Moderator.az xəbər verir ki, 15-19 may 2024 tarixlərində Sloveniya, Podcetrtek şəhərində 30-a yaxın avropa ölkəsinin iştirakı ilə Fudokan üzrə 27-ci avropa çempionatı, uşaqlar arasında avropa kuboku yekunlaşıb.
Böyüklər arasında (kişilər) 80 kq çəki dərəcəsində Vahid Həsənov Avropa çempionatında qalib olaraq, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. İdmançımız eyni zamanda qitə miqyaslı yarışın ən texnikalı iştirakçısı kimi də mükafat alanlar sırasında yer alıb.
Qeyd edək ki, Vahid Həsənovun şəxsi məşqçisi əməkdar məşqçi Bəşir Mahmudovdur.
14 nəfərlik heyətlə Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Fudokan üzrə Azərbaycan rəsmi nümayəndə Vüsal Abdullazaədənin rəhbərliyi ilə avropa çempionatına yollanan fudokançılarımız 3 qızıl, 5 bürünc medalla avropa çempionatını başa vuraraq bugün vətənə dönüblər.