Bu gün Bakı Enerji Həftəsi başlayır
İqtisadiyyat
Oxunub: 2779
04 Jun 2024 | 10:28
Bu gün Bakı Enerji Həftəsi başlayır
Bu gün Bakıda regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi başlayır.
 
Moderator.az-ın məlumatına görə, Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumudur.
 
"Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.
 
Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.
 
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
 
Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq edib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15%-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40%-i tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.
 
2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapacaq. "Əsrin müqaviləsi" görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edilir. Belə ki, məhz "Əsrin müqaviləsi" ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyuldu.
 
Eyni zamanda, bu il Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil&Gas" sərgisinin təsis edilməsindən 30 il ötür. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu, Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə, ümummilli lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və həmin dövrdən etibarən, "Caspian Oil&Gas" sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib.
 
Bakı Enerji Həftəsinə əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılırlar. Bu il də Bakı Enerji Həftəsində yüksəkrütbəli qonaqların iştirakı gözlənilir: Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) idarəedici direktoru, "Masdar" şirkətinin sədri, COP28-in prezidenti Sultan Əhməd Əl Caber, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Macarıstan xarici işlər və ticarət naziri Piter Siyarto, Macarıstanın energetika naziri Csaba Lantos, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays, Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol, Avropa Komissiyası Energetika üzrə Baş İdarənin direktoru Kristina Lobillo Borrero, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera, Beynəlxalq Enerji Xartiyası Baş katibinin səlahiyyətlərini müvəqqəti icra edən, Atsuko Hiroşe, Dünya Enerji Konqresinin baş katibi və icraçı direktoru Angela Vilkinson, İraqın neft nazirinin enerji məsələləri üzrə müşaviri Abdulbaqi K.AlSalait, Sloveniyanın Ekologiya, İqlim və Energetika Nazirliyində energetika üzrə dövlət katibi Tina Sersen, Əlcəzairin Energetika və Mədən Nazirliyinin baş katibi Abdelkerim Aouissi və bp qrupunun Hasilat və Əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell.
 
Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan "yaşıl enerji" istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunacaq.
 
Son dövrlərdə Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Ölkə konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir, inkişaf etmiş infrastruktura malikdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və genişmiqyaslı tədbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayacaq.
 
Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.
 
Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi "Caspian Oil&Gas" sərgisində müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.
 
Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji "Caspian Power" sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə Günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaq.
 
Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaq. Sərgi günlərində "Stereotipləri qıraraq: Enerji həllərinin formatlaşdırılması", "Yeni texnologiyalar və rəqəmsallaşma", "İrəliyə doğru yol açmaq: ekoavtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı", "Radioaktiv maddələrin nəqli zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi", "Enerji sənayesində süni intellekt pionerləri", "Yüksək texnikaya uyğunlaşdırılmamış boru kəmərlərinin standart avadanlıqla yoxlanılması üçün həllər", "Qaz dəyər zəncirində karbonun rolu və tendensiyaların gələcəkdə karbon bazarlarını formalaşdırma yolları", eləcə də "Azərbaycanın neft-qaz sektorunda qadınların rolu" mövzularında panel müzakirələri keçiriləcək.
 
Oxşar xəbərlər
10:10, Bu gün
Oktyabr sevgi ayıdır: Bürcləri nə gözləyir?
10:00, Bu gün
Metroda bunu edənlər 200 manat CƏRİMƏLƏNƏCƏK
09:51, Bu gün
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
09:48, Bu gün
Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
09:38, Bu gün
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək
09:30, Bu gün
Bu tarixdən Bakıda hava kəskin pisləşəcək - Temperatur 5-6 dərəcə enəcək
09:26, Bu gün
Nazir müəllimləri təbrik etdi
09:17, Bu gün
Kənddə doğuldu, Harvardda oxudu, ABŞ-da təhsil şirkəti qurdu...
09:16, Bu gün
Dəhşətli cinayət: Kişi sevgilisinin başını kəsib qala divarlarından atdı - VİDEO
09:09, Bu gün
Toya şortikdə gedən Ayandan tənqidlərə CAVAB
08:58, Bu gün
Bakıda yeni bulvar salınır - VİDEO
08:54, Bu gün
“Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..”
08:49, Bu gün
Ani ölümdən xilas olmaq istəyirsinizsə, bunu edin! – VACİB MƏSLƏHƏT
08:40, Bu gün
Dünya supergücləri arasında total müharibə XƏBƏRDARLIĞI
08:31, Bu gün
Şəxsiyyət vəsiqəsinin itirilməsi və oğurlanması zamanı nə etməli?
08:22, Bu gün
Maqnit qasırğaları zamanı sağlam qidalanmanın yolları
08:17, Bu gün
Xəzərdə nə baş verir? - Hərəkətə keçildi - VİDEO
08:09, Bu gün
Fransanın yeni Baş naziri istefaya göndərilir?
08:03, Bu gün
15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı - DETALLAR
07:54, Bu gün
Qazlı içkilər hansı xəstəliklərə səbəb olur? – Həkimlər həyəcan təbili çalır
07:27, Bu gün
Ukrayna ordusu Şimali Koreyanın 6 işğalçı zabitini gəbərtdi...-GÖZLƏNİLMƏZ
04 Oct 2024 | 23:16
“Az qalmışdı ki...” - Mətanət İsgəndərli həqiqətənmi qayıqdan yıxılıb? - hadisənin TƏƏSÜRATLARI..
04 Oct 2024 | 23:12
"Ümid edirəm ki, sağ-salamat qayıdacağıq" - Pezeşkian
04 Oct 2024 | 23:05
Stoltenberq: Avropanın hərbi potensialı Rusiyanınkından aşağıdır
04 Oct 2024 | 22:59
“"İlin müəllimi" müsabiqəsinin keçirilməsi müəllimlər üçün motivasiya mənbəyi yaradar”- Təhsil ekspertindən təklif-ÖZƏL
04 Oct 2024 | 22:57
Qan xərçəngi ilə əlaqəli əsas gen tapıldı
04 Oct 2024 | 22:50
Türkiyədə zəhəri ilə insanı öldürə bilən hörümçək: Balalarını kürəyində daşıyarkən görüntüləndi - FOTO
04 Oct 2024 | 22:43
Bu məhsul 50 yaşdan sonra daha az yeyilməlidir
04 Oct 2024 | 22:35
Yarışdan uzaqlaşdırıldı: zorlamada ittiham olunur?
04 Oct 2024 | 22:23
Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?
04 Oct 2024 | 22:18
"Şimali Koreyanın köhnə və etibarsız mərmiləri sayəsində Rusiya döyüşdə üstünlüyünü saxlayır" - "Foreign Policy"
04 Oct 2024 | 22:10
COVID-19 Aydakı temperatura da təsir edibmiş: Alimlərdən heyrətamiz açıqlama
04 Oct 2024 | 22:00
Evdə təmir aparan usta hündürlükdən yıxıldı və...
04 Oct 2024 | 21:53
Azərbaycanda müəllim intihar etdi - FOTO
04 Oct 2024 | 21:48
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
04 Oct 2024 | 21:40
Soyuq havalarda avtomobilinizin problemsiz işləməsi üçün 5 vacib addım
04 Oct 2024 | 21:36
Rusiya eyni anda Qərbdəki onlarla beyin mərkəzinə hücum etdi
04 Oct 2024 | 21:26
"Ukraynanın şərqində Rusiyanın hücumu nə zaman başa çatacaq?" - ISW
04 Oct 2024 | 21:15
Kişi arvadını öldürdü - Səbəb dəhşətə gətirir
04 Oct 2024 | 21:08
Keçmiş baş nazirin hamamından dinləmə cihazı çıxdı
04 Oct 2024 | 21:00
“İsrailin neftayırma zavodlarını vuracağıq”
04 Oct 2024 | 20:53
Teleqramda problemlər nədən qaynaqlanır?
04 Oct 2024 | 20:45
Ağacları kəsməyə görə cəzalar sərtləşdirilir - 7 ilədək həbs
04 Oct 2024 | 20:37
Məsciddə turist kişilər qadın ətəkləri geyindilər - VİDEO
04 Oct 2024 | 20:32
Şəkidə bu tarixi abidələrə kameralar quraşdırılacaq
04 Oct 2024 | 20:28
İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri
04 Oct 2024 | 20:20
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
04 Oct 2024 | 20:15
Kiyevdə gərginlik: Onu da qovur
04 Oct 2024 | 20:08
Ən uzunömürlü bürclər - Kimi hansı xəstəlik gözləyir?
04 Oct 2024 | 20:00
Bu meyvə görmə qabiliyyətini yaxşılaşdırır
04 Oct 2024 | 19:55
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
04 Oct 2024 | 19:48
"Apple" qatlanan "iPhone"un buraxılışını təxirə salır - Problemlər var
04 Oct 2024 | 19:43
Heyvanlarla rəhmsiz rəftar edənləri 2 min manat cərimə gözləyir
04 Oct 2024 | 19:38
Açıq deyirəm: İsrailin hiyləgər planının hədəfi... - Ərdoğan
04 Oct 2024 | 19:30
Babəkdə evdən 9 min manat oğurlandı
04 Oct 2024 | 19:25
Bakıda yeni bulvar salınır - VİDEO
04 Oct 2024 | 19:18
"Hizbullah"ı ermənilərlə nə birləşdirir?
04 Oct 2024 | 19:03
Vaqif Mustafayevin qolu sınıb - FOTO
04 Oct 2024 | 18:58
Azərbaycan-Gürcüstan sərhədində 350 avtomobil gözləyir
04 Oct 2024 | 18:43
Bunu edənlər 500 manat cərimələnəcək
04 Oct 2024 | 18:35
Bu şəxslər 4000 manat cərimələnəcək
04 Oct 2024 | 18:30
Cərimələr artırılır – 300 manatdan 7000 manatadək
04 Oct 2024 | 18:25
Timsah tamaşa zamanı məşqçiyə HÜCUM etdi - VİDEO
04 Oct 2024 | 18:24
“ABŞ və ədalət? – Bu ki, cəfəngiyyatdır”
04 Oct 2024 | 18:20
Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər
04 Oct 2024 | 18:15
Siqaret çəkənlərin NƏZƏRİNƏ - Cərimələr KƏSKİN ARTIRILIR
04 Oct 2024 | 18:12
Körpələrin inkişafı üçün ən yaxşı qida
04 Oct 2024 | 18:10
Sentyabrda temperatur iqlim normasından yüksək olub
04 Oct 2024 | 18:04
Cəbrayılda ilk "Şəhər günü" keçirildi - FOTOLAR
04 Oct 2024 | 17:59
Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO
04 Oct 2024 | 17:54
“İstisu” bu ölkəyə ixrac olunacaq - FOTO
04 Oct 2024 | 17:48
Zəfərə gedən yol...
04 Oct 2024 | 17:43
Vidadi İsayev Bərdənin Mollagüllər kəndində səyyar qəbul-görüş keçiridi - FOTOLAR
04 Oct 2024 | 17:38
Joze Mourinyo "Fənərbağça"dan ayrılır?
04 Oct 2024 | 17:34
Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş VƏHŞİLİK
04 Oct 2024 | 17:29
İnzibati Xətalar Məcəlləsinə yeni sanksiyalar əlavə ediləcək - FOTO
04 Oct 2024 | 17:24
"Bu yaşda 3 uşaq anası ölməz" - Dünyasını dəyişən bacısından yazdı
04 Oct 2024 | 17:19
"Bu gedişlə 2030-cu ildən sonra qəribə bir düzən peyda olacaq...”-Sabiq səfir
04 Oct 2024 | 17:13
“4 Xalq artistini bir çağırır, bayağı oxuyana isə xüsusi buraxılış həsr edirlər”
04 Oct 2024 | 17:07
"İt hürər, karvan keçər..."
04 Oct 2024 | 17:01
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
04 Oct 2024 | 16:56
Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş
04 Oct 2024 | 16:50
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət veriləcək
04 Oct 2024 | 16:44
2024-cü ilin Nobel Sülh Mükafatına kimlər təqdim edilib?
04 Oct 2024 | 16:38
Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR - FOTOLAR
04 Oct 2024 | 16:33
Cəbrayılda 29 şəxsin məşğulluğu təmin olunub
04 Oct 2024 | 16:28
Ağadadaş Ağayev Azərbaycanı tərk edib? - VİDEO
04 Oct 2024 | 16:22
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
04 Oct 2024 | 16:16
Məktəblərdə yığılan pullar kimin cibinə axır?
04 Oct 2024 | 16:10
Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi Bakı Təşəbbüs Qrupuna təşəkkür edib - BƏYANAT
04 Oct 2024 | 16:04
Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi
04 Oct 2024 | 15:58
Şahin Bayramov: "Xankəndiyə ən böyük köç Qarabağ Universiteti tələbələrinin simasında reallaşıb" - FOTO
04 Oct 2024 | 15:52
Azərbaycanlı aktrisa "Mükəmməl bəy" axtarır
04 Oct 2024 | 15:46
Kəlbəcərdən Cəbrayıladək döyüşən Vətən Müharibəsi Qəhrəmanı
04 Oct 2024 | 15:40
Repertuarı köhnələn İrəvan - sülh, KTMT şoularına baxan azalır - TƏHLİL + FOTO
04 Oct 2024 | 15:34
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı
04 Oct 2024 | 15:28
Bakı İqlim Fəaliyyəti Həftəsi çəçivəsində regional əməkdaşlığın rolundan danışılıb
04 Oct 2024 | 15:22
Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalandı – FOTO
04 Oct 2024 | 15:16
Balaəlinin muğam oxumasına xalq artistindən sərt reaksiya - VİDEO
04 Oct 2024 | 15:10
Regional sülhə qarşı Qalstanyan PLANI – Üsyan, terror, hakimiyyət çevrilişi
GÜNLÜK
04 Oct 2024 | 12:39
Məleykə Əsədova tanınmaz dərəcədə dəyişildi: Xalq artistinə nə olub? - FOTOLAR
04 Oct 2024 | 10:42
“Bzejinski deyib ki, ABŞ İrana qarşı savaşa girsə, III Dünya müharibəsi başlaya bilər...” 
04 Oct 2024 | 10:34
Yaşlı icra başçıları yola salınır: Yeni model belə olacaq
04 Oct 2024 | 10:26
Pensiyalar bu yolla artacaq: Özəl fondlar üçün yeni meyarlar açıqlandı
04 Oct 2024 | 11:56
32 il Moskvanın göstərişi ilə Azərbaycanda ən yüksək vəzifələrdə qəddarlıq etdi və sonunda...
04 Oct 2024 | 11:09
Serial sektorunda yeni mərhələ: “Əlvida xoşbəxtlik” və “Vətəndaş A” 
04 Oct 2024 | 10:18
Nazir müavini 500 manatlıq kitabı pulsuz apardı - Şahbaz Xuduoğlu
04 Oct 2024 | 13:38
"Nədən İsrailə hava hücumlarını dəf etməkdə kömək göstərilir, amma Ukraynaya göstərilmir?" - Pentaqon
04 Oct 2024 | 10:43
Ev təmizliyində edilən səhvlər - bilmədən çirkləndiririk
04 Oct 2024 | 12:29
Həsən Nəsrullahın dəfn mərasimi ciddi şəkildə məxfi saxlanılır
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
AYLIQ
04 Oct 2024 | 12:39
Məleykə Əsədova tanınmaz dərəcədə dəyişildi: Xalq artistinə nə olub? - FOTOLAR
04 Oct 2024 | 10:42
“Bzejinski deyib ki, ABŞ İrana qarşı savaşa girsə, III Dünya müharibəsi başlaya bilər...” 
04 Oct 2024 | 10:34
Yaşlı icra başçıları yola salınır: Yeni model belə olacaq
04 Oct 2024 | 10:26
Pensiyalar bu yolla artacaq: Özəl fondlar üçün yeni meyarlar açıqlandı
04 Oct 2024 | 11:56
32 il Moskvanın göstərişi ilə Azərbaycanda ən yüksək vəzifələrdə qəddarlıq etdi və sonunda...
04 Oct 2024 | 11:09
Serial sektorunda yeni mərhələ: “Əlvida xoşbəxtlik” və “Vətəndaş A” 
04 Oct 2024 | 10:18
Nazir müavini 500 manatlıq kitabı pulsuz apardı - Şahbaz Xuduoğlu
04 Oct 2024 | 13:38
"Nədən İsrailə hava hücumlarını dəf etməkdə kömək göstərilir, amma Ukraynaya göstərilmir?" - Pentaqon
04 Oct 2024 | 10:43
Ev təmizliyində edilən səhvlər - bilmədən çirkləndiririk
04 Oct 2024 | 12:29
Həsən Nəsrullahın dəfn mərasimi ciddi şəkildə məxfi saxlanılır