Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
Kipr türklərinin lideri Türk Silahlı Qüvvələrinin Kiprdə sülhün təmin edilməsi əməliyyatının 50-ci ildönümünə həsr olunmuş İstanbul konfransında çıxış edib.
Tədbirdə iştirak edən azərbaycanlı qonaqları salamlayan Ersin Tatar Lefkoşa ilə Bakı arasında dialoqun inkişafı istiqamətində atılan addımları qeyd edib.
“Kiprin türk xalqına dəstəyinə görə Azərbaycana minnətdarıq. Biz parlaq gələcək naminə fəaliyyəti davam etdirməyə bütün qətiyyətimizlə hazırıq”, - deyə Tatar bildirib.
ŞKTR lideri Türkiyə ilə qarşılıqlı fəaliyyətin vacibliyinə diqqət çəkərək qeyd edib ki, Ankaranın Kiprdə təhlükəsizliyin təminatçılarından biri kimi mövqeyi Kipr türkləri üçün həyati əhəmiyyət daşıyır.
Siyasətçi vurğulayıb ki, “ŞKTR BMT-nin davam etdirməyi təklif etdiyi sülh danışıqları çərçivəsində Kiprlə bağlı istənilən razılaşmanın tərəfi olmalıdır”.(AzTac)