“Əgər işğal altında olan rayonları təmsil edən hakimiyyət orqanları ləğv edilsəydi...” - Zahid Oruc
Cəmiyyət
Oxunub: 2328
05 Jun 2024 | 11:20
“Əgər işğal altında olan rayonları təmsil edən hakimiyyət orqanları ləğv edilsəydi...” - Zahid Oruc
"Azərbaycan dövlətçilik tarixində Yeni Dövrün-qalib 100 ilin başlanğıcında, ərazi bütövlüyü və dövlət suverenlyinin təmin olunduğu bir şəraitində ilk növbədə, prezident seçkilərinin, xalqımızın qalib iradəsi ilə ali dövlət hakimiyyətinin təzədən formalaşdığı bir şəraitdə parlament, daha sonra yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsini yaşayır".
 
Moderator.az xəbər verir ki, bu sözləri millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Bakıda keçirilən "Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri" kitabının təqdimatı zamanı deyib.
 
Z.Oruc qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzi (STM) yarandığı vaxtdan, idarəçiliyin fundamental məsələlərinə geniş yer verməklə yerli özünüidaretmə ilə bağlı bir neçə mühüm tədqiqat işini dövlət orqanları və geniş ictimaiyyətə təqdim edib:
 
"Bə­lə­diy­yə­çi­lik fe­no­me­ni­nə ge­niş ba­xı­şı özün­də ehti­va edən növbəti dəyərli əsər, mü­əl­lifi bə­lə­diy­yə eks­per­ti, Mərkəzimizlə yaxından əməkdaşlıq edən Fər­man Sal­man­lı­nın “Yer­li özü­nüi­da­rə­et­mə­nin tə­məl prinsip­lə­ri və ta­ri­xi in­ki­şaf mər­hə­lə­lə­ri” ad­lı ki­ta­bın­da yer­li özü­nüi­darə­et­mə­nin mü­hüm məsələləri  və üfiqi idarəçiliyin  tarixi inkişaf mərhələləri hərtərəfli  tədqiq olunub.
 
e90eb467-5fac-3662-86c6-def292999ecb_850.jpg (91 KB)
 
25 yaşlı yerli özünüidarə institutu-bələdiyyə orqanları müstəqil  Azərbaycan dövləti ilə eyni taleyi yaşayıb. Təməl prinsipi demərkəzləşmə-yəni, yalnız bir deyil, daha çox  mərkəzlərin və insanların özünidarəsi üzərində qurulan bir təsisat dövlət-hökumət orqanlarının üzərinə düşən mühüm vəzifələri paylaşmağa çalışsa da digər ölkələrdən fərqli olaraq, Azərbaycanda bələdiyyələr yarandığı gündən xarici təcavüz nəticəsində çətin çağırışlar və sınaqlarla üzə-üzə qalıblar. Bəllidir ki, bələdiyyələrin yaradılması üçün birinci şərt torpaqdır, ərazi vahidinin mövcudluğu və onun üzərində yaşayan əhali qrupudur. Lakin Ermənistanın işğalçılıq siyasəti ilə Qarabağda yaradılan yerli özünüidarə və dövlət-hökumət orqanları antikonstitusion olmaqla,  yerli özünidarə səlahiyyətlərinin də mənimsəmilməsi idi.
 
Ermənilər bələdiyyələri beynəlxalq tanınma alətinə, xalqın demokratik idarəetmə hadisəsinə çevirməklə ondan diplomatik silah kimi istifadə edirdilər. “Qardaşlaşmış şəhər” bələdiyyələri siyasəti ilə xaricdə özlərinə partnyorlar qazanmaq, yerli özünidarə platfotması üzərindən separatizmi gücləndirməyə xidmət edirdi. Lakin 700  min azərbaycanlının hüquqlarının kobud şəkildə pozulması nəticəsiz qala bilməzdi.
 
Konstitusiyaya uyğun oaraq, Azərbaycan Respublikası unitar dövlətdir, ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Təkcə bu maddələr Qarabağın dağlıq hissəsində Azərbaycanın ərazi bütövlüyündən kənarda bütün idarəetmə orqanlarının qanunsuz yaradıldğını, hakimiyyətin mənsimsənildiyini və milli iradəni əks etdirmədiyini göstərirdi.
 
Azərbaycan Respublikası 103 yaşında! - Ajmedia.info
 
Vətən müharibəsində qələbə həm də 30 il bələdiyyə orqanlarını yarada bilməyən 700 mindən çox əhalinin, 400 minə yaxın seçicinin də hüquqlarının özlərinə qaytarılması deməkdir. Xankəndi Zəfəri, azad torpaqlara Böyük qayıdışın həyata keçirilməsi ölkəmizin tarixində ilk dəfə, 7 fevral prezident seçkilərindən sonra Qarabağda yerli özünüidarə orqanlarının da yaradılmasına imkan verməklə, bütün vətəndaşların hüquqlarının bütöv yerinə yetirilməsi müstəqilliyimiz tarixində ilk parlaq nümunə olacaqdır.
 
Torpaqlarımızın itirildiyi dövrdə dövlətimiz işğal olunan rayonların yerli icra hakimiyyəti orqanlarını  qoruyub saxladı. Bu çətin vəzifəydi. Söhbət yerli qurumların saxlanmasına çəkilən külli miqdarda xərclərdən getmir, həm də hüquqi, mənəvi və siyasi baxımından hər bir azərbaycanlıya, o cümlədən dünyaya  mesaj idi ki, idarəetmə orqanlarının mövcudluğu geriyə qayıdışa olan inam deməkdir. Əgər işğal altında olan rayonları təmsil edən hakimiyyət orqanları ləğv edilsəydi, onun ağır hüquqi-siyasi və mənəvi-psixoloji nəticələri olardı.
 
6aad4749-f2e4-36c9-bd16-ad98cdf264d7_850.jpg (70 KB)
 
İndi son 30 ildə ilk dəfə Zəngilan, Laçın, o cümlədən inzibati coğrafiyası dəqiqləşdirilən Ağdərə və artıq bir qrup əhalisi qayıdan Füzuli, nəhayət , yaxın gələcəkdə Şuşa rayonu üzrə bələdiyyə orqanlarının yaradılması mümkün olacaq. Belə bir şəraitdə, yerli özünüidarə ilə bağlı islahatları da dərinləşdirməyə ehtiyac var.
 
Bəli, bələdiyyələr hakimiyyətin qeyri-mərkəzləşdirilməsi üçün yaradılsa da, bəzən belə siyasəti güclü mərkəzi hökumət şəraitində dövlət sisteminə təhlükə kimi qiymətləndirirlər. 8 noyabr Zəfərindən sonra yeni institut, Prezidentin yerlərdə xüsusi nümayəndəsi təsisatının yaradılması, yeni bir qurumun yaşayış məntəqələrinin bərpasında müstəsna səlahiyyətlər qazanması, o cümlədən, azad torpaqlardan kənarda, Naxçıvan Muxtar respublikasının da idarəçiliyində xüsusi nümayəndəlik institutuna yer  verilməsi Prezidentin Qələbədən sonra gələcək idarəçilik modelinin əsas konsepsiyasını təşkil edir.
 
dret.jpg (64 KB)
 
Digər unitar dövlətlərdə olduğu kimi Azərbaycanda da əhalinin sosial, siyasi və iqtisadi hüquqları mərkəzi orqanlar tərəfindən təmin edilir.
 
Təəssüf ki, bələdiyyə institutu yaradılandan ona icra hakimiyyətlərin rəqibi kimi baxmağa çalışıblar. Dövlət hakimiyyət orqanları və bələdiyyələr arasında vəzifələrin-öhdəliklərin dəqiq bölgüsünün aparılmaması, bələdiyyə mülkiyyətinə  aid edilən torpaq və digər əmlakın məhdudluğu, 2007-ci ildən sonra torpaqların alınmasının yalnız hərrac yolu ilə həyata keçirilməsi, əhalinin böyük bir hissəsinin vergiləri ödəməməsi və sair problemlər yerli özünüidarənin zəif inkişafında mühüm rol oynayıb.
 
2023-cü ilin dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyanın məbləği 5 milyon 500 min manat olub.
 
Bələdiyyələrin səlahiyyət məhdudluğu, maliyyə resurslarının yetərsizliyi onun mühüm özünüidarə statusu qazanmasına mənfi təsir etsə də bələdiyyələrin sayı da burada az rol oynamayıb.
 
belediyye.jpg (148 KB)
 
Xatırladaq ki, 1999-cu ildə onların sayı 2667, 2004-də 2731 idi. Lakin bu qədər çox saylı olması səbəbilə məhdud əhali, torpaq sahəsi və resursları əhatə etməsi, dolğun büdcə formalaşdıra bilməməsi, yerli problemlərin öhdəsindən gəlməməsi və beynəlxalq təcrübə nəzərə alınaraq, bələdiyyələrin sayının azaldıması haqqında qərar qəbul edildi. Nəticədə, 2009-cu ildə 1716, 2014-cü ildə 1607, 2019-cu ildə isə 1606 bələdiyyə vahidi seçildi. Nəhayət, son 2024-cü ildə qəbul edilən qərarla ölkə üzrə son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla bələdiyyələrin birləşdirilməsi həyata keçirildi.
 
Bələdiyyələrin mənafelərinin qorunmasında mühüm yer tutan Asossiasiyalar birləşmə qərarını müsbət qiymətləndirirlər, lakin hökumətdən növbəti addımları gözləyirlər.  Dünyada yerli özünüi-darəetmə sistemlərinin formalaşmasında hər bir ölkənin tarixi inkişaf xüsusiyyətləri əhəmiyyətli rol oynayır. Daha konkret desək, eyni unitar quruluşa və prezident üsul-idarəsinə malik ölkələrdə hər bələdiyyə vahidinə düşən əhali sayı orta hesabla Türkiyədə 60,7 min nəfər, Gürcüstanda 55,4 min nəfər, Estoniyada 16,8 min nəfər təşkil edir. Ölkəmizdə isə bu rəqəm 6,5 min nəfərdir. Əhalinin hər 100 min nəfərinə düşən bələdiyyə sayı orta hesabla Türkiyədə 1,6, Gürcüstanda 1,8, Estoniyada 5,9, Azərbaycanda isə 16,1 bələdiyyə təşkil etdir.
 
Qeyri rəsmi rəqəmlərə görə 2023-cü ildə bütün bələdiyyələrdə 36 milyon manat büdcə vəsaiti formalaşıb, lakin 1600-dən çox bələdiyyə üçün bu rəqəm 2005-ci ildəki 50 milyonluq səviyyədən də aşağıdır.
 
file-20180918-158240-1jd9gm6.jpg (92 KB)
 
STM-in keçirdiyi ictimai rəy soğrusunun nəticələrinə görə, sosial yardımların təminatçıları arasında bələdiyyələr 8.7%, yerli icra hakimiyyətləri 22.8%, nazirlik və komitələrin yerli bölmələri 43.4% təşkil edib. Oxşar tendensiya məşğulluq sahəsində də mövcuddur. Razılaşın ki, qeyri-mütənasib bölgüdür və mərkəzi hakimiyyət orqanlarının üzərinə düşən vəzifələr daha çoxdur.
 
Ona görə də əhali ilə birinci zolaqda, ictimai kommunikasiyada yerli sosial-iqtisadi ehtiyaclarının ödənməsi, ərazinin inkişaf planlarının yerinə yetirilməsi və nəhayət, kadr potensialının formalaşdırılması mümkün olardısa, onda ali icra hakimiyyətinin rəhbəri kimi Prezidentə və Birinci vitse-prezidentə edilən müraciətlərin sayı kəskin azalar, problemlərin siyasiləşdirilərək, mediada tirajlanması ilə dövlətin sosial siyasətinə kölgə salmaq ənənəsinə zərbə vurular,  vətəndaş məmnuniyyəti artar və hakimiyyət orqanları arasında düzgün səlahiyyət balansı yaranardı. Ona görə də qarşıdan gələn parlament və bələdiyyə seçkilərini nəzərə alaraq, institusional islahatları gücləndirmək vacibdir. Böyük qayıdışın həyata keçirilməsində, azad torpaqlarda yeni infrastruktur quruculuğunda, o cümlədən yerli ekoloji problemlərin həllində bələdiyyə orqanlarına yer vermək məskunlaşma siyasətində vətəndaş iştirakçılğına geniş  şərait yaradardı.
 
Beləliklə, bir daha Vətən müharibəsinin nəticələrini dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsinə çevirməklə, biz millətimizin gözləntilərini doğrulda bilərik".
Oxşar xəbərlər
00:43, Bu gün
Pezeşkian İslam ölkələri arasında sərhədlərin ləğvini təklif edib
00:41, Bu gün
"Tbilisi Maydanı" : Gürcüstan çaşqınlıq içindədir" - "Financial Times"
11 Sep 2024 | 23:15
“Möhtəşəm yüzil”-də çəkilən, sol ayağı amputasiya olunan aktyorun digər ayağında da problemlər yaranıb - ÖZƏL+FOTO
11 Sep 2024 | 23:12
Qidadan maksimum dəmiri necə əldə etmək olar?
11 Sep 2024 | 23:04
ABŞ Ukraynaya 700 milyon dollardan çox vəsait ayırdı
11 Sep 2024 | 22:56
Bürclər nəyi xəyal edir? Qoç və Buğa
11 Sep 2024 | 22:50
İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi
11 Sep 2024 | 22:42
Metroda niyə iki eskalatordan biri işləyir? - AÇIQLAMA
11 Sep 2024 | 22:34
Rəsmi Moskva: Bakıya BRICS-ə qoşulmaq məsələsində hər cür kömək etməyə hazırıq
11 Sep 2024 | 22:26
Millimiz Olimpiadaya qələbə ilə başladı
11 Sep 2024 | 22:18
Hər gün balqabaq toxumu yesəniz nə olar?
11 Sep 2024 | 22:10
Bakıda qadın sürücü avtomobili marketə çırpdı – FOTO
11 Sep 2024 | 22:03
Antarktidada heyvanlar təhlükəli virusa  yoluxub, qitənin faunasını hansı təhlükə gözləyir?
11 Sep 2024 | 21:55
Ağır xəstə körpüdə tıxacda QALDI – VİDEO
11 Sep 2024 | 21:50
Tacikistanın baş müftisi bıçaqlandı
11 Sep 2024 | 21:41
"Tarixən fürsət düşən kimi Rusiya İrana, İran da Rusiyaya buynuzunu göstərib...”
11 Sep 2024 | 21:40
"İran Rusiyadan ballistik raketlərin əvəzinə nə əldə edib?" - Pentaqonun spikeri
11 Sep 2024 | 21:33
Media Tədris Mərkəzinin tələbələri məzun oldu
11 Sep 2024 | 21:25
Bakı bulvarı bağlandı: giriş-çıxış QADAĞAN OLUNDU
11 Sep 2024 | 21:18
Ukrayna bizdən 2 şey istəyirdi, imtina etdik
11 Sep 2024 | 21:13
Xatirə şəklini tənqid atəşinə tutanlara cavab verdi
11 Sep 2024 | 21:08
Əsirlərlə bağlı Azərbaycanla fəal işləyirik - Zelenski
11 Sep 2024 | 21:00
Bu BÜRCLƏR həyatlarına yeni insan almamalıdır
11 Sep 2024 | 20:53
Hər gün yumurta yeyin, bu xəstəlikdən xilas olun
11 Sep 2024 | 20:45
İtlər daha çox hansı insanları dişləyir? - Gözlənilməz nəticələr
11 Sep 2024 | 20:40
Paşinyandan Bakıya 16 maddəlik sülh sazişi təklifi
11 Sep 2024 | 20:32
"Brent" markalı neft daha da ucuzlaşacaq
11 Sep 2024 | 20:27
Bakıda qadını qatar vurdu
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
11 Sep 2024 | 20:15
Azərbaycanda minimum əmək haqqı artırılacaq - TARİX AÇIQLANDI
11 Sep 2024 | 20:11
"Krım Ukraynanın tərkibinə qaytarılmalıdır" - Ərdoğan
11 Sep 2024 | 20:06
Azərbaycan klubu 5 basketbolçusunu yola saldı
11 Sep 2024 | 20:00
Doktoranturaya qəbul üzrə son imtahanlar keçirildi
11 Sep 2024 | 19:56
Müdir bir gün icazə istəyən işçini GÜLLƏLƏDİ
11 Sep 2024 | 19:45
İran diplomatı Britaniya XİN-ə çağırıldı
11 Sep 2024 | 19:30
Zelenski ikinci sülh planından danışdı
11 Sep 2024 | 19:14
Aralıq orucu kimlərə məsləhət deyil?
11 Sep 2024 | 19:06
Yeni "iPhone" almağın ən sərfəli olduğu ölkələr-SİYAHI
11 Sep 2024 | 19:00
FHN Akademiyasının saytı ləğv edildi, yenisi açıldı
11 Sep 2024 | 18:55
Şəriki tərəfindən aldadıldı, 100 min dollar borcunu ala bilmir... – VASİF SÜLEYMANOVDAN RƏSMİ QURUMLARA MÜRACİƏT
11 Sep 2024 | 18:50
“Bəzilərinin həcisi var, mənimsə mollam?”
11 Sep 2024 | 18:45
Bu məsələdə Bakıya hər cür yardıma hazırıq - Zaxarova
11 Sep 2024 | 18:37
İstanbulda Azərbaycan məktəbi açılacaq
11 Sep 2024 | 18:29
Uzun və xoşbəxt HƏYATIN AÇARI
11 Sep 2024 | 18:21
"iPhone"nun prosessorlarını "Samsung" istehsal edir - "iPhone" haqqında maraqlı FAKTLAR
11 Sep 2024 | 18:15
Yapon şirkəti 10 pişiyi işə götürdü
11 Sep 2024 | 18:10
Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır
11 Sep 2024 | 18:05
Ağdam sakini qardaşının şəhid olduğu maşınla ata yurduna getdi: "Elə bil Nadiri canlı gördüm" - VİDEO
11 Sep 2024 | 18:00
Qəhvədən imtina etmək niyə faydalıdır?
11 Sep 2024 | 17:55
"Çöldə kimsə deyə bilər ki, 20 dəfə səs vermişəm" - Məzahir Pənahov
11 Sep 2024 | 17:50
Qarabağ Universitetində yeni akademiya yaradılır
11 Sep 2024 | 17:44
İqtisadi Şura növbəti 3 il üzrə büdcə layihələrini müzakirə etdi - FOTO
11 Sep 2024 | 17:38
Ekspert: Nəqliyyat Azərbaycanla Mərkəzi Asiya arasında kooperasiyanı möhkəmləndirəcək
11 Sep 2024 | 17:37
Növbəti köç karvanı Laçına çatdı, mənzillərin açarları təqdim olundu - FOTO
11 Sep 2024 | 17:30
ADSEA Füzulidə və Şuşada sakinləri işlə təmin etdi - FOTO
11 Sep 2024 | 17:24
Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayət - ŞOK DETALLAR
11 Sep 2024 | 17:17
Meymunçiçəyi xəstəliyi öz-özünə sağalırmı? - Əlamətləri, müalicəsi
11 Sep 2024 | 17:10
Salyan şosesinin “Lökbatan dairəsi” adlanan hissəsi təmir edilir - VİDEO
11 Sep 2024 | 17:04
Keçmiş müstəmləkələrdən Parisə "soyuq duş": Makron hökumətinin Bakı qərəzi ifşa edildi - TƏHLİL
11 Sep 2024 | 16:58
"Qarabağı alsın, İlham Əliyevin əlindən öpərik deyən müsavatçılar..." - Novella Cəfəroğlu
11 Sep 2024 | 16:52
Polisin zərərsizləşdirdiyi cinayətkarın dosyesində NƏLƏR VAR? - VİDEO
11 Sep 2024 | 16:46
Taleh Yüzbəyov 18 minlik borcundan danışdı
11 Sep 2024 | 16:40
Ağdamda 55 yaşlı kişini ilan sancdı
11 Sep 2024 | 16:34
Bu məntəqələrin nəticələri ləğv edildi - YENİLƏNİB
11 Sep 2024 | 16:27
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verdi
11 Sep 2024 | 16:20
Türk dünyasının qüruru: Toğrul bəyin Bizans imperatoruna yazdığı məktub üzə çıxdı - FOTO
11 Sep 2024 | 16:13
Hava XƏBƏRDARLIĞI - Bu tarixdən dolu düşəcək, sulu QAR YAĞACAQ
11 Sep 2024 | 16:06
Həkim valideynlərə ÇAĞIRIŞ ETDİ - Dəstək olun! 
11 Sep 2024 | 16:00
Yenicə ana olan Aysun qızına mahnı oxuyub AĞLADI - VİDEO
11 Sep 2024 | 15:55
İki milyonluq mənimsəmədə təqsirləndirilən sabiq rəis ilə bağlı QƏRAR
11 Sep 2024 | 15:49
Bakıda Ortaq Türk Əlifbası ilə bağlı razılıq əldə olunub - FOTO
11 Sep 2024 | 15:43
BDU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalandı - FOTO
11 Sep 2024 | 15:37
Kollec bizə həqiqətənmi lazımdır? -Təhsil müəssisələri, yoxsa, tramplin? - TƏHLİL
11 Sep 2024 | 15:31
Avropanı Azərbaycana möhtac edən səbəblər - Bakı özünü bütün dünyaya sübut etdi - ŞƏRH
11 Sep 2024 | 15:25
“Azərbaycanda təcavüz halları artacaq” - Psixoloqdan ŞOK XƏBƏRDARLIQ
11 Sep 2024 | 15:18
Qərbə anons verən İranın Rusiyaya hücumu - hamıya açıq olacaq Zəngəzur yolu
11 Sep 2024 | 15:12
Ramiz Zeynalova ağır itki
11 Sep 2024 | 15:06
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
11 Sep 2024 | 15:00
Sumqayıt sakinlərinə ŞAD XƏBƏR: Bakıdan yeni marşrut xətti AÇILIR
11 Sep 2024 | 14:53
"İsrail liderləri öz xalqına qarşı diqqətli olmalıdır" - Blinken
11 Sep 2024 | 14:48
Rəqqasə Fatimə 418 minə ev aldı
11 Sep 2024 | 14:42
"Qarabağ"ın hücumçusu dörd ölkədən gələn təkliflərdən İMTİNA ETDİ
11 Sep 2024 | 14:36
“2-yə işləmiş oğluma zəng gəlib, çoban ona deyib ki...” - 9 aydır itkin düşən Rasimin atası danışdı   
11 Sep 2024 | 14:29
DYP-dən yeni tədris ili ilə bağlı əhaliyə MÜRACİƏT
11 Sep 2024 | 14:26
Məşhur “krıtı” yeni simada: Qobustan həbsxanasında nələr necə dəyişir?
11 Sep 2024 | 14:22
Şok olay: İki qadınla tanış oldu, onlardan elə şey tələb etdi ki... – "Ərinə və atana..."
11 Sep 2024 | 14:16
İtkin düşən Rasimin ailəsi yolu açdı – Lakin valideynlərin narazılığı davam edir
11 Sep 2024 | 14:10
“Bu xəstəlik 2032-ci ildən tez baş verməyəcək” - MÜHÜM AÇIQLAMA
11 Sep 2024 | 14:03
Aytən Səfərova uzun aradan sonra efirə qayıdır - VİDEO
11 Sep 2024 | 13:57
"ABŞ Ukrayna üçün uzaqvuran silaha məhdudiyyətləri götürə bilər" - Bayden
11 Sep 2024 | 13:51
Sabah leysan yağacaq - HAVA PROQNOZU
11 Sep 2024 | 13:45
Borca görə ölkədən çıxışa qadağa qoyula bilərmi? - AÇIQLAMA
11 Sep 2024 | 13:39
Bakıda yeni su və kanalizasiya layihələri icra olunur - VİDEO
11 Sep 2024 | 13:33
Mehmet Şimşek Türkiyə iqtisadiyyatını böhrandan çıxara biləcəkmi?.. -Ekspert
11 Sep 2024 | 13:32
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
11 Sep 2024 | 13:26
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı dəqiqləşdi
11 Sep 2024 | 13:20
Nazpəri Dostəliyeva nəvəsi Tamerlanla oğlunun məzarında - VİDEO
11 Sep 2024 | 13:16
Elza Zaurun verilişini aparmaq üçün 44 min manat istəyir - VİDEO
11 Sep 2024 | 13:11
Azərbaycanda bələdiyyələrə məxsus torpaqlar satışa çıxarılır
11 Sep 2024 | 13:06
Bu məhsullar bahalaşdı - SİYAHI
GÜNLÜK
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
11 Sep 2024 | 07:09
"Sabah Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə qalıb-qalmayacağını müzakirə edə bilərik..."
11 Sep 2024 | 10:23
Çörək bu tarixdən bahalaşacaq - AÇIQLAMA
11 Sep 2024 | 07:27
Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT
11 Sep 2024 | 09:32
“Hansı əsasla Bakının Rusiya-Ukrayna sülh danışıqlarının məkanı olacağı haqda danışırlar, anlaya bilmirəm...”
11 Sep 2024 | 10:48
Xalq artisti filmlərdəki adlarını nəvələrinə qoyub: “38 adım var”-FOTO+ÖZƏL
11 Sep 2024 | 13:32
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
11 Sep 2024 | 10:18
Fədayədən Tacirlə bağlı AÇIQLAMA:“Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?”-ÖZƏL+FOTO
11 Sep 2024 | 10:06
Bu şəxslərə birdəfəlik 300 manat veriləcək - ŞAD XƏBƏR
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
AYLIQ
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
11 Sep 2024 | 07:09
"Sabah Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə qalıb-qalmayacağını müzakirə edə bilərik..."
11 Sep 2024 | 10:23
Çörək bu tarixdən bahalaşacaq - AÇIQLAMA
11 Sep 2024 | 07:27
Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT
11 Sep 2024 | 09:32
“Hansı əsasla Bakının Rusiya-Ukrayna sülh danışıqlarının məkanı olacağı haqda danışırlar, anlaya bilmirəm...”
11 Sep 2024 | 10:48
Xalq artisti filmlərdəki adlarını nəvələrinə qoyub: “38 adım var”-FOTO+ÖZƏL
11 Sep 2024 | 13:32
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
11 Sep 2024 | 10:18
Fədayədən Tacirlə bağlı AÇIQLAMA:“Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?”-ÖZƏL+FOTO
11 Sep 2024 | 10:06
Bu şəxslərə birdəfəlik 300 manat veriləcək - ŞAD XƏBƏR