İslama görə insan həyatında “dünya” və “axirət” balansı...
Aktual
Oxunub: 2071
30 May 2024 | 06:16
İslama görə insan həyatında “dünya” və “axirət” balansı...
"Tənqid edilən dünyanın haram nemətləri, insanı özünə aludə edən və Allahdan uzaqlaşdıran ləzzətləridir. Dünyanın halal nemətləri, ilahi qanunlarla zidd olmayan cəhətləri bura aid deyil...

 

Bir çox Quran ayələrində və Islam müqəddəslərinin hədislərində «dünya» və «axirət» kəlmələri yanaşı işlənərək qarşı-qarşıya qoyulur. Dünya sevgisini məzəmmət edən, zahidliyə çağıran tövsiyələr dini mənbələrimizdə istənilən qədərdir. Bəzən sıravi müsəlmanlar bu tövsiyələri düzgün qəbul etmir, Islamda tərki-dünya həyat tərzinin bəyənildiyini sanır və bu cür yaşamaq həvəsinə düşürlər...

Dünya barədə məzəmmətli ifadələrə diqqətlə nəzər saldıqda görürük ki, bunlarda heç də mütləq mənada dünyanın dəyərsizliyi ideyası təbliğ edilmir. Tənqid edilən dünyanın haram nemətləri, insanı özünə aludə edən və Allahdan uzaqlaşdıran ləzzətləridir. Dünyanın halal nemətləri, ilahi qanunlarla zidd olmayan cəhətləri bura aid deyil. Bəzi mənbələrdə ümumilikdə dünyaya qarşı yönələn «hücumlar»ın səbəbi isə sadəcə olaraq, problemi daha kəskin və qabarıq şəkildə insanların diqqətinə çatdırmaq istəyindən ibarətdir. Həm Allah-təala, həm də məsum şəxsiyyətlər insanları dünyaya uymamağa, aludə olmamağa çağırmışlar. Insan dünyada yaşadığı müddətdə heç zaman ölümü və axirəti unutmamalıdır. Hər zaman çalışmalıdır ki, dünyada etdiyi hərəkətlər axirətdə onun əleyhinə çevrilməsin. Əks halda, yəni dünyaya aludə olduqda, insan gələcəyi gözardına vurur, həyatın yalnız bu dünya ilə məhdudlaşdığını düşünür, heç bir ölçüyə və qanuna sığmayacaq tərzdə dünyaya bağlanır...

 
İmam Cəfər Sadiq (ə) buyurur: «O adam ki, başqalarına möhtac olmamaq və abrını qorumaq, borclarını ödəmək və qohumlarına yardım göstərmək üçün halal yolla mal toplamağı sevmir, belə adamda xeyir olmaz» (Şeyx Küleyni. Əl-Kafi, V, 72). Imam Sadiqin (ə) öz səhabələrindən birinə verdiyi aşağıdakı cavab da bu mənada diqqətəlayiqdir. Bir nəfər Imamın yanına gəlib nigarançılıqla söylədi: «Vallahi, biz dünyaya aludə olmuşuq və dünyanı ələ keçirmək tamahına tutulmuşuq». Imam ondan soruşdu: «Dünya malını nəyə görə istəyirsən, bu maldan hansı məqsədlə istifadə etmək niyyətindəsən?». O adam cavab verdi: «Istərdim ki, pulumun bir hissəsini özümə və ailəmə sərf edim, bir hissəsini qohumlara xərcləyim, bir hissəsini sədəqə kimi paylayım, bir hissəsi ilə də həccə və ümrəyə gedim». Imam buyurdu: «Bu, dünyapərəstlik deyil, axirətpərəstlikdir» (yux. mənbə)...
 
Həqiqi Islamda tərki-dünyalıq bəyənilmir. Müsəlmanın dünyaya aludə olması nə qədər mənfi və bəyənilməz hal sayılırsa, dünya nemətlərindən tam uzaqlaşması və tərki-dünya həyat sürməsi də eyni dərəcədə qeyri-məqbul və günah sayılır. Nə Həzrət Mühəmməd Peyğəmbər (s), nə Onun saleh səhabələri, nə də məsum imamlar heç zaman dünyadan tam üz çevirməmişlər; əksinə, dünyanın halal qayğıları ilə məşğul olmuş, heç bir halal neməti özlərinə haram etməmişlər. Elə məşhur hədisdə də deyilir ki, «Mühəmmədin (s) halal buyurduğu qiyamətə kimi halaldır, o həzrətin haram buyurduğu isə qiyamətə kimi haramdır»...
 
Imam Musa Kazim (ə) dünyadan halal yolla yararlanmaq barədə buyurur: «Mürüvvətə (insafa) zidd olmamaq və israfa yol açmamaq şərti ilə, öz halal istəklərinizi həyata keçirmək üçün nəfsinizə dünyadan faydalanmaq imkanı verin, dini vəzifələrinizi yerinə yetirməkdə bu yoldan bəhrələnin. Çünki rəvayət olunub ki, dinindən ötrü dünyasını və dünyasından ötrü dinini tərk edən şəxs bizdən (bizim ümmətimizdən) deyil» (Əllamə Məclisi. Biharül-ənvar, MXXV, 321).
 
Müfəzzəl ibn Ömər adlı məşhur səhabə (bu, materialistlərlə mübahisədə vəsait kimi istifadə etmək üçün «Tövhidi-Müfəzzəl» kitabını Imam Sadiqin (ə) diqtəsi ilə qələmə alan və əslində bu kitabın yazılmasının səbəbkarı olan səhabədir) deyib: «Dünyanın bəzi nemətlərindən axirət üçün yararlanın. Çünki Imam Sadiqin (ə) belə buyurduğunu eşitdim: «Bunun (dünyanın) bəzi nemətlərindən ondan (axirətdən) ötrü faydalanın və insanlara artıq yük olmayın» (yux. mənbə, səh. 381). İmam Sadiqdən (ə) rəvayət edilən başqa bir hədisdə buyurulur: «Allah-təaladan bu dünya üçün ehtiyacsızlıq və sağlamlıq, axirət üçün isə məğfirət (bağışlanmaq) və cənnət istəyin» (Şeyx Küleyni. Əl-Kafi, V, 71)...
 
Dünya müsəlmanın günah qazanmaq məkanı ola bildiyi kimi, onun savaba çatma vasitəsi də ola bilər. Insan axirət üçün azuqəni, yəni savabı bu dünyada qazanır. Əgər dünya həyatı olmasaydı, insanların savab qazanmaq və behişt əldə etmək imkanı da olmazdı. Bütün savab əməllər bu dünyada edilir, ölümdən sonra heç bir savaba nail olmaq mümkün deyil. Çünki dünya – savab yeri, axirət isə hesab yeridir. Bu dünyada halal ruzi qazanan, özünün və ailəsinin tam ehtiyacsız halda yaşayışını təmin edən, imkanı çərçivəsində fəqirlərə yardım göstərən, əli, dili və ürəyi ilə haqq-ədaləti qoruyan, insanları yaxşı əməllərə çağırıb pis işlərdən çəkindirən (əmr bil-məruf və nəhy ənil-münkər edən), Allaha ibadət edib öhdəsindəki dini vəzifələri layiqincə yerinə yetirən şəxs, əlbəttə ki, savab qazanar. Peyğəmbərimizə mənsub olan çox məşhur bir hədisə görə də, «ibadət on hissədirsə, onun doqquzu halal ruzi axtarmaqdır»...
 
Həzrət Əli (ə) dünyanı belə tanıtdırırdı: «Şübhəsiz, dünya – onun sözlərini dinləyən kəs üçün sidq məkanıdır, anlayanlar üçün əmin-amanlıq yeridir, qiyamətdən ötrü azuqə toplayanlar üçün xəzinədir, ibrət alanlar üçün moizədir. Dünya – Allahı sevənlərin məscidi, mələklərin namaz yeri, ilahi vəhyin eniş yeri, Allah dostlarının ticarət məkanıdır. Onlar dünyada rəhmət qazanır və behiştə vəsiqə alırlar» (Nəhcül-bəlağə, 127-ci hikmətli kəlam)...
Imam Əli (ə) özü hər nə qədər zahidanə həyat tərzi sürsə də, tərki-dünyalığın əleyhinə idi. O, öz səhabələrini də tərki-dünyalıqdan çəkindirirdi. «Nəhcül-bəlağə»nin 200-cü xütbəsində belə bir əhvalat təsvir olunub: Həzrət Əli (ə) Cəməl savaşından qayıdanda Bəsrəyə daxil olub, öz yaxın səhabələrindən Əla ibn Ziyad Harisinin evinə gəlir. Əlanın evi çox geniş və yaraşıqlı idi. İmam evi seyr edib Əlaya belə deyir: «Sən bu dünyada belə geniş evdə nə etmək fikrindəsən? Axirətdə bu cür məkana daha çox ehtiyacın olacaq. Bəli, əgər istəsən, elə bu evin vasitəsilə də axirətə yetişə bilərsən. Bunun yolu budur ki, evində qonaqlar qəbul edəsən, qohumlarla görüşəsən, haqlıların haqqını bu evdən onlara göndərəsən. Əgər bunları etsən, yaxşı axirət əldə edərsən». Əla Imamı dinləyəndən sonra dedi: «Ya Əmirəl-möminin, sənə qardaşım Asimdən şikayətim var». Imam soruşdu: «Məgər qardaşın nə edib?». Əla cavab verdi: «Çiyninə bir əba salıb, dünyadan üz çevirib, tərki-dünya olub». Imam buyurdu ki, Asimi onun yanına çağırsınlar. Asim gələndə Imam ona belə müraciət etdi: «Ey özünə düşmən kəsilən! Şeytan səni yoldan azdırıb. Niyə ailənə və övladlarına yazığın gəlmir? Elə bilirsən ki, Allah-təala səndən ötrü pak nemətləri halal buyurub, amma sənin onlardan istifadə etməyinə razılıq verməyib?! Xeyr, sənin Allah yanında qiymətin düşündüyündən aşağıdır». Asim etiraz etdi: «Ya Əmirəl-möminin, axı, sən özün də kobud parçadan paltar geyib, quru çörək yeyirsən!». Imam cavab verdi: «Vay sənin halına! Mən sənin tayın deyiləm. Allah-təala ədalətli imamlara vacib edib ki, özlərini cəmiyyətin ən aşağı təbəqəsinə bərabər tutsunlar; ta ki, yoxsulluq belə adamları yoldan azdırmasın». Buna oxşar bir hadisə də Həzrət Mühəmməd Peyğəmbərin (s) başına gəlib. Bir gün o həzrət öz səhabələrinə dünya və axirət barədə danışırdı. Peyğəmbərin nəsihətlərini dinləyən Səd ibn Əşəcc adlı səhabə dedi: «Mən Allahı, Onun Rəsulunu və buradakı insanları şahid tuturam ki, bu gündən etibarən gecə yatmağı, gündüz yeməyi, yumşaq yatağı, insanlarla ünsiyyəti və qadınla əlaqəni özümə haram edirəm!». Peyğəmbər onu danlayıb buyurdu: «Ey Səd, belə etmə! Əgər sən insanlarla ünsiyyəti tərk etsən, xalqı yaxşı əməllərə dəvət edib pis işlərdən çəkindirməyi necə bacararsan?.. Gecə yat, gündüz ye, qızıl-gümüş saplardan toxunan və başqa bu kimi haram parçalardan tikilən geyimlərdən savayı istədiyin paltarı geyin, öz qadınınla əlaqədə ol». Sonra Peyğəmbər Səd ibn Əşəcci cizyə pullarını yığıb gətirmək üçün Bəni-Müstələq qəbiləsinə göndərdi (Biharül-ənvar, XXII, 310)...
 
Mənbə: //islam.az
Oxşar xəbərlər
28 Jul 2024 | 23:58
Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR
28 Jul 2024 | 23:57
Londondakı səfirliyimizə qarşı təxribat edən Robinson həbs edildi
28 Jul 2024 | 22:55
Nazarətçi qadın həbsxanada tanış olduğu cinayətkara ərə getmək üçün xidmətdən gedib
28 Jul 2024 | 22:39
Tanınmış hərbi jurnalistin dəfn olunacağı yer AÇIQLANDI
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 21:01
Putin ABŞ və Almaniyanı açıq şəkildə təhdid edib
28 Jul 2024 | 20:19
Türkiyədə güclü meşə yanğını başlayıb
28 Jul 2024 | 20:09
Boksçumuz Paris Olimpiadasına qələbə ilə başladı
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 19:34
Dadlı meyvə salatı necə hazırlanır?
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 19:02
"Almaniya islamçıları ölkədən deportasiya etməyə başlayıb" - "Deutsche Welle"
28 Jul 2024 | 18:29
Fərqli bürclərin qadınları necə xoşbəxt ola bilərlər?
28 Jul 2024 | 18:03
Livan hökuməti ABŞ-a xəbərdarlıq edib
28 Jul 2024 | 17:53
ABŞ-də hər şeyi dərin dövlət idarə edir - Medvedev
28 Jul 2024 | 17:52
Cəlilabadda hündürlükdən yıxılan azyaşlı həlak oldu
28 Jul 2024 | 17:37
Venesuelada prezident seçkisi keçirilir
28 Jul 2024 | 17:31
Məşhur aktrisa xoşbəxt evliliyinin sirrini açdı: eyni yataqda...
28 Jul 2024 | 17:29
Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:26
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
28 Jul 2024 | 17:25
Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb
28 Jul 2024 | 17:22
Azərbaycanda hərbi jurnalist vəfat edib
28 Jul 2024 | 17:20
Yaponiyada zəlzələ oldu
28 Jul 2024 | 17:19
ETSN-dən hava məlumatları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:16
Pezeşkian islahatçı siyasətçini birinci vitse-prezident təyin etdi
28 Jul 2024 | 17:05
“Fransa Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərə görə cavab verməlidir!”
28 Jul 2024 | 16:13
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
28 Jul 2024 | 16:12
Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib
28 Jul 2024 | 16:00
Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu
28 Jul 2024 | 15:00
"Yaxın Şərqdə münaqişənin dayandırılması perspektivləri hələlik yoxdur" - Lavrov
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 14:15
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO
28 Jul 2024 | 14:08
"Avropa siyasəti iflasa uğrayıb və qitə öz maraqlarını daha qoruya bilmir" - Orban
28 Jul 2024 | 13:37
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
28 Jul 2024 | 12:54
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
28 Jul 2024 | 12:52
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
28 Jul 2024 | 12:50
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
28 Jul 2024 | 12:49
Sumqayıtda mənzildən meyit tapılıb
28 Jul 2024 | 12:27
Hökməli qəsəbəsində qanunsuz tikili söküldü
28 Jul 2024 | 12:26
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
28 Jul 2024 | 11:36
İsrailin müdafiə naziri: "Günahsız uşaqlar öldü, Hizbullah günahkardır”
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 11:22
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
28 Jul 2024 | 10:59
Rusiyanın Su-34 təyyarəsi ilə ABŞ koalisiyasına məxsus PUA qarşı-qarşıya gəlib
28 Jul 2024 | 10:55
Harrisin ofisi onun İsraili tənqid etməsinə aydınlıq gətirib
28 Jul 2024 | 10:50
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan yağır - FAKTİKİ HAVA
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 10:04
Şərqi Zəngəzur və Qarabağla bağlı MÜHÜM YENİLİK
28 Jul 2024 | 09:50
Vyetnamda 5,1 bal gücündə zəlzələ baş verib
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 09:34
Parisin Olimpiya kəndində ÖLÜM
28 Jul 2024 | 09:29
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 08:53
Bakıda avtomobil 40 yaşlı qadını vurub
28 Jul 2024 | 08:29
Gəncəyə güclü yağış yağıb, bəzi küçələrə sel gəlib - FOTO
28 Jul 2024 | 08:27
KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi
28 Jul 2024 | 08:22
Moskvada rusiyalı milyarderin oğlu saxlanılıb
28 Jul 2024 | 08:21
ChatGPT yaradıcılarının süni intellekt axtarış sistemi istifadəçiləri aldatdı
28 Jul 2024 | 08:11
Bu il hansı bölgələrin abituriyentləri ən yüksək nəticələri göstəriblər?
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
28 Jul 2024 | 08:09
Paşinyan arvadı ilə Gümrüdə açıq konsertdə – VİDEO
28 Jul 2024 | 08:06
Seymur Herş: Obama, Baydeni hədələyərək istefaya məcbur edib
28 Jul 2024 | 08:05
Venesuelada prezident seçkiləri keçiriləcək
28 Jul 2024 | 08:00
Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib
28 Jul 2024 | 07:55
Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır
28 Jul 2024 | 07:55
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
28 Jul 2024 | 07:43
Kərə yağı yeməyin zərəri varmı? – Dietoloqdan məsləhət
28 Jul 2024 | 07:31
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
28 Jul 2024 | 07:29
Azərbaycanlıların da şücaət göstərdiyi Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür
28 Jul 2024 | 07:27
Ərdoğan: "Mahmud Abbas bizdən üzr istəməlidir"
28 Jul 2024 | 07:26
Alimlər bədəndəki zərərli yağları sağlamlığa çevirməyi öyrəniblər
28 Jul 2024 | 07:24
İsrail qırıcıları Livana zərbələr endirib
28 Jul 2024 | 07:21
Bu gün abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan verəcəklər
28 Jul 2024 | 07:18
Netanyahu: "Holan yüksəkliklərinə zərbə "Hizbullah"a baha başa gələcək"
28 Jul 2024 | 07:01
Holan yüksəkliklərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb
27 Jul 2024 | 23:53
Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib
27 Jul 2024 | 23:16
Livandan İsrailə raket atıldı: Ölənlər var
27 Jul 2024 | 23:10
"Rusiya həmişə məni özünün düşməni hesab edib" - Dmitri Qordon
27 Jul 2024 | 23:04
Qubada sel torpaq uçqununa səbəb oldu, kənd yolu bağlandı
27 Jul 2024 | 22:54
Bakıda yaşayış binasında yanğın olub
27 Jul 2024 | 22:47
Ukrayna Rusiyanın bu vilayətini yenə atəşə tutdu
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
27 Jul 2024 | 22:25
Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək
27 Jul 2024 | 22:17
Axşam yeməyinin kalori miqdarı 600 kkaldan çox olmamalıdır
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:05
"Olimpiadanın açılışı biabırçı idi"
27 Jul 2024 | 21:59
Dağıstanda terror tüğyan edir: FTX bir sıra hücumların qarşısını alıb
27 Jul 2024 | 21:57
DİN-dən xəbərdarlıq: Süni intellekt sizlə ailə üzvü adından danışıqlar apara bilər
27 Jul 2024 | 21:51
Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 21:40
Üzümü bu qidalarla birgə yemək olmaz!
27 Jul 2024 | 21:32
Məşhur aktrisa dünyanın ən gözəl qadını seçildi - FOTO
27 Jul 2024 | 21:31
Bu cihazlar insanların sağlamlıqla bağlı narahatlığını artırır
27 Jul 2024 | 21:17
Avropa çempionatı: Azərbaycan millisi finala yüksəldi
27 Jul 2024 | 21:14
“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat
27 Jul 2024 | 21:09
"Belousov və Ostin Kiyevin Rusiyaya qarşı "məxfi əməliyyatı"nı müzakirə edib" - "The New York Times"
27 Jul 2024 | 21:00
Uğursuz insanların etdiyi 6 səhv
GÜNLÜK
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 07:55
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
28 Jul 2024 | 07:31
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 07:55
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
28 Jul 2024 | 07:31
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO