Azərbaycan tarixinin konseptual məsələlərinə dair gərgin müzakirələr keçirilib
Oxunub: 3857
23 May 2024 | 00:13
Azərbaycan tarixinin konseptual məsələlərinə dair gərgin müzakirələr keçirilib

Beynəlxalq Qarabağ Təşkilatının (BQT) təşəbbüsü ilə “Qarabağ dünən, bu gün və sabah” adlı XXIII elmi-praktiki konfrans keçirilib. Azərbaycan Dövlət Pedoqoji Universitetin akt zalında keçirilən konfransda elm adamları, ictimaiyyət nümayəndələri, tələbələr iştirak edib. Tədbirin təşkilatçıları ənənəvi konfransa təqdim olunan müxtəlif səpkili məqalə və tezisləri qeyd edib, əsas mövzu olaraq isə Azərbaycan tarixinin dövrləşdirilməsi və digər konseptual məsələləri müzakirə üçün təqdim edib. Konfransın aparıcısı Firdovsiyyə Əhmədova , Beynəlaxlq Qarabağ Təşkilatının (BQT) Koordinatorları Akif Nağı, Şamil Mehdi tədbirin məqsədi, müzakirə istiqamətləri, 23 il ərzində həyata keçirilən işlərlə bağlı məlumat veriblər.

 

Sonra tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bir il əvvəl onun özünün, Akif Nağının, Rizvan Hüseynovun, Ramin Əlizadənin və Şamil Mehdinin təşəbbüsü ilə “Tarixi İrsi Araşdırmalar Qrupu”nun yaradıldığını, bu qrupun uzun müzakirələrdən sonra Azərbaycan tarixinin dövrləşdirilməsinə dair sənəd layihəsini hazırladığını bildirib, həmin sənəd layihəsini tədbir iştirakçılarının müzakirəsinə təqdim edib. F. Əhmədova bildirib ki, dövrləşmə və digər konseptual məsələlər həllini tezliklə tapmalıdır: “Konsepsiyaya yeni baxış vacibdir. Bu təftişçilik deyil, saxtakarlıqların, təhriflərin aradan qaldırılması cəhdidir. Tariximizin obyektiv yanaşma ilə yazılması günün tələbidir. “Sovet dövrü”ndə tariximiz saxtalaşdırılıb. Biz yeni yanaşmada əsas prinsip olaraq dövlətçilik prinsipini təklif edirik”.

 

Qrupun təqdim etdiyi sənəd layihəsində Azərbaycan tarixinin dövrləşdirilməsi təklif olunur:

 

Azərbaycan Tarixinin Dövrləşdirilməsinə Dair Təklif

 

Azərbaycan ərazisində dövlətə qədərki mərhələ (ilk çağdan e.ə. III minilliyədək)

Erkən dövlətçilik dövrü (e.ə. III minillik - e.ə. IV əsr)

Antik dövlətçilik dövrü (e.ə. IV əsr - y.e. VI əsrin sonunadək)

Erkən orta çağ dövlətçiliyi dövrü ( VII - XI əsrlər)

Klassik orta çağ Azərbaycan dövlətçiliyi ( XII - XV əsrlər)

Son orta çağ Azərbaycan dövlətçiliyi ( XVI əsr - XVIII əsrin I yarısı)

Yeni çağ Azərbaycan dövlətçiliyi (XVIII əsrin II yarısı – XX əsrin əvvəlləri)

Çağdaş Azərbaycan dövlətçiliyi (1918-ci il - hazırkı dövr)

 

Konfrans iştirakçıları təqdim edilən sənəd, mövzu ətrafında fikirlərini bildirdilər. Tarix üzrə fəlsəfə doktoru Akif Nağı əsas fikirlərinin sənəd layihəsində əks olunduğunu qeyd etdi, əlavə olaraq bildirdi: “Azərbaycan tarixinin yeni konsepsiyası hazırlanmalı, burada işıqlı, azad, müstəqil dövlətçilik tariximiz əks olunmalı, ləngimədən ümumi mövqe formalaşdırılmalı, vahid dərslik hazırlanmalı, bütün orta, ali və digər təhsil ocaqlarında eyni konsepsiyaya uyğun dərslik tədris olunmalıdır. Bu işin mərkəzində AMEA Tarix institutu dayanmalıdır. Beş minillik dövlətçilik tarixinə malik olan millətin həqiqi tarixi bütün saxtakarlıqlardan təmizlənərək yazılmalıdır”. Yerlərdən Tarix institutunun bu dərsliyi yazmaq üçün potensialının olmadığına dair replikalara cavab olaraq, A. Nağı cavab verib: “Biz Qarabağ Azadlıq Təşkilatı olaraq vaxtilə müharibə yolunu təklif edəndə bir çoxları sual edirdi ki, ordumuz buna hazırdımı? Biz cavab verirdik ki, ordumuz hazır olmalıdır, hazır deyilsə… İndi həmin cavaba uyğun olaraq deyirik ki, Tarix institutu bu dərsliyi yazmaq imkanında olmalıdır, deyilsə, özlərini buraxıb getsinlər”.

Tarix üzrə fəlsəfə doktoru Rizvan Hüseynov müzakirələrə qoşularaq bildirdi: “Konsepsiya ilə bağlı vahid mövqe olmalıdır, dövlət də həmin mövqeni rəsmi qaydada qəbul etməlidir. Ən vacib məsələ elmi, metodoloji yanaşmadı. Tarix ideoloji alətdi, düsturdu. Milli ideya mərkəzdə dayanmalıdır. Rus-sovet konsepsiyasından xilas olmalıyıq. Köçəri və oturaq xalq anlayışlarını yaxşı mənada uyğunlaşdırmalı, köçərilik mədəniyyəti, sivilizasiyanın həqiqi mahiyyətini ortaya qoymalı, konsepsiyamızı buna söykəməliyik. Konsepsiyanın mərkəzində arxeoloji materiallar dayanmalıdır. Dövlətçilik prinsipi əsas götürülməlidir. Çoxlarından fərqli olaraq bizim tarixin mərkəzində dövlət dayanıb, bu nöqtədən çıxış etməliyik. Ən qədimdən dövlətimiz olub”.

F.Əhmədova əlavə olaraq qeyd edib ki, işğaldan azad olunan ərazilərdə bərpa işləri ilə parallel olaraq arxeoloji qazıntılar aparılmalı, artefaktların məhv edilməsinə imkan verilməməlidir.

Fəlsəfə elmləri doktoru Əli Abasov daha çox metodoloji aspektləri diqqətə çatdırıb: “Bütün tədqiqatlarda metodologiya əsas götürülməlidir. Konsepsiya hazırlanarkən bir sıra müasir məsələlər, məsələn, qloballaşma və sair nəzərə alınmalıdır. Tarixin əsasında insan və zaman kateqoriyaları dayanır. Təəssüf ki, hər ikisi bu gün arxa plana keçib. Genetik tədqiqatlara ciddi yanaşılmalıdır. Bu sahədə çoxlarından, həmçinin qonşularımızdan geri qalırıq. Bu tədqiqatlarla qədim dövrdən ərazilərimizdə yaşayanların etnik mənusbiyyəti müəyyənləşdirilməli, tarix bunların əsasında yazılmalıdır”.

 

Tarix elmləri doktoru Fərda Əsgərov çıxışına sualla başlayıb: “Tarixi şüurla gələcəyi necə əlaqələndirməli? Tarixi olduğu kimi təsvir etməliyik. Tarixi evolyusiyaya süni şəkildə müdaxilə, bu günün tələbləri baxımından müdaxilə edib, yazmaq olmaz. Biz Qaraqoyunlu, Ağqoyunlu və ya Səfəvi imperiyalarını bu günümüzə daşımalıyıqmı? Gələcək qloballaşan dünyadı, bunu nəzərə almalıyıq. Tarixin dövrləşdirilməsində təsərrüfat üsullarının bir-birini əvəz etməsi əsas götürülməlidir. Köçəri və oturaq həyat tərzlərinin əlaqələri aydınlaşdırılmalıdır. Azərbaycanda bu iki həyat formasının sintezi olub. Köçərilik özünəməxsus sivilizasiya forması olub. Bunu gerilik yox, bəşəriyyətin əsas inkişaf göstəricisi kimi götürməliyik. Azərbaycan dövlətçiliyin, köçəri və oturaq sivilizasiyaların qovşaq nöqtəsi olub. Burda deyilən genetik araşdırma məsələsinə bir qədər ehtiyatla yanaşmalıyıq. Bu yanaşma ilə obyektiv tarix yaza bilmərik, bəlkə də irqçilik və sair neqativ nöqsanlara yol verərik. Genetik araşdırma insanı bioloji varlıq kimi ortaya gətirir, lakin insan bioloji varlıqdan daha çox ictimai varlıqdır. Bu məsələ diqqətə alınmalıdır. Təqdim olunan sənədlə bağlı deyə bilərəm ki, kifayət qədər məntiqli dövrləşdirmədir. Amma sivilizasiyalar prinsipi nəzərə alınmayıb”.

 

F.Əhmədova müdaxilə edərək bildirib ki, işçi qrup dövlətçilik və sivilizasiya prinsiplərini uzlaşdırmaq üçün çox çalışdı, amma bunu etmək mümkün olmadı. F.Əsgərov deyilən fikirlə razılaşdı.

 

Tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı çıxışını təqdim olunan sənədə münasibətlə başladı: “Burada dövrləşdirmə əsasən dünya tarixinin konsepsiyasına uyğundur, yenilik yoxdur. Dövrləşdirilmə ilə bağlı antik dövrün VI əsrə qədər gətirib çıxarılması məntiqli deyil. Bu dövr III əsrlə bitirilməlidir. Orta əsr və yeni dövrlə bağlı yanaşmanı da qəbul etmək olmaz. Bizim mövqeyimiz belədir ki, orta əsrlər 1501-ci ildə bitir, yeni tarix dövrü başlayır. Yeni tarix dövrünün təqdim olunan sənəddə Xanlıqlar dövrü ilə başlanması məntiqli deyil. Biz xanlıqlara separatçılıq təzahürü kimi baxırıq”.

 

F.Əhmədova yeni tarix dövrünün 1501-ci ildə başlanmasına dair təklifin əsasının olmadığını qeyd etdi: “Həmin vaxt hakimiyyət dəyişikliyindən başqa hər hansı keyfiyyət hadisəsi baş verməyib. Ona görə də məsələnin qoyuluşu başa düşülən deyil”. A.Nağı yeni tarixin xanlıqlarla başlanmasına dair təklifin tarixçi Ramin Əlizadə tərəfindən irəli sürüldüyünü qeyd etdi və bildirdi: “Avropada yeni tarix yeni dövlətçilik ideyaları, onlara uyğun inqilablarla başladı. Bizdə də Hürufilik təlimindən başlayaraq yeni dövlət quruluşu, idarəetmə qaydaları təbliğ olunurdu. Xanlıqlar yeni idarəetmə, ənənəvi şahlıq üsullarından imtina tələbləri ilə meydana gəlmişdi. Ona görə də yeni tarix həmin vaxtdan başlayır və AXC-nin yaranması ilə başa çatır”.

Genetik araşdırmalar üzrə mütəxəssis Afiq Axundzadə genetik tədqiqatlarla bağlı fərqli fikirlərə münasibət bildirərək, bu araşdırmaların nəticələrinin müəyyən çərçivələr daxilində istifadə olunmasının vacibliyini qeyd etdi. Həmçinin işğaldan azad olunmuş ərazilərdə arxeoloji işlərin aparılmasına dair öz müşahidələri ilə bölüşdü. Tarix elmləri doktoru Nigar Gözəlova sənəddə dövlətçilik prinsipinin əsas götürülməsini məqbul hesab etdi: “Bununla yanaşı tarixi ərazi, ərazi-coğrafi prinsip də nəzərə alınmalıdır. Azərbaycanın cənub, şimal və digər ərazilərinə bir tam kimi yanaşılmalıdır”.

 

Konfransın sonunda qərara alındı ki, digər mütəxəssislərin də dəvət olunması ilə davamlı seminarlar keçirilsin, AMEA-nın Tarix institutu ilə əlaqəli şəkildə optimal konsepsiya hazırlansın və dövlət rəhbərliyinə, həmçinin ictimaiyyətə təqdim edilsin.

 

BQT Mətbuat Xidməti

Oxşar xəbərlər
13:52, Bu gün
"ABŞ Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə versə, Rusiya "ölümcül" zərbələr endirə bilər"
13:46, Bu gün
İlham Əliyev Si Cinpini təbrik etdi
13:41, Bu gün
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
13:35, Bu gün
Bu ərazilərdə havada toz müşahidə olunur
13:29, Bu gün
Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı - VİDEO
13:23, Bu gün
Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər - ŞƏRH + FOTO
13:17, Bu gün
Bədii gimnastlarımız Balkan Kubokunda fəxri kürsüyə yüksəliblər
13:11, Bu gün
Nyu-Yorkda COP29-un BICFIT təşəbbüsünə dair müzakirələr baş tutub
13:05, Bu gün
"Onun yoxluğu ilə barışmaq istəmirik" - Qənirə Paşayeva məzarı başında anıldı - FOTOLAR  
12:58, Bu gün
İsrail ordusu təsdiqlədi - Həsən Nəsrullah...
12:52, Bu gün
Rusiyalılar iki dəfə Sumıda xəstəxanaya zərbələr endirib
12:47, Bu gün
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir - FOTOLAR
12:41, Bu gün
Nadir Qafarzadə EFİRDƏ ETİRAF ETDİ: "Kiməsə 500 manat versəm..." - VİDEO
12:35, Bu gün
Aparıcı qızının ölümündən DANIŞDI
12:29, Bu gün
Çoxlarının sağlamlığını pozan bütün zamanların ƏN PİS 5 DƏB PƏHRİZİ
12:23, Bu gün
DİN əməliyyat keçirdi - 22 kiloqram narkotik aşkarlandı
12:21, Bu gün
Sabah hava yağmursuz keçəcək - PROQNOZ
12:19, Bu gün
Rusiya və İran XİN başçıları görüşüb
12:15, Bu gün
Niyə daha çox qızları övladlığa götürürlər?
12:09, Bu gün
COP29 Sədrliyimiz beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir – Pərvanə Vəliyeva
12:03, Bu gün
“Revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır” – BƏYANAT
11:57, Bu gün
Saray qəsəbəsində hərbi sursatlar aşkarlandı - VİDEO
11:52, Bu gün
Almaniya Türkiyə ilə deportasiya barədə saziş bağlayıb?
11:50, Bu gün
"Hizbullah" liderinin qızı və xanımı İsrailin hava hücumları nəticəsində həlak olublar
11:45, Bu gün
“Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir” - Kamaləddin Qafarov
11:40, Bu gün
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
11:34, Bu gün
Mingəçevirdə 62 yaşlı şəxs həbs olundu
11:28, Bu gün
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
11:22, Bu gün
Mahiyyəti yalnız Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması ilə bağlı - Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)
11:16, Bu gün
Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar
11:13, Bu gün
Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir
11:03, Bu gün
Ölkədə oğlan tələbələrin sayı azalır
10:59, Bu gün
Dağıstanda dağıntılar altından daha bir cəsəd çıxarıldı: Ölənlərin sayı...
10:56, Bu gün
Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA
10:49, Bu gün
Azərbaycanda “Iphone” alanda müştəriləri belə aldadırlar - DETALLAR
10:44, Bu gün
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
10:37, Bu gün
Yarasalarda yeni və ağır viruslar aşkarlandı: Epidemiyaya səbəb ola bilər
10:29, Bu gün
Milli Məclisin payız sessiyası bu tarixdə işə BAŞLAYACAQ
10:27, Bu gün
Rusiyanın nüvə silahları hansı gündədir?..- ESKPERT- ARAŞDIRMA -VİDEO
10:21, Bu gün
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
10:19, Bu gün
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm”- Əməkdar artist
10:15, Bu gün
İsrailin Livana hücumu nəticəsində "Hizbullah"ın bir neçə komandiri ölüb
10:12, Bu gün
Talıbovun "tilsimi" - Kreslosu niyə boş qalıb?
10:05, Bu gün
Azərbaycan bu ölkə ilə viza tələbini ləğv edir
10:03, Bu gün
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
09:55, Bu gün
Qənirə Paşayevanın ölümündən 1 il ötdü
09:49, Bu gün
Yanacaqdoldurma önündə qətl – Bakıdakı dəhşətli cinayətin detalları
09:43, Bu gün
Ən etibarlı bürclər hansılardır?
09:36, Bu gün
"Milan"a 5 dəqiqə kifayət edib
09:25, Bu gün
COP29 nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyası və Nyu-York İqlim Həftəsinə qatılıb
09:13, Bu gün
Lavrov İsrailə qarşı sərt tədbirlərə çağırış etdi
09:07, Bu gün
Soyuqdəymə zamanı bu qidaları yeməyin
08:55, Bu gün
Bu qadınlar heç vaxt ana ola bilməyəcək - Həkimdən ŞOK AÇIQLAMA
08:49, Bu gün
İnternetdəki  sağlamlıq və gözəllik məsləhətlərinin TƏHLÜKƏLƏRİ 
08:35, Bu gün
Bakıda bitum daşıyan yük maşını aşdı, yol bağlandı - FOTO
08:24, Bu gün
İsrail “Hizbullah” komandirlərinin öldürüldüyünü açıqladı
08:16, Bu gün
Ömrü uzadan qidalar - SİYAHI
07:32, Bu gün
İsrail Nəsrullahın bunkerdə iclas çağırdığını öyrəndikdən sonra zərbə endirib...-“NYT”
06:44, Bu gün
"Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
27 Sep 2024 | 22:52
Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirib
27 Sep 2024 | 22:49
SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
27 Sep 2024 | 22:46
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:34
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
27 Sep 2024 | 22:25
Zelenski Trampla görüşüb
27 Sep 2024 | 22:23
Qrossi: "Əgər daha çox ölkə nüvə silahına sahib olarsa, ondan istifadə edilə bilər"
27 Sep 2024 | 22:17
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
27 Sep 2024 | 22:17
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var
27 Sep 2024 | 22:14
"Futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:59
Uşaqların yuxu rejimini İDARƏ ETMƏYİN YOLU
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 21:34
Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından yazdı: "Bizi təxliyə etdilər"
27 Sep 2024 | 21:27
Bu çörək zavodu məhkəməyə verildi
27 Sep 2024 | 21:18
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
27 Sep 2024 | 21:10
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 20:41
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
27 Sep 2024 | 20:32
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
27 Sep 2024 | 20:25
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
27 Sep 2024 | 20:17
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
27 Sep 2024 | 20:07
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
27 Sep 2024 | 19:59
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
27 Sep 2024 | 19:49
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
27 Sep 2024 | 19:41
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
27 Sep 2024 | 19:36
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
27 Sep 2024 | 19:33
"Fələstin bizim vətənimiz, dədə-baba torpağımızdır və bizim olaraq qalacaqdır" - Mahmud Abbas
27 Sep 2024 | 19:32
Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
27 Sep 2024 | 19:24
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçildi - FOTO
27 Sep 2024 | 19:14
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 19:02
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər - FOTO
27 Sep 2024 | 18:57
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
GÜNLÜK
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 14:38
Kadırov hücum etdi və məğlub oldu
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 14:54
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 14:20
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 16:38
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
27 Sep 2024 | 14:44
"Gəldi, amma dostlarının çiynində"
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
AYLIQ
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 14:38
Kadırov hücum etdi və məğlub oldu
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 14:54
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 14:20
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 16:38
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
27 Sep 2024 | 14:44
"Gəldi, amma dostlarının çiynində"