Övlada hansı adın qoyulmasının nə mənası var?..
Aktual
Oxunub: 3550
14 May 2024 | 05:55
Övlada hansı adın qoyulmasının nə mənası var?..
(İslam nəzəri) İnsan həyatında adın əhəmiyyəti böyükdür. Körpənin həyatının başlanğıcı, dünyaya təqdimatı ad vasitəsilə baş verir. Ad – insanın şəxsiyyəti, kimliyi, identifikasiya kodu, cəmiyyətdən seçilib fərdiyyətə çevrilmə alətidir. Çox vaxt ətrafdakıların insana münasibəti də müəyyən mənada addan asılı olur. Yəni bəzən bir kəsin adını eşitməklə subyektiv olaraq bizdə o un barəsində təsəvvür yaranır. Həmin adamla eyni adı daşıyan və tanıdığımız şəxslər arasında paralellər qurmağa çalışırıq. Sevdiyimiz şəxslərlə adaş olanlara istər-istəməz rəğbət bəsləyir, düşmənlərimizin yalnız özünə deyil, adına da nifrətlə yanaşırıq. Bu gün də bir çoxlarımız imamların səhabələri arasında Müaviyə, Yezid adlı mömin şəxslərin olması faktını heyrətlə qarşılayırlar. Çünki əsrlərdir ki, bu adlar bizim üçün mənfilik simvoluna çevrilib...
 
Ad insanın cəmiyyətdəki yerini və mövqeyini şərtləndirən amillərdən biri kimi də çıxış edir. Çox vaxt belə bir vəziyyətin şahidi oluruq ki, öz adından narazı olan insanlar sıxıntı və narahatlıq hiss edirlər; bu sıxıntı onlarda ciddi psixoloji komplekslərin yaranmasına gətirib-çıxarır. Belə insan həmişə öz adına görə xəcalət çəkir, bu üzdən bəzən cəmiyyətdə öz yerini tapa bilmir, imkanlarını reallaşdırmağa mənəvi güc tapmır. Bu mənada hər bir valideyn öz övladı üçün ad seçərkən həmişə məsuliyyət hiss etməlidir. Başa düşməlidir ki, övladın gələcəkdə psixoloji baxımdan özünü rahat hiss etməsi, ümumilikdə öz həyatını düzgün qura bilməsi üçün adın uğurla seçilməsi çox mühüm amildir. Elə buna görə də Həzrət Mühəmməd Peyğəmbər (s) ətrafındakıların adına münasibətdə xüsusi həssaslıqla davranırdı. Öz sahibinə narahatlıq gətirən, başqalarının ona münasibətini korlayan xoşagəlməz adları Peyğəmbər gözəl adlarla əvəz edirdi. O həzrət istər qadın, istərsə də kişi səhabələrdən bir neçəsinə təklif etmişdi ki, əsl adlarını dəyişdirsinlər, onlar da bu məsləhətə əməl edib, Peyğəmbərin təklif etdiyi adları götürmüşdülər...
 
İslam Peyğəmbəri buyurmuşdur: «Adlarınızı gözəlləşdirin. Çünki qiyamət günündə siz öz adınızla çağırılacaqsınız: «Ey filankəsin oğlu filankəs! Qalx, öz nuruna tərəf get! Ey filankəsin oğlu filankəs! Qalx, sən nurdan məhrumsan!» (Küleyni. Əl-Kafi, VI, 19). İslam ənənəsinə görə, atanın övlad qarşısında daşıdığı vəzifələrdən birincisi ona gözəl ad qoymaqdır. İmam Kazim (ə) atalara müraciətlə buyurmuşdu: «Atanın övlad üçün etməli olduğu ilk yaxşılıq – ona gözəl ad verməkdir. Övladlarınıza gözəl adlar qoyun!» (yux. mənbə, səh. 18). Uşaq üçün tövsiyə olunan adlar içində ilk yeri Allaha bəndəliyi ifadə edən adlar tutur. Yəni Allahın gözəl adlarının (əsmaül-hüsna) əvvəlinə «əbd» kəlməsini artırmaqla yaranan adlar daha çox məsləhət bilinir (məsələn, Abdullah, Əbdürrəhman, Əbdürrəhim, Əbdülkərim, Əbdüllətif, Əbdülqadir, Əbdüləzim və s). Bunlardan əlavə, uşağa peyğəmbərlərin adını qoymaq da tövsiyə olunur. Həzrət Mühəmməd Peyğəmbərə (s) aid hədislərin birində deyilir: «Övladlarınıza peyğəmbərlərin adını qoyun. Adların ən yaxşısı isə Abdullah və Əbdürrəhmandır» (Təbərsi. Məkarimül-əxlaq, I, 421).
 
Rəvayət edirlər ki, bir nəfər Peyğəmbərin yanına gəlib, yeni doğulmuş oğluna ad verməsini xahiş etdi. Peyğəmbər: «Ona ən çox sevdiyim Həmzə adını verdim» deyə buyurdu. Həmzə İslam Peyğəmbərinin əmisi idi. Aralarındakı yaş fərqi az olduğuna görə, bəzi müəlliflər hətta onların süd qardaşı olduqlarını və eyni qadından süd əmdiklərini yazmışlar. Həmzənin hicrətdən üç il sonra Ühüd savaşında faciəli surətdə şəhid olması Peyğəmbərə çox pis təsir etmişdi. Buna görə Peyğəmbər Həmzəni həmişə nisgillə xatırlayırdı. Həmin səhabənin oğluna da Həmzə adı qoymasının səbəbi bu idi...
 
Hədislərdən məlum olur ki, İslam tarixində özünəməxsus yeri olan bəzi məşhur şəxsiyyətlərin adlarını uşağa verməyin maddi faydaları da var. Peyğəmbər buyurmuşdur: «O evdə ki, Mühəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah və Fatimə adını daşıyan adam var, oraya kasıblıq yaxın düşməz» (Küleyni. Əl-Kafi, VI, 19). Oğlan uşağına Mühəmməd adının verilməsinin savabı isə həddən artıqdır. Hətta Həzrət Mühəmməd Peyğəmbər (s) dörd (bəzi hədislərə görə, üç) oğlundan birinə Mühəmməd adını verməyən atanın Onun ruhuna zülm etdiyini buyurmuşdur. Dini kitablarda yazılıb ki, oğlu olmasını istəyən şəxs ona Mühəmməd adını verəcəyini nəzir etsə, Allah ona oğul bağışlayar. Amma bundan sonra nəzrinə əməl etməlidir. Əgər uşağa başqa ad qoysa, körpə tələf ola bilər. Bəzən İslam ənənəsinə görə, ailədə bu yolla doğulmuş oğlan uşaqlarını fərqləndirmək üçün onlara Mühəmməd və başqa bir adın birləşməsindən ibarət mürəkkəb ad qoyurlar (məsələn, Mühəmməd Kərim, Mühəmməd Əli, Mühəmməd Hüseyn, Mühəmməd Kazim, Mühəmməd Riza və s.). Bir çox böyük müsəlman alimlərinin adlarında bunun şahidi oluruq. İmam Riza (ə) Peyğəmbərə istinadən buyurmuşdu ki, bir məsələ barəsində məşvərət edən dəstənin içində Mühəmməd və ya Əhməd adını daşıyan adam varsa, həmin məşvərət məclisi xeyri-bərəkətli olar (Təbərsi. Məkarimül-əxlaq, I, 421-422). Həmçinin, içində peyğəmbərlərdən birinin adını daşıyan adamın olduğu evə mələklər vasitəsilə hər gün iki dəfə müqəddəslik (xeyri-bərəkət) gələr (Əllamə Məclisi. Biharül-ənvar, CI, 129). Mühəmməd adı o qədər möhtərəm və əziz sayılır ki, bu adı daşıyan uşaqla rəftar zamanı da adın hörmətini qorumaq lazımdır. Hədisdə deyilir ki, bir nəfər İmam Cəfər Sadiqin (ə) yanına gəldi. Çoxdan görünməməsinin səbəbini soruşanda cavab verdi ki, oğlu olub. İmam onu təbrik edib soruşdu ki, uşağa nə ad qoymusan? Cavab verdi: «Mühəmməd». İmam Sadiq (ə) vəcdlə yerə döşənib bu adı bir neçə dəfə təkrar etdi, sonra buyurdu: «Canım, övladlarım, ailəm, atam-anam və bütün yer əhli Rəsulüllaha fəda olsun! O uşağa ağır söz demə, onu vurma, onunla pis rəftar etmə! Hansı evdə Mühəmməd adlı adam varsa, o ev hər gün Allahın hüzurunda müqəddəs və mübarək sayılar». Bir nəfər İmam Cəfər Sadiqdən (ə) soruşdu ki, oğluma Sizin adınızı və ata-babalarınızın adını (yəni imamların adını) qoysam, bir xeyri varmı? İmam cavab verdi: «Vallah, bəli. Məgər din məhəbbətdən başqa bir şeydən ibarətdirmi?». Sonra İmam aşağıdakı ayəni oxudu: «De: «Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir» (Əyyaşi təfsiri, I, 167-168). Hədisdən məlum olur ki, Allah-təala sevdiyi bəndələrinin adını öz övladına qoymuş atanın bu hərəkətini savab kimi dəyərləndirər; çünki Allahın sevimli bəndələrini sevmək və onların adını yaşatmaq gözəl əməldir. Məsum imamların özləri də bu tövsiyəyə əməl edirdilər. Məsələn, İmam Hüseynin (ə) üç oğlu vardı ki, hər üçünün adı Əli idi. Onları fərqləndirmək üçün Əliəkbər (böyük Əli), Əliövsət (ortancıl Əli) və Əliəsğər (kiçik Əli) çağırırdılar. Müaviyənin hakimiyyəti zamanında Mədinə valisi Mərvan ibn Həkəm bir gün Həzrət Zeynül-abidinlə (ə) görüşüb adını soruşdu (o zaman İmam Hüseyn (ə) sağ idi və Həzrət Zeynül-abidin (ə) hələ imamət məsuliyyətini öhdəyə almamışdı). Zeynül-abidin həzrətləri (ə) adının Əli olduğunu söylədi. Mərvan xəbər aldı: «Qardaşının adı nədir?». Həzrət buyurdu: «Onun da adı Əlidir» (sonralar Kərbəlada şəhid olmuş Əliəkbər nəzərdə tutulur). Mərvan heyrətlə dedi: «Atan öz oğulları üçün Əli adından başqa ad tapmayıbmı?». Həzrət Zeynül-abidin (ə) əhvalatı atasına danışanda İmam Hüseyn (ə) buyurdu: «Əgər yüz oğlum da olsa, yenə onlara Əlidən başqa ad qoymaram» (Küleyni. Əl-kafi, VI, 19). Qız uşaqlarının adına gəlincə, hədislərdən və İslam müqəddəslərinin həyat tərzindən məlum olur ki, ən çox bəyənilən və tövsiyə edilən qız adları bunlardır: Fatimə, Xədicə, Məsumə, Zeynəb, Ümmi-Külsum, Rüqəyyə, Səkinə və s. islam.az
 
Mənbə: //islam.az
Oxşar xəbərlər
28 Jul 2024 | 23:58
Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR
28 Jul 2024 | 23:57
Londondakı səfirliyimizə qarşı təxribat edən Robinson həbs edildi
28 Jul 2024 | 22:55
Nazarətçi qadın həbsxanada tanış olduğu cinayətkara ərə getmək üçün xidmətdən gedib
28 Jul 2024 | 22:39
Tanınmış hərbi jurnalistin dəfn olunacağı yer AÇIQLANDI
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 21:01
Putin ABŞ və Almaniyanı açıq şəkildə təhdid edib
28 Jul 2024 | 20:19
Türkiyədə güclü meşə yanğını başlayıb
28 Jul 2024 | 20:09
Boksçumuz Paris Olimpiadasına qələbə ilə başladı
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 19:34
Dadlı meyvə salatı necə hazırlanır?
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 19:02
"Almaniya islamçıları ölkədən deportasiya etməyə başlayıb" - "Deutsche Welle"
28 Jul 2024 | 18:29
Fərqli bürclərin qadınları necə xoşbəxt ola bilərlər?
28 Jul 2024 | 18:03
Livan hökuməti ABŞ-a xəbərdarlıq edib
28 Jul 2024 | 17:53
ABŞ-də hər şeyi dərin dövlət idarə edir - Medvedev
28 Jul 2024 | 17:52
Cəlilabadda hündürlükdən yıxılan azyaşlı həlak oldu
28 Jul 2024 | 17:37
Venesuelada prezident seçkisi keçirilir
28 Jul 2024 | 17:31
Məşhur aktrisa xoşbəxt evliliyinin sirrini açdı: eyni yataqda...
28 Jul 2024 | 17:29
Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:26
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
28 Jul 2024 | 17:25
Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb
28 Jul 2024 | 17:22
Azərbaycanda hərbi jurnalist vəfat edib
28 Jul 2024 | 17:20
Yaponiyada zəlzələ oldu
28 Jul 2024 | 17:19
ETSN-dən hava məlumatları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:16
Pezeşkian islahatçı siyasətçini birinci vitse-prezident təyin etdi
28 Jul 2024 | 17:05
“Fransa Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərə görə cavab verməlidir!”
28 Jul 2024 | 16:13
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
28 Jul 2024 | 16:12
Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib
28 Jul 2024 | 16:00
Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu
28 Jul 2024 | 15:00
"Yaxın Şərqdə münaqişənin dayandırılması perspektivləri hələlik yoxdur" - Lavrov
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 14:15
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO
28 Jul 2024 | 14:08
"Avropa siyasəti iflasa uğrayıb və qitə öz maraqlarını daha qoruya bilmir" - Orban
28 Jul 2024 | 13:37
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
28 Jul 2024 | 12:54
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
28 Jul 2024 | 12:52
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
28 Jul 2024 | 12:50
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
28 Jul 2024 | 12:49
Sumqayıtda mənzildən meyit tapılıb
28 Jul 2024 | 12:27
Hökməli qəsəbəsində qanunsuz tikili söküldü
28 Jul 2024 | 12:26
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
28 Jul 2024 | 11:36
İsrailin müdafiə naziri: "Günahsız uşaqlar öldü, Hizbullah günahkardır”
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 11:22
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
28 Jul 2024 | 10:59
Rusiyanın Su-34 təyyarəsi ilə ABŞ koalisiyasına məxsus PUA qarşı-qarşıya gəlib
28 Jul 2024 | 10:55
Harrisin ofisi onun İsraili tənqid etməsinə aydınlıq gətirib
28 Jul 2024 | 10:50
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan yağır - FAKTİKİ HAVA
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 10:04
Şərqi Zəngəzur və Qarabağla bağlı MÜHÜM YENİLİK
28 Jul 2024 | 09:50
Vyetnamda 5,1 bal gücündə zəlzələ baş verib
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 09:34
Parisin Olimpiya kəndində ÖLÜM
28 Jul 2024 | 09:29
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 08:53
Bakıda avtomobil 40 yaşlı qadını vurub
28 Jul 2024 | 08:29
Gəncəyə güclü yağış yağıb, bəzi küçələrə sel gəlib - FOTO
28 Jul 2024 | 08:27
KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi
28 Jul 2024 | 08:22
Moskvada rusiyalı milyarderin oğlu saxlanılıb
28 Jul 2024 | 08:21
ChatGPT yaradıcılarının süni intellekt axtarış sistemi istifadəçiləri aldatdı
28 Jul 2024 | 08:11
Bu il hansı bölgələrin abituriyentləri ən yüksək nəticələri göstəriblər?
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
28 Jul 2024 | 08:09
Paşinyan arvadı ilə Gümrüdə açıq konsertdə – VİDEO
28 Jul 2024 | 08:06
Seymur Herş: Obama, Baydeni hədələyərək istefaya məcbur edib
28 Jul 2024 | 08:05
Venesuelada prezident seçkiləri keçiriləcək
28 Jul 2024 | 08:00
Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib
28 Jul 2024 | 07:55
Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır
28 Jul 2024 | 07:55
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
28 Jul 2024 | 07:43
Kərə yağı yeməyin zərəri varmı? – Dietoloqdan məsləhət
28 Jul 2024 | 07:31
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
28 Jul 2024 | 07:29
Azərbaycanlıların da şücaət göstərdiyi Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür
28 Jul 2024 | 07:27
Ərdoğan: "Mahmud Abbas bizdən üzr istəməlidir"
28 Jul 2024 | 07:26
Alimlər bədəndəki zərərli yağları sağlamlığa çevirməyi öyrəniblər
28 Jul 2024 | 07:24
İsrail qırıcıları Livana zərbələr endirib
28 Jul 2024 | 07:21
Bu gün abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan verəcəklər
28 Jul 2024 | 07:18
Netanyahu: "Holan yüksəkliklərinə zərbə "Hizbullah"a baha başa gələcək"
28 Jul 2024 | 07:01
Holan yüksəkliklərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb
27 Jul 2024 | 23:53
Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib
27 Jul 2024 | 23:16
Livandan İsrailə raket atıldı: Ölənlər var
27 Jul 2024 | 23:10
"Rusiya həmişə məni özünün düşməni hesab edib" - Dmitri Qordon
27 Jul 2024 | 23:04
Qubada sel torpaq uçqununa səbəb oldu, kənd yolu bağlandı
27 Jul 2024 | 22:54
Bakıda yaşayış binasında yanğın olub
27 Jul 2024 | 22:47
Ukrayna Rusiyanın bu vilayətini yenə atəşə tutdu
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
27 Jul 2024 | 22:25
Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək
27 Jul 2024 | 22:17
Axşam yeməyinin kalori miqdarı 600 kkaldan çox olmamalıdır
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:05
"Olimpiadanın açılışı biabırçı idi"
27 Jul 2024 | 21:59
Dağıstanda terror tüğyan edir: FTX bir sıra hücumların qarşısını alıb
27 Jul 2024 | 21:57
DİN-dən xəbərdarlıq: Süni intellekt sizlə ailə üzvü adından danışıqlar apara bilər
27 Jul 2024 | 21:51
Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 21:40
Üzümü bu qidalarla birgə yemək olmaz!
27 Jul 2024 | 21:32
Məşhur aktrisa dünyanın ən gözəl qadını seçildi - FOTO
27 Jul 2024 | 21:31
Bu cihazlar insanların sağlamlıqla bağlı narahatlığını artırır
27 Jul 2024 | 21:17
Avropa çempionatı: Azərbaycan millisi finala yüksəldi
27 Jul 2024 | 21:14
“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat
27 Jul 2024 | 21:09
"Belousov və Ostin Kiyevin Rusiyaya qarşı "məxfi əməliyyatı"nı müzakirə edib" - "The New York Times"
27 Jul 2024 | 21:00
Uğursuz insanların etdiyi 6 səhv
GÜNLÜK
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 07:55
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
28 Jul 2024 | 07:31
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 07:55
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
28 Jul 2024 | 07:31
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO