Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - TƏFƏRRÜAT + FOTO
Kriminal
Oxunub: 3176
14 May 2024 | 12:43
Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - TƏFƏRRÜAT + FOTO
2023-cü il avqustun 5-də Bakının Xutor qəsəbəsində qətl hadisəsi baş verib. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər. Fərdi evdə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Tacirə Salmanovanın meyiti aşkar edilib. Hadisənin şahidləri olan azyaşlı uşaqların sözlərinə görə, cinayəti ataları Teymur Məmmədov törədib və sonra evdən çıxaraq, qaçıb. 
 
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Səhəri gün 1989-cu il təvəllüdlü Teymur Məmmədov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə təslim olub.
 
Moderator.az xəbər verir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Teymur Məmmədov 2009-cu ildə Yasamal Rayon Məhkəməsinin hökmü ilə CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə bir il altı ay, 2012-ci ildə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə iki il, 2015-ci ildə Yevlax Rayon Məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) maddəsi ilə bir il, 2020-ci ildə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə CM-nin 29, 180-ci (soyğunçuluğa cəhd) maddəsi ilə üç il üç ay müddətinə azadlıqdan məhrum olunub. Salyan Rayon Məhkəməsinin qərarı ilə 2023-cü il sentyabrın 22-də cəzasının çəkilməmiş hissəsindən şərti, vaxtından əvvəl azad edilməsinə baxmayaraq, islah olunmayıb. Qeyri-rəsmi arvadı Tacirə Salmanovanın əxlaqsız həyat tərzi sürməsinə, habelə narkotik vasitələrdən istifadə etməsinə dair əsassız şübhələrini bəhanə edib, qadını öldürmək istəyib. Avqustun 5-i saat 17-də Xutor qəsəbəsində, kirayədə yaşadıqları evdə övladları 2017-ci il təvəllüdlü Solmaz Salmanova və 2019-cu il təvəllüdlü Rəsul Salmanovun evdə olmaqlarına baxmayaraq, Teymur Məmmədov bıçaqla Tacirə Salmanovaya yaxınlaşıb. Ümumilikdə 19 dəfə zərbə vuraraq, qadını xüsusi amansızlıqla öldürüb.
 
İfadəsinin yerində yoxlanılması zamanı Teymur Məmmədov cinayəti hansı qaydada törətməsi haqda ətraflı şəkildə məlumat verib. Bıçaq zərbələrinin sayını xatırlamadığını, xəsarətləri əsasən qadının kürək və boyun nahiyələrinə vurduğunu bildirib. O, yetkinlik yaşına çatmayan şahid Fatma Salmanova, atası Teymur Məmmədovun anasına bıçaqla xəsarət yetirdiyi vaxt, çöldə olduğunu, pəncərədən hansı qaydada hadisəni gördüyünü əyani şəkildə göstərib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Qənirə Salmanova ifadəsində göstərib ki, qızı Tacirəni 14 yaşında Bayram adlı uzaq qohumlarına ərə verib:
 
"Həmin nikahdan Mahirə və Tahirə adlı qız övladları dünyaya gəlib. Sonradan Bayram işləmək üçün xarici ölkəyə getdi və bu günə kimi ondan xəbərimiz yoxdur. Yevlaxda yaşayan Tacirə 18 yaşı olanda bibisi Solmaz Məmmədovanın oğlu Teymur Məmmədova qoşulub qaçıb. Rəsmi nikahları olmayıb. Teymurla ailə həyatı qurduqdan sonra Tacirə birinci yoldaşından olan övladlarını bacısı İlhamənin himayəsinə verib. Hazırda İlhamə öz ailəsi ilə birlikdə Rusiyada yaşayır. İkinci evliliyindən 2012-ci ildə Fatma, 2015-ci ildə Zeynal, 2017-ci ildə Solmaz və 2019-cu ildə Rəsul adlı uşaqları anadan olub. Təxminən 10 il əvvəl Bakıya köçərək, müxtəlif ünvanlarda kirayədə yaşayıblar. Tacirə müxtəlif şəxslərin evlərində xadiməlik edirdi. Aralarında yaranan mübahisələrə - Teymurun işləməməsi və Tacirədən pul istəməsi səbəb olurdu. Teymur narkotik vasitələrə qurşanmışdı. Axırıncı dəfə o, 2020-ci ildə həbs olunub. Teymur həbs olunandan sonra Tacirənin xahişi ilə rayondan gələrək qızımın evində qaldım. 2023-cü ilin mart ayında Xutor qəsəbəsinə, Əmir Qəmbərova məxsus evə köçdük. Kasıbçılıqla da olsa, Tacirə öz imkanı daxilində, cəzaçəkmə müəssisəsinə, Teymurun yanın gedirdi. Yayda Teymur həbsdən çıxandan sonra, həmin evdən çıxdım və oğlum Əli ilə birlikdə yaxınlıqda kirayədə qaldıq. Bir müddət sonra qızımdan yoldaşının yenə də işsiz evdə oturduğunu, ondan narkotik vasitə almaq üçün pul tələb etdiyini eşitdim. Tez-tez mübahisələr yarandığını nəvələrim də danışırdılar. Axırıncı dəfə, qızımı hadisədən bir gün əvvəl, evlərinə gedəndə gördüm".
 
Avqustun 5-i saat 17 radələrində Mədinə ilə birlikdə evdə olanda, Tacirənin böyük qızı Fatma qışqırıb, ağlayaraq həyətə girdi və "atam anamı öldürdü" dedi. Mədinə ilə Fatma evlərinə qaçdılar:
 
"Qeyd etmək istəyirəm ki, şəkər xəstəliyi ilə bağlı bir ayağım kəsildiyindən sərbəst hərəkət edə bilmirəm. Buna görə, evdən çölə çıxa bilmədim. 10 dəqiqədən sonra oğlum evə daxil olaraq, ağlayıb-qışqırmağımı görüb məni sakitləşməyə çalışdı.
 
Öyrəndim ki, Teymur Tacirəni bıçaqla qətlə yetirib. Qızım Yevlax şəhər qəbiristanlığında dəfn olunub. Hadisədən sonra nəvəm Fatmadan öyrəndim ki, həmin gün atası anasından pul istəyib, bu zəmində aralarında mübahisə yaranıb. Bundan sonra Teymur yaxınlıqda yaşayan bacısı Dünyagilə gedib. Bir müddətdən sonra evə qayıdıb. Küçə qapısını içəridən bağlayıb və bıçaqla anasına çoxsaylı xəsarətlər yetirib. Qızımı öldürdükdən sonra Teymur evdən qaçıb. Fatma ilə Mədinə içəri girərək, analarına köməklik etməyə çalışıblar".
 
Qanuni nümayəndəsinin iştirakı ilə şahid, yetkinlik yaşına çatmayan Fatma Salmanova ifadəsində göstərib ki, atası Teymur Məmmədovun narkoman olduğunu hamı bilirdi:
 
"Avqustun 5-də atam mübahisə edib, pul istəyəndə anam, sakitləşsin deyə ona 10 manat verdi. Harasa çıxıb gedən atam bir saatdan sonra qayıdaraq, yenə pul tələb edəndə, anam pulunun olmadığını dedi. Evin pəncərəsindən içəri baxanda, atamın anama çoxlu bıçaq zərbələri vurduğunu gördüm. Kömək üçün küçəyə çıxıb qışqırmağa başladım. Atam cinayəti törədib küçəyə çıxandan sonra Mədinə ilə içəri girib anamın qan içində, döşəmədə uzandığını gördük. Atam anamı öldürəndə, evdə balaca bacım Solmaz və qardaşım Rəsul var idi".
 
Şahid Zeynal Salmanov bildirib ki, baş verən hadisəni görməyib, çünki həmin vaxt həyətdə oynayıb. O qeyd edib ki, Teymur Məmmədovu ata kimi qəbul etmir və onu anasız qoyduğu üçün atasını heç vaxt bağışlamayacaq.
 
Şahid Solmaz Salmanova evdə, danışa bilməyən qardaşı Rəsul ilə oynayan zaman, atası evə qayıdaraq, anasının üstünə qışqırmağa başlayıb:
 
"Buna görə, otaqdakı divanın altında gizləndik. Qardaşımla oradan baxanda, atam bıçaqla anamı vurmağa başladı. Qorxumuzdan səsimizi çıxarmadıq. Hazırda anamız olmadığından özümüzü çox pis hiss edirik. Buna görə atamızı heç vaxt bağışlamayacağıq".
 
Məhkəmə iclasında Teymur Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, arvadını xəyanət etdiyinə görə öldürüb. Tacirəyə bıçaqla 20-yə yaxın zərbə vurub. İttiham aktında yazılıb ki, guya o, arvadını uşaqlarının gözləri qarşısında öldürüb. Amma bu doğru deyil, heç kim hadisənin şahidi olmayıb. Törətdiyi əməldən peşman deyil.
 
Son sözündə Teymur Məmmədov ona yüngül cəza təyin edilməsini xahiş edib. Həyatının qalan hissəsini həbsxanada keçirmək istəmədiyini bildirib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini xahiş edib.
 
Məhkəmə nəticəyə gəlib ki, dəfələrlə cinayət məsuliyyətinə cəlb edildiyinə görə kifayət qədər zəngin təcrübəyə malik olan şəxs kimi Teymur Məmmədov məhkəməyə təhrif edilmiş məlumatlar verməklə, qanunsuz əməllərinə haqq qazandırmaq və məsuliyyətini yüngülləşdirmək məqsədi güdüb. Belə ki, o, Tacirə Salmanovanı qətlə yetirməsinin səbəbi kimi qadının ona xəyanət etməsini göstərsə də, məhkəməyə heç bir inandırıcı sübut təqdim etməyib və susaraq, məhkəmənin suallarını cavablandırmayıb. Eyni zamanda cinayət işinin materialları ilə Tacirə Salmanovanın əxlaqsız hərəkətlər etməsi və ya başqa şəxslərlə cinsi əlaqədə olması təkzib edilib.
 
Məhkəmədə müəyyən edilib ki, Teymur Məmmədov azadlığa buraxılandan sonra, ailəyə qazanc gətirməyib. Tacirə Salmanova ailəni dolandıran yeganə şəxs olub. Qadının onun tərəfindən qətlə yetirilməsi, azyaşlı uşaqların tərbiyəsinə və həyat şəraitinə böyük zərbə vurub. Azyaşlı uşaqların bilavasitə, hadisə anını görmələri şahid ifadələri ilə öz təsdiqini tapıb.
 
Məhkəmə hesab edib ki, ibtidai istintaq orqanı tərəfindən Teymur Məmmədovun əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə düzgün tövsif edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Oxşar xəbərlər
20:19, Bu gün
Türkiyədə güclü meşə yanğını başlayıb
20:09, Bu gün
Boksçumuz Paris Olimpiadasına qələbə ilə başladı
20:08, Bu gün
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
19:34, Bu gün
Dadlı meyvə salatı necə hazırlanır?
19:08, Bu gün
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
19:02, Bu gün
"Almaniya islamçıları ölkədən deportasiya etməyə başlayıb" - "Deutsche Welle"
18:29, Bu gün
Fərqli bürclərin qadınları necə xoşbəxt ola bilərlər?
18:03, Bu gün
Livan hökuməti ABŞ-a xəbərdarlıq edib
17:53, Bu gün
ABŞ-də hər şeyi dərin dövlət idarə edir - Medvedev
17:52, Bu gün
Cəlilabadda hündürlükdən yıxılan azyaşlı həlak oldu
17:37, Bu gün
Venesuelada prezident seçkisi keçirilir
17:31, Bu gün
Məşhur aktrisa xoşbəxt evliliyinin sirrini açdı: eyni yataqda...
17:29, Bu gün
Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ
17:26, Bu gün
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
17:25, Bu gün
Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb
17:22, Bu gün
Azərbaycanda hərbi jurnalist vəfat edib
17:20, Bu gün
Yaponiyada zəlzələ oldu
17:19, Bu gün
ETSN-dən hava məlumatları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
17:16, Bu gün
Pezeşkian islahatçı siyasətçini birinci vitse-prezident təyin etdi
17:05, Bu gün
“Fransa Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərə görə cavab verməlidir!”
16:13, Bu gün
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
16:12, Bu gün
Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib
16:00, Bu gün
Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu
15:00, Bu gün
"Yaxın Şərqdə münaqişənin dayandırılması perspektivləri hələlik yoxdur" - Lavrov
14:21, Bu gün
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləşdirici” metod
14:15, Bu gün
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO
14:08, Bu gün
"Avropa siyasəti iflasa uğrayıb və qitə öz maraqlarını daha qoruya bilmir" - Orban
13:37, Bu gün
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
12:54, Bu gün
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
12:52, Bu gün
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
12:50, Bu gün
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
12:49, Bu gün
Sumqayıtda mənzildən meyit tapılıb
12:27, Bu gün
Hökməli qəsəbəsində qanunsuz tikili söküldü
12:26, Bu gün
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
11:36, Bu gün
İsrailin müdafiə naziri: "Günahsız uşaqlar öldü, Hizbullah günahkardır”
11:24, Bu gün
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
11:22, Bu gün
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
10:59, Bu gün
Rusiyanın Su-34 təyyarəsi ilə ABŞ koalisiyasına məxsus PUA qarşı-qarşıya gəlib
10:55, Bu gün
Harrisin ofisi onun İsraili tənqid etməsinə aydınlıq gətirib
10:50, Bu gün
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan yağır - FAKTİKİ HAVA
10:11, Bu gün
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
10:04, Bu gün
Şərqi Zəngəzur və Qarabağla bağlı MÜHÜM YENİLİK
09:50, Bu gün
Vyetnamda 5,1 bal gücündə zəlzələ baş verib
09:38, Bu gün
Türkiyə olimpiada tarixində İLK!
09:34, Bu gün
Parisin Olimpiya kəndində ÖLÜM
09:29, Bu gün
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
09:18, Bu gün
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
08:56, Bu gün
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
08:53, Bu gün
Bakıda avtomobil 40 yaşlı qadını vurub
08:29, Bu gün
Gəncəyə güclü yağış yağıb, bəzi küçələrə sel gəlib - FOTO
08:27, Bu gün
KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi
08:22, Bu gün
Moskvada rusiyalı milyarderin oğlu saxlanılıb
08:21, Bu gün
ChatGPT yaradıcılarının süni intellekt axtarış sistemi istifadəçiləri aldatdı
08:11, Bu gün
Bu il hansı bölgələrin abituriyentləri ən yüksək nəticələri göstəriblər?
08:10, Bu gün
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
08:09, Bu gün
Paşinyan arvadı ilə Gümrüdə açıq konsertdə – VİDEO
08:06, Bu gün
Seymur Herş: Obama, Baydeni hədələyərək istefaya məcbur edib
08:05, Bu gün
Venesuelada prezident seçkiləri keçiriləcək
08:00, Bu gün
Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib
07:55, Bu gün
Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır
07:55, Bu gün
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
07:43, Bu gün
Kərə yağı yeməyin zərəri varmı? – Dietoloqdan məsləhət
07:31, Bu gün
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
07:29, Bu gün
Azərbaycanlıların da şücaət göstərdiyi Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür
07:27, Bu gün
Ərdoğan: "Mahmud Abbas bizdən üzr istəməlidir"
07:26, Bu gün
Alimlər bədəndəki zərərli yağları sağlamlığa çevirməyi öyrəniblər
07:24, Bu gün
İsrail qırıcıları Livana zərbələr endirib
07:21, Bu gün
Bu gün abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan verəcəklər
07:18, Bu gün
Netanyahu: "Holan yüksəkliklərinə zərbə "Hizbullah"a baha başa gələcək"
07:01, Bu gün
Holan yüksəkliklərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb
27 Jul 2024 | 23:53
Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib
27 Jul 2024 | 23:16
Livandan İsrailə raket atıldı: Ölənlər var
27 Jul 2024 | 23:10
"Rusiya həmişə məni özünün düşməni hesab edib" - Dmitri Qordon
27 Jul 2024 | 23:04
Qubada sel torpaq uçqununa səbəb oldu, kənd yolu bağlandı
27 Jul 2024 | 22:54
Bakıda yaşayış binasında yanğın olub
27 Jul 2024 | 22:47
Ukrayna Rusiyanın bu vilayətini yenə atəşə tutdu
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
27 Jul 2024 | 22:25
Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək
27 Jul 2024 | 22:17
Axşam yeməyinin kalori miqdarı 600 kkaldan çox olmamalıdır
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:05
"Olimpiadanın açılışı biabırçı idi"
27 Jul 2024 | 21:59
Dağıstanda terror tüğyan edir: FTX bir sıra hücumların qarşısını alıb
27 Jul 2024 | 21:57
DİN-dən xəbərdarlıq: Süni intellekt sizlə ailə üzvü adından danışıqlar apara bilər
27 Jul 2024 | 21:51
Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 21:40
Üzümü bu qidalarla birgə yemək olmaz!
27 Jul 2024 | 21:32
Məşhur aktrisa dünyanın ən gözəl qadını seçildi - FOTO
27 Jul 2024 | 21:31
Bu cihazlar insanların sağlamlıqla bağlı narahatlığını artırır
27 Jul 2024 | 21:17
Avropa çempionatı: Azərbaycan millisi finala yüksəldi
27 Jul 2024 | 21:14
“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat
27 Jul 2024 | 21:09
"Belousov və Ostin Kiyevin Rusiyaya qarşı "məxfi əməliyyatı"nı müzakirə edib" - "The New York Times"
27 Jul 2024 | 21:00
Uğursuz insanların etdiyi 6 səhv
27 Jul 2024 | 20:53
Xərçəngdən qaçmağa kömək edəcək ən təsirli məhsul- HƏKİM
27 Jul 2024 | 20:45
"Deyir, üçüncü uşaq olmasa, boşayacağam səni"
27 Jul 2024 | 20:40
Qlobal D vitamini böhranının həlli varmı?
27 Jul 2024 | 20:35
Qarnında güllə olan KÖRPƏ DOĞULDU
27 Jul 2024 | 20:32
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları gecədən bağlanacaq
27 Jul 2024 | 20:26
FHN əməkdaşının ölümünün təfərrüatı bilindi
27 Jul 2024 | 20:20
2 il sonra səhnəyə çıxdı, 2 milyon dollar qazandı - FOTO
GÜNLÜK
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
08:56, Bu gün
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
27 Jul 2024 | 20:32
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları gecədən bağlanacaq
27 Jul 2024 | 20:35
Qarnında güllə olan KÖRPƏ DOĞULDU
27 Jul 2024 | 23:53
Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib
27 Jul 2024 | 20:53
Xərçəngdən qaçmağa kömək edəcək ən təsirli məhsul- HƏKİM
27 Jul 2024 | 21:51
Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
08:56, Bu gün
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
27 Jul 2024 | 20:32
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları gecədən bağlanacaq
27 Jul 2024 | 20:35
Qarnında güllə olan KÖRPƏ DOĞULDU
27 Jul 2024 | 23:53
Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib
27 Jul 2024 | 20:53
Xərçəngdən qaçmağa kömək edəcək ən təsirli məhsul- HƏKİM
27 Jul 2024 | 21:51
Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?