Həbsdən çıxıb narkotik puluna görə arvadını öldürdü - Bakıdakı qətlin DETALLARI
Kriminal
Oxunub: 3296
14 May 2024 | 07:56
Həbsdən çıxıb narkotik puluna görə arvadını öldürdü - Bakıdakı qətlin DETALLARI
2023-cü il avqustun 5-də Bakının Xutor qəsəbəsində qətl hadisəsi olur. Dərhal məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirirlər. Fərdi evdə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Tacirə Salmanovanın meyiti aşkar edilib. Hadisənin şahidləri olan azyaşlı uşaqların sözlərindən məlum olub ki, cinayəti ataları Teymur Məmmədov törədib və sonra evdən çıxaraq, qaçıb.  
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Səhərisi gün 1989-cu il təvəllüdlü Teymur Məmmədov könüllü gərələk Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə təslim olub.
 
Qlobal.net bildirir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Teymur Məmmədov 2009-cu ildə Yasamal rayon Məhkəməsinin hökmü ilə CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə 1 il 6 ay, 2012-ci ildə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə 2 il, 2015-ci ildə Yevlax rayon Məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) maddəsi ilə 1 il, 2020-ci ildə Binəqədi rayon Məhkəməsinin hökmü ilə CM-nin 29, 180-ci (soyğunçuluğa cəhd) maddəsi ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Salyan rayon Məhkəməsinin qərarı ilə 2023-cü il sentyabrın 22-də cəzasının çəkilməmiş hissəsindən şərti, vaxtından əvvəl azad edilməsinə baxmayaraq, islah olunmayıb. Qeyri-rəsmi arvadı Tacirə Salmanovanın əxlaqsız həyat tərzi sürməsinə, habelə narkotik vasitələrdən istifadə etməsinə dair əsassız şübhələrini bəhanə edib, qadını öldürmək istəyib. Avqustun 5-i saat 17-də Xutor qəsəbəsində, kirayədə yaşadıqları evdə övladları 2017-ci il təvəllüdlü Solmaz və 2019-cu il təvəllüdlü Rəsul Salmanovların evdə olmaqlarına baxmayaraq, Teymur Məmmədov bıçaqla Tacirə Salmanovaya yaxınlaşıb. Ümumilikdə 19 dəfə zərbə vuraraq, qadını xüsusi amansızlıqla öldürüb. 
İfadəsinin yerində yoxlanılması zamanı Teymur Məmmədov cinayəti hansı qaydada törətməsi haqda ətraflı şəkildə göstərib. Bıçaq zərbələrinin sayını xatırlamadığını, xəsarətləri əsasən qadının kürək və boyun nahiyələrinə vurduğunu bildirib. O, yetkinlik yaşına çatmayan şahid Fatma Salmanova, atası Teymur Məmmədovun anasına bıçaqla xəsarət yetirdiyi vaxt, çöldə olduğunu, pəncərədən hansı qaydada hadisəni gördüyünü əyani şəkildə göstərib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Qənirə Salmanova ifadəsində göstərib ki, qızı Tacirəni 14 yaşında Bayram adlı uzaq qohumlarına ərə verib:
 
"Həmin nikahdan Mahirə və Tahirə adlı qız övladları dünyaya gəldi. Sonradan Bayram işləmək üçün xarici ölkəyə getdi və bu günə kimi ondan xəbərimiz yoxdur. Yevlaxda yaşayan Tacirə 18 yaşı olanda bibisi Solmaz Məmmədovanın oğlu Teymur Məmmədova qoşulub qaçdı. Rəsmi nikahları olmayıb. Teymurla ailə həyatı qurduqdan sonra Tacirə birinci yoldaşından olan övladlarını bacısı İlhamənin himayəsinə verdi. Hazırda İlhamə öz ailəsi ilə birlikdə Rusiyada yaşayır. İkinci evliliyindən 2012-ci ildə Fatma, 2015-ci ildə Zeynal, 2017-ci ildə Solmaz və 2019-cu ildə Rəsul adlı uşaqları anadan oldu. Təxminən 10 il əvvəl Bakıya köçərək, müxtəlif ünvanlarda kirayədə yaşayıblar. Tacirə müxtəlif şəxslərin evlərində xadiməlik edirdi. Aralarında yaranan mübahisələrə - Teymurun işləməməsi və Tacirədən pul istəməsi səbəb olurdu. Teymur narkotik vasitələrə qurşanmışdı. Axırıncı dəfə o, 2020-ci ildə Binəqədi polisi tərəfindən tutulub. Teymur həbs olunandan sonra Tacirənin xahişi ilə rayondan gələrək qızımın evində qaldım. 2023-cü ilin mart ayında Xutor qəsəbəsinə, Əmir Qəmbərova məxsus evə köçdük. Kasıbçılıqla da olsa, Tacirə öz imkanı daxilində, cəzaçəkmə müəssisəsinə, Teymurun yanın gedirdi. Yayda Teymur həbsdən çıxandan sonra, həmin evdən çıxdım və oğlum Əli ilə birlikdə yaxınlıqda kirayədə qaldıq. Bir müddət sonra qızımdan yoldaşının yenə də işsiz evdə oturduğunu, ondan narkotik vasitə almaq üçün pul tələb etdiyini eşitdim. Tez-tez mübahisələr yarandığını nəvələrim də danışırdı. Axırıncı dəfə, qızımı hadisədən bir gün əvvəl, evlərinə gedəndə gördüm".
 
Avqustun 5-i saat 17 radələrində Mədinə ilə birlikdə evdə olanda, Tacirənin böyük qızı Fatma qışqırıb, ağlayaraq həyətə girdi və "atam anamı öldürdü" dedi. Mədinə ilə Fatma evlərinə qaçdılar:
 
"Qeyd etmək istəyirəm ki, şəkər xəstəliyi ilə bağlı bir ayağım kəsildiyindən sərbəst hərəkət edə bilmirəm. Buna görə, evdən çölə çıxa bilmədim. 10 dəqiqədən sonra oğlum evə daxil olaraq, ağlayıb-qışqırmağımı görüb məni sakitləşməyə çalışdı.
 
Öyrəndim ki, Teymur Tacirəni bıçaqla qətlə yetirib. Qızım Yevlax şəhər qəbirstanlığında dəfn olunub. Hadisədən sonra nəvəm Fatmadan öyrəndim ki, həmin gün atası anasından pul istəyib, bu zəmində aralarında mübahisə yaranıb. Bundan sonra Teymur yaxınlıqda yaşayan bacısı Dünyagilə gedib. Bir müddətdən sonra evə qayıdıb. Küçə qapısını içəridən bağlayıb və bıçaqla anasına çoxsaylı xəsarətlər yetirib. Qızımı öldürdükdən sonra Teymur evdən qaçıb. Fatma ilə Mədinə içəri girərək, analarına köməklik etməyə çalışıblar".
 
Qanuni nümayəndəsinin iştirakı ilə şahid, yetkinlik yaşına çatmayan Fatma Salmanova ifadəsində göstərib ki, atası Teymur Məmmədovun narkoman olduğunu hamı bilib:
 
"Avqustun 5-də atam mübahisə edib, pul istəyəndə anam, sakitləşsin deyə ona 10 manat verdi. Harasa çıxıb gedən atam 1 saatdan sonra qayıdaraq, yenə pul tələb edəndə, anam pul olmadığını dedi. Evin pəncərəsindən içəri baxanda, atamın anama çoxlu bıçaq zərbələri vurduğunu gördüm. Kömək üçün küçəyə çıxıb qışqırmağa başladım. Atam cinayəti törədib küçəyə çıxandan sonra Mədinə ilə içəri girib anamın qan içində, döşəmədə uzandığını gördük. Teymur anamı öldürəndə, evdə balaca bacım Solmaz və qardaşım Rəsul var idi". 
Şahid Zeynal Salmanov bildirib ki, baş vermis hadisəni görməyib, çünki həmin vaxt həyətdə oynayıb. Teymur Məmmədovu ata kimi qəbul etmir, onu anasız qoyduğundan atasını heç vaxt bağışlamayacaq.
 
Şahid Solmaz Salmanova evdə, danışa bilməyən qardaşı Rəsulla oyuncaqları ilə oynayanda, atası evə qayıdaraq, anasının üstünə qışqırmağa başlayıb:
 
"Buna görə, otaqdakı divanın altında gizləndik. Qardaşımla ordan baxanda, atam bıçaqla anamı vurmağa başladı. Qorxduğumuzdan səsimizi çıxarmadıq. Hazırda anamız olmadığından özümüzü çox piss hiss edirik. Buna görə atamızı heç vaxt bağışlamayacağıq". 
Şahid Mədinə Dəvrişova ifadəsində göstərib ki, Tacirə Salmanova onun bibisi olub. Onunla qonşuluqda yaşayıb:
 
"Avqustun 5-də Fatma qışqıra-qışqıra gəlib Teymurun Tacirəni öldürdüyünü dedi. Evə çatanda, qapı açıq idi, bibim oğlu Zeynal həyətdə dayanıb ağlayırdı. Teymur Tacirəni bıçaqla öldürəndə azyaşlı Solmaz və Rəsul bu dəhşətli mənzərəni görüblər". 
Məhkəmə iclasında Teymur Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, arvadını xəyanət etdiyinə görə öldürüb. Tacirəyə bıçaqla 20-yə yaxın zərbə vurub. İttiham aktında yazılıb ki, guya o, arvadını uşaqlarının gözləri qarşısında öldürüb. Amma bu doğru deyil, heç kim hadisənin şahidi olmayıb. Törətdiyi əməldən peşman deyil.
 
Son sözündə Teymur Məmmədov əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilərək, ona yüngül cəza təyin edilməsini xahiş edib. Həyatının qalan hissəsini həbsxanada keçirmək istəmədiyini bildirib. 
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini xahiş edib. 
Məhkəmə nəticəyə gəlib ki, dəfələrlə cinayət məsuliyyətinə cəlb edildiyinə görə kifayət qədər zəngin təcrübəyə malik olan şəxs kimi Teymur Məmmədov məhkəməyə təhrif edilmiş məlumatlar verməklə, qanunsuz əməllərinə haqq qazandırmaq və məsuliyyətini yüngülləşdirmək məqsədi güdüb. Belə ki, o, Tacirə Salmanovanı qətlə yetirməsinin səbəbi kimi qadının ona xəyanət etməsini göstərsə də, məhkəməyə heç bir inandırıcı sübut təqdim etməyib və susaraq, məhkəmənin suallarını cavablandırmayıb. Eyni zamanda cinayət işinin materialları ilə Tacirə Salmanovanın əxlaqsız hərəkətlər etməsi və ya başqa şəxslərlə cinsi əlaqədə olması təkzib edilir.
 
Məhkəmədə müəyyən edilib ki, Teymur Məmmədov azadlığa buraxılandan sonra, ailəyə qazanc gətirməyib. Tacirə Salmanova ailəni dolandıran yeganə şəxs olub. Qadının onun tərəfindən qətlə yetirilməsi, ən çox həmin ayzaşlı uşaqların tərbiyəsinə və həyat şəraitinə böyük zərbə vurub. Azyaşlı uşaqların bilavasitə, hadisə anını görmələri şahid ifadələri ilə öz təsdiqini tapıb. 
Məhkəmə hesab edib ki, ibtidai istintaq orqanı tərəfindən Teymur Məmmədovun əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə düzgün tövsif edilib.  
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azaqlıqdan məhrum olunub.
Oxşar xəbərlər
28 Jul 2024 | 23:58
Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR
28 Jul 2024 | 23:57
Londondakı səfirliyimizə qarşı təxribat edən Robinson həbs edildi
28 Jul 2024 | 22:55
Nazarətçi qadın həbsxanada tanış olduğu cinayətkara ərə getmək üçün xidmətdən gedib
28 Jul 2024 | 22:39
Tanınmış hərbi jurnalistin dəfn olunacağı yer AÇIQLANDI
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 21:01
Putin ABŞ və Almaniyanı açıq şəkildə təhdid edib
28 Jul 2024 | 20:19
Türkiyədə güclü meşə yanğını başlayıb
28 Jul 2024 | 20:09
Boksçumuz Paris Olimpiadasına qələbə ilə başladı
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 19:34
Dadlı meyvə salatı necə hazırlanır?
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 19:02
"Almaniya islamçıları ölkədən deportasiya etməyə başlayıb" - "Deutsche Welle"
28 Jul 2024 | 18:29
Fərqli bürclərin qadınları necə xoşbəxt ola bilərlər?
28 Jul 2024 | 18:03
Livan hökuməti ABŞ-a xəbərdarlıq edib
28 Jul 2024 | 17:53
ABŞ-də hər şeyi dərin dövlət idarə edir - Medvedev
28 Jul 2024 | 17:52
Cəlilabadda hündürlükdən yıxılan azyaşlı həlak oldu
28 Jul 2024 | 17:37
Venesuelada prezident seçkisi keçirilir
28 Jul 2024 | 17:31
Məşhur aktrisa xoşbəxt evliliyinin sirrini açdı: eyni yataqda...
28 Jul 2024 | 17:29
Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:26
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
28 Jul 2024 | 17:25
Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb
28 Jul 2024 | 17:22
Azərbaycanda hərbi jurnalist vəfat edib
28 Jul 2024 | 17:20
Yaponiyada zəlzələ oldu
28 Jul 2024 | 17:19
ETSN-dən hava məlumatları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:16
Pezeşkian islahatçı siyasətçini birinci vitse-prezident təyin etdi
28 Jul 2024 | 17:05
“Fransa Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərə görə cavab verməlidir!”
28 Jul 2024 | 16:13
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
28 Jul 2024 | 16:12
Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib
28 Jul 2024 | 16:00
Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu
28 Jul 2024 | 15:00
"Yaxın Şərqdə münaqişənin dayandırılması perspektivləri hələlik yoxdur" - Lavrov
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 14:15
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO
28 Jul 2024 | 14:08
"Avropa siyasəti iflasa uğrayıb və qitə öz maraqlarını daha qoruya bilmir" - Orban
28 Jul 2024 | 13:37
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
28 Jul 2024 | 12:54
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
28 Jul 2024 | 12:52
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
28 Jul 2024 | 12:50
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
28 Jul 2024 | 12:49
Sumqayıtda mənzildən meyit tapılıb
28 Jul 2024 | 12:27
Hökməli qəsəbəsində qanunsuz tikili söküldü
28 Jul 2024 | 12:26
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
28 Jul 2024 | 11:36
İsrailin müdafiə naziri: "Günahsız uşaqlar öldü, Hizbullah günahkardır”
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 11:22
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
28 Jul 2024 | 10:59
Rusiyanın Su-34 təyyarəsi ilə ABŞ koalisiyasına məxsus PUA qarşı-qarşıya gəlib
28 Jul 2024 | 10:55
Harrisin ofisi onun İsraili tənqid etməsinə aydınlıq gətirib
28 Jul 2024 | 10:50
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan yağır - FAKTİKİ HAVA
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 10:04
Şərqi Zəngəzur və Qarabağla bağlı MÜHÜM YENİLİK
28 Jul 2024 | 09:50
Vyetnamda 5,1 bal gücündə zəlzələ baş verib
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 09:34
Parisin Olimpiya kəndində ÖLÜM
28 Jul 2024 | 09:29
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 08:53
Bakıda avtomobil 40 yaşlı qadını vurub
28 Jul 2024 | 08:29
Gəncəyə güclü yağış yağıb, bəzi küçələrə sel gəlib - FOTO
28 Jul 2024 | 08:27
KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi
28 Jul 2024 | 08:22
Moskvada rusiyalı milyarderin oğlu saxlanılıb
28 Jul 2024 | 08:21
ChatGPT yaradıcılarının süni intellekt axtarış sistemi istifadəçiləri aldatdı
28 Jul 2024 | 08:11
Bu il hansı bölgələrin abituriyentləri ən yüksək nəticələri göstəriblər?
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
28 Jul 2024 | 08:09
Paşinyan arvadı ilə Gümrüdə açıq konsertdə – VİDEO
28 Jul 2024 | 08:06
Seymur Herş: Obama, Baydeni hədələyərək istefaya məcbur edib
28 Jul 2024 | 08:05
Venesuelada prezident seçkiləri keçiriləcək
28 Jul 2024 | 08:00
Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib
28 Jul 2024 | 07:55
Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır
28 Jul 2024 | 07:55
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
28 Jul 2024 | 07:43
Kərə yağı yeməyin zərəri varmı? – Dietoloqdan məsləhət
28 Jul 2024 | 07:31
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
28 Jul 2024 | 07:29
Azərbaycanlıların da şücaət göstərdiyi Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür
28 Jul 2024 | 07:27
Ərdoğan: "Mahmud Abbas bizdən üzr istəməlidir"
28 Jul 2024 | 07:26
Alimlər bədəndəki zərərli yağları sağlamlığa çevirməyi öyrəniblər
28 Jul 2024 | 07:24
İsrail qırıcıları Livana zərbələr endirib
28 Jul 2024 | 07:21
Bu gün abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan verəcəklər
28 Jul 2024 | 07:18
Netanyahu: "Holan yüksəkliklərinə zərbə "Hizbullah"a baha başa gələcək"
28 Jul 2024 | 07:01
Holan yüksəkliklərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb
27 Jul 2024 | 23:53
Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib
27 Jul 2024 | 23:16
Livandan İsrailə raket atıldı: Ölənlər var
27 Jul 2024 | 23:10
"Rusiya həmişə məni özünün düşməni hesab edib" - Dmitri Qordon
27 Jul 2024 | 23:04
Qubada sel torpaq uçqununa səbəb oldu, kənd yolu bağlandı
27 Jul 2024 | 22:54
Bakıda yaşayış binasında yanğın olub
27 Jul 2024 | 22:47
Ukrayna Rusiyanın bu vilayətini yenə atəşə tutdu
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
27 Jul 2024 | 22:25
Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək
27 Jul 2024 | 22:17
Axşam yeməyinin kalori miqdarı 600 kkaldan çox olmamalıdır
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:05
"Olimpiadanın açılışı biabırçı idi"
27 Jul 2024 | 21:59
Dağıstanda terror tüğyan edir: FTX bir sıra hücumların qarşısını alıb
27 Jul 2024 | 21:57
DİN-dən xəbərdarlıq: Süni intellekt sizlə ailə üzvü adından danışıqlar apara bilər
27 Jul 2024 | 21:51
Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 21:40
Üzümü bu qidalarla birgə yemək olmaz!
27 Jul 2024 | 21:32
Məşhur aktrisa dünyanın ən gözəl qadını seçildi - FOTO
27 Jul 2024 | 21:31
Bu cihazlar insanların sağlamlıqla bağlı narahatlığını artırır
27 Jul 2024 | 21:17
Avropa çempionatı: Azərbaycan millisi finala yüksəldi
27 Jul 2024 | 21:14
“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat
27 Jul 2024 | 21:09
"Belousov və Ostin Kiyevin Rusiyaya qarşı "məxfi əməliyyatı"nı müzakirə edib" - "The New York Times"
27 Jul 2024 | 21:00
Uğursuz insanların etdiyi 6 səhv
GÜNLÜK
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 07:55
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
28 Jul 2024 | 07:31
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 07:55
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
28 Jul 2024 | 07:31
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO