verir ki, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini Niyaməddin Orduxanlı “Yeni Müsavat”a şərhində bildirib ki, bu gün Azərbaycan cəmiyyətində xüsusilə gənclərin vətənpərvərlik istiqamətində maariflənməsi olduqca prioritet sahədir: “Bir dövlətin inkişafı, gələcəyinin möhkəm qurulması, gənclərin dövlət və milli maraqların müdafiəsinin təşkil olunmasında rolunu artırmaq üçün mütləq maarifləndirməni genişləndirmək lazımdır. Bu, dövlət proqramı kimi həyata keçirilməlidir. Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda böyüməsi, inkişaf etməsi, dövlətini, Vətənini sevmə hissinin aşılanması məktəbəqədər dövrdən başlamalıdır. Vətənpərvərliyin inkişafı, qorunması, Vətənə sevgini yaratmaq təkcə ailənin öhdəliyinə düşməməlidir. Təhsil müəssisələrində təbliğat işinin qurulmasını yüksək səviyyədə təşkil etmək lazımdır. Kütləvi informasiya vasitələrində (KİV) Azərbaycan gənclərinə Vətəni sevməklə bağlı geniş  maarifləndirici verilişlər, videoçarxlar və s. hazırlanmalıdır”. 
 
N.Orduxanlı vurğulayıb ki, Azərbaycan gənclərini Qarabağın bərpa olunması prosesinə cəlb etmək lazımdır: “Müstəqillikdən əvvəlki illərdə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri rayonlarda məhsul yığımına, o cümlədən tikinti işlərinə könüllü kimi cəlb olunurdu. Proses yay mövsümündə, tətil müddətində müəyyən məbləğ ödənməklə könüllülük əsasında həyata keçirilirdi. Düşünürəm ki, Qarabağın yenidən qurulmasında, bərpa olunmasında da müxtəlif sahələr üzrə gənclərin prosesə cəlb olunması üçün işlər həyata keçirilməlidir. Hazırda ölkədə işsiz olan gənclər var. Gənclərin işləmək üçün xarici ölkələrə üz tutmasının qarşısını almaq üçün dövlət proqramı tərtib olunmalıdır ki, həm ali təhsilini bitirmiş, həm də hərbi xidmətini bitirmiş gənclərin işə cəlb olunmasını həyata keçirmək  mümkün olsun”.
 
N.Orduxanlı düşünür ki, bu gün Azərbaycan gəncləri siyasi proseslərə o qədər də maraq göstərmirlər: “Gənclərin siyasətə marağı o dərəcədə də nəzərə çarpmır. Hətta siyasi partiyalarda gənclərin sayı ürəkaçan səviyyədə deyil. Bu bir sıra amillərlə bağlıdır. Hesab edirəm ki, ilk növbədə siyasi partiyaların rolunu artırmaq lazımdır. Siyasi partiya institutu inkişaf etdirilərsə, parlamentdə proporsional seçki sistemi tətbiq olunarsa,  gənclərin siyasətdə yer almaq üçün marağı arta bilər. Hazırda siyasətdə olanların əksəriyyəti 90-cı illərdə gənc yaşda siyasətə atılanlardır. Gənclərə stimul verməklə onları siyasi proseslərə qoşmaq olar. Gənclər sosial şəbəkədə çox zaman keçirirlər. Halbuki siyasi təşkilatlarda təmsil olunsalar, gələcəkdə ictimai xadim, siyasi xadim, dövlət xadimi kimi yetişə bilərlər”. 
 
Oxşar xəbərlər
10 Sep 2024 | 23:49
"Space X" kosmosa ilk özəl missiya göndərib
10 Sep 2024 | 23:28
Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb-ekoloqdan TƏKLİF: “Sallafan torba, plastik qabla giriş qadağan edilsin”-VİDEO+ÖZƏL
10 Sep 2024 | 23:14
Rusiyada tarix yenidən yazılır: siyasi repressiyalar qurbanlarının sayı azalacaq
10 Sep 2024 | 23:02
"MEDİALAB” televiziya proqramına start verildi
10 Sep 2024 | 23:00
Həkim yaşlı insanlar arasında qidalanma ilə bağlı əsas səhvləri açıqlayıb
10 Sep 2024 | 22:53
ABŞ-da hava limanında iki təyyarə toqquşdu - FOTO
10 Sep 2024 | 22:45
Macarıstan Rusiya neftini Ukrayna vasitəsilə alacaq - Bloomberg
10 Sep 2024 | 22:38
İsraildən Hizbullaha növbəti böyük zərbə...
10 Sep 2024 | 22:30
Hamilə qadın naməlum səbəbdən öldü
10 Sep 2024 | 22:22
İran intihar məngənəsində: hər il 80 min cəhd
10 Sep 2024 | 22:14
Ən faydalı çay növləri – Bu xəstəliklərə çarədir
10 Sep 2024 | 22:12
Yer kürəsinə "QİYAMƏT" XƏBƏRDARLIĞI: Bu tarixdə 1,5 milyard insan məhv olacaq
10 Sep 2024 | 22:06
“İran Air”ə qarşı sanksiya
10 Sep 2024 | 21:58
Rus ordusu Kurskda əks-hücuma keçdi
10 Sep 2024 | 21:50
Rusiya Hərbi-Dəniz Donanması strateji təlimlərə başlayıb
10 Sep 2024 | 21:43
İrəm özünü tanınmaz hala saldı - FOTO
10 Sep 2024 | 21:35
Ronaldo Vinisiusa şans tanımadı - “Qızıl top”u o qazanacaq
10 Sep 2024 | 21:28
Bu ölkə vətəndaşlarına ÇAĞIRIŞ EDİLDİ - Rusiyaya getməyin
10 Sep 2024 | 21:20
Bu məktəblər birləşdirilir? – RƏSMİ AÇIQLAMA
10 Sep 2024 | 21:13
Qəzza ilə bağlı danışıqlarda iştirak etmirik - Kirbi
10 Sep 2024 | 21:05
ABŞ və Böyük Britaniyauzaqvuran silahla Rusiyaya zərbə endirmək üçün Ukraynaya icazə verəcək?..
10 Sep 2024 | 20:58
“Alov qüllələri” arasında yeriyən görün kim imiş – VİDEO
10 Sep 2024 | 20:50
“Müsəlman qardaşları” qurucusunun nəvəsi qadın zorlayıb – TƏFƏRRÜATLAR
10 Sep 2024 | 20:44
"Meta"nın sahibi nə Trampı, nə Harrisi dəstəkləyəcək
10 Sep 2024 | 20:38
Payızda bu vərdişlər xəstələnməyə səbəb olur
10 Sep 2024 | 20:30
ABŞ “qarışıq cinsi ekipaj” üçün nəzərdə tutulan ilk qayığını istismara hazırlayıb
10 Sep 2024 | 20:23
Prezident əlcəzairli həmkarını təbrik etdi
10 Sep 2024 | 20:18
“Pulemyotçu qızlar “dron ovu”nu “inhisara” götürür”
10 Sep 2024 | 20:15
Hadisənin sərvət dəyərində geyimi müzakirə yaratdı - VİDEO
10 Sep 2024 | 20:10
Bu çərəz gözlərə çox faydalıdır
10 Sep 2024 | 20:03
Neft 3 ildən sonra KƏSKİN UCUZLAŞDI
10 Sep 2024 | 19:57
“Ukrayna-Rusiya müharibəsinin taleyi Qərbin hərbi-maliyyə dəstəyindən asılıdır”
10 Sep 2024 | 19:53
Rəsmi Bakıdan Paşinyana CAVAB
10 Sep 2024 | 19:45
“Ölüm və qan – bu, onların gəlişi üçün dəvətnamədir”
10 Sep 2024 | 19:43
Amerikalılar Ukraynaya yardımın artırılmasına qarşı çıxdı
10 Sep 2024 | 19:37
Müəllimlərin nəzərinə: Müsahibənin nəticələri açıqlandı
10 Sep 2024 | 19:33
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI - SİYAHI
10 Sep 2024 | 19:28
Birce Akalay özündən 4 yaş kiçik aktyora ərə gedir? - FOTOLAR
10 Sep 2024 | 19:20
Təbrizli həkim bu ixtirasına görə ABŞ-da qızıl medal aldı
10 Sep 2024 | 19:13
Bürclər istədiklərinə necə nail olurlar? – Hiyləgərlik, yalan...
10 Sep 2024 | 19:08
“Chatbot” nədir, istifadə zamanı nəyə diqqət edilməlidir?
10 Sep 2024 | 19:02
ABŞ dominantlığını saxlamağa çalışır - Putin
10 Sep 2024 | 18:56
Oğlunu xilas etmək üçün ata qeyri-adi dərman hazırlayır
10 Sep 2024 | 18:50
Çinlilər bu yeni telefona heyrandılar – Özəllikləri nələrdir?
10 Sep 2024 | 18:43
Türkiyədə dizel bu tarixdən UCUZLAŞACAQ
10 Sep 2024 | 18:38
Ermənistanda İES-də güclü partlayış baş verdi
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 18:30
Cavanşir Feyziyev: “Azərbaycan Prezidenti bu tarixi missiyanın öhdəsindən layiqincə gələcək”
10 Sep 2024 | 18:25
Azərbaycanda Əlincədağ təbiət abidəsi yaradılır
10 Sep 2024 | 18:25
Ermənistanda Azərbaycanla delimitasiya üzrə sənədə baxılacaq tarix BİLİNDİ
10 Sep 2024 | 18:20
ADNSU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO
10 Sep 2024 | 18:17
Azərbaycanda "Tik-Tok"dan pul qazananlardan VERGİ TUTULACAQ
10 Sep 2024 | 18:10
İşdən çıxarıldınız? - Yeni işə başlamağın faydalarını oxuyun
10 Sep 2024 | 18:08
Avtobus bardyorun üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 18:07
Laçınla qonşu şəhərin meri həbsə atıldi...-RƏSMİ
10 Sep 2024 | 18:05
Bu tərəvəzi süfrənizdən əskik etməyin
10 Sep 2024 | 18:00
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib - FOTO
10 Sep 2024 | 17:58
İlham Əliyev onları mükafatlandırdı
10 Sep 2024 | 17:56
Komitə sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib - FOTO
10 Sep 2024 | 17:52
ADNSU-da “Nova University Lisbon” ali təhsil müəssisəsi ilə əməkdaşlıq müzakirə olunub - FOTO
10 Sep 2024 | 17:50
Prezident Lamiyə və Orxanı təltif etdi
10 Sep 2024 | 17:47
BDU əməkdaşlarının maaşları artırıldı
10 Sep 2024 | 17:44
Prezident sərəncam imzaladı
10 Sep 2024 | 17:41
Hər gün pomidor yeyin, şəkəriniz, təzyiqiniz və hətta çəkiniz azalacaq...
10 Sep 2024 | 17:35
ADNSU-da COP29 ilə bağlı forum keçiriləcək
10 Sep 2024 | 17:30
Qara Qarayev: “Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” - FOTO/VİDEO
10 Sep 2024 | 17:24
İransayağı “soyqırım”
10 Sep 2024 | 17:17
BMT İsrailə qarşı qətnamə layihəsini səsverməyə çıxaracaq
10 Sep 2024 | 17:14
Üç ölkənin nazirləri arasında saziş imzalandı - FOTO
10 Sep 2024 | 17:12
“Əhalisinin 52 faizi soydaşlarımız olan ölkəni düşmən elan etmək doğru olarmı?..”-Sabiq səfir
10 Sep 2024 | 17:06
“South China Morning Post”da Azərbaycanla bağlı məqalə dərc olundu
10 Sep 2024 | 17:00
Bakı metrosuna gizli girənlərin cəzası bəlli oldu - FOTO
10 Sep 2024 | 16:54
22 yaşlı oğlan qadını şantaj edib pul aldığı üçün tutulub
10 Sep 2024 | 16:48
Narini öldürməkdə şübhəli bilinən əmisi əslində onun atasıdırmı? - TƏFƏRRÜAT
10 Sep 2024 | 16:42
Bakıda hamı evini bu şəxslərə kirayə verir - Buna görə imiş...
10 Sep 2024 | 16:36
MSK-dan 3 dairə ilə bağlı YENİ AÇIQLAMA
10 Sep 2024 | 16:30
Himnimizi səsləndirən Karenin həyat yoldaşı: "Əliyevlə Ərdoğanın qarşısında..."
10 Sep 2024 | 16:25
Narkoloji mərkəzin direktoru və müavini nə qədər rüşvət alıb? - Prokuror ittihamı açıqladı
10 Sep 2024 | 16:20
Ağcabədidə narkotik satışı ilə məşğul olan şəxslər saxlanıldı
10 Sep 2024 | 16:15
Narinin məzarının görüntüsü müzakirə yaratdı - FOTO
10 Sep 2024 | 16:10
Nazpəri nəvəsi üçün göz yaşı tökdü - VİDEO
10 Sep 2024 | 16:05
XİN başçıları ikitərəfli əlaqələri müzakirə etdilər - YENİLƏNİB + FOTO
10 Sep 2024 | 16:00
Şəbnəmdən şok açıqlama: "İkisi də yalvardı ki, oxuma"
10 Sep 2024 | 15:55
Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başladı
10 Sep 2024 | 15:51
Pensiya alanlara ŞAD XƏBƏR
10 Sep 2024 | 15:41
Azərbaycan 8 ayda qaz hasilatını 2,5 % artırıb
10 Sep 2024 | 15:36
"Zirə" "Neftçi"nin sabiq futbolçusunu transfer etdi
10 Sep 2024 | 15:29
"Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır" - ISW
10 Sep 2024 | 15:23
Narinin yaxınlarından hadisəni araşdıran müxbirə təhdid: "Səni öldürməliyik" - FOTO
10 Sep 2024 | 15:17
“İlhamə də, Elza da mənə qarşı səhv etmişdi”
10 Sep 2024 | 15:12
66 yaşlı əmisi arvadını qətlə yetirən şəxsin cəzası məlum oldu
10 Sep 2024 | 15:06
Ramiz Novruzun qızı xəstəxanalıq oldu - FOTO
10 Sep 2024 | 14:59
Aygün Kazımova yeni eşqə düşüb? - Sirli PAYLAŞIM
10 Sep 2024 | 14:52
"Bayden administrasiyası Ukraynada müharibənin strategiyası üzrə məxfi hesabat təqdim edib" - "Reuters"
10 Sep 2024 | 14:46
“Ərə gələndə 11 nəfərlə eyni otaqda yaşadım” – Sönməyən 75 illk sevgi
10 Sep 2024 | 14:39
Üç ölkənin müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü başladı
10 Sep 2024 | 14:33
Qəbiristanlıqda gecə şok olay: "Burada heç kəs yoxdu, dediyimi etməsən..." – Təfərrüat
10 Sep 2024 | 14:27
Həsənov Gülerlə Batumidə görüşdü - FOTO
10 Sep 2024 | 14:20
Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış oldu - FOTO
10 Sep 2024 | 14:13
"Zelenski bu payız müharibənin bitməsinə bel bağlayır" - EFE nəşri
GÜNLÜK
10 Sep 2024 | 09:19
Moskvaya kütləvi hücum oldu: hava limanları bağlıdır, çoxmərtəbəli binalar yanır...-VİDEO
10 Sep 2024 | 06:49
Rusiyanın nüvə silahından istifadə ilə bağlı 5 bəndi var: Ukrayna artıq 2 "qırmızı xətt"i keçib...
10 Sep 2024 | 09:44
Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL
10 Sep 2024 | 18:08
Avtobus bardyorun üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 08:45
Bakıdakı bu mağazaların paltardəyişmə otağında kamera var: “Sahibkarlar 2 il həbs ediləcək”-ŞİKAYƏT+ARAŞDIRMA+ÖZƏL
10 Sep 2024 | 07:18
"Belə olmasaydı, Şahramanyan helikopterlə Ermənistana gəlmək əvəzinə, indi Bakı həbsxanasında oturardı..."
10 Sep 2024 | 07:58
O müstəntiqlər lazımi ifadələr almaq üçün təqsirləndirilənlərə necə işgəncə verdiklərini etiraf etməyə məcbur oldular... 
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 09:30
Əhaliyə XƏBƏRDARLIQ - Bu şəxslərin ölkədən çıxışına QADAĞA QOYULACAQ
10 Sep 2024 | 08:53
“Bütün günü efirlərdə görünsəm özüm-özümə nifrət edərəm, bu artıq faciədir” - FOTO+ÖZƏL
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
AYLIQ
10 Sep 2024 | 09:19
Moskvaya kütləvi hücum oldu: hava limanları bağlıdır, çoxmərtəbəli binalar yanır...-VİDEO
10 Sep 2024 | 06:49
Rusiyanın nüvə silahından istifadə ilə bağlı 5 bəndi var: Ukrayna artıq 2 "qırmızı xətt"i keçib...
10 Sep 2024 | 09:44
Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL
10 Sep 2024 | 18:08
Avtobus bardyorun üstünə çıxdı, ölənlərin olduğu deyilir-Bakıda DƏHŞƏTLİ QƏZA-ÖZƏL+VİDEO
10 Sep 2024 | 08:45
Bakıdakı bu mağazaların paltardəyişmə otağında kamera var: “Sahibkarlar 2 il həbs ediləcək”-ŞİKAYƏT+ARAŞDIRMA+ÖZƏL
10 Sep 2024 | 07:18
"Belə olmasaydı, Şahramanyan helikopterlə Ermənistana gəlmək əvəzinə, indi Bakı həbsxanasında oturardı..."
10 Sep 2024 | 07:58
O müstəntiqlər lazımi ifadələr almaq üçün təqsirləndirilənlərə necə işgəncə verdiklərini etiraf etməyə məcbur oldular... 
10 Sep 2024 | 18:32
Azərbaycanda bu şəxslər 6 ay əsgərlik çəkəcək? - ÖNƏMLİ AÇIQLAMA
10 Sep 2024 | 09:30
Əhaliyə XƏBƏRDARLIQ - Bu şəxslərin ölkədən çıxışına QADAĞA QOYULACAQ
10 Sep 2024 | 08:53
“Bütün günü efirlərdə görünsəm özüm-özümə nifrət edərəm, bu artıq faciədir” - FOTO+ÖZƏL